OFFICIAL

official1

n rəsmi şəxs; məmur (nüfuzlu); qulluqçu (dövlət işində, bankda və s.); appointed ~ təyin edilmiş şəxs; customs ~ gömrük məmuru; elected ~ seçilmiş məmur; federal ~ federal məmur; government / state ~ dövlət məmuru; police ~ polis məmuru; local ~ yerli məmur; postal ~ poçt məmuru; responsible ~ məsul məmur

official2

adj 1. vəzifə; ~ duties vəzifə borcu; 2. rəsmi; ~ statement rəsmi bəyanat; 3. ciddi; rəsmi (dil, üslub); an ~ language rəsmi dil

OFFICER
OFFICIALDOM
OBASTAN VİKİ
Official Xbox Magazine
"Official Xbox Magazine" — ABŞ və Birləşmiş Krallıq aylıq videooyun jurnalı. Jurnal 2001-ci ilin noyabrında orijinal "Xbox" konsolunun satışa çıxarılması ilə fəaliyyətə başlamışdır. Jurnalın hər nömrəsinin tərkibində oyun demoları, videolar və treylerlər, "Xbox 360"da geriyə uyumluluq yeniləmələri və profillər üçün oyundaxili avatarlar kimi digər məzmun var. Burada "Xbox", "Xbox 360" videooyunları üçün elanlar, resenziyalar və çit kodları var. 22 noyabr 2005-ci ildə jurnal "Xbox 360"ın loqosu altında çıxmağa başlamışdır. Buraya oyun resenziyaları, elanlar, "Xbox Live Arcade" oyun demoları daxil idi. Jurnal 2020-ci ilin aprelində fəaliyyətinə dayandırmışdır.
Erase/Rewind Official Remix
Erase/Rewind Official Remix – Sabrina Salernonun çıxardığı sonuncu albomdur.
Official Irish PlayStation Magazine
Official Irish PlayStation Magazine (abr. OIPM) — "TP Media" tərəfindən nəşr edilmiş keçmiş İrlandiya aylıq videooyun jurnalı. Jurnal "PlayStation" avadanlıqları, proqramları və mədəniyyəti üzrə ixtisaslaşmışdı və orijinal "PlayStation" və "PlayStation 2" platformaları haqda məqalələr ehtiva edirdi. Jurnal demək olar ki, sadəcə bir il fəaliyyət göstərmişdir (may 2000 – iyul 2001). == Tarix == Jurnal 2000-ci ildə "TP Media" şirkəti tərəfindən təsis edilmişdir. Jurnalın ilk nömrəsi 2005-ci ilin ay ayında nəşr edilmişdir. "Official UK PlayStation Magazine" jurnalı "Future Publishing" tərəfindən nəşr edilirdi və İrlandiyada 10 İrlandiya funtuna satılırdı. "OIPM" jurnalının hər buraxılışı 5 İrlandiya funtuna satılırdı. Jurnalın yanında demo disklər də verilirdi. Jurnalın ilk üç buraxılışının üzlüyü Böyük Britaniya versiyasındakı ilə eyni olmasına baxmayaraq, "OIPM" jurnalının məzmunu Kevin MakDermot rəhbərliyindəki bir redaktor heyəti tərəfindən yazılırdı.
PlayStation: The Official Magazine
PlayStation: The Official Magazine (abr. PTOM), 2007-ci ilə qədər PlayStation Magazine (abr. PSM) — "Future plc" tərəfindən nəşr edilmiş keçmiş ABŞ videooyun jurnalı. Jurnal hər il 13 nömrə nəşr edirdi. "PlayStation" üzrə ixtisaslaşmış jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında, sonuncu nömrəsi isə 25 dekabr 2012-ci ildə nəşr edilmişdir. "Future plc" tərəfindən nəşr edilən başqa "PlayStation" jurnalı – "PSM3". == Tarix == === PSM: 100% Independent PlayStation Magazine === Rəsmi jurnala çevrilməzdən əvvəl "PSM" "Sony PlayStation" platforması üzrə ixtisaslaşmış müstəqil bir videooyun jurnalı idi. Jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında nəşr edilmişdir, üzlüyündə isə "Final Fantasy VII" videooyununun şəkli var idi. Nəşr edildiyi dövrdə digər "PlayStation" mövzulu jurnallardan daha çox nüsxə satmışdır. 2007-ci ildə "PSM" onillik ildönümünü qeyd etmişdir.
PlayStation Official Magazine – Australia
PlayStation Official Magazine – Australia (abr. OPS) — "Citrus Media" tərəfindən nəşr edilən Avstraliya videooyun jurnalı. Jurnal əvvəllər "Official PlayStation 2 Magazine – Australia" adı altında fəaliyyət göstərirdi, lakin "PlayStation 3" konsolunun satışa çıxarılmasından sonra adını dəyişmişdir. Jurnal "PlayStation" avadanlıqları, proqramları və mədəniyyəti üzrə ixtisaslaşmışdır və orijinal "PlayStation", "PlayStation 2", "PlayStation 3", "PlayStation 4" və "PlayStation Portable" platformaları haqda məqalələr ehtiva edir. Hər il 13 nömrə nəşr edən jurnalın ilk nömrəsi 2007-ci ilin mart ayında nəşr edilmişdir. "OPS" jurnalının hər bir nömrəsinin qiyməti 15 Avstraliya dollarıdır. Junalın hər bir nömrəsinin yanında içərisində videooyun treylerləri və başqa məzmun olan özəlləşdirilmiş DVD-lər olur. Digər "Official PlayStation Magazine" adı ilə başlayan jurnallarla eyni başlığı daşımasına baxmayaraq, "PlayStation Official Magazine – Australia" məzmun lisenziyalaşdırmır və tamamilə Avstraliyada nəşr edilir. "OPS" Avstraliyada yerli şəkildə yazılan yeganə "PlayStation" jurnalıdır. == İstinadlar == == Xarici keçidlər == PlayStation Official Magazine – Australia Arxivləşdirilib 2016-05-03 at the Wayback Machine – magshop.com.au saytında.
Erase/Rewind Official Remix (albom)
Erase/Rewind Official Remix – Sabrina Salernonun çıxardığı sonuncu albomdur.
Official U.S. PlayStation Magazine
Official U. S. PlayStation Magazine (abr. OPM) — "Ziff Davis Media" tərəfindən nəşr edilmiş keçmiş ABŞ aylıq videooyun jurnalı. Jurnal "PlayStation" avadanlıqları, proqramları və mədəniyyəti üzrə ixtisaslaşmışdı və orijinal "PlayStation", "PlayStation 2", "PlayStation 3" və "PlayStation Portable" platformaları haqda məqalələr ehtiva edirdi. Jurnalın hər ay nəşr edilən buraxılışı demo disklər və "PlayStation" videooyunlarının videolarını daşıyırdı. Jurnalın fəaliyyəti demək olar ki, on il davam etmişdir (oktyabr 1997 – yanvar 2007). "OPM" 2007-ci ilin yanvar ayında fəaliyyətini dayandırandan bir ay sonra müstəqil "PlayStation" jurnalı olan "PSM" adını dəyişdirərək "PlayStation: The Official Magazine" olmuşdur. == Tarix == "Official U. S. PlayStation Magazine" jurnalı 1997-ci ildə "Ziff Davis Media" tərəfindən ABŞ-də təsis edilmişdir. "OPM" o dövrdə "PlayStation" diskləri verən ilk jurnal idi. 1997-ci ilin oktyabr ayındakı ilk buraxılışından bəri jurnalın yanında "PlayStation" platforması üçün satışa çıxarılan videooyunların demo diskləri və reklam-xarakterli videoları verilirdi. Məsələn, jurnalın avqust 1999-cu il tarixli 23-cü buraxılışının yanında "Final Fantasy VIII", "3Xtreme", "Tiny Tank", "Jade Cocoon: Story of the Tamamayu", "Macross VF-2", "Centipede", "You Don't Know Jack" və "Ultimate 8-ball" kimi videooyunların demo diskləri verilirdi.
втрамбо́вываться затра́та нижеупомя́нутый покова́ть титрова́льщик натяже́ние присовокупля́ться стекля́нно шефи́ня шу́стро стром big-time conch gladiator haplophase house sparrow hypoploidy joinder nesting pretermit single-hearted skinhead дублировать запеть понукание