Merendera
Danaqıran (lat. Merendera) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinə aid bitki cinsi. Bəzək əhəmiyyətli, efir yağlı, dərman bitkisidir.
Aralıq dənizi sahillərində, Yaxın Şərqdə, Hindistanda bitkinin 10 növü məlumdur. Azərbaycan florasında isə 5 növü bitir.Bunlar Budaqlı, Radde, Üçsütuncuqlu, Ağaran və Eyxler danaqıran növləridir. Ağaran danaqıran növü respublikamızın florası üçün səciyyəvidir.Azərbaycanda ən çox Naxçıvan Muxtar Respublikasında, Quba,Qusar, Ağdam, Şuşa,Laçın, Lənkəran, Lerik rayonlarında, aşağı və yuxarı dağ qurşaqlarında, alp və subalp çəmənliklərində bitir.Umumiyyətlə, bitki dəniz səviyyəsindən 500-3500 metrə qədər yüksəklikdə bitir. Müxtəlif ekoloji şəraitdə, əsasən daşlı-çınqıllı, gilli qayalıqlarda, boz , şabalıdı, qəhvəyi və qumsal torpaqlarda bitir.
Danaqıranın soğanaqlarında, gövdəsində vəyarpaqlarında kolxisin alkaloidi müəyyən edilmişdir. Bu alkoloid isə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.