PƏRƏN-PƏRƏN

pərən-pərən düşmək (olmaq) – bir-birindən aralı düşmək, birbirini itirmək, hərə bir yerə dağılmaq.
Balaca uşaqlar ayaqyalın titrəyə-titrəyə və ağlayaağlaya pərən-pərən düşmüşdülər. C.Məmmədquluzadə.
[Ağasıxan:] Kəndlər xaraba haldadır, hamı pərən-pərən olub, dağılıb.
…Bunun dalı aclıqdır. Çəmənzəminli.
Düşdü quşun balaları; Yuvasından pərən-pərən. M.Dilbazi;
pərən-pərən salmaq (etmək) – bir-birindən aralı salmaq, bir-birindən ayırmaq, hərəni bir yerə atmaq, dağıtmaq. Müharibə ailə üzvlərini pərən-pərən etdi.
– Midhət də quzğun sürüsünü pərən-pərən saldı. Ə.Vəliyev.

PƏRƏQULAQ
PƏRƏSTAR

Digər lüğətlərdə