OD-ALOV


1. top. Alovla yanan od. Qaranlıqda od-alov görünür.
2. məc. is.sif. Zirək, diribaş, çevik, bir yerdə qərar tapmayan, nadinc (əsasən uşaq haqqında).
Evin balaca qızı Ulduz isə anasının təbirinə görə od-alov idi. Ə.Məmmədxanlı.
Odun-alovun biridir, – deyə Zakir [Nailəni] göstərdi. H.Seyidbəyli.

3. məc. sif. Qırmızı mənasında.
Bayraqlar yellənir od-alov rəngli. R.Rza.

OD
OD-OCAQ

Digər lüğətlərdə