MUŞQURMAQ

f. Minik və qoşqu heyvanlarını hərəkətə gətirmək, it və s. heyvanları yaxına çağırmaq üçün dodaqları büzərək muşquruq səsi çıxarmaq. Muşqurub iti çağırmaq.
– Məmməd nə qədər muşqurdusa, eşşək yerindən tərpənmədi. E.Sultanov.
Məcid, xanımın məzəmmətini eşitcək atı muşqurub sürdü. B.Talıblı.

MUŞQURMA
MUŞQURTU

Digər lüğətlərdə