MERCY
MERELY
OBASTAN VİKİ
Mere Hüseyn Paşa
Mere Hüseyn Paşa (XVI əsr – iyul 1624, Konstantinopol) — Gənc Osmanın qətl olunub, I Mustafanın üsyançılar tərəfindən yenidən taxta çıxarıldığı qarmaşıqlıq dönəmində 2 dəfə - ümumilikdə 7 ay 18 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Alban əsillidir. Osmanlı tarixində türkcə bilməyən yeganə sədrəzəm olduğu rəvayət edilir. Kəlləsini istədiyi şəxslərə dediyi və alban dilində "alınız" mənasını verən "mere"ni ləqəb olaraq götürmüşdür. İlk olaraq Macarıstan sərdarı Satırcı Mehmed Paşanın yanında aşçıbaşı olaraq vəzifələndirildi. Daha sonra Satırcı Mehmed Paşanın da dəstəyi ilə qapıqulu süvarisi oldu və ard-arda divan çavuşu, əmir, çavuşbaşı, qapıcıbaşı, miraxur olaraq təyin edildi. Bu vəzifələrinin ardından 1620-ci ildə Misir hakimi olaraq Qahirəyə yola çıxsa da iki il sonra geri döndü. Gənc Osman hadisələrindən sonra qətlə yetirilən Sədrəzəm Qara Davud Paşanın yerinə 13 iyun 1622 tarixində üsyançılara böyük miqdarda pul vəd edərək sədarəti ələ keçirdi. I Mustafanın dönəmində dövlət üsyankar qapıqulu əsgərlərinin idarəsi altına keçdi və dövlət adamları ayrı-ayrı əsgər qruplarının tərəfini tutaraq öz siyasətini yeritməkdə idi. Sədrəzəm isə bu əsgər qruplarından olan sipahiləri qoruyaraq yeniçərilərə qarşı çıxmaqda idi.
Kuba mere divane
Kuba mere divane (kürd. Quba Mêrê Dîwanê) — Ermənistanda yerləşən yezidi məbədi. Bu, dünyanın ən böyük yezidi məbədi hesab edilir. Yezidilərin ən böyük azlıq qrupunu təşkil etdiyi Armavir mərzinin Ayğırgöl kəndində yerləşir. Ayğırgöl kəndi Ermənistanın paytaxtı İrəvandan 35 kilometr qərbdə yerləşir. == Zəmin == Yezidlər Ermənistanın ən böyük etnik azlıqlarından biridir və günəşə ibadət elementləri ilə yanaşı xristianlıq, hinduizm, yəhudilik, sufizm və zərdüştilik ilə oxşarlıqları olan qədim, monoteist inancı tətbiq edirlər. Ermənistanın rəsmi siyahıyaalınmasına görə, 2011-ci ildə Ermənistanda 35,000 yezidi yaşayırdı. == Tarixi == Məbəd 2019-cu ilin sentyabrında açılmışdır. Açılış mərasimində Ermənistan baş nazirinin müavini və digər Ermənistan rəsmiləri iştirak etmişdilər. Məbədin hündürlüyü 25 metrdir və mərkəzi, tağlı damı əhatə edən yeddi günbəzdən ibarətdir.
Başlanğıc meredianı
Bördcess Meredit
Oliver Bördcess Meredit (ing. Oliver Burgess Meredith; doğum 16 noyabr 1907, Klivlend, Ohayu, ABŞ – ölüm 9 sentyabr 1994, Malibu, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Kirill Meretskov
Kirill Afanasyeviç Meretskov (7 iyun 1897 və ya 26 may 1897, Zaraysk, Ryazan quberniyası[d] – 30 dekabr 1968, Moskva) — Sovet İttifaqı marşalı (1944). Sovet İttifaqı Qəhrəmanı (1940).
Luiza Enn Meredit
Luiza Enn Meredit (ing. Louisa Anne Meredith; 20 iyul 1812, Birminhem, Vorvikşir qraflığı – 21 oktyabr 1895[…]) — Böyük Britaniya-Avstraliya yazıçısı.
Merefo-Xerson körpüsü
Merefo-Xerson körpüsü — Ukraynanın Dnepr şəhərində Dnepr çayı üzərindəki dəmir yolu körpüsü. Şəhərin ikinci ən köhnə körpüsüdür. Bədii ekspresivliyi, görkəmli texniki keyfiyyətləri, zamanla sınaqdan keçirildiyi üçün memarlıq abidəsi kimi dövlət qorumasına alınmışdır. İnşa edildiyi dövrdə Avropadakı ən uzun dəmir-beton tağlı körpü olmuşdur. Layihəsi 1912-ci ildə hazırlanmış, körpünün inşası 1914-1916-cı illərdə həyata keçirilmişdir. Akademik Q. Perederi tərəfindən dizayn edilmiş metal bir körpünün 22 dayağı quraşdırılır, lakin aralıqların inşasına başlamağa vaxt olmur. Körpünün inşası 1917-ci il inqilabı ilə dayanır və yalnız 1929-cu ildə inşasını başa çatdırmaq qərarı nəhayət yetişir. O zaman gediş-gəliş üçün açıq olan Lotsmanskaya - Apostolovo dəmir yolu xəttini sol sahil ilə birləşdirmək lazım dəlir. Yeni körpü layihəsinin müəllifi N. Kolokov olur. Baş inşaat mühəndisi dəmir yolu körpülərinin tikintisinə texniki nəzarət etdiyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmiş Sovet mühəndisi Makar Aleksandroviç Kienya olmuşdur.
Merendera
Danaqıran (lat. Merendera) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinə aid bitki cinsi. Bəzək əhəmiyyətli, efir yağlı, dərman bitkisidir. Aralıq dənizi sahillərində, Yaxın Şərqdə, Hindistanda bitkinin 10 növü məlumdur. Azərbaycan florasında isə 5 növü bitir.Bunlar Budaqlı, Radde, Üçsütuncuqlu, Ağaran və Eyxler danaqıran növləridir. Ağaran danaqıran növü respublikamızın florası üçün səciyyəvidir.Azərbaycanda ən çox Naxçıvan Muxtar Respublikasında, Quba,Qusar, Ağdam, Şuşa,Laçın, Lənkəran, Lerik rayonlarında, aşağı və yuxarı dağ qurşaqlarında, alp və subalp çəmənliklərində bitir.Umumiyyətlə, bitki dəniz səviyyəsindən 500-3500 metrə qədər yüksəklikdə bitir. Müxtəlif ekoloji şəraitdə, əsasən daşlı-çınqıllı, gilli qayalıqlarda, boz , şabalıdı, qəhvəyi və qumsal torpaqlarda bitir. Danaqıranın soğanaqlarında, gövdəsində vəyarpaqlarında kolxisin alkaloidi müəyyən edilmişdir. Bu alkoloid isə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
Merenptah
Merneptax (e. ə. XIII əsr – təq.
Mererin gündəliyi
Mererin gündəliyi — Böyük Xeops ehramının tikintisində iştirak edən işçilərin gündəlik həyatını təsvir edən 4500 il əvvəl yazılan mətndir. 2013-cü ildə Əl-Cərf Vadisi mağarasında papirus üzərində yazılmış halda aşkar edilmişdir. Bu papirus tapılan ən qədim papirusdur. Mererin gündəliyi Firon Xeopsun hakimiyyətinin 27-ci ilinə təsadüf edir. Burdakı yazılar 3 ay ərzində əhəng daşlarının Toradan Cizəyə daşınmasını təsvir edir.
Nefertari Merenmut
Nefertari Merenmut (e.ə. 1290, Ahmim[d], Sövhac mühafəzəsi[d] – e.ə. 1255) - II Ramzesin ən sevimli arvadı. Güman edilir ki II Ramzesdən 5 oglan 2 qız olmaqla 7 uşağı vardır. Oğulları Amunherxepeşef, Parahervenemef, Sethherxepeşep, Seti, Merire. Qızları Meritamun və Henuttaui. Əbu Simbel məbədi tanrı Xatxorun və onun şərəfinə qurulub.
Rəşid Meredov
Rəşid Meredov (türkm. Raşit Meredow; 29 may 1960, Aşqabad, Türkmənistan SSR, SSRİ) — türkmənistanlı dövlət xadimi, Türkmənistan Respublikasının Nazirlər Kabineti sədrinin müavini (2003), Türkmənistan Respublikasının xarici işlər naziri (2001). Rəşid Meredov 29 may 1960-cı ildə Aşqabadda anadan olub. Atası milliyətcə türkmən, anası isə azərbaycanlıdır. Uşaqlığı Marı şəhərində keçib. 1982-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1982–1984-cü illərdə A. M. Qorki adına Türkmənistan Dövlət Universitetində müəllim işləyib. 1984–1987-ci illərdə Moskva Dövlət Universitetində aspirantura təhsili alıb. 1990–1991-ci illərdə Türkmənistan Ədliyyə Nazirliyində işləyib. 1991-ci ildən Türkmənistan Xarici İşlər Nazirliyində və Türkmənitstan Prezidenti Aparatında çalışıb.
Yelizaveta Mereşko
Yelizaveta Danilovna Mereşko (ukr. Єлизавета Данилівна Мерешко, 8 iyul 1992, Xerson) — Yay Paralimpiya Oyunlarının ukraynalı üzgüçüsü, çempionu və mükafatçısı. Beynəlxalq səviyyəli Ukrayna idman ustasıdır. Herson Regional Bədən Tərbiyəsi və İdman Əlaqələri İdman Mərkəzində "İnvasport" üzgüçülüklə məşğul olur. 2014-cü ildə Avropa çempionatının bir neçə dəfə çempionu və iki dəfə gümüş mükafatçısı olmuşdur. Dünya çempionatının üç dəfə çempionu və iki dəfə gümüş mükafatçısı olmuşdur. 2016-cı ildə Avropa Çempionatının bir neçə dəfə çempionu, ikiqat bürünc medalçı olmuşdur. Təkərli kürsüdən istifadə edir.
Aleks Meret
Aleks Meret (22 mart 1997, Udine) — İtaliyalı peşəkar futbolçu, "Napoli" klubunun və İtaliya millisinin qapıçısı. Futbol üzrə 2020-ci il Avropa çempionatının qalibi. == Karyerası == === Klub === Aleks "Udineze" klubunun yetirməsidir. O, 2012-ci ildə "Udineze" klubunun uşaq komandasının sıralarına qoşulur. 2015-ci ildə "Udineze"nin əsas komandasının məşqçilərinin diqqətini çəkir və əsas komanda dəvət edilir. Udine klubunun heyətində debütu, 2015-ci il fevralın 12-də Atalanta ilə ölkə kuboku oyununda baş tutur. 2016-cı ilin yayında Aleks, İtaliya B Seriyasına mübarizə aparan "SPAL" klubuna icarəyə verilir. 5 iyul 2018-ci ildə Aleks Meret 22 milyon avroya "Udineze"dən "Napoli"yə keçir. Futbolçunun "Napoli" klubu ilə bağladığı müqavilə beş illik olur. === Milli komanda === 2013-cü ildə İtaliyanın 17 yaşadək futbolçulardan ibarət komandasının tərkibində on üç oyun keçirərək debüt etdi.
Dmitri Merejkovski
Dmitri Sergeyeviç Merejkovski (rus. Дми́трий Серге́евич Мережко́вский; 2 (14) avqust 1865[…], Sankt-Peterburq, Rusiya imperiyası[…] – 9 dekabr 1941[…] və ya 7 dekabr 1941, Paris) — rus yazıçısı, şairi, dini mütəfəkkiri və ədəbiyyatşünası idi. Simvolizm hərəkatının həmtəsisçisi kimi qəbul edilən rus poeziyasının gümüş dövrünün əsas siması olan Merejkovski həyat yoldaşı şair Zinaida Gippius ilə iki dəfə siyasi sürgünə göndərildi. İkinci sürgündə olduğu müddətdə (1918–1941) o, uğurlu romanlarını nəşr etməyə davam etdi və Sovet İttifaqının tənqidçisi kimi tanındı. Həm apokaliptik xristianlığa meyli ilə özünü dindar bir peyğəmbər kimi tanıyan, həm də qızğın idealizmi ədəbi yeniliklərlə birləşdirən fəlsəfi tarixi romanların müəllifi kimi tanınan Merejkovski, ədəbiyyat üzrə Nobel mükafatına doqquz dəfə namizəd oldu. 1933-cü ildə qazanmağa çox yaxın idi. Lakin o, nasistlərə yaxın olduğu üçün İkinci Dünya müharibəsindən sonra faktiki olaraq unudulmuşdu.
Konstantin Merejkovski
Konstantin Sergeeviç Merejkovski (rus. Константи́н Серге́евич Мережко́вский; 4 avqust 1855, Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 9 yanvar 1921, Cenevrə) — əsasən Kazan ətrafında fəaliyyət göstərən rus bioloqu və botanisti. Merejkovskinin şibyələr üzərində apardığı tədqiqatlar onu "Simbiogenez nəzəriyyəsi"ni irəli sürməyə yönəldmişdi. Bu nəzəriyyəyə görə daha böyük, daha mürəkkəb hüceyrələr (eukariotların) daha az mürəkkəb olanlar arasındakı simbiotik əlaqədən törəmişdir.

Digər lüğətlərdə