MIRE

mire1

n bataqlıq, bataqlıq yer;

◊ to be in the ~ bataqlıq girdabına düşmək; çətinliyə məruz qalmaq; to drag smb. / smb.’s name through the ~ bir kəsi ləkələmək / bədnam / biabır etmək

mire2

v 1. palçığa batmaq; 2. bataqlığa düşmək

MIRAGE
MIRROR
OBASTAN VİKİ
Kristofer Mireles Suazo
Kristofer Mireles Suazo (25 noyabr 1992) — Meksikalı peşəkar kişi BMX velosipedçisi. Kristofer Mireles Suazo Meksikanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Kristofer Mireles Suazo 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.091 saniyəlik nəticəsi ilə 74-cü yeri tutdu.
Mirebalais FK
Mirebalais İdman Assosiasiyası (Fransızca tələffüz: [a.sɔ.sja.sjɔ̃ spɔrtɪv miʁ.ba.lɛ]; Mirebalais AS olaraq da tanınır) — Haitinin Mirebalais şəhərini təmsil edən peşəkar futbol klubudur. Mirebalais İdman Assosiasiyası 2000-ci ildə Mirebalais şəhərini təmsil etmək məqsədilə təsis edilmişdir.
Mirella Freni
Mirella Freni (it. Mirella Freni, Əsl soyadı Fregni; 27 fevral 1935[…], Modena, Emiliya-Romanya – 9 fevral 2020[…], Modena, Emiliya-Romanya) — İtaliya opera müğənnisi. Mirella Freni 27 fevral 1935-ci ildə İtaliyanın Modena şəhərində anadan olmuşdu. Milanda "La Skala", Nyu-Yorkda "Mertopoliten-Opera", Moskvada "Böyük Teatr" və başqa möhtəşəm səhnələrdə oxuyan opera müğənnisinin ilk çıxışı 1955-ci ildə "Karmen" operasında olub. Uşaqlıqda Luçano Pavarotti ilə tanışlığı, Mirellanın gələcəkdəki opera karyerasında mühüm yer tutub. 10 yaşından böyük səhnələrdə çıxış edən müğənni, 1974-cü ildə Moskvada qastrol səfərində olub və geniş konsert proqramı ilə ifasını nümayiş etdirib. Mirella Freni Piza Universitetinin Fəxri doktoru olub. Mirella Freni 9 fevral 2020-ci ildə vəfat edib. Freni M., Gherpelli G. Mio caro teatro. Verona, 1990.
Mirey Matyö
Mirey Matyö (fr. Mireille Mathieu, 22 iyul 1946[…], Avinyon, Fransa) — fransız müğənni. Mirey Matyö 1946-cı il 22 iyul tarixində Avinyonda bənna ailəsində anadan olmuşdur. O, ailənin böyük uşağı olmuşdur. Onun uşaqlıq illərində ailəsi kasıblıq içində soyuq bir barakda yaşayırdı. Ancaq ailənin 8-ci uşağı dünyaya gəldikdən sonra onlara bələdiyyə evində dörd otaqlı mənzil verilir. Məktəb vaxtı Mireyin ilk müəllimi ilə olan münasibətləri səbəbindən qiymətləri çox pis olmuşdur. Məsələ onda idi ki, Mirey anadangəlmə solaxay olsa da, müəlliməsi ondan sağ əllə yazmağı tələb edirdi. Mirey sol əllə yazmaq istəyəndə müəlliməsi onun əlinə xətkeşlə vururmuş. Nəticədə Mirey oxu zamanı duruxa-duruxa danışdığından müəlliməsi onu sonuncu partada otuzdurmaq qərarına gəlir.
Mireziya
Mireziya salatı (pol. mizeria) — Polşa mətbəxinin milli salatı olub xiyar və xamadan ibarətdir. Onu adətən balıq və ətin yanında təqdim edirlər. Salatın adı fransızcada misère — kasıblıq mənasını verir. Polşanın aristokrat təbəqəsinin kənd camaatına hörməti kimi də başa düşülür. Salat əsasən nazik doğranmış təbii xiyardan, xamadan, duz, istiot və keşnişdən hazırlanır. Bəzən salata zövqə görə şəkər tozu, uksus və başqa ədviyyatlar da qatılır. Bir çox milli yeməklərdə olduğu kimi bu salatında müxtəlif növləri mövcuddur. Rahat və tez başa gəldiyi üçün çox onu çox miqdarda da hazırlamaq mümkündür. Çox vaxt kababların kənarında qarniyer kimi də təqdim etmək mümkündür.
MİREA
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.