PARAMETR

[ yun. parametron]
1. riyaz. Riyazi formula daxil olan və öz sabit qiymətini yalnız həmin məsələ şəraitində saxlayan kəmiyyət.
2. fiz. tex. Hər hansı bir şeyin, hadisənin əsas xüsusiyyətlərini səciyyələndirən kəmiyyət və ya kəmiyyətlər. Elektron lampasının parametri.
PARALELOQRAM
PARANOYYA
OBASTAN VİKİ
Parametr
Parametr — (q.yun. παραμετρέω «ölçürəm») — bir çox eyni tip elementlərin oxşarlığını müqayisə etmək üçün qəbul edilən ölçüdür.
Biometrik parametrlәr
Biometrik autentifikasiya (və ya Biometriya) – insanın bioloji xüsusiyyətlərinə əsasən kimliyin müəyyən edilməsi, tanınması == Biometrik parametrlər == Müxtəlif tətbiqlərdə bir sıra biometrik parametrlər istifadə edilir. Hər biometrik parametrin üstün və zəif cəhətləri var və seçim adətən tətbiqdən asılı olur. Aşağıda geniş məlum olan biometrik parametrlərin qısa xülasəsi verilir. === Barmaq izləri === Barmaq izlərinə görə identifikasiya texnologiyası ən geniş yayılmış biometrik texnologiyadır. Bu metodun əsasında hər bir insanın əl barmaqlarında papilyar naxışların unikallığı ideyası durur. Barmaq izini papilyar xətlər əmələ gətirir, onların quruluşu dərinin şırımlarla ayrılmış qılıc çıxıntılarının sıraları ilə şərtlənir. Bu xətlər mürəkkəb naxışlar əmələ gətirirlər (qövs, ilgək və spiral), onların aşağıdakı xassələri var: fərdilik və təkraredilməzlik; zamana görə sabitlik (bətndaxili inkişafdan meyidin çürüməsinədək); bərpa olunma (dəri qatının səthi zədələndikdə xətlərin quruluşu əvvəlki şəklində bərpa olunur). Barmaq izinin tanınması və onun alqoritm tərəfindən düzgün emalının keyfiyyəti barmaq səthinin vəziyyətindən və skaner elementinə nəzərən onun yerləşməsindən çox asılıdır. Müxtəlif sistemlər bu iki parametrə müxtəlif tələblər irəli sürür. Tələblərin xarakteri xüsusi halda tətbiq edilən alqoritmdən asılıdır.
Parametrik dövrə
Parametrik dövrə xassələri zamandan asılı olan və qeyri-stasionar sistem operatoru T(t) ilə xarakterizə olunan xətti dövrədir [1]. Belə dövrəyə dəyişən parametrli dövrə də deyilir. Parametrik dövrələrdə giriş siqnalının ugir(t) çevrilmə qanunu uçıx(t) = T(t)• ugir(t) kimidir. Parametrik dövrə termini xətti dövrənin tərkibində parametrlərindən heç olmazsa biri zaman funksiyası olan elementin olması ilə əlaqədardır. Radiotexnikada rezistiv R(t), tutum C(t) və induktiv L(t) parametrik elementlərdən istifadə olunur. Xətti və qeyri-xətti parametrik dövrələri fərqləndirirlər. Xətti parametrik dövrələrdə elementlərin parametrləri qoşulan gərginlikdən asılı olmur. Lakin reaktiv elementlərdən heç olmazsa biri zamanca dəyişir. Xətti parametrik dövrələr dəyişən əmsallı xətti diferensial tənliklərlə ifadə olunur, məsələn, d2x/dt2+a1•(dx/dt)+a0(t)•x=f(t), burada x — dövrənin elementindəki cərəyan və ya gərginlik, f(t) — xarici təsirdir. Xətti parametrik sistemin fərqləndirici xüsusiyyəti elementin parametrini idarə edən köməkçi rəqs mənbəyinin olmasıdır.
Sahə (ölçü parametri)
Sahə — düz səth, konkret sərhədlərlə məhdudlaşmış səthin bir hissəsi, həndəsi fiqurların düz səthlərini xarakterizə etmək üçün işlədilən kəmiyyət parametri. Aşağıdakı şərtləri yerinə yetirənlər sahə adlanırlar : o sıfırdan çoxdur. o ölçülə biləndir. o düz səthlidir. onun ilkin ölçü vahidi kvadratla götürülür. Fiqurun səthi düz olmadıqda , o kiçik düz sahələrə bölünərək ölçülür.
Simvol obyektinin parametrləri
Simvol obyektinin parametrləri bunlardır: yazılış şəkli, keql, rəng, effekt, sürüşmə, kerninq. Simvolun yazılış şəkli. Dörd əsas yazılış şəklindən istifadə olunur: qlif — (ing.glyph, ru глиф) – hər hansı çap simvolu; bir simvolun çap olunmuş görünüşü. Keql şriftin ölçüsüdür. Ənənəvi olaraq keql punktla (pt) ölçülür. Bir punkt 0.35 mm-ə bərabərdir. Rəng Tətbiqi proqram mühitlərinin obyektlərinin əksəriyyətinin rəngi olur. Effekt simvolun ekranda və sənəddə necə görünəcəyini müəyyənləşdirir. Ən çox istifadə olunan effektlər bunlardır: Altından xətt çəkilmiş . üstündən xətt çəkilmiş, kölgəli, konturlu, qabarıq, batıq, kiçik baş hərflər, hamısı baş hərflər.
Simvolun parametrləri
Simvol obyektinin parametrləri bunlardır: yazılış şəkli, keql, rəng, effekt, sürüşmə, kerninq. Simvolun yazılış şəkli. Dörd əsas yazılış şəklindən istifadə olunur: qlif — (ing.glyph, ru глиф) – hər hansı çap simvolu; bir simvolun çap olunmuş görünüşü. Keql şriftin ölçüsüdür. Ənənəvi olaraq keql punktla (pt) ölçülür. Bir punkt 0.35 mm-ə bərabərdir. Rəng Tətbiqi proqram mühitlərinin obyektlərinin əksəriyyətinin rəngi olur. Effekt simvolun ekranda və sənəddə necə görünəcəyini müəyyənləşdirir. Ən çox istifadə olunan effektlər bunlardır: Altından xətt çəkilmiş . üstündən xətt çəkilmiş, kölgəli, konturlu, qabarıq, batıq, kiçik baş hərflər, hamısı baş hərflər.

Digər lüğətlərdə