1. Qapı, pəncərə və s.-dən asılan örtü və ya bir yeri iki hissəyə ayırmaq üçün asılan iri parça. Tül pərdə. Pərdə ilə otağı iki hissəyə bölmək. Qapıya pərdə salmaq.
2. Teatrda səhnəni tamaşa salonundan ayıran asılmış iri örtü.
3. Səhnə əsərlərinin ən böyük hissələrindən hər biri. İki şəkildən ibarət pərdə. Balet üç pərdədən ibarətdir. Birinci pərdədə çıxış etmək.
4. Bəzi simli musiqi alətlərinin (tar, saz və s.) qolundakı bölmələrdən hər biri (bunların hər birinə barmaqla və ya mizrabla toxunduqda başqa bir səs çıxarır).
5. Mayenin üzərində əmələ gələn təbəqə. Südün üzərindəki yağ pərdəsi. Gölməçə neft pərdəsi ilə örtülüdür.
6. məc. Bir şeyi hər tərəfdən örtən, bürüyən, qapayan nazik təbəqə. Toz pərdəsi. Duman pərdəsi.
7. anat. Canlı orqanizmdə bir boşluğu ikiyə bölən nazik təbəqə. Qulaq pərdəsi. Göz pərdəsi.
8. məc. Çarşab, ümumiyyətlə, görməyə mane olan şey mənasında.
□ Pərdə çəkmək məc. – bax pərdələmək.
Pərdəyə bürünmək – üstü örtülmək, görünməz olmaq.
9. məc. Örtü, örtük.
10. məc. Böyüklə kiçik, yaxud qadınla kişi arasında gözlənilməli olan hörmət, abır-həya hissi. Arada pərdə olmalıdır.
◊ Pərdəni aradan götürmək – bax pərdəni yırtmaq.
Pərdəni yırtmaq – böyüklə kiçik arasında gözlənilməli olan hörmət münasibətini pozmaq, gözləməmək; abır, həya hissini itirmək.
Pərdəsini qaldırmaq – açıb göstərmək, aşkara çıxarmaq, üzə çıxarmaq, aşkar etmək.
Gözdən pərdə asmaq – bax göz. [Kazım:] Görürəm səninlə danışmaq çox çətindir, Kosaoğlu.