MƏMMƏDXAN

bax: Məməd və Xan.
MƏMMƏDHÜSEYN
MƏMMƏDİSMAYIL
OBASTAN VİKİ
Məmmədxan Bakıxanov
Məmmədmirzə (Məmmədxan) Məmmədrza oğlu Bakıxanov (1890, Bakı – 20 fevral 1957, Bakı) — Azərbaycan çalğı musiqisinin görkəmli nümayəndəsi, tarzən, Azərbaycan SSR əməkdar artisti (1943). Məmmədxan Bakıxanov 1890-cı ildə Bakıda anadan olmuşdur. Məmmədxanın uşaqlıq və gənclik illəri İranda keçmişdir. O, hələ 7 yaşında ikən atası İranın Rəşt şəhərinə köçmüş və orada ticarətlə məşğul olmuşdur. Balaca Məmmədxan ilk təhsilini Rəştdə almışdır. O, gənc yaşlarından başlayaraq xalq musiqisinə böyük həvəs göstərmişdir. Məmmədxanın atası Məmmədrza kişi tacir olmasına baxmayaraq, musiqi həvəskarı idi. Deyilənə görə, Məmmədrza kişi tar, saz çalar, hərdən bir pəsdən zümzümə edərdi. Məmmədxan ilk musiqi təhsilini İranda almışdır. O, bir tarzən kimi 1916-cı ildən başlayaraq xalq məclislərində çıxış etmişdir.
Məmmədxan Məmmədxanov
Məmmədxan Məmmədxan oğlu Məmmədxanov (1884, Qoçəhmədli, Cəbrayıl qəzası – 1938, Bakı) — Azərbaycanın ictimai və siyasi xadimi. Qaryagin qəzası İcraiyyə Komitəsinin sədri. Məmmədxan Məmmədxan oğlu 1884-cü ildə Cəbrayıl qəzasının Qoçəhmədli kəndində doğulmuşdu.Qarğabazar kənd məktəbində oxumuşdu. 1902-ci ildə Bakıda neft mədənlərində işləmişdi. 1905–1907-ci il inqilabında iştirak etmişdi. Bakı proletariatının 1914-cü il yay tətilinə qatılmışdı. 1917–1919-cu illərdə Qaryagin qəzasında Qırmızı qvardiyanın tərkibində əksinqilabçılara qarşı vuruşmuş, partiya özəklərinin yaradılmasında iştirak etmişdi. Qaryagin qəza partiya komitəsinin sədri, AK(b)P-nin 1-ci qurultayına nümayəndə seçilmişdi. 1920-ci ildə MK-ya üzvi olmuşdu. Sovet dönəmində məsul vəzifələrdə çalışmışdı.
İlxıçı Məmmədxan
Məmmədxanlı (keçmiş İlxıçı) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qalağan kənd inzibati ərazi dairəsində kənd. Məmmədxanlı kəndi Ərəb, Hacılar, Keymərəz, Qalağan və Sayad kəndləri ilə birlikdə Qalağan kənd bələdiyyəsinin idarəetməsi altındadır. Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kəndin keçmiş adı Məmmədxan İlxıçı olmuşdur. Məmmədxan həmin kənddə məskunlaşmış ilxıçı tayfasına mənsub ailələrin başçısının adı olmuşdur. Kənd bəzi mənbələrdə İlxıçı Məmmədxan və ya İlxıçı kimi də adlandırılmışdır. İlxıçı Səlcuq türklərinin tayfa adıdır. Bu türk tayfaları Osmanlı imperatorluğu dövründə doğma vətənləri Anadolunu tərk edərək Azərbaycana gəldilər və daimi olaraq burada qaldılar. Bu tayfalar (İlxıçı və Qaradağlı – Q.İ.) Azərbaycana köçdükləri vaxtdan öz qəbiləçilik təşkilatlarını unudaraq, başqa türk əhalisiylə qarışmışlar. Öz qəbilələri adıyla iz buraxdıqları oykonimlərdən başqa, onlardan bir iz qalmamışdır.
Anar Məmmədxanlı
Anar Məmmədxanov (20 iyul 1970, Bakı – 23 aprel 2011, Bakı) — dövlət və ictimai xadimi olmuşdur. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdur. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə isə XX əsr çempionu olmuşdur. 2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdi. Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı idi. "Ultra Production" şirkətinin və "Day.az" xəbər saytının yaradıcısı idi. Ölümünün səbəbi kəskin ürək qan-damar çatışmazlığı ürəyin işemik xəstəliyi olub. == Həyatı == Anar Camal (Camali) oğlu Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olmuşdur. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1992-ci ildə oranı bitirmişdir.
Anar Məmmədxanov
Anar Məmmədxanov (20 iyul 1970, Bakı – 23 aprel 2011, Bakı) — dövlət və ictimai xadimi olmuşdur. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdur. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə isə XX əsr çempionu olmuşdur. 2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdi. Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı idi. "Ultra Production" şirkətinin və "Day.az" xəbər saytının yaradıcısı idi. Ölümünün səbəbi kəskin ürək qan-damar çatışmazlığı ürəyin işemik xəstəliyi olub. == Həyatı == Anar Camal (Camali) oğlu Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olmuşdur. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1992-ci ildə oranı bitirmişdir.
Camal Məmmədxanov
Camal (Camali) İslam oğlu Məmmədxanov (25 dekabr 1938, Bakı) — azərbaycanlı alim; fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Camal (Camali) İslam oğlu Məmmədxanov 25 dekabr 1938-ci ildə anadan olmuşdur, 1946-cı ildə Bakının Mərdəkan qəsəbəsində orta məktəbə getmiş, 1956-cı ildə Bakı şəhər 46 saylı orta məktəbi başa vurmuşdur. Atası İslam Kərim oğlu Məmmədxanov 1904-cü ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olmuş, Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə əlili olmuşdur. İslam Məmmədxanov 1932-ci ildə Azərbaycan Tibb Institutunu bitirmiş və respublikanın bir çox rayonlarında cərrah kimi fəaliyyət göstərmiş, 1977-ci ildə dünyasını dəyişmişdir. Camal Məmmədxanov 1954–1956-cı illərdə həmin məktəbin Komsomol Komitəsinin katibi olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1961-ci ildə həmin fakültənin fizika-mexanika şöbəsini bitirmişdir. Universitetdə təhsil aldığı dövrlərdə idmanla məşğul olmuş və gənclər arasında üzgüçülük üzrə respublika çempionu olmuşdur. 1961-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında mexanika-riyaziyyat ixtisası üzrə fəaliyyətə başlamışdır. == Elmi fəaliyyəti == 1964-cü ildə Leninqrad şəhərində dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. Camal Məmmədxanov elmi araşdırmalarını davam etdirərək 1984-cü ilin mart ayında müvəffəqiyyətlə müdafiə edərək elmlər doktorlu adını qazanmışdır.
Hüseyn Məmmədxani
Hüseyn Məhəmmədxani — Şair, nasir 1955-ci ildə Təbrizlə Salmas arasında yerləşən Güney mahalının Meşin kəndində anadan olub. İlk təhsilini orada, orta təhsilini isə Təbrizdə və Tehranda alıb. Bundan başqa, mərhum doktor M.T.Zehtabi və doktor Məhəmmədsədiq Hüseyn Məhəmmədzadə (Hüseyn Düzgün) özəl məktəblərində türk dilini və Azərbaycan ədəbiyyatını öyrənib. H.Məmmədxani "Varlıq" dərgisini özü üçün bir məktəb sayır. 13 yaşından şer yazır. Nəsrə isə islam inqilabından sonra keçib. Azərbaycan türkcəsində 22 əsərin yazılmasında və ərsəyə gəlməsində rolu olub. 40-dan çox kitabı hələ ki çap gözləyir. Müsahibim şer və nəsr əsərləri yazmaqla yanaşı, folklorumuzu araşdırır. "Bilici Bəhmu", "Zinəli bulaq", "Hərə bir yanda yatıb" şer kitabları çapdan çıxıb.
Məmmədxanlı
Məmmədxanlı (Masallı)
Məmmədxanlı (Masallı)
Məmmədxanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin sayı 444 nəfərdir. Tofiq Hüseyn (Hüseynov Tofiq Yadulla oğlu) — şair, publisist, Əməkdar jurnalist,“Tərəqqi” medalına layiq görülüb (2005). Zümrüd Yağmur Məmmədxanlı patrooykonimdir. Yaşayış məntəqəsini XDC əsrdə maldarlıqla məşğul olmuş məmmədxanlı nəslinə mənsub ailələr saldığına görə belə adlandırılmışdır.
Məmmədxanlı (Xaçmaz)
Məmmədxanlı (keçmiş İlxıçı) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qalağan kənd inzibati ərazi dairəsində kənd. Məmmədxanlı kəndi Ərəb, Hacılar, Keymərəz, Qalağan və Sayad kəndləri ilə birlikdə Qalağan kənd bələdiyyəsinin idarəetməsi altındadır. Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kəndin keçmiş adı Məmmədxan İlxıçı olmuşdur. Məmmədxan həmin kənddə məskunlaşmış ilxıçı tayfasına mənsub ailələrin başçısının adı olmuşdur. Kənd bəzi mənbələrdə İlxıçı Məmmədxan və ya İlxıçı kimi də adlandırılmışdır. İlxıçı Səlcuq türklərinin tayfa adıdır. Bu türk tayfaları Osmanlı imperatorluğu dövründə doğma vətənləri Anadolunu tərk edərək Azərbaycana gəldilər və daimi olaraq burada qaldılar. Bu tayfalar (İlxıçı və Qaradağlı – Q.İ.) Azərbaycana köçdükləri vaxtdan öz qəbiləçilik təşkilatlarını unudaraq, başqa türk əhalisiylə qarışmışlar. Öz qəbilələri adıyla iz buraxdıqları oykonimlərdən başqa, onlardan bir iz qalmamışdır.
Naidə Məmmədxanova
Naidə Camal qızı Məmmədxanova (1 may 1968, Bakı) — filologiya elmləri doktoru, professor, Dünya ədəbiyyatı kafedrasının müdiri. Professor Camal Məmmədxanovun və professor Səidə İbrahimovanın qızı, akademik İbrahim İbrahimovun nəvəsi və ŞHK-nun kapitanı, millət vəkili Anar Məmmədxanovun bacısıdır. Naidə Məmmədxanova Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunudur. 1991-ci ildə «Azərbaycan-rus ədəbi əlaqələri» adlı namizədlik, 2003-cü ildə isə «XX əsrin 70-90-cı illərdə fransız romanı. Həyatın və qəhrəmanın yeni konsepsiya axtarışı» adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Məmmədxanova Naidə Avropa ədəbiyyatı üzrə mütəxəssisdir. “Dünya ədəbiyyatı tarixi”, “Müqayisəli ədəbiyyatşünaslıq (rus-xarici ədəbi əlaqələr)” fənlərini tədris edir. Ədəbiyyat problemlərinə həsr olunmuş 100-dən artıq elmi əsərlərin, o cümlədən “Романтизм в зарубежной литературе ХIХ века” və “Турецкая проза 20-40-х годов ХХ века” adlı metodik vəsaitlərin, dörd monoqrafik araşdırmanın: “Французский роман 70-90 годов ХХ века. Поиски новой концепции жизни и героя”, “Восприятие искусства и искусство восприятия (русско-азербайджанские литературные связи рубежа веков)”, “Müasir fransız ekzistensialist romanı” (fransız dilində), “Fransız postmodernizmin xüsusiyyətləri” (ingilis dilində), həmçinin bir dərsliyin “Зарубежная проза II половины ХХ века” və dərs vəsaitin “Взаимосвязь реализма Л.Н.Толстого и Д.Голсуорси” müəllifidir. Məqalələri həm respublikada, həm də bir sıra xarici ölkələrdə, məs.
Sahir Məmmədxanov
Sahir Polad oğlu Məmmədxanov (1959, İsmayıllı rayonu) — Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. 1959-cu ildə İsmayıllı rayonunda anadan olub. 1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirmişdir 1985–1993-cü illərdə Tver şəhərinin "Elektroaparatura" zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin "Kalininmaşdetal" istehsalat birliyində baş mühasib vəzifəsində çalışmışdır. 1993 – Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994–1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləmişdir. 1999 – "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışmışdır. 2001 – 2009 — Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2024-cü il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Başçısı vəzifəsinə təyin edilmişdir. Ailəlidir.
Ələkbər Məmmədxanov
Məmmədxanov Ələkbər (1875, Naxçıvan – 1920, Bakı) – dövrünün ziyalısı, Zaqafqaziya (Qori) Müəllimlər seminariyasında təhsil almışdır. Mühəndis. 1884-cü ildə Qori Müəllimlər Seminariyasına daxil olmuş, lakin təhsil haqqını ödəyə bilmədiyindən seminariyadan çıxarılmışdır. Sonralar Xarkov Universitetində təhsil alaraq mühəndis ixtisası qazanmış, Bakıda Musa Nağıyevin şirkətində neft mühəndisi işləmişdir. Bəhailik təriqətinin tarixi və fəlsəfəsini öyrənmiş, bu sahədə Qafqazda çap olunmuş əsərləri, o cümlədən Atropet adlı müəllifin "İmamat" kitabını avtoqrafla məşhur rus yazışısı Lev Tolstoyagöndərmişdir. L.Tolstoy şəxsiyyətinə, irsinə və fəlsəfi görüşlərinə rəğbət bəsləmiş, onunla məktublaşmışdır. Şeyx Bəhaullanın "İşıq" əsərini və bir sıra digər əsərləri rus dilinə tərcümə edərək Yasnaya Polyanaya göndərmişdir. Məmmədli Q. Molla Nəsrəddin (salnamə),B., 1984. Həbibbəyli İ. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
Ənvər Məmmədxanlı
Ənvər Qafar oğlu Məmmədxanlı (15 (28) fevral 1913, Göyçay – 19 dekabr 1990, Bakı) — Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinn üzvü, "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru (1946–1964), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), Azərbaycan SSR xalq yazıçısı (1987). Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulmuşdur. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikomunda təhsil almışdır (1926–1931). Sonra Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləmişdir (1931–1934). Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil almışdır. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934–1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936–1938), "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi (1941–1942), İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olmuşdur. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışmışdır (1943–1944). Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilmişdir.
Ənvər Məmmədxanlı (Ucar)
Ənvər Məmmədxanlı, Kirovkənd (?–2008) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. 2008-ci ilə qədər kənd Kirovkənd adlanıb. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə kəndin adı dəyişdirilib Ənvər Məmmədxanlı qoyulmuşdur Əhalisinin sayı 254 nəfərdir.