POST

[ fr. ]
1. Bir şeyi və ya şəxsi müşahidə altında saxlamaq və ya mühafizə etmək üçün yer, məntəqə.
Belə qorxulu vaxtda postdan uzaqlaşmaq olarmı? H.Nəzərli.
[Keşikçilər] durmadan öz postları ətrafında dolaşırdılar. S.Vəliyev.

2. Bir şeyi mühafizə etmək və ya müşahidə altında saxlamaq üçün müəyyən yerdə qoyulmuş növbətçi və ya əsgər dəstəsi.
Mədədov taqımı gəzib, postları yoxlayıb, keşikdən azad olan əsgərin istirahət etdiyinə, yuxuladığına baxırdı. Ə.Əbülhəsən.

3. xüs. İstehsal prosesinin telemexanika, siqnal və s. vasitəsilə idarə olunduğu yer.
Rəis operator postlarından birinə çıxır, kimə isə göstəriş verir. (Qəzetlərdən).

4. dan. Məsul vəzifə. Direktorluq postu. Məsul post.
PORUQ
POSTAMÉNT
OBASTAN VİKİ
POST
POST (ing. Power-On Self-Test) — qurğu işə düşdüyü zaman, qurğunun aparat təminatını yoxlaması əməliyyatı. Bu əməliyyat ana platanın BIOS-una daxil olan proqramlarla yerinə yetirilir. POST əməliyyatının natamam (qısa) yoxlama ardıcılıllığı: Daimi yaddaş qurğusundan istifadə edərək BIOS proqramlarının yoxlaması. Əsas idarəedicilər, sistem şinləri və qoşulmuş qurğuların (qrafik adapter, diskdaxilediciləri və s.) inisializasiyası, həmçinin qurğular və onları təmin edən BIOS-a daxil olan proqramların icrası. Əməli yaddaş və birinci seqmentin (64 kilobayt) ölçüsünü təyini və yoxlanması. POST əməliyyatının tam yoxlama ardıcıllığı: Prosessorun bütün registrlərinin yoxlanması; Daimi yaddaş qurğusunun yoxlanması; Sistem taymeri və səsli siqnalizasiya (IBM PC üçün — i8255 və ya analoq İnteqral sxemi) portunun yoxlaması; Yaddaşa birbaşa keçid idarəedicilərinin testi; Əməli yaddaş regeneratorunun testi; BIOS-da rezident proqramlarının proyeksiyalanması üçün əməli yaddaş qurğusunun altsahəsinin testi; Rezident proqramlarının yüklənməsi; Standart qrafik adapterinin (VGA) testi; Əməli yaddaşın testi; Əsas daxiletmə qurğularının testi; CMOS testi; LPT/COM-un əsas portlarının testi; Elastik maqnit disklərinin testi; Sərt maqnit disklərinin (Sərt disk) testi; BIOS-un funksional alt sistemlərinin avtodiaqnostikası; İdarənin əməliyyat sisteminə ötürülməsi. Kompüter qoşulduğu zaman POST-un tam və ya natamam yoxlanması əməliy yatını baza sisteminə giriş-çıxış tənzimləmələrindən yəni, BIOS Setupdan quraşdırmaq olar. ---Fərdi kompüterlərin əksəriyyətində POST əməliyyatı müvəffəqiyyətlə başa çatdıqda sistem dinamiki bir qısa səs siqnalını çıxarır. Bundan başqa bu siqnallar və kodlar yoxlanma zamanı baş verən xətanı müvafiq ardıcıllıqdan ibarət siqnallarla istifadəçiyə çatdırır.
Emirates Post
Emirates Post — Birləşmiş Ərəb Əmirlikləri üçün rəsmi poçt operatorudur. Bu Emirates Post Group Holding törəmə edir. [1] Bu poçt xidmətləri nəhayət BƏƏ formalaşdırılması, 1972-ci ildə Rabitə Nazirliyinin saxlayın Xidmeti Ümumi Müdirliyi kimi müəyyən edilmişdir 1947-ci ildə Hindistanın müstəqilliyinin qədər Hindistan Post Office Services tərəfindən idarə olunur, avqust 19, 1909 açıldı . Emirates Post Qrup törəmə olmaq Emirates Post Empost, DVT və Wall Street Birjası ilə, 2007-ci ildə yaradılmışdır.
Financial Post
"Financial Post" — Kanada biznes qəzeti. 1907-ci ildən 1998-ci ilə qədər ingilis dilində nəşr olunmuşdur. 1998-ci ildə nəşr yeni "National Post"a çevrilmişdir. "Financial Post" 1907-ci ildə Con Beyn Maklin təsis edilmişdir və onun təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Həftəlik nəşr olunan qəzet Maklinin media biznesinin əsas aktivlərindən biri idi. Qəzetin redaktorları arasında Floyd Çalmers, Con Qodfrey və Dayan Frensis var idi.
Kaukasische Post
Kaukasische Post — Qafqazda alman dilində nəşr olunan yeganə qəzet. Kaukasische Post qəzetinin ilk nömrəsi 1906-cı ilin 18 iyun tarixində Tiflis şəhərində Kurt von Kutshenbax tərəfindən nəşr olunmuşdur. Qəzetin sonrakı fəaliyyəti ilə yazıçı və jurnalist olan Artur Leist məşğul olmuşdur. Kaukasische Post qəzeti həftədə bir dəfə olmaqla, bazar günləri Tiflis şəhərində çap edilərək Qafqaz almanlarının yaşadıqları ərazilərə göndərilirdi. Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində yerləşən alman kəndlərində qəzetə böyük tələbat vardı. Belə ki, qəzetdə müntəzəm şəkildə Qafqaz almanlarının həyat və fəaliyyətləri eyni zamanda Almaniyada baş verən hadisələr barədə müntəzəm məlumatlar verilirdi. Birinci dünya müharibəsinin başlanması səbəbindən qəzetin çapı 1914-cü ildə dayandırılmış, birdə yalnız 1918-ci ildə bərpa edilmişdir. Gürcüstan Demokratik Respublikası və SSRİ-nin hakimiyyəti zamanı qəzetin fəaliyyət göstərməsinə lazımi diqqət və şərait yaradılmamışdır. 1994-cü ilin oktyabr ayında Gürcüstan dövlətinin dəstəyi nəticəsində qəzet uzun fasilədən sonra öz işini bərpa etmişdir. Hal-hazırda aylıq şəkildə nəşr olunan Kaukasische Post qəzeti Qafqaz bölgəsində nəşr olunan yeganə alman dilli qəzetdir.
Post-metal
Post-metal — birləşmiş janr olub post-rok, həvi metal və shoegaze tərzinin qarışığı hesab olunur. 1990-cı illərdən etibarən yayılmağa başlayıb. Başlıca vətənləri sırasında ABŞ, İngiltərə, İsveç var. Başda progressive və industrial musiqi olmaq üzrə sludge, stoner, instrumental metal, metalcore kimi növlərlə əlaqəsi olan, bu növlərin məzmun mənasında bir qismini altında toplayabiləcəyimiz musiqi tərzidir. Ümumiyyətlə, mahnılar qaranlıq hava daşıyır, müddətləri uzundur. Albomlar əsasən konseptikdir, mahnılar single şəklində olmaz, bütün albomu dinləməklə gözlənilən təsir təmin edilir. Minimal səviyyədəki vokallar əksərən brutal olaraq icra edilir. Normal rock/metal alətlərin yanında tez-tez sintezator istifadə edilər. Gitaralar distorsionludur, yavaş ritimlə çalınır.
Post-rock
Post-rok — adi rok musiqisində olduğu kimi instrumentlərdən istifadə olunsa da, daha fərqli olaraq səsin rəngi və hisslərini mümkün qədər çox musiqiyə aşılaması ilə fərqlənir. Don Caballero və Tortoise 90-cı illərdə olan ilk post-rok qrupları sırasında yer alır. Termin olaraq Simon Reynolds tərəfindən Bark Psychosis'in Hex adlı albomunun Mojo jurnalında mart 1994-də yayımlanan tənqidedici yazısından yarandığına inanılır. Reynolds bu düşüncəsini daha sonra the wire jurnalının may nəşrində aydınlaşdırdı və bu termini "rok instrumentlərini rokdan fərqli məqsədlər üçün istifadə etmək, gitaranı riff və güc akkordlarından əlavə səsin rəngini və hissini müəyyən edən bir tərzdə istifadə etmək" olaraq qiymətləndirdi. Post-rock qrupları 60-cı illərdə ABŞ`da yaranmış The Velvet Underground`dan çox böyük təsir almışlar. 90-ların ilk illərində qurulan Slint və ya daha əvvəl qurulan Talk Talk qrupunun Post Rock'a təsiri olduğu bilinir. Godspeed You!
Post-rok
Post-rok — adi rok musiqisində olduğu kimi instrumentlərdən istifadə olunsa da, daha fərqli olaraq səsin rəngi və hisslərini mümkün qədər çox musiqiyə aşılaması ilə fərqlənir. Don Caballero və Tortoise 90-cı illərdə olan ilk post-rok qrupları sırasında yer alır. Termin olaraq Simon Reynolds tərəfindən Bark Psychosis'in Hex adlı albomunun Mojo jurnalında mart 1994-də yayımlanan tənqidedici yazısından yarandığına inanılır. Reynolds bu düşüncəsini daha sonra the wire jurnalının may nəşrində aydınlaşdırdı və bu termini "rok instrumentlərini rokdan fərqli məqsədlər üçün istifadə etmək, gitaranı riff və güc akkordlarından əlavə səsin rəngini və hissini müəyyən edən bir tərzdə istifadə etmək" olaraq qiymətləndirdi. Post-rock qrupları 60-cı illərdə ABŞ`da yaranmış The Velvet Underground`dan çox böyük təsir almışlar. 90-ların ilk illərində qurulan Slint və ya daha əvvəl qurulan Talk Talk qrupunun Post Rock'a təsiri olduğu bilinir. Godspeed You!
Post (Urmiya)
Post (fars. پست‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (4 ailə).
Post Malone
Ostin Riçard Post (ing. Austin Richard Post, təxəllüsü: Post Malone; 4 iyul 1995, Sirakuz, Onondaqa[d], Nyu-York ştatı, ABŞ) — ABŞ muğənnisi, repperi, söz yazarı, prodüseri və gitaristi. Malone 2015-ci ilin fevral ayında, ilk sinqlı olan "White Iverson" buraxıldıqda geniş tanınmışdır. O 2015-ci ilin avqust ayında, "Republic Records"la bir albom müqaviləsi imzalamışdır. Bundan sonra Malone "Quavo"yla "Congratulations" və "21 Savage"lə "Rockstar" mahnılarını buraxmışdır. Malone ilk studio albomu "Stoney"i 2016-cı ildə buraxmışdır. Sonra isə o "Beerbongs and Bentleys" albomunu 2018-ci ildə yayımlamışdır. Ostin Riçard Post 4 iyul 1995-ci il tarixində ABŞ-nin Nyu-York ştatında yerləşən Sirakuz şəhərində anadan olmuşdur. Post atası Riç Post və ögey anası Cudi Post tərəfindən böyüdülmüşdür. Postun atası disk-cokey idi və onu musiqinin hip-hop, kantri və rok kimi fərqli-fərqli janrlarıyla tanışdırmışdır.
Post punk
Postpank (ing. Post-punk) — 1970-ci illərin ortalarından pank rokun məşhurlaşmasından sonra yaranmış rok musiqi hərəkatı. Hər nə qədər bu janrın kökü punk roka çıxsa da post pank daha içə dönük və eksperemental janrdır. Post pank indie musiqi və pankı məşhurlaşdırmış,alternativ rokun yaranması üçün zəmin yaratmışdır. Post pank həm də Yamayka dub musiqisindən (əsasən bas gitara istifadəsində) və Amerikan fankından təsirlənmiş, studiya işlərində eksperementallığı ön plana çıxarmışdır.
New York Post
New York Post (azərb. Nyu-York post‎) — Amerikanın ən tanınmış qəzetlərindən biri. 1801-ci ildə qurulmuşdur. Sirkülasyon (2011-ci ildə) adi günlərdə 501 min nüsxə və 339 min nüsxə — bazar günləri. 1976-cı ildən etibarən qəzet ABŞ-nin media-maqnatı olan Rupert Mördoka məxsusdur.. Qəzet 1801-ci ildə ABŞ-nin ilk quruculardan olan Aleksandr Hamilton tərəfindən təsis edilmişdir. Qəzet ilk olaraq ing. New York Evening Post adlandırıldı. Yaxın dörd onillikdə qəzetin naşiri Doroti Şif idi. Bu dövrdə qəzet liberal diqqət mərkəzində idi.
New Baku Post (qəzet)
Bakupost.az, 2014-cü ilədək New Baku Post — Azərbaycanda xəbər saytı. Qəzetin ilk sayı 6 aprel 2012-ci ildə nəşr edilmişdir. Onun təsisçisi Tural Əliyev, baş redaktoru isə Tofiq Abbasovdur. 2014-cü ildə qəzetin nəşri dayandırılmış və yalnızca onlayn olaraq fəaliyyət göstərməyə başlamışdır. "New Baku Post" qəzeti, № 01(01), 6 aprel 2012-ci il.
Post hoc ergo propter hoc
Post hoc ergo propter hoc (Latın dilindən tərcümədə: "bundan sonra, deməli buna görə") — məzmunu "X hadisəsindən sonra Y baş verirsə, deməli X hadisəsi Y hadisəsinə səbəb olur" olan qeyri-formal məntiqi səhv. Bu, adətən post hoc səhvi olaraq qısaldılır. Aydın olmayan səbəb müxtəlifliyi olan bu məntiqi səhv cum hoc ergo propter hoc ("bununla, deməli buna görə") səhvindən azca fərqlidir, hansı ki, ardıcılıq və ya xronoloji olaraq baş vermiş iki hadisə əhəmiyyətsiz və ya naməlumdur. Post hoc olduqca qaçınılmaz bir səhvdir, çünki korrelyasiya səbəb əlaqəsi hissi yaradır. Bu səhv nəticənin potensial səbəbkarı olan və qeyd edilən əlaqənin mövcud olmadığını sübut edə biləcək digər amillər əvəzinə, yalnız və yalnız hadisələrin gerçəkləşmə ardıcıllığından alınan nəticəyə əsaslanır. Bu səhvə sadə bir nümunə "xoruz günəşin doğmasından əvvəl banlayır, deməli xoruz günəşin doğmasına səbəb olur"dur. post hoc səhvinin forması belədir: A baş verir, bundan sonra B baş verir. Deməli, A-nın səbəbi B-dir. B arzuolunmaz bir şeydirsə, bu nümunə antesedentin inkarı formal məntiqi səhvi ilə kombinasiya edilir. Beləliklə, bu fərz edilir: A-dan yayınmaq B-nin qarşısını alır.
Fallout: A Post Nuclear Role Playing Game
Fallout: A Post Nuclear Role Playing Game (azərb. Radioaktiv yağıntı. Bir postnüvə rol oyunu‎) və ya sadəcə Fallout (azərb. Radioaktiv yağıntı‎) — "Dragonplay" tərəfindən hazırlanan və "Interplay Entertainment" tərəfindən nəşr olunan növbəyə əsaslanan postapokaliptik açıq dünya rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci epizoddur. Layihə istehsal prosesində olarkən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyununun de-fakto sikveli hesab edilirdi. Lakin bu, "Interplay" şirkəti "Wasteland" videooyununun hüquqlarını vaxtında əldə edə bilmədiyindən baş verməmişdir. Oyun 10 oktyabr 1997-ci ildə Şimali Amerikada Microsoft Windows, MS-DOS və Mac OS platformaları üçün, həmin ilin axırlarında Avropada eyni platformalar üçün, 2002-ci ildə isə Şimali Amerikada Mac OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Kaliforniya ştatının cənub ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing.
Poxoronı post
Poxoronı post (Böyük poxornı post, poxoronı jur; polş. Pogrzebanie postu, Pogrzeb żuru, Pogrzeb żuru i śledzia) - Polşa yeməyidir. Bu yeməyi adətən Pasxa bayramında bişirilir. Jurun bu növü Polşanın Pomor və Kuyabii bayramlarında süfrəyə verilən əsas yeməkdir. Onu həmçinin qədim zamanlardan cümə və şənbə günləridi bişirilməsinə adət edilmişdir. Simvolik olaraq juru qonaq gedəndə bir-birinə verilir. Jur Похороны символические / Т. А. Агапкина // Славянские древности: Этнолингвистический словарь : в 5 т. / под общ. ред. Н. И. Толстого; Институт славяноведения РАН. — М. : Межд.
Vaşinqton Post
The Washington Post — 1877-ci ildə yaranmış ABŞ qəzeti. Qəzet 1877-ci ildə Stilson Hutchins (ingiliscə) tərəfindən rus dilində yaradılıb. O, 6 dekabr 1877-ci ildə 10 min nüsxə tirajla nəşr olunmağa başlamışdır. Qəzet dörd səhifədən ibarətdir və üç sentə başa gəlir. 1880-ci ildə Bazar nəşrini əlavə edib, həftənin 7 günü nəşr olunan ilk şəhər qəzeti oldu. Cozef Pulits, müvəqqəti olaraq Vaşinqtonda yaşarkən Post üçün yazdı. Təxminən bir il sonra abunə təşviqat kampaniyasının bir hissəsi kimi, sahiblər, ABŞ-nin Hərbi Band qrupunun rəhbəri bəstəkar John Philip Sousanın mükafat qazanmış esse mükafatına layiq görülməsi üçün yürüş təşkil etdiyini irəli sürdülər. Washington Post Mart, Susa'nın klassik əsərlərindən biridir.
Washington Post
The Washington Post — 1877-ci ildə yaranmış ABŞ qəzeti. Qəzet 1877-ci ildə Stilson Hutchins (ingiliscə) tərəfindən rus dilində yaradılıb. O, 6 dekabr 1877-ci ildə 10 min nüsxə tirajla nəşr olunmağa başlamışdır. Qəzet dörd səhifədən ibarətdir və üç sentə başa gəlir. 1880-ci ildə Bazar nəşrini əlavə edib, həftənin 7 günü nəşr olunan ilk şəhər qəzeti oldu. Cozef Pulits, müvəqqəti olaraq Vaşinqtonda yaşarkən Post üçün yazdı. Təxminən bir il sonra abunə təşviqat kampaniyasının bir hissəsi kimi, sahiblər, ABŞ-nin Hərbi Band qrupunun rəhbəri bəstəkar John Philip Sousanın mükafat qazanmış esse mükafatına layiq görülməsi üçün yürüş təşkil etdiyini irəli sürdülər. Washington Post Mart, Susa'nın klassik əsərlərindən biridir.
Anonim post
Anonim post — mətn lövhəsində, anonim bülleten lövhəsi sistemində və ya internet forumu kimi digər müzakirə forumlarında ekran adı olmadan və ya daha çox identifikasiya olunmayan təxəllüsdən istifadə etməklə daxil olan giriş. "Slashdot" kimi bəzi onlayn forumlar bu cür yazılara icazə vermir, istifadəçilərdən ya öz həqiqi adları ilə, ya da təxəllüslə qeydiyyatdan keçmələrini tələb edir. "JuicyCampus", "AutoAdmit", "2channel" və digər "Futaba" əsaslı təsvir lövhələri anonimlik üzərində inkişaf edir. Xüsusilə "4chan" istifadəçiləri yeni tendensiyaların sürətlə yaranmasına kömək edən anonim və efemer mühitdə qarşılıqlı əlaqə qururlar. == Tarixi == Onlayn anonimlik 1990-cı illərin sonlarında xəbər qruplarına yerləşdirmək üçün etibarsız e-poçtlardan istifadə anlayışının ortaya çıxdığı "Usenet" xəbər qruplarında müşahidə olunur. Bu, ilk növbədə, müəyyən həssas mövzulara aid xəbər qruplarının müzakirəsi üçün istifadə edilmişdir. Göndərənin ünvanını alıcıya göndərməzdən əvvəl poçt paketlərindən silməyə qadir olan anonim remeylerlər tətbiqi də mövcud idi. Anonim yerləşdirməni asanlaşdıran onlayn xidmətlər 1992-ci ilin ortalarında şifropank qrupundan yaranmışdır. "2channel" və "4chan" kimi internet forumlarından əvvəl Yaponiyada anonim yazılar üçün imkan verən "Ayashii World" və "Amezou World" kimi mətn lövhələri fəaliyyət göstərirdi. Bu "böyükmiqyaslı anonim dərsliklər" "Usenet" mədəniyyətindən ilhamlanmış və onların nəslindən fərqli olaraq, ilk növbədə texnologiyaya yönəlmişdi.
Deutsche Post
Deutsche Post — Almaniyada yerli poçt xidmətləri üçün istifadə edilən "DHL Group"un brendi. Brend altında təklif olunan xidmətlər ənənəvi poçt xidmətləridir. Bu, brendi keçmiş dövlət poçt inhisarı olan "Deutsche Bundespost" varisinə çevirmişdir. 2008-ci ildən etibarən "Deutsche Post"un un bu xidmətlər üzrə monopoliyasının müddəti başa çatmışdır. Ənənəvi poçt xidmətləri ilə əlaqəsi olmayan əksər müəssisələr orijinal DHL şirkəti ilə əldə edilmiş DHL brendinə keçdilər. Bu səbəbdən qrup "DHL Group" adından istifadə edir. == Məhsullar == Qrup hazırda bütün poçt bölməsi daxilində brend altında aşağıdakı xidmətləri təklif edir: Poçt kommunikasiyası: daxili poçt xidmətini idarə edir (bağlamalar istisna olmaqla). Mətbuat xidmətləri: çap məhsullarının (qəzet və jurnalların) ölkə daxilində yayılması ilə məşğul olur. Pərakəndə satış məntəqələri: məktub poçtu, bağlama və poçtbank xidmətləri təklif edən yerli pərakəndə satış məntəqələri (poçt şöbələri) fəaliyyət göstərir. Dialoq marketinqi: birbaşa marketinq üçün bazar araşdırması və ünvanın yoxlanılması kimi xidmətlər təqdim edir.
The Denver Post
The Denver Post (azərb. Denver post‎) — məşhur ABŞ qəzeti. Ən çox regional nəşr kimi yaradılıb. Lakin regional media konsepsiyası ölkənin ən nüfuzlu qəzetlərindən birinə çevrilməsinə mane olmurdu. Dövrü: gün ərzində 416 676 nüsxə. 1892-ci ilin avqust ayında 50.000 dollar büdcəsi ilə qurulmuşdur. 2001-ci ildə bölmənin genişləndirilməsi planlaşdırılırdı, lakin reklam ödənişlərinin olmaması 2006 və 2007-ci illərdə azaldı. New York Daily News New York Post (ing.) U.S. Newspaper list от Yahoo!
The Jerusalem Post
The Jerusalem Post (azərb. Yerusəlim poçtu‎) — 1932-ci ildə yaranmış İsrail qəzetidir.
The Washington Post
The Washington Post — 1877-ci ildə yaranmış ABŞ qəzeti. Qəzet 1877-ci ildə Stilson Hutchins (ingiliscə) tərəfindən rus dilində yaradılıb. O, 6 dekabr 1877-ci ildə 10 min nüsxə tirajla nəşr olunmağa başlamışdır. Qəzet dörd səhifədən ibarətdir və üç sentə başa gəlir. 1880-ci ildə Bazar nəşrini əlavə edib, həftənin 7 günü nəşr olunan ilk şəhər qəzeti oldu. Cozef Pulits, müvəqqəti olaraq Vaşinqtonda yaşarkən Post üçün yazdı. Təxminən bir il sonra abunə təşviqat kampaniyasının bir hissəsi kimi, sahiblər, ABŞ-nin Hərbi Band qrupunun rəhbəri bəstəkar John Philip Sousanın mükafat qazanmış esse mükafatına layiq görülməsi üçün yürüş təşkil etdiyini irəli sürdülər. Washington Post Mart, Susa'nın klassik əsərlərindən biridir.
Vaşinqton Post (qəzet)
The Washington Post — 1877-ci ildə yaranmış ABŞ qəzeti. Qəzet 1877-ci ildə Stilson Hutchins (ingiliscə) tərəfindən rus dilində yaradılıb. O, 6 dekabr 1877-ci ildə 10 min nüsxə tirajla nəşr olunmağa başlamışdır. Qəzet dörd səhifədən ibarətdir və üç sentə başa gəlir. 1880-ci ildə Bazar nəşrini əlavə edib, həftənin 7 günü nəşr olunan ilk şəhər qəzeti oldu. Cozef Pulits, müvəqqəti olaraq Vaşinqtonda yaşarkən Post üçün yazdı. Təxminən bir il sonra abunə təşviqat kampaniyasının bir hissəsi kimi, sahiblər, ABŞ-nin Hərbi Band qrupunun rəhbəri bəstəkar John Philip Sousanın mükafat qazanmış esse mükafatına layiq görülməsi üçün yürüş təşkil etdiyini irəli sürdülər. Washington Post Mart, Susa'nın klassik əsərlərindən biridir.
Böyük post-splenektomiya infeksiyası
Böyük post-splenektomiya infeksiyası — (BPSİ) dalağın çıxarılmasından (və ya daimi disfunksiyasından) sonra fərdlərdə baş verən nadir, lakin ölümcül infeksiya. İnfeksiyalar adətən meningit və ya sepsis ilə xarakterizə olunur və Streptococcus pneumoniae daxil olmaqla, kapsullaşdırılmış orqanizmlər səbəb olur. Xəstəlik tibbi yardım və təcili müalicə tələb edir. Ölüm 12 saat ərzində baş verdiyi bildirilir. Dalaq kapsullaşdırılmış bakteriyalardan qorunmaq üçün vacibdir və buna görə də onun splenektomiya vasitəsi ilə çıxarılması kapsullaşdırılmış bakteriyalar tərəfindən sürətli, maneəsiz infeksiyaya səbəb ola bilər. Yüngül viruslu simptomlardan sepsisə sürətlə çevrilməsi BPSİ-nin xüsusilə təhlükəli olmasının səbəblərindən biridir. Digər infeksiya mənbəyi, babezioza səbəb olan Babesia növlərinin gənə parazitləridir. İtlər tərəfindən dişlənildikdən sonra Capnocytophaga canimorsus infeksiyası da bu vəziyyətə səbəb ola bilər. == Simptomları == Əvvəlcə BPSİ qızdırma və ya öskürək kimi yüngül viral simptomlarla özünü göstərə bilər, lakin sonradan infeksiya simptomlarına titrəmə, ishal, qusma, nasazlıq, əzələ ağrısı, baş ağrısı və qarın ağrısı daxil ola bilər. Xəstəlik yuxarıda qeyd olunan əlamətlərdən komaya qədər sürətlə irəliləyir və refrakter septik şoka və nəhayət, 24 saat ərzində ölümə səbəb olur.
Encapsulated PostScript
Encapsulated PostScript (EPS) – PostScript dilinin asılı olmayan obyekt kimi istifadə edilə bilən komandalar yığını (toplusu). Bu o deməkdir ki, EPS formatlı görüntünü masaüstü nəşriyyat sisteminin PostScript qurğusuna göndərmək və çap etmək olar. Yüksək keyfiyyətli qrafik obyektlərin bir çox paketlərinin tərkibində şəkilləri formalaşdırmaq üçün EPS formatlı görüntülər olur.
Lüdmila Postnova
Lüdmila Postnova (d. 11 avqust 1984) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Lüdmila Postnova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Lüdmila Postnova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Olimpiya posteri
Olimpiya posteri— Olimpiya Oyunları haqqında məlumat verir. Olimpiya posteri Olimpiya Oyunlarınının başlanmasını təsvir etmək üçün tərtib olunur. Hər bir Olimpiya Oyunlarının Olimpiya Oyunlarını Əlaqələndirmə Komissiyası və Milli Olimpiya Komitəsi tərəfindən təklif olunan və yaradılan xüsusi Olimpiya posteri var. Olimpiya Oyunları üçün Olimpiya posterinin təsdiqi Beynəlxalq Olimpiya Komitəsinin səlahiyyətindədir. Olimpiya posteri, reklam materiallarında Olimpiya emblemi kimi, Olimpiadanın sponsorları tərəfindən istifadə oluna bilər.
Postanarxizm
Postanarxizm — postmodernizm və poststruktualizmin qarışığından yaranmış anarxist fəlsəfi cərəyan. Postanarxizm sadə bir fikir olmayıb, Jak Lakan, Jil Dilöz, Mişel Fuko kimi poststruktualist müəlliflərdən, Ernesto Laklau, Şantal Muff və Jak Rensiyer kimi postmarksist müəlliflərin fikirlərinin birliyindən doğmuş, Emma Qoldman, Maks Ştirner, Fridrix Nitsşedən bəhrələnmişdir. Postanarxist filosoflar əsasən klassik anarxizmi tənqid edən anarxist şəxslərdir. Termin 1987-ci ildə postanarxist filosof Hakim Bey tərəfindən elmə gətirilmişdir. Əsas xarakteristikası: Diskursdakı subyektin yerinin dəyişməsi Seksuallığın və bədənin naturalizasiyası (yəni normal qəbul edilməsi) Repressiv hipotezin tənqidi Qərb düşüncəsindəki ikili müxalifətin ləğvi Cinsi rolların feminist poststruktualizm mövqeyindən dekonstruksiyası.
Postapokaliptika
Apokaliptika və postapokaliptika — Elmi fantastika, elmi fantaziya və qorxu fantastikanın altjanrı. Bu janrlarda olan əsərlərin süjetləri qlobal fəlakət yaşamış br dünyada inkişaf edir. Əsərlərdə baş verən apokalipsis hadisəsi qaçınılmaz qlobal istiləşmə kimi iqlimi, zərbə hadisəsi kimi təbbi, nüvə müharibəsi və ya təbii ehtiyatların tükənməsi kimi süni, pandemiya kimi tibbi, qiyamət günü, parusiya və ya raqnarök kimi esxatoloji və ya zombi-apokalipsi, maşınların üsyanı, texnoloji tekillik, disgenetika və ya əcnəbilərin hücumu kimi bədii ola bilər. Əsərin süjeti fəlakət hadisəsinin qarşısının alınması cəhdi, hadisənin nəticələriylə ilə məşğul olmaq və yaxud postapokaliptik, fəlakətin sonrasıyla bağlı ola bilər. Vaxt çərçivəsi sağ qalanların psixologiyası və çətinlikləri, insan irqinin canlı qalması üçün etdikləri üzrə mərkəzləşərək fəlakətdən dərhal sonra, yaxud fəlakət əvvəli insan mədəniyyətinin unudulması (və ya mifləşdirilməsi) üzrə mərkəzləşərək fəlakət hadisəsindən xeyli sonra başlaya bilər. Postapokaliptik məzmunlar adətən texnologiyasız və ya cəmiyyətin və texnologiyanın səpələnmiş halda olduğu bir gələcəkdə baş verir. Babilistan və ibranilər daxil olmaqla, müxtəlif qədim cəmiyyətlər "Gilqameş dastanı" (təx. b.e.ə. 2000–1500) kimi dünya və insan cəmiyyətinin sonuna həsr olunmuş apokaliptik ədəbiyyat və mifologiya əsərləri yaratmışdır. XIX əsrin əvvəllərində Meri Şellinin "Sonuncu adam" romanı nəşr olunandan bəri müasir apokaliptik əsərlər yazılır.
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Postfilintas
Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və yerli, gənc rəssam, şair və yazıçılar tərəfindən 2015-ci ildə İstanbulda qurulan yaradıcılıq qrupu. Eyni zamanda internet üzərindən sayt olaraq postfilintas.net Arxivləşdirilib 2015-12-24 at the Wayback Machine və sosial media hesabları olaraq fəaliyyət göstərir. Sayt istifadəçilərə açıqdır. Heyətə qoşulmaq istəyənlər və yazılarını saytda dərc etdirmək istəyənlər bəyənildikləri təqdirdə heyətə qəbul edilirlər. İdeya müəllifi Nurlan Həsənli olan saytın heyətini Revaha Kutsal, Yağmur Yaman, Levent Doğutaş, Eltac Ələkbərli və Tural Turan təşkil edir. Bir yerə toplanmış fərqli peşə və ixtisas sahibi heyət sayt qurulduqdan əvvəl bloggerlik fəaliyyəti ilə məşğul olmuşdular. Adını "Afilli Filintalar"dan almışdır. Saytın loqosunda əsəbi koala, deviz olaraq isə "ya ne olacaktı?" sözləri yer almaqdadır.
PostgreSQL
PostgreSQL (/ˈpoʊstɡrɛs ˌkjuː ˈɛl/, POHST-gres kyoo el) — genişlənəbilmə və SQL uyğunluğunu vurğulayan pulsuz və açıq mənbəli relyasiyalı verilənlər bazası idarəetmə sistemi (RDBMS). Berkli Kaliforniya Universitetində hazırlanmış Ingres verilənlər bazasının davamçısı olaraq POSTGRES adlandırılıb. 1996-cı ildə layihə SQL dəstəyini əks etdirmək üçün PostgreSQL olaraq adlandırıldı. 2007-ci ildə tərtibatçılar ad olaraq PostgreSQL, ləqəb olaraq isə Postgres istifadə etməyə qərar verdi. PostgreSQL atomiklik, ardıcıllıq, izolyasiya, davamlılıq (ACID) xüsusiyyətləri, avtomatik yenilənən nəticələr, materiallaşdırılmış nəticələr, triggerlər, xarici açarlar və saxlanılan prosedurlarla əməliyyatlar edir. O şəxsi istifadədən tutmuş verilənlər xəzinəsinə və ya çoxlu eynianlı istifadəçisi olan veb xidmətlərə qədər bir sıra iş yükünü idarə etmək üçün nəzərdə tutulub. Postgres macOS Server üçün standart verilənlər bazasıdır. Eyni zamanda Linux, FreeBSD, OpenBSD və Windows üçün də mövcuddur.
Postimpressionizm
Postimpressionizm (lat. post – sonra, fr. impressionisme, impression – təəssürat) — fəlsəfi və incəsənət cərəyanı, XIX əsrin sonu – XX əsrin ilk illərində fransız boyakarlığının əsas istiqamətlərinin ümumiləşdirilmiş, şərti ifadəsi. Postimpressionizm ustaları 1880-ci illərin ortalarından (impressionizmin böhranı dövrü) yeni, yaşadıqları dövrə uyğun təsvir vasitələri tapmağa, bədii təfəkkür məhdudluğunu aradan qaldırmağa, impressionizmə xas xüsusiyyətlərdən – həyatın ani və ötəri effektlərinin təsvir olunmasından onun uzun sürən mənəvi və maddi vəziyyətlərinin təcəssümünə keçməyə cəhd göstərirdilər. Həmin dövr Qərbi Avropa mədəniyyətinin böhran əlamətləri, onun mürəkkəbliyi, rəssamların ideya-əxlaqi keyfiyyətlər sahəsində ziddiyyətli axtarışları postimpressionizmdə öz əksini tapmışdı. Azərbaycan Sovet Ensiklopediyası, səh.
Postkeynsçilik
Postkeynsçilik (ing. post-Keynesian economics) — Con Meynard Keyns təlimlərinin ən ardıcıl davamçısı olduğunu iddia edən iqtisadi düşüncə istiqaməti. Postkeynesçilər, neokeynesliləri C. M. Keynsin Ümumi Məşğulluq, Faiz və Pul Nəzəriyyəsinin ruhundan kənara çıxdıqlarını tənqid edirlər. Onların fikrincə, neokeynsizm (hiksist keynsçilik adlanır) neoklassik nəzəriyyə ilə güzəştə getmək, Keyns nəzəriyyəsini müvazinət (statik) modellərinə endirmək cəhdidir. Eyni zamanda, Keyns nəzəriyyəsində iqtisadiyyat, postkeynsçiliyə görə, gələcəyin qeyri-müəyyənliyinin və iqtisadi agentlərin gözləntilərinin mühüm rol oynadığı tarazlıq (dinamik) xarakter daşıyır. Bu meyarlara görə müəyyən alim-iqtisadçıları daxil etmək və ya istisna etmək üçün postkeynsçilik cərəyanlarının necə təyin ediləcəyi barədə elm adamları arasında bir fikir birliyi yoxdur. Bunun səbəbi, yuxarıda verilmiş postkeynsçiliyin özünün çox dar tərifi ilə əlaqədardır, çünki praktikada Keynsin fikirlərinin tamamilə davamçısı olduğunu iddia etməyən, lakin neoklassik və digər makroiqtisadi yanaşmalarla mübahisə edən, pulun əhəmiyyətsizliyini inkar edən və prinsipcə postkeynsçiliyin nəzəri müddəaları altında fikirlərinə düşən bir çox alim var. Mark Blauqa görə “Bəlkə postkeynsçilik iqtisadi nəzəriyyəsinin bütün nümayəndələrinin ortaq cəhəti yalnız ortodoksaldır: ortodoksal neoklassik fayda maksimumlaşdırmasının rədd edilməsi və IS / LM modelindən istifadə edərək Keynsin sadələşdirilmiş şərhi”. Postkeynsçiliyin təsnif etmək cəhdlərindən biri də Rik Holt tərəfindən "Amerika" və "Avropa" ya bölünməsi idi, bunların əsas fərqləri birinci məktəbin daha çox makroiqtisadi nəzəri məsələlərə yönəldilməsi, ikincisi isə real aktual makroiqtisadi problemlərlə məşğul olması idi. Bununla birlikdə, bu təsnifat tam deyilə bilməz, çünki elm adamlarının iqtisadiyyatı öyrənərkən istifadə etdikləri müxtəlif xüsusiyyətlər nəzərə alınmır.
Postkolonializm
Postmüstəmləkəçilik və ya postkolonializm — müstəmləkəçiliyin mədəni irsinin təhlilindən ibarət fənlərarası tədqiqat xətti. Postmüstəmləkəçilik müxtəlif sahələrdə bir çox nəzəriyyələri ehtiva edir. Bunlara fəlsəfə, kino, politologiya, sosial-iqtisadi coğrafiya, sosiologiya, feminizm, dini və teoloji tədqiqatlar və ədəbiyyat daxildir. Postmüstəmləkəçi nəzəriyyə 1980-ci illərdə Mişel Fuko, Jak Derrida, Jill Delözün poststrukturalist ideyalarının təsiri altında yaranmışdır. Müasir postmüstəmləkəçiliyin sələfi Frans Fanon idi. Postmüstəmləkəçilik nəzəriyyəsinin əsas nümayəndələrinə Edvard Səid, Qayatri Spivak, Homi Bhabha daxildir. Postmüstəmləkəçilik nəzəriyyəsinin əlaqəli fənləri diskurs təhlili, gender nəzəriyyəsi, mədəniyyətşünaslıq, media araşdırmalarıdır. Бхабха Х. Местонахождение культуры // Перекрестки: Журнал исследований восточноевропейского пограничья. 2005. № 3–4.

Digər lüğətlərdə