M Group Production
M Group Production və ya qısaca MGP — Azərbaycan mərkəzli media, film, reklam və əyləncə şirkəti, prodüser mərkəzi. Şirkət 7 fevral 2003-cü ildə prodüser Murad Dadaşov tərəfindən yaradılmışdır. Şirkət fəaliyyəti dövründə bir çox layihələrə imza atmışdır. Ən yaddaqalan layihələrindən biri Maşın Şou olmuşdur. Şirkətin sədri Murad Dadaşovdur.
Azərbaycan mərkəzli media, film, reklam və əyləncə şirkəti, prodüser mərkəzi olan M Group Production 7 fevral 2003-cü ildə prodüser Murad Dadaşov tərəfindən yaradılmışdır. Şirkətin sədri Murad Dadaşovdur.
Şirkət media, film, reklam və əyləncə sektorlarında fəaliyyət göstərir. Şirkət fəaliyyəti dövründə bir çox layihələrə imza atmışdır. Şirkətin ilk layihəsi 2003-2005-ci illərdə Lider TV-də yayımlanan "Mərc şou" olmuşdur.