NURU

nurlu; “nur” ilə başlanan adların ixtisar-əzizləmə forması.
NURTƏK
NURULLA
OBASTAN VİKİ
Nuru
Nuru — kişilərə verilən şəxsi ad. Nuru Paşa — Türkiyə Osmanlı ordusunun generalı. Nuru Abdullayev — İkinci dünya müharibəsi veteranı Nuru Səfərov — fizika və riyaziyyat üzrə fəlsəfə doktoru Nuru Məmmədov — Tarix elmləri namizədi (1976), dosent (1998) Bu ad təxəllüsü olan şəxslər Vüsal Nuru — yazıçı, ssenarist. Bu ada oxşar adı olan şəxslər Nuruş Əliyev (1911-1995) — Sosialist Əməyi Qəhrəmanı Yaşayış məntəqələri Qara Nuru — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Nurulu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Başqa mənalarda Haqqın nuru (qəzet) — Qafqaz Müsəlmanları İdarəsi nin həftəlik dini-ictimai qəzeti.
Nuru Abdullayev
Nuru Abdullayev — İkinci dünya müharibəsi veteranı. Nuru Abdullayev Şəki rayonunun Oxud kəndində doğulmuşdur. 1942-1945-ci illərdə Fransa müqavimət hərəkatında iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun silahdaşı olmuşdur. Şəki rayonunun Oxud kəndində dəfn edilib.
Nuru Bayramov
Nuru Yusif oğlu Bayramov (17 sentyabr 1963, Nərimanlı, Basarkeçər rayonu) — Azərbaycan alimi; cərrah, transplantoloq, hepatoloq; tibb elmləri doktoru (1999), professor (2004), AMEA-nın müxbir üzvi (2014). Nuru Bayramov 17 sentyabr 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1970-ci ildə Nərimanlı kənd orta məktəbinə getmiş, 1980-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra elə həmin ildə də Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1986-cı ildə bu fakültəni "Lenin adına təqaüdçü" və cərrahiyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1986–1988-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci Cərrahi Xəstəliklər kafedrasında klinik ordinatura keçmiş, 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda "Cərrahiyə" ixtisası üzrə aspiranturaya daxil olmuş, 1991-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Tibb Akademiyasının aspiranturasını vaxtından əvvəl bitirərək "Tədqiqatçı həkim" ixtisası almışdır. 1991-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Tibb Akademiyasında "Xroniki osteomielitlərin kompleks müalicəsində kombinəolunmuş lazerlərin tədbiqi" adlı dissertasiya mövzusunu müdafiə edərək "tibb elmləri namizədi" (PhD) elmi dərəcəsini almışdır. 1991–1994-cü illərdə Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər kafedrasında assistent vəzifəsində işləmişdir. Qarabağ müharibəsi dövründə yaralılara Tərtər hərbi hospitalında və arxa cəbhədə cərrahi xitmətin göstərilməsində aktiv iştirak etmiş, Xocalı soyqırımı zamanı donmuş insanların müalicəsində yenilikçi fəaliyyət göstərmişdir. 1994-cü ildə "Qaraciyər cərrahiyyəsi və transplantasiyası" mövzuları üzrə elmi tədqiqat işləri aparmaq, "Laparoskopik, qastroentoroloji və onkoloji cərrahiyə" üzrə praktik təcrübə keçmək üçün Türkiyə Respublikasına ezam edilmişdir. 2000-ci ilə qədər Yüksək İxtisas Xəstaxanasında, Başkənd Universiteti Orqan Nəqli Klinikasında və Ankara Universiteti Cərrahi Onkologiya Bölümündə elmi-tədqiqat işləri aparmış və praktik təcrübə keçmişdir. 1996–1998 illərdə Türkiyənin Yüzüncü Yıl və Kırıkkale Universitetlərinin Ümumi cərrahiyyə kafedrasında Dossent Doktor kimi, kafedra müdirü vəzifəsində işləmiş, kafedraların qurulmasında, Laparoskopik cərrahiyyənin, qaraciyər cərrahiyyəsinin təşkil edilməsində iştirak etmişdir.
Nuru Paşa
Nuru Killigil və ya Nuru Paşa (türk. Nuri Killigil; 1889, Konstantinopol, Osmanlı imperiyası – 2 mart 1949, Sütlücə, İstanbul, Türkiyə) — Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı və Türkiyə Cümhuriyyəti dövründə sahibkar. O, 1949-cu il mart ayının 2-də İstanbulun Sütlücə fabrikində baş verən partlayış nəticəsində faciəli surətdə həlak olmuşdu. Qarabağda anti-Sovet xalq üsyanının yatırılmasından sonra Türkiyəyə qayıtmalı olan Nuru paşanın sonrakı həyatı Türkiyə ilə bağlıdır. Öz doğma vətəninə qayıtması ilə Nuru paşa yeni sınaqlarla üzləşməli oldu. Hər şeydən əvvəl Sovet Rusiyasının bolşevik rəhbərliyi Azərbaycanda bolşevik hakimiyyətinə qarşı qətiyyətli mübarizə aparan Nuru paşanın təqibini Türkiyə ərazisində də davam etdirdi. Sovet Rusiyanın rəhbərliyi ilə Türkiyənin müxtəlif səviyyəli heyətləri arasında aparılan danışıqlar zamanı Nuru paşanın Qarabağda sovet hakimiyyətinə qarşı mübarizə aparması ciddi tənqidlə qarşılandı və Türkiyə milli mücadiləsinin fəalları qarşısında onun nəzarət altına alınması məsələsi qaldırıldı. Buna baxmayaraq, Türkiyə ərazisində Nuru paşa həbs edilmədi, lakin onun bolşevizmə qarşı cəbhə tutması təqdir də olunmadı. Qarabağda qarşısına qoyduğu məqsədə çata bilməməsi, Nuru paşanın mənəvi və fiziki gərginliyini daha da artırdı. Bunlar Nuru paşanın bütün durumunda da özünü göstərməyə başladı.
Qara Nuru
Qara Nuru (əvvəlki adları: Nikolayevka; Petropavlovka; Krasnoselski) — Azərbaycan Respublikasının Saatlı rayonu<nun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun Krasnoselski kəndi Qara Nuru kəndi adlandırılmışdır. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Krasnoselski olmuşdur. Kəndin keçmiş adlarından biri — Nikolayevka, rus çarı I Nikolayın şərəfinə qoyulmuşdu. Bu adın ona 1909-cu ildə verildiyi deyilir. Amma rusdilli əhalinin bura köçürülməsi 19-cu əsrin sonlarına təsadüf edir. Qara Nuru kəndi Saatlının ən iri yaşayış məntəqələrindən biridir. Əhalisinin sayı 2009-cu ildə 6258 nəfərdir. Sonrakı illərdə əhali sayı 7 min nəfəri keçmişdir. Əhalinin milli tərkibi də maraq doğurur.
Vüsal Nuru
Vüsal Nuru (7 iyul 1981, Ağdam) — Azərbaycanlı yazıçı və ssenarist. Vüsal Nuru 7 iyul 1981-ci ildə Ağdamda doğulmuşdur. Ailənin ilk övladıdır. Orta təhsilini Bakıda bitirib. Hərbi xidmətdə olub. Ailəlidir. İki övladı var. Hazırda Bakı şəhərində yaşayır. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. 2009-cu ildə "Prezident təqaüdü"nə layiq görülmüşdür.
Haqqın nuru (qəzet)
"Haqqın nuru" — Qafqaz Müsəlmanları İdarəsinin həftəlik dini-ictimai qəzeti İlk nömrəsi 12 mart 2010-cu ildə nəşr olunmuşdur. Qəzet Azərbaycan və rus dillərində nəşr edilmişdir. 300 – 12.02.2016. 2016-cı ildə fəaliyyətini dayandırmışdır. Qəzetin fəaliyyətini dayandırmasına səbəb iqtisadi çətinliklər olmuşdur.
Rəşad Nuru Gündəkin
Rəşad Nuri Güntəkin (25 noyabr 1889, Konstantinopol, Osmanlı imperiyası – 7 dekabr 1956, London) — Türk yazıçı-dramaturqudur. Çalıquşu, Dodaqdan qəlbə, Yaşıl Gecə, Yarpaq tökümü və Anadolu qeydləri kimi əhəmiyyətli əsərləri vardır. 1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirir. Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihad və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzi çalışmalarda bulunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan "Ulus" qəzetinin İstanbul qolu olan "Məmləkət" qəzetini nəşr etdirir.
Nuru Əmiraslanovun yaşayış evi
Nuru Əmiraslanovun yaşayış evi — 1907-ci ildə Nuru Əmiraslanovun sifarişi ilə İosif Ploşkonun layihəsi üzrə Bakıda keçmiş Naberejnaya İmperatora Aleksandra II, 65, indiki Neftçilər prospekti, 65 ünvanında tikilmiş bina. Bina İosif Ploşkonun Bakıda layihələndirdiyi ilk iş sayılır. Arxiv materiallarına görə İosif Ploşko Bakıdakı ilk sifarişi 1907–1908-ci illərdə, Sahil küçəsi, 65-də yaşayış binasının tikintisi üçün Bakı varlılarının tanınmış ailələrindən olan Nuru Əmiraslanovdan alıb. Ev Bayıl təpəsinin yamacında əsas şəhər magistralının strukturunda mühüm şəhərsalma mövqeyinə malik və geniş həyəti olan perimetral tikintidən ibarətdir. Evin fasadında daşın yüngülcə yonulması ilə üfüqi və şaquli bölgülər nəzərə çarpır. Ploşko nisbətən sadə fasad yaratmış və klassik formalara və üsullara hörmətlə yanaşmışdır. Fasadın kompozisiyasında iki element — girişin intibah portalının effektiv motivləri və onun həcm elementlərinin incə modelləşdirilməsi və onun tərəfindən memarlıq klassikasına öz bədii münasibətinin həll edildiyi ön giriş qapısı əsas yer tutur. Portal bütün Asiya memarlıq məktəblərinin eyni mənbədən əks etdikləri ioniya orderli qoşa sütunla ifadə olunmuşdur.
Elnur Nurullayev
Elnur Fərhad oğlu Nurullayev (08 oktyabr 2000; Şəki, Kiş kəndi , Azərbaycan — 25 dekabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Nurullayev Elnur Fərhad oğlu 2000-ci il oktyabr ayının 8-də Şəki rayonunun Kiş kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. 25 dekabr 2020-ci ildə doğulduğu Kiş kəndində torpağa tapşırılıb. 2006-cı ildə Şəki rayon Kiş kənd A.M.Məmmədov adına 2 N-li tam orta məktəbin birinci sinfinə qəbul olmuş, 2017- ci ildə məktəbi bitirmişdir. Elnur 08 oktyabr 2018-ci ildə Şəki rayon hərbi komissarlığından hərbi xidmətə yola düşmüşdür. Gədəbəy rayonunda ön xəttə hərbi xidmət keçmişdir. Xidmət etdiyi müddət ərzində komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanmışdır. Bir sözlə nümunəvi xidmət yolu keşmişdir. 2020-ci il apelin 20-də hərbi xidmətini başa vurmuşdur. Ali Baş Komandanın rəhbərliyi altında 27 sentyabr 2020-ci ildə erməni silahlı qüvvələrinin təxribatına cavab olaraq əks hücum əməliyyatı - İkinci Qarabağ müharibəsi başladı.
Könül Nurullayeva
Könül Oruc qızı Nurullayeva (1 dekabr 1985, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi (2009-2016), 2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulmuş "İdmanda Gender Bərabərliyi" Komitəsinin üzvü, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Vankuver 2010 və Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, "Bakı 2020" Təşkilat Komitəsinin icraçı direktoru, "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupun rəhbəri. Könül Nurullayeva 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 1992–2000-ci illərdə N.Tusi adına orta məktəbdə təhsil alıb. 2000–2003-cü illərdə 6 saylı orta məktəbi bitirdikdən sonra 2003–2008-ci illərdə Azərbaycan Dillər Universiteti Avropaşünaslıq və Beynəlxalq Əlaqələr bölməsində təhsilini davam etdirib. 2008–2010-cu illərdə Azərbaycan Dillər Universitetində Avropaşünaslıq və Beynəlxalq Əlaqələr üzrə magistr pilləsinə yiyələnib. 2015-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda dissertantdır. 2019-cu ilin sentyabrından isə İsveçrə Biznes Universitetində MBA proqramı üzrə təhsil alır. 2020-ci il 9 fevral tarixində Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı seçkilərində Könül Nurullayeva 2020–2025-ci illər üçün bitərəf namizəd olaraq Bakı şəhəri 24 saylı Nizami rayonu birinci seçki dairəsindən deputat seçilib. Milli Məclis "Ailə, Qadın və Uşaq Məsələləri" komitəsinin və "Gənclər və İdman" komitəsinin üzvü, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupunun isə rəhbəridir. Könül Nurullayeva 2020-ci ilin aprel ayından etibarən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür.
Mirzə Nurulla xan Yekani
Mirzə Nurulla xan Yekani (1873-?) — İran Məşrutə hərakatının fəal üzvü. Mirzə Nurulla xan Ağa bəy oğlu 1873-cü ildə Yekan mahalının Yekan kəhrizi kəndində anadan olmuşdu. İbtidai təhsilini doğma kəndlərində almışdı. Şimali Azərbaycana gəlmiş burda bir müddət çalışmışdı. Mirzə Nurulla xan Məşrutə hərəkatına qoşulmuşdu. Qohumları Qoçəli xan, Baxşalı xan, Şirəli xan və başqaları ilə çiyin-çiyinə istibdada qarşı mübarizə aparmışdı. Mücahidlərə başçılıq etmişdi. Qaynaqlarda yazılır: “Qafqaz mücahidləri, beynəlmilçilərlə birlikdə Mirzə Nurulla xan Yekaninin və Qoçəli xanın başçılıq etdikləri mücahidlər Ələmdardan hərəkat edərək noyabrın 21-də Xoyun şimalında yerləşən Evoğlu kəndində toplandılar. Mücahidlərə qarşı göndərilmiş Maku qoşun hissələri bu kəndə yaxın olan Bilvar kəndində yerləşib mücahid dəstələrinin Xoya hərəkət etməsinə imkan verməli idilər. Lakin onlar mücahid dəstələrinin Xoya hücumunun qarşısını ala bilmədilər.
Nurlan Nuruzadə
Nurlan Tofiq oğlu Nuruzadə (9 avqust 2001; Sumqayıt, Azərbaycan — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Nurlan Nuruzadə 9 avqust 2001-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər 17 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. Nurlan Nuruzadə 2019-cu ilin oktyabrından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Xidmətə Ağcabədi rayonunda başlayan Nurlan xidmətini Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Nuruzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində topçu olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nurlan Nuruzadə 1 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Nurul Amin
Nurul Amin (15 iyul 1893 – 2 oktyabr 1974, Ravalpindi, Pəncab) — Pakistan İslam Respublikasının 8-ci baş naziri.
Nurulla Əliyev
Nurulla Arif oğlu Əliyev (25 sentyabr 1962, Dərbənd, Dağıstan MSSR) — ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor. Əliyev Nurulla Arif oğlu 1962-ci ilin sentyabr ayının 25-də RF-nın Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. "Dərbənd" xeyriyyə cəmiyyətinin sədridir. Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının "Adyunktura və elm" şöbəsinin hərb tarixi üzrə professoru. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə akademiyanın həqiqi (akademik) üzvü seçilib və onun fəxri üzvü statusu ilə təltif olunub. Türk dünyası hərb tarixi elminə verdiyi böyük töhfələrə və yüksəkixtisaslı zabit kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə akademiyanın "Beynəlxalq qızıl ulduz" medalına layiq görülüb. 1 ensiklopediya, 10 monoqrafiya, 45 kitab, 13 tədris proqramları və metodik vəsaitləri, 200-ə yaxın elmi məqalənin müəllifi. Akademiyanın Leybnic "Fəxri medalı"na layiq görülüb. 1969-cu il tarixində 1977-ci il tarixədək Bakı şəhərinin 68 saylı orta məktəbdə oxuyub.
Nurullahbəyli (Germi)
Nurullahbəyli (fars. نوراله بيگلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (20 ailə).
Nurulu
Nurulu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Nurulular
Nurallar (əvvəlki adı: Nurullar) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Yevlax rayonunun Qaramanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Nurullar kəndi Nurallar kəndi adlandırılmışdır.
Nuruosmaniyə məscidi
Nuruosmaniyə məscidi — İstanbulda inşa edilmiş ilk barokko (qərb) quruluşlu məscididir. Çəmbərlidaş səmtində, Qapalıçarşı girişində yer alır. 1755-ci illərdə inşa edilmişdir. Qərb memarlığının ortaya çıxdığı bir dövrdə tikilən bir məsciddir və bu məscid Osmanlı arxitekturasında bir dönüş nöqtəsi sayılmaqdadadır. Məscidin yer aldığı sahədə daha əvvəl Osmanlı şeyxülislam Xoca Sadeddin Əfəndinin xanımı Fatimə Xatunun məscidi var idi. Fatma Xatun Məscidi yıxıldıqda I Mahmudun əmri ilə yerinə məscid tikintisi başlayıb. Mustafa Ağa və köməkçisi Simon Kalfa (Memar Simeon) tərəfindən həyata keçirilən tikinti, I Mahmudun ölümündən sonra üç illik səltənət sürən qardaşı III Osman zamanında “Nur-u Osmani” (Osmanlının Nuru) adı ilə yekunlaşdı. Adını padşah III Osmandan və məscidin içindəki işıqdan aldığı söylənilir. Məscid ilə birlikdə mədrəsə, imarətxana, kitabxana, türbə, bulaq və səbildən ibarət olan bir kompleks inşa edilmişdir. Ətrafındakı bir neçə dükan da kompleksə daxildir.
Nuruş Əliyev
Nuruş Əlihəsən oğlu Əliyev (1911, Aşağı Qaramanlı, Cavad qəzası – 1995, Xıllı, Neftçala rayonu) — Sosialist Əməyi Qəhrəmanı. Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə balıqçı, kənd sovetinin sədri, rayonda sənaye kombinatını direktoru və uzun müddət Nuruş Əliyev adına kolxozun sədri işləmişdir.
Razi Nurullayev
Razi Nurullayev (1 aprel 1971, Xəlfəli, İmişli rayonu) — azərbaycanlı siyasətçi, Milli Cəbhə Partiyasının və "Region Beynəlxalq Analitik Mərkəzi"nin (RBAM) sədri, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı. 2015–2020-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrliyinə iddiaçı olmuş Nurullayev, 2018-ci il və 2024-cü il Azərbaycan prezidenti seçkilərində prezidentliyə namizəd kimi iştirak etmişdir. Razi Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. 1978–1988-ci illərdə İmişli rayonu Xəlfəli kənd məktəbində orta təhsil alıb.[mənbə göstərin] 1992–1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-fransız dilləri pedaqoji fakültəsində ali təhsil alıb.[mənbə göstərin] 2000–2005-ci illərdə Cənubi-Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsində ali təhsil alıb.[mənbə göstərin] 2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Collecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-nin Nyu York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi ixtisasartırma kursunu bitirib.[mənbə göstərin] Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.[mənbə göstərin] 1994-cü ilin yanvar ayından 1995 noyabr ayına qədər "ÇAĞ" qəzetində müxbir işləyib. Bu qəzetdə beynəlxalq siyasət, mədəniyyət, adət-ənənələr və inkişaf məsələləri ilə bağlı onlarla yazılar yazıb, "The Daily Mail", "The Times" və "The Guardian" kimi qəzetlərdən onlarla tərcümələr edib.[mənbə göstərin] 1995-ci ilin may ayından 1995-ci ilin noyabr ayına qədər Bakı şəhərində yerləşən "Hyatt Regency" hotelində VIP qonaqlarla iş üzrə çalışıb.[mənbə göstərin] 1995–1997-ci illərdə "McDermott Marine Construction"da tərcüməçi, anbar və alqı-satqıya nəzarətçi işləyib.[mənbə göstərin] "Çıraq 1" neft platformasında Quruda və dənizdə iş, baş mühəndisin köməkçisi və gəmi kapitanının tərçüməçisi olub.[mənbə göstərin] 1998-ci ilin yanvar ayından 1998-ci ilin may ayına qədər Rusiyanın Həştərxan şəhərində yerləşən "BUE Caspian Ltd." şirkətində ingilis, rus, Azərbaycan dilinə gəmi sənədlərinin və layihələrinin tərcüməçisi olub. Xəzər gəmiçiliyi, banklar və gömrük idarələri arasında danışıqların aparılması işini görüb.[mənbə göstərin] 1998-ci ildən 2001-ci ilə qədər "Baku Steel Company"də menecer köməkçisi və tərcüməçi olub.[mənbə göstərin] 2001-ci ilin may ayından 2003-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın "International Alert" təşkilatının Azərbaycan üzrə məsləhətçisi olub.[mənbə göstərin] 2001-ci ildən 2003-cü ilə qədər Azərbaycan Dillər Universitetində İngilis dilinin qramatikasından mühazirələr deyib.[mənbə göstərin] 2002-ci ilin fevral ayından AMEA Beynəlxalq Münasibətlər İnstitutunda, 2003-cü ildən 2006-cı ilə qədər isə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun "Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq" şöbəsində elmi işçi kimi fəaliyyət göstərib.[mənbə göstərin] 2001-ci ilin iyun ayından 2002-ci ilin yanvar ayına qədər Belçikanın Brüssel şəhərində yerləşən Beynəlxalq Xəzər Araşdırmaları Mərkəzinin icraçı direktoru olub.[mənbə göstərin] 1999-cu ilin sentyabr ayından 2011-ci ilə qədər Demokratik İslahatlar Uğrunda Cəmiyyətin həmsədri olub.[mənbə göstərin] 2007-ci ildən 2012-ci ilə qədər Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının kordinatoru olub.[mənbə göstərin] 2009-cu ilin sentyabr ayının 15-dən 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub. 2012-ci ildən Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir.[mənbə göstərin] 19 avqust 2015-ci ildə AXCP-də Əli Kərimlidən narazı qüvvələr sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib. 2020-ci ilin 28 iyul tarixində keçirilən onlayn qurultayda Razi Nurullayev AXCP adından imtina etdi və yeni Milli Cəbhə Partiyasını təsis etdi. 2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən (SD) namizəd olub.
Ruslan Nurudinov
Ruslan Şamileviç Nurudinov (tatar. Ruslan Şamil ulı Nurudinov, Руслан Шамил улы Нурудинов; özb. Ruslan Shamil'evich Nurudinov; 24 noyabr 1991, Əndican) — özbək ağır atleti. 105 kq çəkiyə qədər kateqoriyada çıxış etmiş, 2016 Yay Olimpiya Oyunlarının, 2013-cü il dünya çempionatının qalibidir. İki qat Asiya çempionu, 2018 Asiya oyunlarının qalibi. Milliyətcə tatardır. Ruslan Şamil və Gülçöhrə Nurudinovlar ailəsində anadan olub. Atası sürücü, anası həkim idi. Ruslan Nuridinovun ən yüksək nailiyyəti 2016-cı il Rio-de-Janeyrodakı Olimpiya Oyunlarındakı qələbədir. 2013-cü ildə Polşada keçirilən dünya çempionatında Nurudinov ilk dəfə dünya çempionu oldu: birdən qaldırmada -190 kq, təkanda isə -235 kq nəticə göstərdi.
Sadıq Nurumbetov
Sadıq Nurumbetov (1900-1972) - Özbəkistanın və Qaraqalpaqstanın xalq şairi, Berdax adına Dövlət mükafatı laureatı, qaraqalpaq poeziyasının görkəmli nümayəndələrindən biri. Sadıq Nurumbetov 1900-cü ildə Kegeyli rayonunda dünyaya göz açmışdır. Şair ilk şeirləri yumoristik və satirik formada qələmə almışdır. Bu əsərlərdə Sadıq Nurumbetov insanlardakı zəif cəhətləri və eybəcərlikləri qeydə almışdır. Abbas Dabılovdan fərqli olaraq psixoloji lirika ustası olan Sadıq Nurumbetov şeirlərində vətəndaş lirikasına daha çox yer verirdi. Onun xalqlar dostluğu haqqında şeirləri yüksək bədii keyfiyyətləri ilə seçilirdi. Şairin satirik və yumoristik şeirləri «Şamanlar», «Tənbəllər» və başqaları qrotesklə dolu və gülüş doğuran əsərlərdən ibarət idi. Bu əsərlər məhz onu yumor ustası kimi tanınmasına səbəb olmuşdur. «Qardaşlar» poema-dastanında isə müəllif Xarəzm ərazisində yaşayan xalqların dostluğunu vəsf etməklə, həm də onların yeni dövr və cəmiyyətin qurulmasında iştirakını tərənnüm edirdi. Abbas Dabılov kimi Nurumbetov da şifahi epik yaradıcılığın ənənələrini uğurla davam etdirirdi.
Sevinc Nuruqızı
İmanova Sevinc Nuru qızı (22 avqust 1964, Bakı) — Azərbaycan uşaq yazıçısı, şair, tərcüməçi, publisist. AJB-nin üzvü (1999), AYB-nin üzvü (2001). Sevinc Nuruqızı 1964-cü il avqustun 22-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Ağdam rayonunu Şelli-Qaradağlı kənd orta məktəbində təhsil almışdır (1971–1981-ci illər). O, M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir (1981–1986). Əmək fəaliyyətinə Ağdam raynu Şelli-Qaradağlı k. orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1986–1991). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Mədəniyyət" qəzetində baş redaktorun müavini (2003–2006), "Minamedia" nəşriyyat evində "Cırtdan" və "Ümid" uşaq jurnallarının yaradıcı heyətinin direktoru (2006–2007), İctimai Radionun efirində həftənin altı günü canlı yayımlanan "Çoxbilmiş" və "Nağıl saatı" verilişlərinin redaktoru və aparıcısı (2006–2007), F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi "Göy Qurşağı" uşaq jurnalının redaktoru olmuşdur (2015–2021). Hazırda "Təhsil" və "Aspoliqraf" nəşriyyatlarında böyük redaktor və uşaq ədəbiyyatı şöbəsinin müdiri kimi fəaliyyət göstərir (2007-dən). Qarabağ ağrıları, müharibənin gətirdiyi dəhşətlər, əsir soydaşlarımızın işgəncə dolu həyatına həsr edilmiş "Qisas" adlı pyesi Ə. Haqverdiyev ad.
İncə-i Nurullah (Maku)
İncə-i Nurullah (fars. اينچه نوراله‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (7 ailə).