NORVEÇ

is. Skandinaviya ölkələrindən və xalqlarından birinin adı.
NORMATİ́V
NOSTALGİYA
OBASTAN VİKİ
Norveç
Norveç, rəsmi olaraq Şimali Avropada Skandinav ölkəsidir, materiki Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan Mayen və Şpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adası və Kraliça Mod Torpağı Antarktika ərazilərini iddialarına daxildir . Paytaxtı və ən böyük şəhəri Oslodur. Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır. Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır.
Fox (Norveç)
«Fox Norway» — «Fox Networks Group Europe» şirkətinin sahibləndiyi Norveç əyləncə telekanalı. Telekanal «Fox Crime» adı altında 21 mart 2012-ci ildən yayımlanır. 1 iyul 2013-cü ildən telekanal «Fox Norway» olaraq adını dəyişdirmişdir.
Norveç Krallığı
Norveç, rəsmi olaraq Şimali Avropada Skandinav ölkəsidir, materiki Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan Mayen və Şpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adası və Kraliça Mod Torpağı Antarktika ərazilərini iddialarına daxildir . Paytaxtı və ən böyük şəhəri Oslodur. Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır. Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır.
Norveç bayrağı
Norveç bayrağı — Norveçin Dövlət bayrağı.Bayraqda bir neçə dövlət bayrağı var:Tailand,Finlandiya,İndoneziya,Polşa,Fransa
Norveç cərəyanı
Norveç cərəyanı və ya Norveç axını — Norveç dənizindən keçən isti cərəyan. Cərəyan 50–100 metr dərinliklə hərəkət edir. Cərəyan Şimali Atlantika cərəyanının davamını təşkil edir. Suyunun duzluğu 34–35 ‰-dir. Suyunun temperaturu yayda +10…+12 °C, qışda isə +5…+7 °C olur. Sürəti 30 sm/s təşkil edir. İqlimi Skandinaviyaya uyğundur. Norveç cərəyanının qolları isə Nordkap və Şpitsbergen cərəyanlarıdır. Cərəyanların ayrılması 67° şm. e.
Norveç dili
Norveç dili (norv. norsk) — Əsasən Norveçdə danışılan, Skandinav dillərindən biri. Norveç dilinin və eləcə də İsveç dili və Dan dilinin ən qədim variantı Qədim skandinav dili hesab olunur. Bu dönəmdə runik əlifba ilə yazılan dil, 1030-cu ildə xristianlığın yayılması ilə birlikdə Latın əlifbası ilə əvəz olunmuşdur. Norveç dili ətraf dillərdən bu dönəmdə ayrılmağa başlamışdır. Zamanla Skandinav dili Şərq Skandinav dilinə və Qərb Skandinav dilinə ayrılmağa başlamışdır. Norveçdə, İslandiyada, Farer adalarında, Qrenlandiyada Qərb Skandinavcası istifadə olunurdu. Bu dil özlüyündə də XIV əsrdə ayrılmağa başlamış və bu ayrımın nəticəsində müasir İsland dili və Farer dili yaranmışdır. 1350-1525-ci illər arası istifadə olunan dil Orta Norveç dili olaraq bilinir. 1397-ci ildən Kalmar Birliyinə tabe olan Norveçdə Dan dilinin təsiri artmağa başlayır və idarəetmə dili olur.
Norveç dənizi
Norveç dənizi (ing. Norwegian Sea) — Rus və sovet hidroqlafları rəyinə əsasən Şimal Buzlu okeanına daxil olan və onun qutaracağında yerləşir. Skandinaviya yarımadası, İslandiya və Yan Mayen adaları arasında yerləşir. Sovet və Rus biblioqrafları dənizi Şimal Buzlu okeanına daxil olaraq, sərhədi Qrenlandiya, İslandiya, Farer adaları, Şetland adaları və Skandinaviya yarımadası arasından keçir. Bu qənaətə əsasən, Norveç dənizi Şimal Buzlu okeanına daxildir. Qərb mənbələri isə Ümumdünya Hidroqrafiya Cəmiyyətinin qərarına əsasən dənizi Atlantik okeanına daxildir. Belə ki, onun sərhədi Qrenlandiya, İslandiya, Şpitsberqen və Medvejnıy adaları və Norveç sahilləri daxildir. Sahəsi 1,4 milyon km², dərinliyi isə 3970 metr təşkil edir. Dənizin orta dərinliyi 1600–1700 m arasıdadır. Duzluğu 35 ‰ təşkil edir.
Norveç gerbi
Norveç gerbi (bukmol Norges riksvåpen) — ölkənin əsas dövlət simvollarından biridir. Gerb, ön pəncələrində qızıl sekiralı gümüş dirək tutan qızıl taclı aslan və kral tacı ilə tamamlanmış qırmızı qalxanla təsvir olunmuşdur. Dövlət başçısı mantiya ilə xüsusi şəxsi emblemdən, Müqəddəs Olaf ordeninin nişanlarından və Norveç kral tacından istifadə edir. Norveçin gerbi Avropadakı ən qədim gerblərdən biridir. İndiki forması, 1285-ci ildən bəri Kral Erik Maqnussonun gümüş pennisindən tanınır Hal-hazırda Norveçin 1937-ci il 19 mart tarixli Kral fərmanına uyğun olaraq Milli Gerbi Aktı var: Aslan təsviri ilk dəfə XII əsrin sonu - XIII əsrin əvvəllərində Norveç krallarının gerblərində görünməyə başlamışdır. Kral Hokon Haakonsson və oğlu Qanunverici Maqnusun qalxanlarında artıq aslan var idi. Qanunverici Maqnusun oğlu Erik Maqnusson, aslana tac və döyüş baltası əlavə etdi. O vaxtdan bəri, qırmızı sahədəki qızıl taclı aslan, ön pəncələrində qızıl sekiralı gümüş dirək tutan, heraldik dəbdə bütün dəyişiklikləri yaşamış, lakin Norveçin dəyişməmiş gerbi olmuşdur. Heraldikadakı aslan gücün simvolu, döyüş baltası - sekira yalnız qədim norveçlilərin sevimli silahı deyil, hər şeydən əvvəl Norveçin səmavi himayəçisi - Müqəddəs Olavın atributudur. "Müqəddəs Olav dastanı" na görə, məhz sekiranın vurduğu yara Olavın ölümünə səbəb olmuşdur.
Norveç iqtisadiyyatı
Norveç iqtisadiyyatı strateji sahələrdə dövlət mülkiyyətinə malik inkişaf etmiş qarışıq iqtisadiyyatdır. Qlobal biznes sikllarına həssas olmasına baxmayaraq, Norveç iqtisadiyyatı sənaye dövrünün başlanğıcından etibarən möhkəm böyümə göstərmişdir. Ölkənin digər Avropa ölkələri ilə müqayisədə çox yüksək həyat səviyyəsi və güclü inteqrasiya edilmiş bir təminat sistemi var. Norveçin müasir istehsal və rifah sistemi təbii ehtiyatların, xüsusilə də Şimal dənizi neftinin istismarı nəticəsində yaranan maliyyə ehtiyatına güvənir. Birləşmiş Millətlər Təşkilatının 2016-cı il məlumatlarına görə, Norveç Lüksemburq (kiçik dövlət) və İsveçrə ilə birlikdə dünyada adambaşına ÜDM 70.000 ABŞ dollarından yuxarı olan (kiçik ada dövlətləri və mikrodövlətləri çıxmaqla) yeganə üç ölkədir. Norveç dövləti təbii ehtiyatlarda və strateji neft sektoru (Equinor), su elektrik enerjisi istehsalı (Statkraft), alüminium istehsalı (Norsk Hydro), ən böyük Norveç bankı (DNB) və telekommunikasiya provayderi (Telenor) kimi strateji və cəmləşmiş sənaye sahələrində mülkiyyət mövqelərini qoruyur. . Hökumət Oslo birjasında açıq siyahıya alınmış şirkətlərin ümumi dəyərinin təxminən 35% -nə nəzarət edir, onun ən böyük yeddi şirkətinin beşi qismən dövlətə məxsusdur. Siyahıya alınmayan şirkətlər daxil olduqda, dövlətin sahiblikdə daha çox payı var (əsasən neft lisenziyası sahibliyindən). Norveçin dövlət müəssisələri kənd təsərrüfatına aid olmayan məşğulluğun 9,6% -ni təşkil edir, azsaylı dövlət mülkiyyət payına sahib şirkətlər daxil olduqda, demək olar ki, 13% -ə yüksəlir, ki bu rəqəm OECD ölkələri arasında ən yüksəkdir. İstər dövlət, istərsə də siyahıya alınmayan firmalar, bazarda idarə olunan və yüksək liberallaşdırılmış bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərirlər.
Norveç kampaniyası
Norveç kampaniyası (ing. Norwegian Campaign) və ya Norveç əməliyyatı — İkinci dünya müharibəsinin tərkib hissəsi kimi Antihitler koalisiyası və Üçüncü Reyx arasında Norveçi zəbt etmək uğurunda aparılan müharibə. Norveç kampaniyası adı verilən döyüşlər 1940-cı ilin 9 aprel tarixindən, 10 iyun tarixinə qədər davam etmişdir. Üçüncü Reyxə qarşı aparılan döyüşlərdə Norveç krallığına Böyük Britaniya, Fransa və Polşa hərbi və siyasi köməkliklər etmişdir. 62 gün davam edən döyüşlərin ardından Norveç müttəfiqləri ilə birlikdə məğlub olmuş, hökumət və kral ailəsi ölkədən təxliyə edilmək məcburiyyətində qalmışdır. Böyük Vətən müharibəsindən SSRİ-dən sonra Norveç Üçüncü Reyxə qarşı ən çox mübarizə aparmış ikinci dövlət kimi tarixə keçib. Benkow, Jo; Ole Kristian Grimnes. Vendepunkt: 9. april i vår bevissthet (Norwegian). Oslo: Cappelen.
Norveç kralı
Norveç kralı (norv. Kung av Norge) - Norveç konstitusiyasına əsasən dövlət başçısı. Hazırda bu titulun daşıyıcısı Qlüksburqlar sülaləsinin nümayəndəsi V Haralddır. Adətən Norveç krallığının başlanğıcı 872-ci il götürülür. Məhz bu ildə baş verən Hafrsfyord döyüşündə qələbə qazanan I Harald Gözəlsaçlı kiçik krallıqları öz hakimiyyəti altında birləşdirdi. O ildən bəri fasiləsiz olaraq mövcud olan krallıq Avropanın ilk dövlətlərindəndir. Uzunmüddətli mövcudluğu dövründə krallıq bir çox sülalə tərəfindən idarə olunmuşdur. Onlardan ən əsas ları I Haraldın sülaləsi(872—970), Sverre(1184—1319), və Oldenburq sülaləri (1450—1481, 1483—1533, 1537—1814, və 1905-ci ildən), həmçinin Qolşteyn-Qotyorn (1814—1818) və Şlezviq-Qolşteyn-Zondenburq-Qlükaburq (1905-ci ildən) qollarıdır. 1130-1240-cı illər arasında Norveçdə baş verən vətəndaş müharibəsi çərçivəsində mərkəzi hakimiyyət uğrunda bir neçə ailə mübarizə aparırdı. Bu döbrdə taxta oturan bəzi hökmdarlar ənənəvi olaraq kral hesab edilmirlər.
Norveç kronu
Kron (norv. krone, norsk krone, çox sayda kroner) — Norveçin milli valyutası, 1 kron 100 ereyə bərabərdir, (çox sayda — øre). İlk Norveç kronu Kral Olaf I Tryuqvasson (995–999) dövründə buraxılıb. İlk əskinazlar isə 1695-ci ildə kralın tacir Bergenə verdiyi icazə ilə buraxılıb. 14 iyul 1816-cı ildə Norveç parlamenti Norveş Bankı yaradılması haqqında qərar qəbul edir. 3 fevral 1855-ci ildə kağız riksmint (= 100 ere) qanuni ödəniş vasitəsi elan edilir. Norveç kronu isə (simvol — NKr) = 100 ere, 17 aprel 1875-ci ildən dövriyyəyə buraxılır. Hal-hazırda dövriyyədə 1, 5, 10, 20, 50, 100, 200, 500 və 1000 kronluq əskinazlar vardır. 1 may 2012-ci ildən dövriyyədən 50 erelik metal xırda pul çıxarılmışdır.
Norveç meşəsi
Norveç meşəsi (yap. ノルウェイの森) — Haruki Murakami tərəfindən 1987-ci ildə yazılmış roman. Bu roman zərərli seksuallığın nostalji hekayəsidir. Əsərin əsas qəhrəmanı Toru Vatanabedir. Vatanabe iki qız arasında seçim etməlidir. Bunlardan biri gözəl lakin xəstə Naoko, digəri isə həyat dolu və mübariz Midori Kobayasidir. Əsərdə hadisələr 1960-cı illərdə cərəyan edir. Bu dövr Yaponiyada tələbə hərəkatı və seksual azadlığın tələb olunduğu dövrdür. Haruki Murakami bu əsəri özünün "işıldaböcək" adlı hekayəsinin əsasında yazıb. Yazıçının dediyinə görə bu hekayənin əsasında təsirli məhəbbət hekayəsi yazmaq istəyib və hekayəni üç yüz səhifə uzatmaq qərarına gəlib.
Norveç Coğrafiya Cəmiyyəti
Norveç Coğrafiya Cəmiyyəti (norv. Det norske geografiske Selskab) — Norveç Krallığının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Oslo şəhərində yerləşir. Cəmiyyətin əsası elmi təşkilat kimi 1889-cu ildə qoyulmuşdur. Cəmiyyətin yaradılmasının təşəbbüskarlardan biri olan geoloq Hans Henrik Reuş 1898-ci ildən 1903-cü ilə qədər cəmiyyəti idarə etmiş, 1907-ci ildən 1909-cu ilə qədər cəmiyyətin fəxri üzvü olmuşdur. Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur. Əsas nəşri 1926-cı ildən bəri çap olunan "Norveç Coğrafiya Jurnalı"dır.
Norveç Fəhlə Partiyası
Norveç Fəhlə Partiyası — Norveçdə siyasi partiya. 1887-ci ildə yaranıb. Üzvlərinin sayı - 160 min. Hakimiyyətdə olduğu illər: 1935-1940, 1945-1965, 1971-1981; 1986-1989. 1992 - indiyə kimi. Sosial Demokratiya nədir?
Danimarka-Norveç
Danimarka-Norveç — hazırkı Danimarka və Norveç torpaqlarında qurulmuş uniya. Həmçinin İslandiya, Qrenlandiya və Farer adalarını da əhatə edirdi. 1536-cı ildə qurulmuş, 1814-cü ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmuş; İslandiya, Qrenlandiya və Farer adaları isə Danimarkaya bağlı qalmağa davam etmişdir. == Quruluş == Danimarka-Norveç əslində Kalmar Birliyinin qanuni varisi idi. Lakin İsveçdə baş verən üsyan Qustav Vazanın hakimiyyətə gəlməsinə və İsveçin ayrı bir dövlət yaratmasına təkan verdi. Bundan sonra dövlət Danimarka-Norveç adlanmağa başladı. == Yeddi illik Şimal müharibəsi == İsveç'in dövlətdən ayrılmasını qəbul edə bilməyən Kral III Kristian özünü hələ də İsveçin hökmdarı kimi görürdü. İsveçlə mütəmadi olaraq müharibə aparan dövlət 7 ildən sonra Stettin sülhünü imzaladı. == Koloniyaların yaranması == Böyük coğrafi kəşflər dövründə Danimarkanın da əsas maraqlarından biri Amerika və Hindistan oldu.
Norveç omarı
Nephrops norvegicus, Decapoda Dəstəsinden bir növ. Norveç omarı adətən Atlantik okeanı, Aralıq və Şimal dənizlərində yayılmışdır. Norveç omarı dənizin 40-250 m dərinliyində oyduğu yuvalarda məskunlaşır. Uzunluğu 18-20 sm olub, bəzən 25 sm-ə qədər çatırlar. Qəlsəməbaşlı olub, bədəninin böyük hissəsini təşkil edir. Qarın və quyruq bütövlükdə - “telson” hissəni təşkil edir. Bir cüt ön uzun ayaqlar qısqaclarla təmin olunmuşdur. Bütöv güvdə xitin zirehi ilə örtülüdür. Baş hissədə bu örtük “karpaks” adlanır. Telson trapes şəkilli olub onun uc hissəsində yelpik şəklində üzgəc yerləşir.
Norveç tarixi
Norveç tarixi — Norveç Krallığının eramızdan əvvəl ki, dövründən günümüzə qədər olan tarixini əhatə edir. İnsanların Norveçdə məskunlaşması Pleystosen epoxasının sona çatmasından sonra eramızdan 12.000 əvvələ təsadüf edir. Skandinaviyada Daş dövrü və Tunc dövründən qalma qayaüstü rəsmlərin aşkarlanması burada sivilizasiyanın daha erkəndən mövcud olduğunu göstərir. Norveçdə Roma İmperiyasının dönəmində eramızın 800-cü illərinə aid olduğu təxmin edilən Runik Daşların aşkarlanması burada romalarının mövcudluğu barədə olan ehtimalları gücləndirmişdir. 1030-cu ildə Danimarkalılar Norveçi ələ keçirdilər. Norveç Danimarka kralı Knudun qurduğu Şimal Dənizi İmperatorluğunun'nun bir parçası halına gəldi. 1363-cü ildə Norveç kralı VI. Håkon Danimarka kralı IV. Valdemar'ın qızı I. Margrete'lə evlənərək iki ölkəni bir bayraq altında birləşdirdi. Ayrıca Håkon İsveç krallığı ailəsiylə də əqraba idi. Cütlüyün evliliyindən doğulan Olaf'ın 1387-ci ildə erkən yaşda ölməsi üzərinə I. Margrete taxta çıxdı (1387–1412). Margrete'nin başçılığı altında 1397 ildə İsveç, Norveç, Danimarka və koloniyaları (Farer adaları, İslandiya, Qrenlandiya və Finlandiya) birləşərək Kalmar Birliyi adı altında böyük bir Skandinaviya İmperatorluğu halına gəldilər.
Norveç şəhərləri
Norveç əhalisi
Norveç əhalisi — 4 985 900 nəfərdir. Ölkə bu göstəriciyə görə dünyada Sinqapur və İrlandiya arasında yerləşib və 118-ci yerdədir. Ölkədə orta yaş həddi 40 yaşdır. Norveçdə doğum səviyyəsi (hər 1000 nəfərə 10.84) ölüm səviyyəsini (hər 1000 nəfərə 9.24 ) üstələyir. Buna baxmayaraq mühacirlərin hesabına əhali sayında artım müşahidə olunur. Proqnozlara əsasən, 2060-cı ilə qədər Norveç əhalisi 7 milyona qədər arta bilər. Əhalinin 94 %-i özünü norvüçli sayır. Azsaylı yerli xalq olan saamlar xüsusi qrup təşkil edirlər. Digər etnik azlıqlar isveçlilər (1,6 %), kvenlər (finlərə və saamlara yaxın xalq), yəhudilər və qaraçılardır. Ölkədə digər Avropa ölkələrindən gəlmələr də yaşayırlar: polyaklar (1,3 %), datlar (1,0 %), almanlar (0,8 %).
TV8 (Norveç)
«Fox Norway» — «Fox Networks Group Europe» şirkətinin sahibləndiyi Norveç əyləncə telekanalı. Telekanal «Fox Crime» adı altında 21 mart 2012-ci ildən yayımlanır. 1 iyul 2013-cü ildən telekanal «Fox Norway» olaraq adını dəyişdirmişdir.
İsveç-Norveç
İsveç-Norveç — indiki İsveç və Norveç torpaqlarında qurulmuş uniya. 1814-cü ildə qurulmuş, 1905-ci ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmamış; Norveç parlamenti səsvermə ilə Danimarka şahzadəsi Kristian Frederik Karl Georg Valdemar Aksel'i VII Haakon adı ilə hakimiyyətə gətirərək İsveçdən ayrılmışdır. Napoleon müharibələri dövründə Danimarka'nın məğlubiyyəti 1814-cü ildə Norveçin İsveçə verilməsi ilə nəticələndi. İsveç kralı XIII Karl yeni birliyin kralı elan edildi. Bu vaxtı Norveçdə hələ də mübarizə aparan şahzadə Kristian Frederik işğala qarşı mübarizə aparmağa və heç olmasa Norveçin müstəqilliyini qorumağa çalışırdı. İyun ayının 30-u Rusiya, Avstriya, Prussiya və Böyük Britaniyadan gələn səfirlər onu sülhlə təslim olmağa çağırdılar. Kristian Frederik xalqın öz liderini seçməyini təklif edərkən bu yerdə Avstriya səfiri Avqust Ernst Şteigenteş bu məşhur şərhi: Müharibənin qaçınılmaz olduğunu görən İsveç, vəliəhd Karl İohannın komandanlığı altında Hvaler adalarına çıxaraq müharibəni başlatmış oldu. Langnes döyüşü kimi kiçik döyüşlərdə Norveçlilər qələbə qazansa da İsveç qalib gələrək şahzadə Kristian'ı Danimarkaya geri göndərdi. Noyabrın 4-ü XIII Karl Norveç kralı elan olundu.
Norveç incəsənəti
Norveç təsviri incəsənəti — Norveçin ilk görkəmli milli rəssamı olan boyakar və qrafik Yohan Kristian Dal çoxlu mənzərə əsərləri yaratmışdır. XIX əsrin ortalarından xalq həyatına dair mövzulara və milli mənzərəyə maraq artır. XIX əsrin sonunda milli realist rəssamlıq məktəbi formalaşmağa başlayır. Boyakarlardan K.Kroq, E.Verenşöll, G.Munte, T.Kittelsen, heykəltaraş Q.Vigelannın yaradıcılığında demokratik və vətənpərvərlik ideyaları üstün yer tutur. Məşhur boyakar Edvard Munkun yaradıcılığı da bu dövrdə formalaşır. XX əsrin birinci yarısında təsviri sənətin inkişafında monumental-dekorativ sənət xüsusi yer tuturdu. XX əsrin ikinci yarısından modernist cərəyanlarla yanaşı demokratik və realist ənənələr davam etdirilir. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Norveç meşəsi (kitab)
Norveç meşəsi (yap. ノルウェイの森) — Haruki Murakami tərəfindən 1987-ci ildə yazılmış roman. Bu roman zərərli seksuallığın nostalji hekayəsidir. Əsərin əsas qəhrəmanı Toru Vatanabedir. Vatanabe iki qız arasında seçim etməlidir. Bunlardan biri gözəl lakin xəstə Naoko, digəri isə həyat dolu və mübariz Midori Kobayasidir. Əsərdə hadisələr 1960-cı illərdə cərəyan edir. Bu dövr Yaponiyada tələbə hərəkatı və seksual azadlığın tələb olunduğu dövrdür. Haruki Murakami bu əsəri özünün "işıldaböcək" adlı hekayəsinin əsasında yazıb. Yazıçının dediyinə görə bu hekayənin əsasında təsirli məhəbbət hekayəsi yazmaq istəyib və hekayəni üç yüz səhifə uzatmaq qərarına gəlib.
Norveç təsviri incəsənəti
Futbol üzrə Norveç çempionatı
Elitseriya (norv. Eliteserien) - Norveç futbol çempionatlarının ən yüksək liqası. İlk belə çempionat 1937-ci ildə təşkil edilib (Norveç liqası (norv. Norgesserien) kimi). Yarış Norveç Futbol İttifaqı tərəfindən keçirilir. == Format == Çempionat 1995-ci ildən 2009-cu ilə kimi 14 komandadan ibarət idi. 2009-cu ildə klubların sayı 16-ya çıcarıldı. Turnir iki dövrəli olub payız-yaz sistemi ilə keçirilir. Elitseriyanın yekununda son 2 yeri tutmuş komanda I diviziona düşür. 14-cü yerin sahibi ilə aşağı liqada 3-cü tutmuş klub isə yüklək eşalonda qalmaq uğrunda ikitərəfli oyunlar keçirirlər.
Norveç 2009 Avroviziya Mahnı Müsabiqəsində
Norveçi 2009 Avroviziya Mahnı Müsabiqəsində Aleksandr Rıbakın oxuduğu Fairytale mahnısı təmsil etdi. 350-dən çox mahnı təqdim edildi. Bu mahnılardan 21-i Melodiya Qran-prisi 2009-da rəqabət aparmaq üçün seçildi. 3 yarımfinal yanvarın 24-ü, 31-i və fevralın 7-i keçirildi. Yarımfinallarda məğlub olanların ən yaxşıları bir daha yarışdı və onlardan ikisi finala vəsiqə qazandı (Espen Hana – "Two of a Kind", Publiners – "Te stein"). Norveç Böyük dörtlük ölkələrindən və ev sahibi Rusiyadan fərqli olaraq müsabiqəyə II yarımfinaldan qoşuldu. Mayın 14-ü keçirilmiş II yarımfinalda Norveç 6-cı səhnəyə çıxdı. Norveç II yarımfinalda 201 xal toplayaraq birinci oldu və finala vəsiqə qazandı. Müsabiqəni mayım 14-ü keçirilmiş finalında isə Norveç 20-ci çıxış etdi. Finalda Norveç 387 xal toplayaraq yarımfinalda olduğu kimi birinci oldu.
Norveç 2012 Avroviziya Mahnı Müsabiqəsində
Norveç 2012 Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı seçimə start verib. NRK tərəfindən Melodi Grand Prix üçün mahnı qəbulu açıq elan olunub. Bu müsabiqənin qalibi gələn il Avroviziyada bu ölkəni təmsil edəcək. 16 yaşına çatan hər kəs yarışmada iştirak edə bilər. Mahnı qəbulu sentyabrın 2-nə kimi davam edəcək. Xarici bəstəkarlar və müğənnilər də bu seçim turunda iştirak edə bilərlər.
Norveç 2015 Avropa Oyunlarında
Norveç — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Norveç ümumilikdə 53 idmançı ilə təmsil olunub.
Norveç Avroviziya Mahnı Müsabiqəsində
Norveç Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1960-cı ildə qoşulmuş və ümumilikdə 58 dəfə müsabiqədə iştirak etmişdir. Avroviziya qatılmasından sonra ölkə yalnız iki dəfə müsabiqədə iştirak etməmişdir. 1970-ci ildə müsabiqənin qaydalarına etiraz olaraq ölkə iştirakdan imtina etmiş, 2002-ci ildə isə bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən Avropa Yayım İttifaqı tərəfindən müsabiqədən kənarlaşdırılmış və növbəti il yenidən geri dönmüşdür. Norveç üç dəfə Avroviziyada qələbə qazanmışdır. Müsabiqəni ölkədə yeganə yayımlamaq hüququ olan NRK telekanalı Norveçin Avroviziya təmsilçilərini telekanalın təşkil etdiyi Melodi Grand Prix mahnı festivalı vasitəsilə seçir. Üç dəfə Avroviziyada qalibiyyət əldə edən Norveçin ilk qələbəsi 1985-ci ildə Bobbysocks qrupunun ifa etdiyi "La det swinge" mahnısı ilə qazanılmışdır. İkinci Avroviziya qalibiyyətini isə Norveçə Secret Garden qrupu norveç dilində səsləndirdikləri "Nocturne" mahnısı ilə qazandırmışdır. Norveç müsabiqədə üçüncü dəfə 2009-cu ildə Aleksandr Rıbakın ifa etdiyi "Fairytale" mahnısı ilə qələbə qazanmışdır. 2009-cu ildə Norveçin müsabiqədə topladığı 387 xal Avroviziyanın 1975-2015-ci illərdəki səsvermə metoduna görə rekord saydır. Norveç eyni zamanda dörd dəfə müsabiqəni 0 xalla başa vurmaqla və həmçinin, 11 dəfə müsabiqədə sonuncu yeri tutmaqla özünə məxsus antirekordlara da malikdir.
Norveç Həmkarlar İttifaqları Konfederasiyası
Norveç Həmkarlar İttifaqları Konfederasiyası və ya qısaca NHİK (norv. Landsorganisasjonen i Norge - LO) — Norveçin ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Hazırda Norveçdə ən irimiqyaslı ictimai qurumdur. Konfederasiyanın baş qərargahı Osloda yerləşir. Konfederasiya 1899-cu ildə yaranıb. 1957-ci ilədək qurum Əməkçilərin Milli Həmkarlar İttifaqı adlanıb. Həmin vaxtdan indiki adı daşıyır. 1920-1930-cu illər Konfederasiyanın tarixində ən fəal dövr kimi yadda qalıb. Həmin dövrdə ölkədə əmək münaqişələri və kəskin iqtisadi mühit hökm sürürdü. Xüsusilə də almanların müvəqqəti olaraq Norveçi işgal etməsindən sonra ölkə iqtisadiyyatı çox gərgin dövrünü yaşayırdı.
Norveç Krallığının hüquq sistemi
Norveçin hüquq sistemi müstəqil Skandinaviya hüquq sisteminə daxil olmaqla, alman-roman və həm də ingilis-amerikan sistemləri ilə ahənglik təşkil edir. Norveç adət hüquqlarının ilk yazıları XII əsrə aiddir. Bu dövrdə ölkənin bütün ərazisi vahid krallıq hesab edilsə də, dörd tinqə ayrı-ayrı klan nümayəndələrinin yığıncaqları ilə birləşmiş və dayanıqlı hüquqi adətləri və ənənələri olan klanlara bölünmüşdü. Bu iki birliyin-"Qulatinq qanunları" və "Frostatinq qanunları" hüquqi adətlərinin məcmuələri bizim günlərə qədər demək olar ki, tam məzmunda saxlanılmışdır və orta əsrlərin hüquq tarixi üzrə qiymətli sənədlərdir. Bu məcmuələr əsasında "qanunların yaxşılaşdırıcısı" adını almış kral Maqnusun hakimiyyəti dövründə ilk ümumilli "Torpaq qanunu" külliyyatı nəşr olunmuşdur ki, onun da əsasında kilsələrin hüquqi vəziyyətinə aid olan məsələlər tənzimlənir, cinayət, torpaq və ticarət hüququ normaları şərh olunurdu. Qanun külliyyatının təsiri o vaxtlar Norveçə məxsus olan ərazilərə — Qrenlandiya, Farer, Orkneysk və Şetland adalarına şamil edilirdi. "Torpaq qanunu" külliyyatına əlavə olaraq, "Şəhərlər qanunu" (1276-cı il) nəşr edildi ki, bu da yerli şəhər adətləri məcmuələrini ümumilli ticarət və dənizçilik qaydaları ilə əvəz etdi. Sistemləşdirilmiş qanun külliyyatlarının ayrı-ayrı müddəaları yeni qanunlarla əvəz edilsə də, bir neçə yüzilliklər ərzində öz qüvvəsini saxladı. Ölkənin Danimarka tərəfindən istila edilməsindən sonra (1380-ci il), Norveç hüququnun inkişafı Danimarka hüquq adətlərinin güclü təsiri altına düşdü. Əsas hakim vəzifələrini danimarkalılar tutur, yerli məhkəmələr tərəfindən çıxarılan qərarlardan şikayətlər Danimarka Ali Məhkəməsinə verilirdi.
Norveç Krallığının hüquq sitemi
Norveçin hüquq sistemi müstəqil Skandinaviya hüquq sisteminə daxil olmaqla, alman-roman və həm də ingilis-amerikan sistemləri ilə ahənglik təşkil edir. Norveç adət hüquqlarının ilk yazıları XII əsrə aiddir. Bu dövrdə ölkənin bütün ərazisi vahid krallıq hesab edilsə də, dörd tinqə ayrı-ayrı klan nümayəndələrinin yığıncaqları ilə birləşmiş və dayanıqlı hüquqi adətləri və ənənələri olan klanlara bölünmüşdü. Bu iki birliyin-"Qulatinq qanunları" və "Frostatinq qanunları" hüquqi adətlərinin məcmuələri bizim günlərə qədər demək olar ki, tam məzmunda saxlanılmışdır və orta əsrlərin hüquq tarixi üzrə qiymətli sənədlərdir. Bu məcmuələr əsasında "qanunların yaxşılaşdırıcısı" adını almış kral Maqnusun hakimiyyəti dövründə ilk ümumilli "Torpaq qanunu" külliyyatı nəşr olunmuşdur ki, onun da əsasında kilsələrin hüquqi vəziyyətinə aid olan məsələlər tənzimlənir, cinayət, torpaq və ticarət hüququ normaları şərh olunurdu. Qanun külliyyatının təsiri o vaxtlar Norveçə məxsus olan ərazilərə — Qrenlandiya, Farer, Orkneysk və Şetland adalarına şamil edilirdi. "Torpaq qanunu" külliyyatına əlavə olaraq, "Şəhərlər qanunu" (1276-cı il) nəşr edildi ki, bu da yerli şəhər adətləri məcmuələrini ümumilli ticarət və dənizçilik qaydaları ilə əvəz etdi. Sistemləşdirilmiş qanun külliyyatlarının ayrı-ayrı müddəaları yeni qanunlarla əvəz edilsə də, bir neçə yüzilliklər ərzində öz qüvvəsini saxladı. Ölkənin Danimarka tərəfindən istila edilməsindən sonra (1380-ci il), Norveç hüququnun inkişafı Danimarka hüquq adətlərinin güclü təsiri altına düşdü. Əsas hakim vəzifələrini danimarkalılar tutur, yerli məhkəmələr tərəfindən çıxarılan qərarlardan şikayətlər Danimarka Ali Məhkəməsinə verilirdi.
Norveç Xarici İşlər Nazirliyi
Norveç Xarici İşlər Nazirliyi — Norveç Krallığı Xarici İşlər Nazirliyi, 1905-ci il 7 iyun tarixində əsası qoyulmuşdur. Norveç parlamenti (Böyük palata) eyni gündə İsveçlə fərdi birliyini ləğv etmək qərarına gəldi. Norveç Xarici İşlər Nazirliyi 110 xarici missiyanı və 3 səlahiyyətində olan təşkilatı idarə edir: Norveç Əməkdaşlıq İnkişafı üzrə Agentlik, Norveç "Sülh Körpüsü" və "Norfund ölkələri İnkişafı və İnvestisiya Fondu". Norveç nazirliklərindən fərli olaraq, Xarici İşlər Nazirliyi təşkilatın rəhbəri kimi iki nazir çıxış edir. Xarici İşlər Naziri ən çox siyasi sahəyə, inzibati rayonlara rəhbərlik edir. Nazirliyin bəzi şöbələri nazirlərə hesabat verir.
Norveç meşəsi (film, 2010)
Norveç meşəsi (yap. ノルウェイの森, (ing. Norwegian Wood) — rejissor Tran Anh Hungun filmi. Haruki Murakaminin eyniadlı romanının ekranizasiyasıdır. Filmin əsas mövzusu Tokioda, 1960-cı illərdə cərəyan eləyir. Toru Watanabe adlı tələbə, özünün ən yaxın dostu olan Kizukinin ölümündən sonra Tokioya təhsil almağa gedir. Bir neçə vaxtdan sonra o Kizukinin bir vaxt sevdiyi və onunla dostluq etdiyi qızı — Naokonu görür. Onlar arasında sevgi yaşanır. Amma Kizukinin ölümü Naokonun ağlından heç cür silinə bilmir. Eyni zamanda Watanabe Midori adlı qızla da tanış olur.

Digər lüğətlərdə