MUSICIAN
MUSK DEER
OBASTAN VİKİ
Elon Musk
İlon Riv Mask (ing. Elon Reeve Musk; 28 iyun 1971[…], Pretoriya, CAR) — biznesmen və investor. O, SpaceX-in qurucusu, prezidenti, baş icraçı direktoru (CEO) və baş texnologiya direktoru (CTO), Tesla şirkətinin mələk investoru, CEO-su, məhsul memarı və eks-prezidenti, X Corp. şirkətinin sahibi, idarə heyətinin sədri və CTO-su, The Boring Company və xAI-nin təsisçisi, Neuralink və OpenAI-nin həmtəsisçisi və Mask fondunun prezidentidir. Dünyanın ən varlı insanlarından biridir. "Forbes" jurnalının 2024-cü il aprel ayına olan məlumatına görə, xalis sərvətinin 196 milyard ABŞ dolları olduğu təxmin edilir. Cənubi Afrika Respublikasının zəngin Mask ailəsindən olan İlon Mask paytaxt Pretoriyada doğulmuş və Pretoriya Universitetində oxumuşdur. 18 yaşında Kanadaya mühacirət edərək Kanada əsilli anasının vasitəsilə vətəndaşlıq almışdır. İki il sonra o, Kanadanın Kinqston şəhərində yerləşən Kuins Universitetinə qəbul oldu. Mask daha sonra Pensilvaniya Universitetinə keçərək iqtisadiyyat və fizika üzrə bakalavr dərəcəsi aldı.
Admiral Muskve
Admiral Dalindlela Muskve (21 avqust 1998) — hücumçu mövqeyində çıxış edən Zimbabve futbolçusu. Hazırda Çempionşip turnirində yarışan "Luton Taun" klubunun və Zimbabve milli futbol komandasının şərəfini qoruyur. == Klub karyerası == Muskve 2007-ci ildə doqquz yaşı olarkən yerli klublardan olan Lester Siti klubuna qəbul olmuşdur. 2016-cı ilin may ayında o, klubda Mövsümün Akademiya Oyunçusu seçilmişdir. Bir ay sonra Muskve klub ilə 2019-cu ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Muskve öz peşəkar karyerasında debütünü 2016-cı ilin iyul ayında mövsüm öncəsi yoldaşlıq oyununda Oksford Yunayted klubuna qarşı oyunda etmişdir. O, Şinci Okazakini əvəz etmiş və həmin görüşdə Lester Siti rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Muskve bir müddət İngiltərə milli futbol komandasının U-17 millisində çıxış etmişdir. O, milli ilə debütünü 2014-cü ildə Nordik U-17 Turnirində etmişdir. O, turnirdə 4 görüşdə iştirak etmiş və 2 qolla yadda qalmışdır.
Cessika Muskat
Cessika Muskat (ing. Jessika Muscat; 27 fevral 1989) və ya sadəcə Cessika — Malta müğənnisi və aktrisası. O, Cenifer Breninq ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Cessika Muskat daha öncə 2009-cu ildən 2016-cı ilə kimi hər il Maltanın Avroviziya üçün təşkil etdiyi milli seçim turlarında iştirak etmiş, lakin heç vaxt qələbə qazana bilməmişdir. O hal-hazırda Maltada yayımlanan Dostlar və düşmənlər (malta Ħbieb u Għedewwa) teleserialında Emma rolunu canlandırır.
Muskan (film, 2004)
Muskan (ingiliscə: Smile) — Rohit-Manişin rejissorluğu ilə 2004-cü ildə hind dilində çəkilmiş romantik-triller filmidir. Əsas rollarda Aftab Şivdasani və Qreysi Sinqh rol almışdır. Cəsarətli, gülərüz və çılğın modelyer olan Sameer Oberoi (Aftab Shivdasani) həyatda ona lazım ola bilən hər şeyə malikdir: müvəffəqiyyətli karyera; etibarlı və təhlükəsiz gələcək; rahat və zəngin həyat tərzi; onunla evlənməyə ümid edən gözəl qız olan Jahnvi (Neha); bir adam xoşbəxt olmaq üçün daha nə istəyə bilər ki? Amma Sameerin beynində xəyal etdiyi qızın obrazı var və o, tezliklə onu tapacağına ümid edir. Onun bu axtarışı daha yaxşı model axtarışındakı maneələrlə qarşılaşır; bir sıra yanlış telefon zəngləri, onu tanımadığı gənc bir xanımla birləşdirir. Samirin qrupu başqa bir yerə səyahət etmək qərarına gəlir və yolda onların maşını xarab olduğuna görə onlar Muskaan adlı gənc xanımın – “yanlış nömrə”nin də içində olduğu eyni avtobusda təsadüfən səyahət etməyə məcbur olurlar və bu səyahət zamanı Samir və Muskaan arasında yolda bir sıra anlaşılmazlıqlar baş verir. Samir Muskanı bəyənir və onu özünün axtardığı yeni modeli kimi təyin etmək qərarına gəlir və qız onun bu qərarı ilə razılaşır. Sonra Canvi (Jahnvi) qrupun bir üzvü tərəfindən mədəsindən vəhşicəsinə bıçaqlanaraq öldürülür və beləliklə də onların dünyası alt-üst olur və polisin əlindəki yeganə ipucu qızın qatilinin adının “S” hərfi ilə başlamasıdır və nəyin bahasına olursa olsun qatili əldə etməyə qərarlı olan müfəttiş Vikram Rajputun gözündə Samir qızın qətlində əsas şübhəliyə çevrilir. Qatilin axtarışı zamanı Muskaan (Gracy Singh) və Sameer bir-birlərinə aşiq olurlar. Onlar polis bölməsinə getməyə hazırlaşarkən Muskaan Canvinin atasına mesaj qoyduğu kasetlə gəlir.
Muskoqlar
Muskoqlar — Şimali Amerikanın hindi tayfaları (krikilər, çoktolar, seminollar, mobillər və b.) qrupu. 1826-1837-ci illərdə muskoqlar güclə Missisipi çayından qərbə (indiki Oklahoma ştatına) rezervasiyalara köçürüldülür. Müasir muskoqlar (təqribən 50 min) metisləşmişlər; dindarları xristiandır. Əsasən, kənd təsərrüfatında çalışırlar, bir hissəsi sənətkar, muzdur və fəhlədir; ziyalıları da var.
Muskovit
Muskovit – K Al2 [(OH, F)2 | Al Si3 O10] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn Muskovit adı Muscovy Glass (Moskva şüşəsi) sözündən götürülmüşdür. Orta əsrlərdə və Çar Rusiyasında pəncərə şüşələrinə ucuz alternativ kimi istifadə edilmişdir. Muskovit adı ilk dəfə 1568-ci ildə İngiltərənin Rusiyadakı səfiri Gerorge Turberville tərəfindən Kraliça I Yelizavetaya yazılmış olan məktublarda xatırlanmışdır. XVI əsrdə İngiltərədə geniş şəkildə tanınmış və istifadə edilmişdir. Onun rusca yazılışı “мусковит”, tələffüzü isə “muskovit” formasındadır. fuksit (6 %-dək Cr2O3), ellaherit (10 %-dək BaO), ferrimuskovit (13 %-dək Fe2O3), litiumlu (3-4 % Li2O) və manqanlı (2-3 % MnO) muskovitlər; serisit – incəpulcuqlu əmələgəlmələr və b. Xromofor-elementlərin konsentrasiyasından asılı olaraq müxtəlif rənglərdə olur: rəngsiz (nazik lövhəciklər), müxtəlif çalarlı boz, sarımtıl, yaşılımtıl, zümrüdü - yaşıl (fuksit), bənövşəyi (manqanlı muskovit), qırmızımtıl - qəhvəyi (ferrimuskovit), bəzən ağ (serisit) və b.; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində–sədəfi, pulcuqlu kütlələrdə – ipək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,8-2,9; Sərtlik – 2-3; vərəqləri əyilgən və elastikdir; Ayrılma – {001} üzrə tam mükəmməl, {110} və {010} üzrə mükəmməl; Sınıqlar – asanlıqla nazik vərəqlərə ayrılır; Morfologiya – kristallar: lövhəli, niziklövhəli, qısasütunvarı, nadir hallarda – iynəvari; İkiləşmə: tez-tez mika qanunu, nadir hallarda xlorit qanunu üzrə; Mineral aqreqatları: vərəqli-dənəvər, pulcuqlu, sıx gizlikristallik; Başqa xassələr – yaxşı elektroizolyasion materialdır. Bəzi intruziv süxurlarda süxur əmələgətirən mineral kimi iştirak edir və kaliumlu çöl şpatlarının metasomatik əvəzlənməsi hesabına əmələ gəlir. Qranit peqmatitlərinin muskoviti üçün çox iri, sahəsi bəzən 5-7 m2-ə çatan kristallar səciyyəvidir.
Nikola Muskat
Nikola Muskat (1994) — Maltalı üzgüçü. Nikola Muskat Maltanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nikola Muskat birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.22 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Nikola Muskat Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 26.60 saniyəlik nəticəsi ilə 53-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Muskau sarayı
Muskau sarayı və ya Muskau qalası — Almaniyanın Saksoniya vilayətində qala. Əsas binanın ətrafında mənzərəli park var. Saray 2004-cü ilin iyul ayından UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Muskau Parkı adlı geniş parkda yerləşir. Muskau su üzərində olan qala növünə aiddir. == Coğrafiyası == Muskau Parkı, Lujiçka çayı üzərində Almaniya—Polşa sərhədinin hər iki tərəfi boyunca uzanan Mərkəzi Avropanın ən böyük və ən məşhur İngilis parklarından biridir. == Tarixi == Muskau bölgəsindən keçmiş dövrlərdə iki mühüm ticarət yolu keçirdi. Muskaudakı ən qədim istehkamlar, şübhəsiz ki, bu yolların qorunmasına xidmət edirdi. Bundan əlavə, çay keçidinin yaxınlığında gömrük məntəqəsi var idi. Qalanın əsası qoyulduğu dövrə aid çox az sənəd qalmışdır. Muskau sarayinin ilk aydın şəkildə sənədləşdirilmiş sahibi Bodo von Euleburg idi.