MEHDİXAN

bax: Mehdi və Xan.
MEHDİ
MEHDİQULU
OBASTAN VİKİ
Mehdixan (Qürvə)
Mehdixan (fars. مهدي خان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 229 nəfər yaşayır (69 ailə). Əhalisini kürdlər və azərbaycan türkləri təşkil edir.
Mehdixan Kəlbəcərli
Mehdixan Kəlbəcərli – şair. == Həyatı == Mehdixan Kəlbəcərli (Həmid oğlu İbrahimov) 1940-cı ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub. Orta məktəbin 7 ilini həmin kənddə, qalan 3 ilini isə rayon məktəbində oxuyub. 1965-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olub, 1969-cu ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1969-cu ildən 1993-cü ilin aprel ayına qədər öz doğma kəndi olan Zardakı orta məktəbdə ixtisas müəllimi, daha sonra isə bir müddət həmin məktəbin direktoru vəzifəsində çalışmışdır. 1993-cü ildən bəri məcburi köçkün kimi Bakı şəhərində məskunlaşan el şairi müəllimlik peşəsində çalışmaqla yaradıcılığını uğurla davam etdirir. == Mənbə == Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010.
Mehdixan Vəkilov
Mehdixan Yusif ağa oğlu Vəkilov (15 iyun 1902, Yuxarı Salahlı, Qazax qəzası – 18 oktyabr 1975, Bakı) — ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Azərbaycan Pedaqoji İnstitutunun rektoru (1956–1962), 1958–1962-ci illərdə 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini, tarix elmləri doktoru (1969) və professor (1969). Əməkdar elm xadimi (1973), Qabaqcıl maarif xadimi (1959 və 1973) fəxri adlarına layiq görülmüş, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni (1943), iki "Şərəf nişanı" ordeni (1944 və 1961) və SSRİ-nin müxtəlif medalları ilə təltif edilmişdir. Azərbaycan SSR XKS nəzdində incəsənət işləri idarəsinin müdiri, AMEA Tarix İnstitutunda şöbə müdiri, Quba qəza maarif şöbəsinin müdiri olmuşdur. Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Aybəniz Vəkilovanın əmisidir. Səməd Vurğunun "Komsomol poemasında" Cəlal obrazının prototipi. Mehdixan Vəkilov Azərbaycanın xalq şairi Səməd Vurğunun böyük və yeganə qardaşıdır. Diplomat Cavanşir Vəkilovun atasıdır. == Həyatı == Mehdixan Vəkilov 1902-ci il iyun ayının 15-də Qazax qəzasının Yuxarı Salahlı kəndində doğulmuşdur. Dörd sinifli kənd məktəbini bitirdikdən sonra Cənubi Qafqaz müftisi Hüseyn əfəndi Qayıbzadənin Tiflisdə təsis etdiyi pansion tipli məktəbə gondərilmişdir. O, 1918-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər seminariyası əsasında təşkil edilmiş Qazax Müəllimlər Seminariyasına daxil olmuş, 1924-cü ildə həmin tədris ocağını bitirmişdir.
Mehdixan Şəfizadə
Şəfizadə Mehdixan (1873 Tufarqan, İran -1943 Təbriz, İran) — Cənubi Azərbaycan teatr xadimi, rejissor, İran sosial-demokrat ictimaiyyun-amiyyun("Mücahid")partiyasının Təbriz təşkilatının yaradıcılarından biri olmuşdu. 1909-cu ildə Azərbaycan artistləri dəstəsi teatr truppasını təşkil etmişdi. Polis tərəfindən təqib olunduğuna görə Tiflisə köçmüş, burada Cəlil Məmmədquluzadə, Azərbaycan və gürcü səhnə xadimləri ilə, sosial- demokratlarla əlaqə saxlamış, aktyorluqla məşğul olmuşdur. Şəfizadə 1919-cu ildə Təbrizə qayıtdıqdan sonra "Xeyriyyə teatrı" təşkilatçılarından biri olmuş, "Azərbaycan maarifinin islah və tərəqqisi uğrunda" teatr cəmiyyətində rejissorluq etmişdir (1922) "Ağa Məhəmməd şah Qacar" (Ə B Haqverdiyev)," Leyli və Məcnun"," Arşın mal alan", "Məşədi İbad"(Ü Hacıbəyov) və s əsərləri tamaşaya qoymuşdur. Səfizadənin təşəbbüsü ilə "Şir-e xorşid"( "Şir və Günəş") teatrı yaradılmışdı. Şəfizadə Cənubi Azərbaycan teatrının təşkili və inkişafında əhəmiyyətli rol oynamışdır.
Şəfizadə Mehdixan
Şəfizadə Mehdixan (1873 Tufarqan, İran -1943 Təbriz, İran) — Cənubi Azərbaycan teatr xadimi, rejissor, İran sosial-demokrat ictimaiyyun-amiyyun("Mücahid")partiyasının Təbriz təşkilatının yaradıcılarından biri olmuşdu. 1909-cu ildə Azərbaycan artistləri dəstəsi teatr truppasını təşkil etmişdi. Polis tərəfindən təqib olunduğuna görə Tiflisə köçmüş, burada Cəlil Məmmədquluzadə, Azərbaycan və gürcü səhnə xadimləri ilə, sosial- demokratlarla əlaqə saxlamış, aktyorluqla məşğul olmuşdur. Şəfizadə 1919-cu ildə Təbrizə qayıtdıqdan sonra "Xeyriyyə teatrı" təşkilatçılarından biri olmuş, "Azərbaycan maarifinin islah və tərəqqisi uğrunda" teatr cəmiyyətində rejissorluq etmişdir (1922) "Ağa Məhəmməd şah Qacar" (Ə B Haqverdiyev)," Leyli və Məcnun"," Arşın mal alan", "Məşədi İbad"(Ü Hacıbəyov) və s əsərləri tamaşaya qoymuşdur. Səfizadənin təşəbbüsü ilə "Şir-e xorşid"( "Şir və Günəş") teatrı yaradılmışdı. Şəfizadə Cənubi Azərbaycan teatrının təşkili və inkişafında əhəmiyyətli rol oynamışdır.
Cavanşir Mehdixan oğlu Vəkilov
Cavanşir Mehdixan oğlu Vəkilov (7 fevral 1951, Bakı – 23 avqust 2013, Bakı) — diplomat, pedaqoq, tarix elmləri namizədi (1988), görkəmli ictimai-siyasi xadim, tarixçi, yazıçı, pedaqoq, vikipediyaçı, Mehdixan Vəkilovun oğlu. O, Azərbaycanca Vikipediyada J vekilov, Rusca Vikipediyada isə Qalxan adı altında fəaliyyət göstərirdi. == Həyatı == Cavanşir Vəkilov 1951-ci il fevralın 7-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə 190 nömrəli orta məktəbi bitirmişdir. 1967–1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1972-ci ilin avqust ayından 1975-ci ilin sentyabrına kimi Əfqanıstanda, 1978-ci ilin oktyabr ayından 1979-cu ilin noyabr ayına kimi İranda tərcüməçi işləmiş, hər iki ölkədə antimonarxist inqilabların şahidi olmuşdur. 1975-ci ilin axırlarında bir neçə ay ərzində Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar fondu, 1976–1992-ci illərdə Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş laborantdan baş elmi işçiyədək yol keçmiş, 1988-ci ildə "Azərbaycan Respublikasının SSRİ-İran mədəni əlaqələrində iştirakı (1941–46-cı illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2013-cü il avqustun 23-də dənizdə boğularaq vəfat edib. == Xaricdə və Azərbaycanda fəaliyyəti == Müstəqillik dövründə 1992-ci ilin mart ayında diplomatiya sahəsinə keçmiş, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində ikinci və birinci katib, 1 may 1995-ci ildən 5 noyabr 1998-ci ilə qədər Azərbaycan Respublikasının Tehrandakı səfirliyində 2-ci katib vəzifəsində çalışmışdır. Ankara (1993), Tehran (1994, nümayəndə heyətini rəhbəri) və Qahirədə (2002, nümayəndə heyətini rəhbəri) keçirilən Diplomatik Kurslarda iştirak etmişdir.
Mehdixankəndi (Çaroymaq)
Mehdixankəndi (fars. مهدي خان كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Mehdixanlı
Mehdixanlı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Mehdixanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Mehdixanlı (Bərdə)
Mehdixanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsində kənd.
Mehdixanlı (Germi)
Mehdixanlı (fars. مهدي خانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (6 ailə).
Mehdixanlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mirzə Həsən bəy Mehdixanov
Mirzə Həsən bəy Məşədi Mehdixan ağa oğlu Mehdixanov-çar ordusunun zabiti Mirzə Həsən bəy Məşədi Mehdixan ağa oğlu 1820-ci ildə Şuşa qəzasının Vərəndə sahəsi nin Qoçəhmədli kəndində dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Həsən bəy çar ordusunda xidmətə çağrılmış, uzun bir döyüş yolu keçmişdi. O, 1849-cu ildə kornet, 1852-ci ildə podporuçik, 1854-cü ildə poruçik, 1860-cı ildə ştabs-rotmistr rütbələri almışdı.Cəsur zabit 1863-cü oldə döyüşdə həlak olub. Mirzə Həsən bəyin Əhməd bəy, Həsən bəy adlı oğulları vardı. Mirzə Həsən bəy Mehdixanov yaxşı xidmətlərinə görə 1855-ci ildə 4-cü dərəcəli "Müqəddəs Anna", 1860-cı ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilmişdi. Ənvər Çingizoğlu, Sərdarlı kəndi, Bakı, "Elnur-P" , 2005, 320 səh.
Nurəddin Mehdixanlı
Nurəddin Mehdixanlı (əsl adı: Nurəddin Əzulla oğlu Quliyev; 6 oktyabr 1956, Tahirli, Astraxanbazar rayonu) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Aparıcı səhnə ustası. "Şöhrət" ordeni laureatı (2019) Quliyev Nurəddin Əzulla oğlu (Nurəddin Mehdixanlı) (06.10.1956) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb. Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur. Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir. Onun Akademik teatrın səhnəsində oynadığı rolların siyahısını aşağıdakı görümdə ümumiləşdirmək olar: Mehdi və İkinci reportyor ("Səhra yuxuları", Anar), Muxtar ("Təhminə və Zaur", Anar), Xasay və Hidayət xan ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Kamran ("Unuda bilmirəm", İlyas Əfəndiyev), Təbriz ("Büllur sarayda", İlyas Əfəndiyev), Böyük bəy ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Məşədi Təhməz ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Ayaz Turan ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun), Ross ("Maqbet", Uilyam Şekspir), Aydın ("Aydın", Cəfər Cabbarlı), Əbu Übeyd ("Od gəlini", Cəfər Cabbarlı), Ərtoğrul ("Afət", Hüseyn Cavid), Elxan ("İblis", Hüseyn Cavid), Şair ("Fəryad" Bəxtiyar Vahabzadə), Şahin ("Rəqabət" Bəxtiyar Vahabzadə), Gur Şad ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Yaralı əsgər ("Hələ "sevirəm" deməmişdilər…", R. Novruz), İppolit ("Fedra", J. Rasin), Rəşid Axundov ("Brüsseldən məktudlar", Həsən Həsənov), Bəbir bəy ("Dirilən adam", Mir Cəlal), Şəmistan ağa ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), Nemət Həsənzadə ("Bu dünyanın adamları", Hidəyət), Vətən ("Xəcalət", Hüseynbala Mirələmov), Tağıyev ("Mesenat", Əli Əmirli), Xan ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov), Əmir Teymur ("Əmir Teymur", Hüseyn Cavid). Kişi ("21:15 qatarı", Toyqun Orbay) Şeyx Nəsurllua ("Ölülər", Cəlil Məmmədquluzadə) Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı) Qonaq ("Cəhənnəm sakinləri", Elçin) İmamyar ("Yaşar", Cəfər Cabbarlı) Aktyor Azərbaycan Dövlət Televiziyasında: Ə. Əhmədovanın "Pəncərədə işıq" (Toğrul), C. Cabbarlının "Solğun çiçəklər" (Bəhram), N. Həsənzadənin "Kimin sualı var?" (İlham), B. Vahabzadənin "Vicdanla üz-üzə" (Hakim) teletamaşalarında iştirak edib. "Dədəm Qorqudun kitabı" dastanın motivləri əsasında "Dədə Qorqud" çoxseriyalı televiziya filmində Bayandur xan, "Bəyaz həyat"da Vüqar Quliyev rollarına çəkilib.
Qabil Mehdixanlı
Qabil Əzizulla oğlu Quliyev (d. 19 aprel 1949) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). Qabil Mehdixanlı 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. O, ilk təhsilini 8 illik kənd məktəbində, orta təhsilini Cəlilabad 1 saylı şəhər orta məktəbində almışdır. 1966-cı ildə orta məktəbin 10-cu sinfini bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxumuş və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək 1968-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Azərbaycanın xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinfində təhsil almışdır. Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində aktyor kimi çalışmışdır. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr də, bu təyinatla razılaşmayıb hərbi xidmətə yollanır və Moskvada "Mosfilm" kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət edir. O burada kütləvi səhnələrin çəkilişlərində iştirak edir, kaskadyorluq sənətinin sirlərinə yiyələnir. Bir ildən sonra hərbi xidmətini başa vurub vətənə dönür və taleyini Lənkəran Dövlət Dram Teatrına bağlayır.