METOD

[ yun. ] Təbiət və ictimai həyat hadisələrini dərk və tədqiq etmə üsulu. Dialektik metod. Müqayisəli metod.
// Ümumiyyətlə üsul, üsullar sistemi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • METOD üsul — yol
  • METOD metod bax üsul
METİS
METODİK
OBASTAN VİKİ
Metod
Metod (yunanca: "methodos") — anlayışının özü "davam etmək", "izləmək" mənasını bildirir. Metod özlüyündə insanların dərki, islahatçı fəaliyyətinin təşkili və idarə olunması üçün lazım olan üsul və priyomlar sisteminin məcmusudur. Metod – elementləri qanunlar və kateqoriyalar, həmçinin praktiki-konkret dərketmə fəaliyyətinin nizamlama prinsipləri olan mürəkkəb struktura malikdir. Obyekt-yönlü proqramlaşdırmada: hər hansı sinfə (CLASS), yaxud obyektə aid olan funksiya və ya prosedur. Prosedurlu proqramlaşdırmadakı prosedur kimi, metod hansısa əməliyyatı yerinə yetirmək üçün müəyyən sayda deyimlərdən (STATEMENT) ibarətdir, giriş arqumentləri yığınına və qaytarılan qiymətə malikdir. Metodları iki qrupa ayırırlar: sadə metodlar və statistik metodlar: • sadə metodlar obyektin verilənlərinə (verilmiş sinfin konkret nüsxəsinə) erişə bilir • statistik metodlar obyektin verilənlərinə erişə bilmir və onlardan istifadə etmək üçün verilmiş sinfin nüsxələrini yaratmağa gərək yoxdur. Metodlar hər hansı sinfin obyektinin verilənlərinə çatmaq üçün interfeys təqdim edir. Metodun təqdim etdiyi giriş səviyyəsindən asılı olaraq, onları aşağıdakı növlərə ayırırlar: • açıq (public) interfeys – verilmiş sinfin bütün istifadəçiləri üçün ümumi interfeys; • qorunmuş (protected) interfeys – verilmiş sinfin bütün varisləri üçün daxili interfeys; • qapalı (private) interfeys – yalnız verilmiş sinfin daxilindən erişməyin mümkün olduğu interfeys. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Elmi metod
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi. Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.
Bioqrafik metod
Bioqrafik metod — "yazıçı"nın yaradıcılığını onun şəxsi həyat təcrübəsinin ifadəsi kimi öyrənmək metodu. Bu metodun başlıca janrı yazıçı "portretidir". Fridrix Şleyermaxerin təfsir elminə görə, yazıçının yaradıcılığını yaxşı başa düşmək üçün onun daxili və mənəvi həyatının faktlarını öyrənmək zəruridir. Bədii metodun banisi fransız tənqidçisi Sent-Böv hesab edilir ("Ədəbi-tənqidi portretlər", c 1 - 5, 1836 - 39). Onun fikrincə, yazıçının irsinin, ədəbi və siyasi mühitinin öyrənilməsi onun yaradıcılığının dərk olunmasının vacib şərtləridir. Bədii metod mədəni-tarixi məktəblərin nəzəriyyəsində və təcrübəsində tətbiq olunmuş (Q.Lanson, İppolit Adolf Ten), Georq Brandesin "tarixi-psixoloji" metodunun təşəkkülünə təsir etmiş, XIX - XX əsrlərdə mətndə yazıçının "daxili mən"ini axtaran "impressionizm" tənqidində əks olunmuşdur. Ədəbiyyatşünaslığın bir janrı kimi, ədəbi portretin təşəkkülü bədii metodla əlaqəlidir ("Qədim portretlər", Nestor Aleksandroviç Kotlyarevsk, 1907; "Rus yazıçılarının siluetləri", Yuli İsayeviç Ayxenvald, 1-3-cü nəşrləri, 1906 - 10 və başqaları). Bəzi ədəbiyyatşünaslar bədii metodu tədqiqat vasitəsi kimi qəbul edir, bioqrafik ünsürləri bədii obrazın qaynaqlarından biri kimi öyrənirlər. == Ədəbiyyat == Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət.
Boom metod
Boom metodu və ya Boom nuklein turşusunun çıxarılması metodu nuklein turşusunu bioloji nümunədən təcrid etmək üçün bərk fazalı ekstraksiya metodudur. Bu üsul nuklein turşularının silisium muncuqlara hopması ilə işləyir. == Baxış == Boom metodu (Boom nuklein turşusunun çıxarılması metodu) "nuklein turşusunu (NA) bioloji nümunələrdən təcrid etmək üçün möhkəm bir faza çıxarma metodudur". Bu metodun əsası, təsirinə görə bir xaotrop maddə varlığında NA-nı bağlaya bilən silisium muncuqların istifadəsidir. Bioloji nümunələrdən nuklein turşularının təcrid olunması üçün bu üsul ən geniş yayılmış biridir və bu bioloji nümunədən NA-nın kiçik təmizlənməsi üçün sadə, sürətli və etibarlı bir üsul kimi tanınır. Bu üsul Willem R. Boom et al tərəfindən 1990-cı illərdə icad edilmiş və inkişaf etdirilmişdir. Lakin, yuxarıda qeyd olunan xaotik təsirin özü artıq məlum idi və artıq BOOM metodunun inkişafından əvvəl Vogelstein və Gillespie tərəfindən məlumat verilmişdir. Beləliklə Boom et al.-ın töhfəsi mürəkkəb başlanğıc materialları metodunun optimallaşdırılması ola bilər bədən mayeləri və digər bioloji başlanğıc materialları kimi məhsullar təqdim edir və . Boom metoduna digər şəxslər tərəfindən də oxşar müraciətlər edildi. Qısa olaraq "silika" sözü SiO 2 kristallarını ifadə edirdi; lakin silisium hissəciklərinin digər formaları mövcuddur.
Bədii metod
Bədii metod — yaradıcılıq metodu. Ədəbiyyat və incəsənətdə gerçəkliyin ideya-estetik inikasının, tipikləşdirilməsinin əsas prinsiplərinin məcmusu. Bədii metod anlayışının estetik kateqoriya səviyyəsində təsbiti antik dövrdən məlumdur. Aristotel poeziyanı təqlid sənəti kimi səciyyələndirərək, təbiəti təqlidin müxtəlif imkanlarından danışarkən, əslində bədii təsvirin müxtəlif metodlarını nəzərdə tuturdu. Sənətkarlar bir-birinə təkcə əsərlərinin ideya istiqaməti və ruhu ilə deyil, həm də gerçəkliyi estetik təcəssümünün ümumi mahiyyətli xüsusiyyətləri və prinsipləri ilə də yaxın olurlar. Belə yaxınlıq ədəbiyyat və incəsənətdə bədii metod və ya yaradıcılıq metodu kateqoriyasını yaratmışdır. Bədii metod müəyyən sənətkarlara məxsus və bilavasitə onların yaradıcılığında əsas götürülən ideya-estetik prinsiplərin ümumiliyi və ardıcıl surətdə həyata keçirilən, tətbiq edilən inikas üsuludur. Bədii metod hər bir dövrün bədii yaradıcılığında gerçəkliyin müəyyən ideya-estetik, ictimai ideal movqelərindən obrazlı-emosional təcəsümü nəticəsində formalaşır. Sənətkarlar hər hansı bədii metoda, onu hazır şəkildə mənimsəməklə və ya modelini öyrənməklə yox, konkret həyat materialını, gerçəkliyin sosial-ictimai, mənəvi, fəlsəfi, etik, psixoloji, siyasi görüşlərini, tərbiyəsini öyrənmək, tədqiq, təhlil etmək və bunları müəyyən dünyagörüşü işığında, həyatın konkret ideya-estetik tələblərinə uyğun şəkildə yaradıcılıqlarında təcəssüm etdirməklə nail olurlar. Bədii metod sənətkarın yaradıcılığının yekunu, xülasəsi kimi başa düşülməlidir.
Boom(Bum) metod
Delfi metodu
Delfi metodu və ya delfi texnikası informasiyanın toplanmasının ekspert qiymətləndirmələri metodlarından biridir. Birinci mərhələdə tədqiq edilən problem üzrə işçi qrupu yaradılır və onlar məntiqi əsaslandırmalarla tədqiq edilən problemə dair hipotezalar irəli sürür və onun əsasında ekspertlərin qiymətləndirəcəyi sualları özündə əks etdirən anket hazırlayırlar. İkinci mərhələdə həmin anket müəyyən kriteriyalara uyğun olaraq seçilmiş ekspertlərə təqdim edilir. Hər bir ekspert bir-birindən xəbərsiz anketlərdə qoyulmuş sualları müəyyən bal şkalasına uyğun olaraq qiymətləndirir. Ekspertlərin verdikləri qiymətlər atributiv və ya kəmiyyət əlamətlərinə görə sıralanır. Hər bir sual üzrə orta qiymət, meddiana və kvartili (birinci və üçüncü kvartili) hesablanılır. Birinji və üçünjü kvartilinin qiymətləri intervalına uyğun gəlməyən cavablar nəzərdən keçirilmir. Kvartilinin qiymət intervalına daxil olan cavablar əsasında verilmiş qiymətlərin dispersiyası hesablanılır. Dispersiyanın kənarlaşma səviyyəsinin sıfıra yaxın olması verilmiş qiymətlərin cavablarının reprezentativliyini xarakterizə edir. Üçüncü mərhələdə cavabları kvartilinin qiymət intervalına uyğun gəlməyən ekspertlərin suallara verdikləri cavabların qiyməti və onların rəyləri verdikləri qiymətldər kvartilinin qiymətləri intervalında yerləşən ekspertlərə təqdim edilir.
Dilçilikdə riyazi metodların tətbiqi
Dilçilikdə riyazi metodların tətbiqi — Müasir dövrdə riyazi metodların elmin müxtəlif sahələrinə tətbiqi artıq böyük vüsət almışdır. Riyazi metodların dilçilikdə tətbiqi ilk baxışdan təəccüb doğura bilər ki, riyaziyyat ilə dilin nə əlaqəsi ola bilər. Lakin dil sisteminə dərindən yiyələndikdə artıq bu fikrin yanlış olduğu sübut olunur. Xüsusilə, iltisaqi dillərin tətqiqində bu əlaqə özünü açıq-aşkar hiss etdirir. Dilçilik ədəbiyyatından məlumdur ki, riyaziyyatın dilçiliyə tətbiqi XX əsrin 50-ci illərindən başlanmışdır. A. V. Qladkiy "Dilçilikdə və digər humanitar elmlərdə dəqiq və riyazi metodların tətbiqi" adlı məqaləsində, qlossematik məktəbin nümayəndələrindən tutmuş müasir dövrdəki alimlərin, o cümlədən, V. A. Kolmoqorov, V. A. Uspenski, A. A. Zaliznyak, J. A. Melçuk, Y. S. Martemyanov, B. V. Suxotinin və s. kimi dilçilər əsərlərində dəqiq və riyazi metodların istifadəsini açıqlamışlar. Ümumiyyətlə, elmdə obyektiv aləmin dərk edilməsi, onun qanun mexanizminin insan beynində inikası yollarını araşdırmaq üçün xüsusi metod – dərk edilmə metodundan istifadə edilir. Dərk edilmə metoduna şərti olaraq üç meyarla yanaşılır: Didaktik-materialist metod. Bu metod bütün elmi və dərketmənin üslubi olub, təbii varlığın öyrənilməsinə yönəlmişdir.
Ekoloji tədqiqat metodları
Rastlaşma (qarşılaşma) metodu — biosenozda növ fərdlərinin tapılması (rast gəlinməsi) tezliyinin təyin olunması. Çoxlu miqdarda təsadüfi təcrübə sahələrində növlərin hesaba alınması. Dama (kletka) metodu — mal-qara otarılan otlaqlarda məhsuldarlığın təyini. Bu, bir-birinə ağac və ya metalla bərkidilmiş və üzərində torlar çəkilmiş çərçivələrlə müvəqqəti və ya daimi kiçik sahələrin çəpərlənməsi ilə yerinə yetirilir. Məhsuldarlığın (ot) hesablanması həm otlaqda, həm də damalarda (kletkalarda) aparılır. Klinsekt metodu — yerüstü fiotkütlənin quruluşu, kütləsi və həmçinin, yarpaqlarının səthinin, ən çox rast gəlinən populyasiyaların sayının, növlərinin rastlaşma dərəcəsinin xüsusi çərçivənin (Bıkov, 1970) köməyi ilə maili (45) səthdə (Klinsektdə) ölçmə, kəsişmə yolu ilə öyrənilməsi. Tipik sahə ("açar", test sahəsi) seçmə metodu — hər hansı bir ərazidə xüsusi seçilmiş tipik (açar) sahədə bitki örtüyünün xüsusiyyətlərinin tədqiq olunması, adətən, belə sahələr xəritələşdirilir. Xətti kəsişmə metodu — dartılmış ip və ya məftil boyu düz xətt üzrə müntəzəm (ardıcıl) ölçmə işi apararaq bitkilərin və onların proyektiv örtmə dərəcəsinin təyini. Nişanlanmış atomlar metodu — ekologiyada və geobotanikada qruplaşmaların quruluşunun tədqiqi üçün istifadə olunur: kök sisteminin yerləşməsi, ayrı-ayrı klonların yerləşməsi, alaqlarla mübarizədə fıtofaqlarm axtarılması, fitokütlənin hesablanması və s. tədqiqatlarda bu metoddan istifadə edilir.
Eksperiment metodu
Geri ödəmə müddəti metodu
Geri ödəmə müddəti metodu (ing. payback period) — ilə bir investisiyaya çəkilən xərcin nə qədər müddətə geri dönəcəyi hesablanır.[1] Misal üçün hər il 1000 AZN gəlir gətirən 3000 AZN-lik bir investisiya üç illik geri ödəmə müddətinə sahibdir. İnvestisiyanın gətirdiyi gəlirlərin kumulyativ cəminin investisiya məbləğinə bərabər olduğu və ya onu keçdiyi il geri ödəmə ili olur. Geri ödəmə müddəti metodu tez-tez istifadə edilən bir metoddur. Çünki akademik təhsil və çalışma sahəsindən asılı olmayan çox insan üçün istifadəsi asan və anlaşıqlıdır. Müəssisə bu metod vasitəsilə investisiya xərclərinin nə zaman geri dönəcəyini görür və buna uyğun olaraq investisiya layihəsinin reallaşdırılması ilə bağlı qərarını verir. Geri ödəmə müddəti əsasən il olaraq ifadə olunur. Hər il üçün xalis nağd pul mədaxili(1) = Nağd pul mədaxili(1) — nağd pul məxarici(1)hesablanır. Daha sonra xalis nağd pul mədaxillərinin kumulyativ cəmi hesablanır. Cəmi investisiya məbləğinə bərabər edən il isə geri ödəmə ili olur.[2] Əgər hər il üçün pul daxil olmaları sabit(eyni) olarsa, geri ödəmə müddəti = İnvestisiya məbləği(C0) / təxmin olunan xalis nağd pul mədaxili(C) P P = C 0 C {\displaystyle PP={\mathbb {C} _{0} \over C}} Pul daxil olmaları müxtəlif olduqda isə aşağıdakı düsturdar istifadə edilir: P P = n + ( C 0 − C k ) C {\displaystyle {\displaystyle PP={n+{{(\mathbb {C} _{0}-\mathbb {C} _{k})} \over C}}}} [3] n — Pul daxilolmaların kumulyativ cəminin müsbətə keçdiyi ildən əvvəlki il C0 — İnvestisiya məbləği Ck — n -ci ilə qədər(n-ci ildə daxil olmaqla) pul daxil olmalarının kumulyativ cəmi Bu düstur geri ödəmə müddətindən sonra ortaya çıxacaq dəyərləri (mənfi və ya müsbət) nəzərə almır.
Hadisənin öyrənilməsi metodu
Keys üsulu və ya Keys metodu (ing. Case method; case-study) Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir. Hadisə öyrənilməsi metodundan təhsil, sosial psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə edilir. Məsələn, sahibkar olmaq istəyən bir şəxsin, öz işini açarkən keçdiyi mərhələləri öyrənmək və analiz etmək bu sahədəki çatışmazlıqlar və hansı addımlar atılarsa onların aradan qaldırıla bıləcəyi haqqında qiymətli məlumatlar verə bilər. Psixologiya sahəsində son dövrlərə qədər hadisənin öyrənilməsindən ən çox istifadə olunan yer neyropsixologiya idi. Tədqiqiatçılar beynin müxtəlif sahələrinin zədələnməsinə məruz qalmış insanların davranışındakı dəyişiklikləri öyrənərək sinir sisteminin fəaliyyəti haqqında dəyərli məlumatlar əldə edə bilirlər. Gündəlik psixologiyada isə insan davranışının, onun səbəblərinin öyrənilməsi üçün uzun müddət ümumiyyətlə kəmiyyət tədqiqiatlarına üstünlük verilmişdir, həm də tədqiqatlar daha çox laboratoriya təcrübələri üzərində qurulmuşdur. Lakin son illər təbii şəraitdə aparılan və ümumi şəkildə çöl tədqiqatları adlanan üsullara diqqət yetirilməyə başlandı. Bir çox tədqiqatçılar psixologiyanın gələcəyinin məhz təbii şəraitdə aparılan tədqiqatlar üzərində qurulacağını ehtimal edirlər. Tədqiqat metodlarına aid ədəbiyyatda hadisənin öyrənilməsi üsulunun bir neçə tipi göstərilir.
Keyfiyyət tədqiqatı metodları
Sosial və davranış elmlərində keyfiyyət tədqiqatı ədədi informasiyaya əsaslanmayan tədqiqat üsuludur. Bu tədqiqatda müxtəlif sənədlərin, söhbətlərin, intervyuların məzmunu, baş vermiş hadisələr ətraflı araşdırılır. Müxtəlif mənbələrdə sosial və davranış elmlərinə aid tədqiqat metodlarının fərqli təsnifatına rast gəlmək olar. Psixologiyaya aid edilən keyfiyyət tədqiqatlarını (qualitative research) başqa elm sahələrinə aid olanlardan fərqləndirmək üçün son zamanlar psixoloji keyfiyyət tədqiqatları (qualitative psychological research) ifadəsi işlənir. Qeyd etmək lazımdır ki, sadalanan metod adları bəzən şərti xarakter daşıyır. Bir çox metodları ətraflı gözdən keçirdikdə onların bir birinə çox yaxın olduğu, bəzən isə sadəcə olaraq eyni metoda fərqli adlar verildiyi aydınlaşır. Amerika psixoloqu D. Martin psixoloji keyfiyyət tədqiqatları kimi əsas üç metodu göstərir: Təbii şəraitdə müşahidə Etnoqrafik tədqiqat Hadisənin öyrənilməsi Başqa mənbələrdən bu siyahıya aşağıdakıları əlavə etmək olar: Iştirakçı kimi müşahidə aparılması Məzmun analizi Fokus qrupu Qeyri struktur intervyu Təbii şəraitdə müşahidə aparılması əslində heyvanların davranışının öyrənilməsi üsulu kimi yaranıb. Sosial psixoloqlar kəmiyyət tədqiqatlarından uzaqlaşmağa başladıqda bu metod insanlara da tətbiq edilməyə başladı. Bu üsulun başqa adı çöl tədqiqatıdır (field study). Adından da göründüyü kimi bu üsul, obyektin ona aid olan sahədə fəaliyyəti zamanı müşahidə edilməsidir.
Kiril və Metodius
Kiril və Mefodi (yun. Κύριλλος και Μεθόδιος) — IX əsrdə Saloniki şəhərində doğulmuş Bizanslı yunan qardaşlar. Moraviya və Panoya ərazilərində Xristianlığın yayılması üçün misyonerlik fəaliyyəti ilə məşğul olmuşdular. Qardaşların misyonerlik fəaliyyəti nəticəsində Slavyan xalqlarının mədəni və dini inanclarında bəzi yeniliklər baş vermiş və bunu nəticəsində Kiril və Mefodi qardaşlarına Slavyanların Öndərləri fərxi adı verilmişdir. Qardaşlar Qlaqolitik əlifbasının daha da genişləndirmiş və həmin əlifbadan Qədim Slav dilinin yazılması üçün istifadə etmişdilər. Bu əlifba Slav dilinin yazılması üçün hazırlanmış ilk əlifba idi. Kiril əlifbası bu əlifbanın əsasında hazırlanmışdır və bu gün də slavyan xalqları arasında geniş şəkildə istifadə edilir. Kiril əlifbası da iki qardaşdan birinin, yəni Kirilin şərəfinə adlandırılmışdır. Kiril və Mefodinin ölümündən sonra, onların dini və elmi fəaliyyətlərini şagirdləri davam etdirmişdilər. Şərq Pravoslav Kilsəsi Kiril və Mefodini On iki həvariyə bərabər tutmuş və onları əbədi müqəddəs adlandırmışdır.
Klaster metodlar
Klaster metodlar – sənədlər çoxluğunun əvvəlcədən verilmiş kriteriyalar üzrə klasterləşdirilməsi və orijinallığın yoxlanılması prosesinin klasterdə birləşmiş sənədlərlə (vektorlarla) aparılmasına əsaslanan metodlar. Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Kornell metodu
Kornell metodu (ing. Cornell method) və ya Kornell qeyd tutma sistemi (ing. Cornell note-taking system) – 1940-cı illərdə Kornell Universitetinin professoru Volter Pauk tərəfindən yaradılan qeyd tutma metodudur. Kornell metodu zamanı qeyd tutmanın əsas məqsədi məlumatı birbaşa kağıza köçürmək və ya qeydlərin bir daha baxılmamaq üzrə yazılması deyil. Kornell metodu bir çox universitetlərdə istifadə olunan metoddur. Kornell metodu ilə qeyd tutmaq üçün A4 kağızı götürülür. Aşağını 4-5 sm boşluq buraxacaq şəkildə sətir çəkilir. Yuxarıdan aşağıya doğru vərəqi 2 sütuna böləcək şəkildə xətt çəkilir. Sol sütun sağ sütundan 2-3 qat qalın ola bilər. Sol sütun açar sözlər, mövzu haqda suallar, fikirlər, sağ sütun isə qeydlər üçündür.
Kril və Metodius
Kiril və Mefodi (yun. Κύριλλος και Μεθόδιος) — IX əsrdə Saloniki şəhərində doğulmuş Bizanslı yunan qardaşlar. Moraviya və Panoya ərazilərində Xristianlığın yayılması üçün misyonerlik fəaliyyəti ilə məşğul olmuşdular. Qardaşların misyonerlik fəaliyyəti nəticəsində Slavyan xalqlarının mədəni və dini inanclarında bəzi yeniliklər baş vermiş və bunu nəticəsində Kiril və Mefodi qardaşlarına Slavyanların Öndərləri fərxi adı verilmişdir. Qardaşlar Qlaqolitik əlifbasının daha da genişləndirmiş və həmin əlifbadan Qədim Slav dilinin yazılması üçün istifadə etmişdilər. Bu əlifba Slav dilinin yazılması üçün hazırlanmış ilk əlifba idi. Kiril əlifbası bu əlifbanın əsasında hazırlanmışdır və bu gün də slavyan xalqları arasında geniş şəkildə istifadə edilir. Kiril əlifbası da iki qardaşdan birinin, yəni Kirilin şərəfinə adlandırılmışdır. Kiril və Mefodinin ölümündən sonra, onların dini və elmi fəaliyyətlərini şagirdləri davam etdirmişdilər. Şərq Pravoslav Kilsəsi Kiril və Mefodini On iki həvariyə bərabər tutmuş və onları əbədi müqəddəs adlandırmışdır.
Maksimal mümkünlük metodu
Maskimal mümkünlük metodu – verilən nəticələri hər hansı bir riyazi modelə uyğunlaşdırmaq üçün tətbiq edilən maksimallaşdırma üsulu. Bu metod 1912–1922-ci illər arasında İngilis statisti Ser R. A. Fişer tərəfindən kəşf edilmişdir.
Maliyyə nəzarətinin metodları
Maliyyə nəzarətinin metodları — mühasibat sənədlərinin öyrənilməsi və sübuta əsaslanan məlumatları müəyyən etmək üçün nəzarət və audit orqanlarının və xidmətlərinin əməkdaşları tərəfindən istifadə olunan faktiki məlumatların əldə edilməsi üsullarıdır. Maliyyə nəzarətinin müxtəlif üsulları arasında aydın sərhədlər yoxdur, onların bir çoxu bir-biri ilə bağlıdır və digər metodların elementlərini ehtiva edir. Bir çox hallarda etibarlı faktların tapılması yalnız bir sıra metodların birgə istifadəsi ilə mümkündür. Eyni zamanda, konkret halda istifadə olunan nəzarət üsullarının seçilməsi nəzarət və audit orqanının və ya xidmətinin səlahiyyətlərindən asılıdır. Məsələn, yoxlama zamanı auditor yalnız sənədli üsullardan istifadə edə bilər; vergi yoxlaması zamanı yalnız vergilərin hesablanması və büdcəyə köçürülməsi ilə bağlı sənədlər yoxlana bilər. Ən geniş səlahiyyətlər, bir qayda olaraq, yuxarı və ya təsərrüfatdaxili nəzarət tərəfindən həyata keçirilir, çünki daxili nəzarət xidmətlərinin səlahiyyətləri yalnız yerli qaydalarla məhdudlaşdırılır. Sui-istifadə hallarını müəyyən edərkən ən təsirli yanaşma ilkin olaraq nəzarətçilərin müstəqil və ya mütəxəssisləri cəlb etməklə əvvəlcədən seçilmiş az sayda sənədləri (əməliyyat məlumatlarına uyğun olaraq) öyrənməsidir. Əgər pozuntunun mühasibat uçotu məlumatlarında əks olunduğu müəyyən edilərsə, sənədli yoxlama (audit) təyin edilir. Formal yoxlama — müəyyən edilmiş formaya uyğunluğu təhlil etmək və onun təfərrüatlarını müqayisə etmək üçün ilkin mühasibat sənədinin kənar müayinəsidir. İcra qaydalarının pozulması ilə müəyyən edilmiş sənədlər: lazımi detallar olmadan qeyri-müəyyən formada, naməlum şəxslər tərəfindən imzalanmış - — onlarda əks olunan təsərrüfat əməliyyatlarının mahiyyəti üzrə yoxlanılmalı və nəticələrindən asılı olaraq, həqiqi və ya saxta kimi tanınmalıdır.
Metodi Kostov
Metodi Kostov (Bolqarca: Методи Костов; 4 Aprel 1990-cı ildə anadan olub) — Hücumçu kimi çıxış edən peşəkar Bolqarıstan futbolçusudur. Kostov 2016-cı ildən Vereya klubunda çıxış etməyə başlamışdır. O, komandası ilə öz peşəkar karyerasında debütünü 30 iyul 2016-cı ildə Dunav Ruse komandasına qarşı oyunda etmişdir. Kostov 2017-ci ilin yanvar ayında klubdan ayrılmışdır. Kostov 18 yanvar 2017-ci ildə Litex Lovex klubu ilə müqavilə imzalamışdır.
Metodika
Metodika — hər hansı məqsədə nail olmaq üçün hazır qaydalar, alqoritmlər, prosedurlar toplusu nəzərdə tutulur. Sənayedəki texnologiya anlayışına yaxındır. Metodika metoddan üsul və məqsədlərin konkretliyi ilə fərqlənir. Məsələn, hər hansı təcrübənin nəticələrinin riyazi təhlili metod (riyazi təhlil metodu), konkret meyarların, riyazi xarakteristikanın seçilməsi isə metodikadır. Təhsildə "metodika" dedikdə, müxtəlif tədris proseslərində tətbiq edilən konkret üsulların, qaydaların, pedaqoji fəaliyyət texnikasının təsviri; "tərbiyə fəaliyyətinin qaydalar toplusu" nəzərdə tutulur. Fənnin öyrədilməsi metodikasına aşağıdakılar daxildir: öyrətməyin məqsədi tədris məqsədləri inkişaf etdirici məqsədlər tərbiyəvi məqsədlər praktik məqsədlər öyrətməyin prinsipləri öyrədilən məzmun öyrətmə vasitələri öyrətmə formaları öyrətmə metodları ümumi öyrətmə metodları fərdi öyrətmə metodları Hər bir məktəbin yerli xüsusiyyətlərindən asılı olaraq özünəməxsus metodik iş sistemi vardır. Bu sistem məktəb fəaliyyətə başladığı ilk gündən yaranmağa başlayır. Belə bir sistemin yaranması məktəbdə tətbiq olunacaq tədris plan və proqramlarını səmərəli realizə etmək üçün dərs cədvəli və məşğələlərin qrafiklərinin tərtib edilməsi ilə başlayır. Təhsil prosesində bu sistem daha da zənginləşir. Məktəbdə metodik iş sisteminə rəhbərlik birbaşa Metodik Şura, belə bir şura yaradılmadıqda isə təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir.
Metodlar mübahisəsi
Metodlar mübahisəsi (alm. Methodenstreit‎) — XIX əsrin 80-90-cı illərində iki iqtisadi məktəb — Avstriya və tarixi arasında baş verən müzakirə. Metodlar mübahisəsi iqtisadiyyatın inkişafında mühüm bir mərhələ oldu. XIX əsrin 70-ci illərində Avstriya-Macarıstan və Alman imperatorluqlarında tarixə "Avstriya" və "gənc tarixi" adı ilə daxil olan iki iqtisadi elmi məktəb formalaşmağa başladı. Hər birinin istifadə etdiyi müxtəlif metodlar qarşılıqlı ittihamlarla dolu elmi mübahisələrlə nəticələndi və daha sonra "metod mübahisəsi" adlandırıldı (alm. Methodenstreit‎). "Gənc" tarixi iqtisadi məktəbin qurucusu Qustav fon Şmoller, klassik məktəb nümayəndələrinin fərdiyyətçiliyinə qarşı çıxış etdi. İqtisadiyyatın tarixi, empirik və induktiv tədqiqatlara (yəni özəl nəticələrdən ümumi qənaətə keçməyə əsaslanan məntiqi nəticələrə) əsaslanan, etik və praktiki yönümlü, fənlərarası yanaşmaya və institusional (insanların müxtəlif assosiasiyalarının tədqiqatlar kompleksi) dinamikasını öyrənməyə yönəldiyini iddia etdi. İqtisadi qanunların ümumbəşəri olması və siyasi iqtisadiyyatın müəyyən bir toplum üçün xarakterik olan iqtisadi nəzəriyyələri təsvir edə və işıqlandıra bilməməsi barədə ilk qərar Avstriya məktəbinin nümayəndələrini Alman tarixi qanunları ilə qarşıdurmaya gətirib çıxardı . "Tarixçilər" Mengeri qurucusu olaraq "atomizm" və "kosmopolitizm" ittiham etdilər.
Metodologiya
Metodologiya araşdırma sahəsinə tətbiq olunan metodların sistemli, nəzəri təhlilidir. Bu, metod əsaslarının nəzəri təhlilini və araşdırılan elm sahəsiylə bağlı prinsipləri əhatə edir. Səciyyəvi olaraq, metodologiya paradiqma, nəzəri model, faza və kəmiyyət və ya keyfiyyət texnikası kimi terminləri özündə birləşdirir. Metodologiya metod olmadığı üçün məsələnin həllini konkretləşdirmir. Əvəzində, metodologiya xüsusi bir duruma, misal üçün xüsusi nəticəni hesablamaq, tətbiq oluna biləcək tək bir metod və ya bir sıra metodlar və ya ən yaxşı təlimləri başa düşməyə çalışan nəzəri təməlləri ortaya qoyur. Bu sahə həmçinin aşağıdakılarla izah oluna bilər: "elm sahəsi tərəfindən istifadə edilən metod prinsipləri, qaydaları və şərtlərinin təhlili"; "elm sahəsi içərisində tətbiq olunan, oluna bilən və ya olunmuş olan metodların sistemli öyrənilməsi"; "metodların izahı və ya öyrənilməsi".
Metodoloji Seminar (1986)
Metodoloji seminar (film, 1986)
Monte Karlo metodu
Monte Karlo metodu — Standart olmayan bir əyrinin əhatə etdiyi səthin sahəsini hesablamaq metodu. Standart olmayan bir əyrinin əhatə etdiyi səthin sahəsini hesablamaq müşkül məsələdir. Ancaq qeyri-standart düşüncə ilə bu məsələni həll etmək çox asandır. Bu səbəbdən də belə məsələləri həll etmək üçün "Monte Karlo metodu" işlənib hazırlanıb. Bu, qeyri-standart statistik metodun məğzi belədir: Əyri-üyrü xəttlə əhatə olunan səthin ətrafına sahəsi məlum düzbucaqlı çəkirlər və düzbucaqlının iki tərəfindən koordinat oxu kimi istifadə edilir. Sonra təsadüfi ədədlər cədvəlinin köməyi ilə düzbucaqlının içərisinə koordinatları məlum 100 nöqtə qeyd edilir. Əgər bu 100 nöqtədən, misal üçün, 40-ı naməlum səthin içərisinə düşərsə, onda axtardığımız sahə düzbucaqlınin məlum sahəsinin 40 faizini təşkil edəcək.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan elmi-metodiki və ixtisasartırma təşkilatıdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mədəniyyət sahəsinin inkişafına xidmət edən elmi qurumdur. Mərkəz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncam və qərarlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əsasnaməsini, əmr və kollegiya qərarlarını və Mərkəzin əsasnaməsini rəhbər tutur. Mərkəz öz vəzifə və hüquqlarını həyata keçirərkən elmi-tədris müəssisləri, profilinə uyğun yaradıcılıq ittifaqları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı surətdə fəaliyyət göstərir. Mərkəz öz işini Mədəniyyət Naziri tərəfindən təsdiq edilmiş illik planlar əsasında təşkil edir. Bakı şəhərində yerləşir. Müvafiq sahənin inkişafına xidmər edir Nazirlik tərəfindən verilən göstəriş və tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirir Mədəniyyətin tədqiqinə, təhlilinə və təbliğinə xidmət edən elmi araşdırmalar aparılmasını təmin edir Elmi qurumlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir və mədəniyyətin inkişafına xidmət edə bilən layihələri yazır Qanunvericiliklə və Nazirliyin qüvvədə olan əsasnaməsilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin “Azərbaycan SSR bədii özfəaliyyətinin canlandırılması və inkişafı haqqında ” qərarına əsasən bədii özfəaliyyət yaradıcılığının mərkəzləşdirilməsi məqsədilə 1939-cu ildə Azərbaycan SSR Xalq Komissarlar Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən mövcud Musiqi üzrə Elmi-Tədqiqat kabineti və “26-lar” Sarayının bazasında Respublika Xalq Yaradıcılığı Evi təsis edilmişdir. 1975-ci ildən Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılıq Evi kimi fəaliyyətini davam etmişdir.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz

Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəz

Digər lüğətlərdə