1. Labüd, şübhəsiz, əlbəttə, yəqin, hər halda.
// Hər necə olur olsun, hər bir halda, qeydsiz-şərtsiz. Kitabı mütləq mənə çatdır. Sabah mütləq sizə gələcəyəm. Bu gün mütləq gəlməlidir.
2. Əsla, heç, qətiyyən, qəti surətdə.
3. İdealist fəlsəfədə: bütün varlığın daimi, dəyişməz ilk əsası (ruh, ideya, Allah).
4. Müqayisə xaricində, heç bir hadisə, şərait və s.-dən asılı olmayaraq götürülən. Əhalinin mütləq artımı.
◊ Mütləq monarxiya – bax mütləqiyyət.
Mütləq sıfır – mümkün olan ən alçaq temperatur (mənfi 273,16°C).
Mütləq çempion – müəyyən idman növünün hər hansı bir dərəcəsində yarış zamanı ən çox xal qazanmış idmançı.
Mütləq çoxluq – böyük əksəriyyət.