OYMAĞ

I
(Bakı, Dərbənd)
üskük. – Anam oymağnan paltar tikədü (Dərbənd)
II
(Göyçay, Sabirabad, Zərdab)
nəsil, tayfa
OYMAÇA
OYMAX
OBASTAN VİKİ
Alar oymağı
Alar oymağı — Şahsevən elinin qollarından biri. == Tarixi == Alarlı оymağının qışlağı Ərdəbil əyalətində Muğanda Anqutlar, Musaxan qışlağı sayılırdı. Yaylağı оlmayıb. Alarlı оymağı Beldaşı, Məcidli və Dizə kəndlərində sakindirlər. Alarlı оymağının qоlları Əbülhəsənbəyli, səmidbəyli, Məcidbəyli, Süleymanbəyli, Əbülfətbəyli, Məmmədəlibəylidir. Məhəmmədəlibəyli tayfası öz adını Məhəmmədəli bəy Alardan alıb. Məhəmmədəli bəyin Məhəmmədqulu xan, Süleyman bəy adlı оğulları vardı. Məhəmmədqulu xan Alar kəndində anadan оlmuşdu. Məhəmmədqulu xanın Yadulla xan, Hüseyn ağa adlı оğulları vardı. Alarlı оymağının sоn başçısı Hüseyn ağa Vətəndust оlub.
Alpavut oymağı
Alpavut oymağı — Qaraqoyunlu tayfa ittifaqına daxil olan qurumlardan biri. == Adaçımı == Alpavut adının dürlü yozumu var. Alp əski türk dilində "igid", "qoçaq", qut isə cəmlik bildirən formantdır. Deməli, alpavut, alpaqut igidlər, ərlər anlamındadır. Alpavut adının bir variantı da alpağutdur. Alpağut adı "Divani lüğət it-türkdə" belə açıqlanır: "Tək başına düşmənə qalib gələn, ələ keçməyən igid". Alpağut həm də hərbi rütbə, ünvan olub. Kül təkin yazılarında deyilir: "Öncə gəlmiş qoşununu Kül təkin qovub toxarlardan bir qəbilə, alpağulardan on nəfəri Tona təkinin dəfnində mühasirə edib öldürdü". Alpağut VIII əsr uyğur abidələrində döyüşçü anlamındadır. Son çağlarda isə qıpçaq və qazan tatarlarının bir çox şivələrində bəy-böyük, mal-mülk yiyəsi kimi işlənmişdir.
Dəmirçili oymağı
Dəmirçili oymağı — Zülqədər elinin oymaqlarından biri. == Yayılması və yerləşməsi == Dəmirçili oymağınin yayıldığı yerlər: Qəhrəmanmaraş, Malatya, Tokat və Çorumdakı bir çox kəndlər, Azərbaycan, Gürcüstan və İran əraziləridir. Avşar elinin Salmanlı oymağının bir parçası olduğu da söylənilir. Oymaq Diyarbəkir və Şanlıurfadakı bir çox məskənlərə ad vermişdi. Bunlardan başqa Ağqoyunlu tayfa ittifaqına da qatılmışdı. XVI əsrdə Dəmirçili oymağının bir qolunun yurdları Əlbistan, Pınarbaşı, Tarsus və Qanqalda idi. Dəmirçilinin bir bölümü Zülqədər elinin tərkibində Səfəvi dövlətinə qatılmışdı. Günümüzdə bunlar Güney Azərbaycanda Şahseven konfederasiyası içində və Quzey Azərbaycanda Qazax bəlgəsində qərar tutur. Səfəvilər də Zülqədər qrupunda yer alan oymaqlardandır. Şah Abbas zamanında Fars bəylərbəyi Bünyad bəy bu oymaqdan idi.
Dəvəli oymağı
Dəvəli oymağı — Qacar elinin oymaqlarındandır. == Tanınmış şəxsiyyətləri == Əmir Huşəng Dəvəli Möhsün Dəvəli == Mənbə == Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.
Gündüzlü oymağı
Gündüzlü oymağı — Avşar elinin qədim və böyük qollarından biri Gündüzlülər Xorasandan Anadoluya qədər hər yerə yayılmışdılar. Qaracaoğlan qoşqularının birində deyir: Faruq Sümər öz ünlü "Oğuzlar" kitabında Avşar elinin Xuzistan qrupu haqqında geniş söhbət açmışdır. Onun kitabından götürdüyümüz yazını oxucularımıza təqdim edirik. Avşarların ikinci ailəsinin yurdu Amik ovasında idi. Bu gün Qrıq xandan Xassaya gedərkən 12-ci kilometrdə yoldan təqribən 800 metr solda dəyirmanların yerləşdiyi Sulu və yaşıl sahənin bu ailənin yurdu olduğu bilinir. Bura bu gün də Gündüzlü adlanır. Bu yer Çuxurovaya gedən kəsə boğaz yolunun başında olduğu üçün nəqliyyat baxımından əskidən bəri mühüm bir yer sayılırdı. Həcc qafilələri və ticarət karvanları qısa olduğu üçün bu yola üstünlük verirdilər. Gündüzlüdən sonra bu məntəqələr vasitəsilə birbaşa Payasa enmək mümkün idi: Alan yaylası, Qatır holuğu, Buzdonduran, Paç (Bac), Payas. Qırıq xanın şimalında, Gündüzlünün cənub-qərbindəki Dərbsak qalasının çox vaxt bu ailənin əlində olduğunu bilirik.
Hacılar oymağı
Hacılar oymağı — Zülqədər elinin böyük qollarından biri. Öncə Qeysəri ətrafında yaşayırdılar. Sonra Azərbaycana gələrək Qarabağ əyalətində məskunlaşdılar. Bu oymaq tarixi ədəbiyyatda bəzən Hacılı kimi də yazilir. == Oymağın yaranması, yayılması == Orta çağda Türkiyənin Qeysəri vilayətində olduqca geniş bir meydana yayılan bir çox Hacılar oymağı var. Bunlardan biri 1411-1500-cü illər arasında Adana üzərindən Qeysəriyə gələn Qayı boyuna mənsubiyətini bildiyimiz, Qeysərinin Hacılar ilçəsinə adını verən oymaqdır. Həmin dövrdə Ərciyəs dağına uzun zaman yaylağa gedən bu türkman topluluğunun içərisində Qızılqoyunlu, Ağbaş və Lək kimi oymaqlara da rast gəlinir. 1691-1696-cı illər arasında Ərciyəs dağının ətəklərinə yerləşdikləri görünür. Diğər bir Hacılar isə Ərciyəs dağının başqa istiqamətinə keçərək Dəvəlidə Xırmancıq mövqeyinə yerləşmişdir. Səfəvilər dönəmində Zülqədər elində yer alan Hacılar, qeydlərdə Bayat boyunun obası olaraq qeyd olunub.
Hacıxanlı oymağı
Hacıxanlı oymağı — Şahsevən elinin qolu. == Hacıxanlı oymağının tarixi == Bu oymağın ilk patronu Hacı xan Səlim xan oğlu Şəkilidir. Əvvəlcə Şəki hakimi Səlim xan haqqında bilgi verək. Səlim xan Məhəmmədhüseyn xan oğlu Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. 1795-ci ildə Səlim xan hakimiyyəti ələ keçirdi. Səlim xan Ibrahimxəlil xanın qızı Tuti bəyimlə evləndiyindən Qarabağ xanlığı ilə dostluq münasibəti qurmuşdu. Bu dostluq "kəbin diplomatiyası"na əsaslanırdı. 1797-ci ildə Məhəmmədhəsən xan Şirvanlı Mustafa xanla birləşib Səlim xanın üzərinə hücum edir. Səlim xan duruş gətirə bilməyib Qarabağa qaçdı.
Kərəmpa oymağı
Kərəmpa oymağı — Azərbaycan tarixində rol oynamış oymaqlardan biri. Bu oymaq öncə müstəqil halda Sivas və Amasiya ətrafında yaşam sürürdü. Sonra Ustaclı elinə qoşulub yaylaq-qışlaq güzəranı keçirmişdi. O zaman Kərəmpa oymağının başçısı Əhməd ağa idi. I Şah İsmayıl Səfəvinin bu bölgələrə gəlişi zamanı Ustaclı eli ilə birlikdə Qızılbaş tayfa ittifaqına qatılmışdı. Əli bəy Əhməd ağa oğlu I Şah Təhmasib Səfəvinin yaxınları cərgəsində idi. Bu oymaqdan çıxan Çıraq bəy şahdan aldığı sultan ünvanı ilə Dərbənd hakim təyin edilmişdi. Əhməd bəy Kərəmpa-Ustaclı isə Sultan Şah Məhəmməd Xudabəndə Səfəvi inin və I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində Qızılbaş ordusunun görkəmli sərkərdələrindən olmuşdu. Kərəmpa oymağı Ustaclı tayfasının tərkibindən çıxıb Kəngərli elinə qatıldı. Naxçıvan xanları bu oymağı Dərəlyəz nahiyyəsində yerləşdirdilər.
Mosullu oymağı
Mosullu oymağı — Ağqoyunlu və Səfəvi imperiyalarında fəaliyyət göstərmiş ən aktiv türk tayfalarından biri. Səfəvi imperiyası zamanı Qızılbaş tayfalarını təşkil edən tayfalardan biri olmuşdur. Səfəvi imperiyasında daha çox Türkman adı ilə anılan Mosullu tayfa bir neçə şahın anasının çıxdığı tayfa olmuşdur. Adın kökəni Mosul bölgəsindən gəlməkdədir. Türk tarixçisi Tufan Gündüz və Con E. Vudsun bildirdiyinə görə, Mosullu tayfası Ağqoyunlu imperiyasına hakimlik edən 3 əsas tayfadan biri olmuşdur. Digər iki tayfa isə Pörnək və Bayandurlu tayfası idi. Onların əsas nəzarət etdikləri ərazilər Diyarbəkir ilə İrəvan ətraflarında olmuşdur. Onlar ilk əvvəllərdə, yəni 1451-ci ildə Ağqoyunlu bəyliyində varislik üstündə münaqişə meydana çıxdığı zaman Qara Yuluq Osman bəyin oğlu Həmzə bəy ilə Şeyx Həsəni dəstəkləmiş, lakin daha sonralar öz dəstəklərini Uzun Həsənə yönəltmişdirlər. 1475-ci ildə Uzun Həsənin qardaşı Üveysin məğlub edilməsindən sonra Urfa şəhəri Mosullu tayfasına verilmişdir. Səfəvi imperiyasının formalaşmasında da Mosullu tayfası mühüm rol oynamışdır.
Orlat oymağı
Orlat oymağı — Cəlayır elinin böyük qollarından biri. Orlat oymağının bir qismi Şəki ətrafında məskunlaşmışdı. Bu oymağın sayılan əmirlərindən Seyid Əli Orlat Şəki hakimi olmuşdu. O Əlincə qalası ətrafında Əmir Teymurun ordusuna qarşı vuruşmuşdur. 1387-ci ildə Seyid Əli Orlat öldürüldü. Onun yerinə oğlu Seyid Əhməd Orlat Şəki hakimi oldu. Orlat oymağı hələ Monqolustanda olarkən Çingiz xanı dəstəkləyirdi. Şirə Domoqun oğlu Bala noyon Çingiz xanın sol qol minbaşısı idi. Onun oğlu Zəngi ağa Azərbaycana gəlmişdi. O, Əhməd Təkudar xanin əmiri idi.
Pörnək oymağı
Pörnək oymağı — Türkman elinin böyük qollarından biri. Pörnək oymağı Ağqoyunlu tayfa birliyinə qatılırdı. Bu dövlətin süqutundan sonra Pörnək oymağı Mosullu oymağı ilə birləşib Türkman elini yaratdılar. Türkman eli Qızılbaşlar tayfa birliyinə qatılırdılar. Cənubi Azərbaycanda, Təbriz civarında məskunlaşmışdılar. Bu oymağın bir qolu Xorasana köçüb, Məşhəd ətrafında yerləşdi. Pörnək oymağı uzun illər Təbriz bəylərbəyiliyini idarə etmişdilər. Bu oymaqdan xeyli tanınmış şəxsiyyət çıxıb. Ənvər Çingizoğlu. Türkman eli.
Qaragözlü oymağı
Qaragözlü oymağı — Bəydili boyunun Şamlı elinin oymağı. Əsasən Həmədan əyalətinin ətrafında yaşayırlar. Qacarlar dövründə bu əyalətə Qaragözlü oymağından çıxan hakimlər başçılıq edirdilər. Qaragözlü oymağının Hacılı, Aşıqlı və başqa tayfaları var. Oymağın bir çox şəxsiyyətləri İranın ictimai-siyasi həyatında mühüm rol oynayıblar. Bu oymağının nümayəndələrindən Hacı Abdulla xan Qaragözlünün, Hacı Məhəmməd xan Qaragözlünün, Həsən xan Qaragözlünün, Məhəmmədhüseyn xan Qaragözlünün, Əbülqasım xan Qaragözlünün, Hacı Məhəmmədcəfər Məczubun və başqalarının adı məlumdur. Qaragözlü oymağının adı ilə bağlı Azərbaycanda toponimlərə rast gəlinir. Hacı Məhəmməd xan Qaragözlü bu oymağın bir tirəsini Qaradağ vilayətində yerləşdirmişdi. Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" elmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Qaramanlı oymağı
Qaramanlı eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş Qızılbaş ellərindən biri. Bəzi alimlər Qaramanlı soyunun Anadoludan, Qaraman bəyliyindən gəldiyini güman edirlər. Əslində belə deyil. XIV yüzilliyin sonlarında Bərdə və Gəncəni idarə edən Tərəkəmə kələntərlərindən birinin adı Qaraman bəy idi. Qaraman bəy Qara Yusif bəy Baranlı-Qaraqoyunluya qulluq edirdi. Vəfat edəndən sonra vilayəti oğulları idarə etməyə başladılar. Elə bu dönəmdə Əmir Teymur Barlasın yürüşləri başlandı. Qaraman bəyin oğulları Yarəhməd bəy və Şirzad bəy Əmir Teymura qarşı çıxdılar. Lakin yenilib qaçdılar. Əmir Teymur Qarabağı özünün xas qışlağına çevirdi.
Qovanlı oymağı
Qovanlı oymağı — Qacar elinin Aşağıbaşlı qrupuna daxildir. Qovanlı oymağının tarixindən və nümayəndələrindən danışmazdan öncə adaçımına diqqətimizi yönəldək. Qacarlar haqqında rəvayətlərə əsasən, bu tayfa öz köklərini Çingiz xanın oğlu Kaan Lunun nəslindən götürmüşdür. Qacarların əcdadlarından biri öz oğluna Kaan Lunun qızını almış və bundan sonra həmin nəsli Kavan Lu Qacar adlanmağa başlamışlar. Bu versiya kökündən yanlışdır. Çingiz xanın Kaan Lu adlı oğlu olmayıb. Cuçi, Cığatay, Ügədey, Tulu (anaları Burqu ucin) və Külkan (anası Qulan xatun) adlı oğulları vardı. Qacarların başçılarının öz nəsillərinin monqollara çatmasını sübut etməyə çalışması iki ictimai-psixoloji prinsiplə bağlıdır. Bu iki prinsipdən biri "Türklərin qanunu"dur ki, qədim zamanlardan cah-cəlallı, cəsur tayfa kimi ad qazandıqları üçün insanlardan çoxu özünü o tayfaya mənsub etməklə onların hesabına məşhurlaşdılar. Ikinci prinsip isə bəzi İran sülalərinin qohumluq əlaqələri yaratma prinsipidir ki, bunun da tarixdə uzun bir keçmişi var.
Qörxlü oymağı
Qırxlı oymağı — Avşar elinin qolu. Nadir şah Əfşar bu oymaqdan idi. Mirzə Mehdi Astarabadi Cahan Guşəyə-də yazıb: "o böyük kişi Qırxlı Avşarlardan idi və Avşarlar o Türkmənlərdən ki, əski yaşayış yerləri Türkistan imiş." Həmçinin Nəvai buyurur ki, Nadir şah Qırxlı elindən idi və onlar Türkistandan İrana gəlmişdilər. Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, 334 səh. Mirzə Mehdi Astarabadi. Cahan Guşə.
Qırxlı oymağı
Qırxlı oymağı — Avşar elinin qolu. Nadir şah Əfşar bu oymaqdan idi. Mirzə Mehdi Astarabadi Cahan Guşəyə-də yazıb: "o böyük kişi Qırxlı Avşarlardan idi və Avşarlar o Türkmənlərdən ki, əski yaşayış yerləri Türkistan imiş." Həmçinin Nəvai buyurur ki, Nadir şah Qırxlı elindən idi və onlar Türkistandan İrana gəlmişdilər. Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, 334 səh. Mirzə Mehdi Astarabadi. Cahan Guşə.
Qızıllı oymağı
Qızıllı oymağı — Kəngərli elinin tərkibində olan oymaq. Qızıllı oymağı öncə Ustaclı elinin tərkibində qərar tuturdu. Sonralar Kəngərli oymağı ilə birləşib el yaratdı. Naxçıvan yörəsində yerləşdi. Naxçıvan xanlığının siyasi yaşamında önəmli rol oynamışdı. Qızıllı oymağından xeyli tanınmış şəxslər çıxıb. 1751-ci ildə Qızıllı oymağının bir qolunu Pənahəli xan Sarıcalı-Cavanşir köçürüb Qarabağda yerləşdirdi. Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
Sabir oymağı
Sabir- Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adı. Bu oymaq Qarabağın Vərəndə nahiyəsində Qaraçuq adlı yerdə qışlayır, İrəəvan əyalətində «Zilxaç» adlı yerdə yaylayırmış. Bayat torpağında «Həsənəkən» adlı çayın kənarında əkinçiliklə məşğul olurdu.
Saraçlı oymağı
Saraçlı — Oğuz boylarından Bəydili boyuna mənsub oymaqlardan biri. Saraclı adı etno-toponimdir. Saraclı (müxtəlif şəkillərdə - Sırac/Sıraç, Sarac, Saraclu/Saraçlu/Sarraçlu/Saraçlı, Saraclar, Salac) 24 oğuz boyundan Bəydili (müxtəlif şəkillərdə - Beğdili, Beydili, Beqdeli) boyunun oymaqlarından birinin adıdır.
Sarıcalı oymağı
Sarıcalı oymağı — Cavanşir elinin qollarından biri. Tarixi ədəbiyyatda bu qurumun Bəhmənli oymağından ayrılması məlumdur. XVIII yüzilin önlərində, 1727-ci ildə 9 ailədən ibarət idi. Yüzbaşının ailəsini də əlavə etsək, təxminən 10 ailə alınır. Osmanlı qaynağına görə, Sarıcalı oymağı Xaçın nahiyəsində Tərnəgird (Tərnəüd) torpağında qışlayır, başqa adı Torpaqbulaq olan Güştaş adlı yerlərində yaylayır. Bayad torpağında, Doğalan və Zəliyan adlı arxların kənarında əkinçiliklə məşğul olurdu. Qarabağda xanlıq qurmuş Pənahəli xan Sarıcalı-Cavanşir əslən Arazbarlıdır. Arazbar xanlıq dönəmində Cavanşir-Dizaq mahalı adlandı. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği "Qarabağnamə" adlı əsərində Pənahəli xanın atası Ibrahimxəlil ağadan danışarkən yazır: "Bu dövlət və nüfuz İbrahimxəlil ağanın əlinə keçdiyi zaman daha da artdı. O, böyük dövlət sahibi olduğundan adı dillərə düşüb məşhur oldu.
Sepanlı oymağı
Sepanlı və ya Sepanlu- Qacar elinin oymaqlarındandır ki, Astrabada köçürülüblər.
Sırxavənd oymağı
Sırxavənd oymağı—Kolanı elinin qollarından biri. Sırxavənd adını Surxay və vənd pəsvəndindən (şəkilçisindən) alıb. Kolanı elinin qollarından biridir. Qarabağ xanlığında Kolanı mahalında yaşam sürürdü. İbrahim xanın dövründə oymağın başçısı Bayraməli bəy Sırxavənd idi. 1823-cü ildə obanın yüzbaşısı Mərdan bəy Sırxavənd olmuşdu. Kirmanşahda yaşayan Səncabi elinin də Sırxavənd adlı tayfası var. Qarabağ müharibəsinin iştirakçısı, yazıçı–jurnalist Vüqar Əsgərovun "Sinəmdə yurd dağı var" adlı kitabı Sırxavənddə doğulan "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmiş Məmmədov Bilal Əhliman oğlunun həyat və qəhrəmanlıqlarla dolu döyüş yollarından bəhs edir. Kitabda həmçinin Aran Qarabağla Dağ Qarabağın "sərhəddi" olan qədim Sırxavənd kəndinin düşmənə sinə gərən şəhid övladlarının qəhrəmanlıqlarından da söhbət açılır. Sırxavənd Ənvər Çingizoğlu, Kolanı eli, Bakı: Mütərcim, 2015, 320 səh.
Yağləvənd oymağı
Yağləvənd və ya Yağlıvənd oymağı — Cavanşir elinin oymaqlarından biri. Oymağın mənşəyi ilə bağlı dəqiq məlumat yoxdur. Ənvər Çingizoğlu yazır ki, bu oymağın nümayəndələri Anadoludan qaçıb gəlmişdirlər. Yağlavəndilərin tatar və ya qıpçaq mənşəli olması ilə bağlı versiyalar da var.[mənbə göstərin] Yağləvənd toponiminin etimalogiyası ilə bağlı bir neçə rəvayət mövcuddur. Rəvayətlərdən birində deyilir ki, Əmir Teymur qışlamaq üçün həmişə Qarabağa gələrmiş və o, bu səfərlərdən birində düşərgəsini Cavanşir elinin bir obası ilə qonşu salır. Obanın ağsaqqalları onun görüşünüə gəlirlər və Əmir Teymur onlardan hal-əhval tutur. Ağsaqqallardan birinin "xan kefində yaşayırıq" cavabı Əmiri qəzəbləndirir və onlara sabah üçün bütün ordusunu doyurmağı əmr edir və əks halda obanı dağıdacağını bildirir. Obanın ağsaqqalları ordunu doyura bilməyəcəklərinin anlayıb toplanır və sabah üçün plov bişirməyə qərara verirlər. Sabahkı günü ordudan hər kim plovdan bir qədər alsa, "doydum" deyir. Bunu eşidən Teymur əmr edir ki, plovdan ona da gətirsinlər.
Bayburdlu oymağı
Bayburdlu oymağı — Cənubi Azərbaycanın bölgələrindən biri olan Qaradağ vilayətində yaşamış olan türk tayfalarından biri. == Tarixi == Tayfanın adından bəlli olur ki, onlar ilk öncə Şərqi Anadoluda, Ərzurumdan şimal-qərbdə yerləşən Bayburddan köçüb bu bölgəyə gəlmişdirlər. Bu tayfa Səfəvi imperiyasını yaradan Qızılbaş tayfalarından biri olmuşdur. Bu tayfanın başçısı olan Qaraca İlyas Bayburdlu I Şah İsmayılın Ağqoyunlu hökmdarı Əlvənd Mirzə ilə döyüşdüyü Şərur döyüşündə iştirak etmiş, Qızılbaş ordusunun komandanlarından biri kimi olmuşdur. Bu döyüşdə I İsmayıl Əlvənd Mirzəni darmadağın etmiş və bir qədər sonra Təbrizə daxil olaraq özünü şah elan etmişdir. I Şah İsmayıl və oğlu I Şah Təhmasib (1524-1576) hakimiyyət illərində Bayburdlu eli Osmanlı sınır-sərhədlərində uc gözətçisi idi. Çuxursəd əyalətinin Şuragil mahalı bu el başçısının tiyul mülkü idi. Qaraxan bəy Bayburdlunun başçılığı ilə bayburdlular Çuxursəddən köçüb Azərbaycana – Qaradağ vilayətinə gəldilər. Onlar Qaradağ və Savalan arasında yerləşən kəndlərdə sakin oldular. Qaraxan bəy və başqa böyüklər Əhər şəhərinə yerləşdilər.
Səədli oymağı
Səədli oymağı və ya Saatlı oymağı — Qaraqoyunlu tayfa ittifaqına daxil olan qurumlardan biri və əsas oymağı. Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır: "Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd (səədli tayfasının yaşadığı yer) İrəvanın yaxınlığında yerləşir." "Naxçıvan və Çuxusəd tərəfə yolandılar". Bu cümlə "Aləmara"da yüz dəfələrlə təkrar olunur. Deyilənə görə, o, Naxçıvan və Qarabağın sərhəddində bir vilayət olub. Yuxarıdakı cümlə də bunu təsdiq edir. "Çuxur" türkcə çala və quyu mənasındadır, ancaq "səəd"in nə demək olduğunu bilmədik". Əllamə Qəzvini "Səəd" adının izahından xəbərsiz olduğunu bildirsə də, Faruq Sümər onu "Səudlu" tayfası ilə əlaqələndirir və yazır: "Səudlu tayfası Qaraqoyunlu qəbiləsinin ətrafında cəmlənmiş və milləti həmin adla Qaraqoyunlu yaratmış digər tayfaların və təşkilatların başında dayanmışdı. Bu tayfa öz adını miladi təqvimi ilə XIV əsrdə (ehtimal ki, qeyd olunan əsrin ikinci yarısının ortalarında və yaxud əvvəllərində) tayfanın idarə edilməsinə məsuliyyət daşıyan tayfa başçısı və əmiri "Səəd"in adından götürmüşdür. Belə görünür ki, bu əmirlə Qaraqoyunlu eli arasında qohumluq əlaqəsi olmuşdur. Çünki, iranlı müəlliflər Səədin övladlarını qaraqoyunluların zadəganları kimi qələmə almışlar.