PARÇA

is.
1. Parçalanmış, sındırılmış, qırılmış, cırılmış şeyin kiçik tikəsi, qırığı, hissəsi. Kağız parçası. Odun parçası.
– Buruqların dörd tərəfində dəmir və taxta parçaları gözə dəyirdi. M.İbrahimov.
Dəstə sürüşkən daş və qaya parçalarının üzəri ilə aşağıya enməli idi. S.Vəliyev.

// Tullantı, qırıntı. Şüşə parçaları.
2. Bir əsərin, çıxışın müəyyən hissəsi. “Vaqif”dən parça göstərmək. Musiqi parçası.
– Bir nəfər artist Kərimbəyin “Süngü” adlı təzə əsərindən parça oxudu. Mir Cəlal.
Məktəbin divar qəzetində arabir [ S.Vurğunun ] kiçik parçalarını; şeirlərini oxumuşduq. O.Sarıvəlli.

3. “Bir” sözü ilə: bir parça – bir az, bir tikə, bir qırıq.
Zeynal bayaqdan bəri qabağındakı nimçədə doğramaq istədiyi bir parça əti eləcə qoyub, əlindəki bıçağı yerə buraxdı. S.Hüseyn.
Hədiyyə bir parça çörək götürüb qəzetə bükdü. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PARÇA 1. PARÇA [Hamı:] Ah, nə gözəl parçadır; Gülləri də qonçadır (Ü.Hacıbəyov); ARŞINMALI (köhn.) Əsgər: İndi görəsən qız bilsə ki, mən doğrudan da arşınma
  • PARÇA hissə — tikə
  • PARÇA material

Omonimlər

  • PARÇA PARÇA I is. [ fars. ] Material. Donun darlığı parçanın qıtlığındandır (Ata. sözü). PARÇA II is. Hissə, tikə

Antonimlər (əks mənalı sözlər)

  • PARÇA PARÇA – BÜTÖV Qranit parçası, kütləsindən ayrılsa da, qranitdir. O, bütövdən qəlbidir (R.Rza)

Etimologiya

  • PARÇA Para, paralamaq, parçalamaq sözləri ilə kökdaşdır. Para (əsli: parə) isə fars mənşəlidir. Bizdə onun yerinə, yarmaq, cırmaq sözləri işlədilib
PARÇ
PARÇA

Digər lüğətlərdə