PROSE

prose1

n nəşr; to write in ~ nəsrlə yazmaq

prose2

adj 1. cansıxıcı, darıxdırıcı, usandırıcı, maraqsız; 2. nəsrlə yazılan; a ~ writer darıxdırıcı / usandırıcı yazıçı

prose3

v 1. maraqsız danışmaq / yazmaq; 2. nəsrlə yazmaq

PROSCRIPTION
PROSECUTE
OBASTAN VİKİ
Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi (İTİF) — Azərbaycan Dövlət Neft Akademiyasının fakültələrindən biridir. “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin əsası 1961-ci ildə “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin yaranması ilə qoyulub. Bu fakültə energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı problemləri ilə bağlı tarixi zərurət nəticəsində yaranıb. Fakültənin yaranmasında və inkişafında xüsusi rol oynamış alim və pedaqoqlardan akademiklər İ.Ə.İbrahimov, T.M.Əliyev, AMEA-nın müxbir üzvləri R.Ə.Əliyev, Ə.Ə.Abdullayev, S.Q.Kərimov, professorlar İ.Ə.Nəbiyev, N.H.Fərzanə, R.M.Mirsəlimov, İ.M.Abdullayev, İ.R.Əfəndiyev və başqalarını göstərmək olar. Yeni yaradılan “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nəzarət-ölçmə cihazları” kafedrası “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika və telemexanika” kafedralarına bölünmüş, daha sonra üç müstəqil “İstehsal proseslərinin avtomatlaşdırılması”, “Avtomatika, telemexanika və elektronika” və “Elektrik ölçmələri və hesablama texnikası” kafedraları yaradılıb. Daha sonra mövcud kafedraların bazasında “Tətbiqi riyaziyyat”, “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “Kompüter texnologiyaları və proqramlaşdırma” və “Biotibbi cihazlar” kafedraları yaradılıb. Bundan əlavə, fakültənin nəzdində “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması”, “Avtomatikanın lokal sistemləri”, “İdarəetmənin avtomatlaşdırılması və informatika”, “Elmi cihazqayırma” və “İntellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərib. 2015-ci ildən fakültənin dekanı dosent Səməd İmaməli oğlu Yusifovdur. Fakültədə dekan vəzifəsini müxtəlif dövrlərdə ardıcıl olaraq aşağıdakı şəxslər icra etmişdir: dosent İ.Ə.Nəbiyev (1961-1963) dosent H.H.Səmədov (1963-1979) dosent R.Ə.Zeynalov (1979-1993) professor İ.M.Abdullayev (1993-2003) dosent T.A. Əliyev (2003-2011) dosent R.N.Allahverdiyev(2011-2015). Elektronika və avtomatika; Kompüter mühəndisliyi; Cihaz mühəndisliyi; Ümumi və tətbiq riyaziyyat.
Bakı prosesi
"Bakı Prosesi" və ya Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu — Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. 12 iyun 2018-ci ildə Parisdə Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı ilə "Bakı Prosesi"nin 10 illik yubileyi qeyd olunmuşdu. 2008-ci ilin 2–3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi dəvət edildi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olundu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda "Mədəniyyətlərarası dialoqunun təşviqinə dair "Bakı Bəyannaməsi" qəbul edildi. "Bakı Bəyannaməsi" ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi"nin və bu prosesin inkişafına hədəflənmiş "Sənətçilər dialoq naminə" layihəsinin əsası qoyuldu. "Bakı Prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13–15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də iştirak etdi. Konfrans çərçivəsində iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə kommunike qəbul edildi. 2010-cu ildən Bakı Prosesi qlobal hərəkata çevrilməyə başladı.
Biogeokimyəvi proseslər
Biogeokimyəvi proseslər — canlı və cansız sistemlərin arasında əlaqəli proseslər. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Biznes prosesi
Biznes prosesi daxili və xarici müştərilər üçün xüsusi məhsul yaratmaq məqsədi güdən əlaqəli işlər və ya tapşırıqlar qrupudur. İşlərin qrafiki təsviri üçün biznes proseslərin blok-sxemləri istifadə olunur. Biznes proseslərinin üç tipi var (Avqust-Uilhel Şeer və Mark von Rosinqə istinadən) İdarəetmə prosesləri: sistemin fəaliyyətini idarə edən proseslər. Səciyyəvi idarəetmə proseslərinə "korporativ idarəetmə" və "strateji idarəetmə" aiddir. Əməliyyat prosesləri: biznesin özəyini təşkil edən və əsas dəyər axınını yaradan proseslər. Məsələn, müştəridən sifarişlər almaq və bank filialında hesab açmaq. Dəstəkləyən prosesləri: əsas prosesləri dəstəkləyir. Misal olaraq Sağlamlıq və Təhlükəsizlik, maliyyə, komplektləşdirmə, çağrı mərkəzi, texniki dəstəyi göstərmək olar. Biznes prosesi misiya məqsədilə başlayır və biznes məqsədinin əldə olunması ilə başa çatır. Proses yönümlü təşkilatlar struktur bölmələri arasında baryerləri aradan qaldırır və funksional siloslardan yayınmağa çalışırlar.
Bojidar Prosenyak
Bojidar Prosenyak (Kuzminats (Rasinya, Koprivnits yaxınlığında, 19 avqust, 1948-ci il) — Xorvat yazıçı və jurnalist. Uşaqlığını Podravina Kuzminats kəndində keçirən Bojidar ilk təhsilini də orada almış daha sonra Koprivtinsdə, PAris və Zaqrebdə davam etdirmişdir. Fəlsəfə fakültəsində kinesiologiya üzrə təhsil alıb. Velika Qoritsada qəzet və radioda mədəniyyət problemləri üzrə redaktor və jurnalist kimi işə düzəlib. 1980-ci ildə Velika Qoritsada "Albatros" kitabxanasını təsis edib 18 ildən çox redaktoru olur. Velika Qoritsada "Matica hrvatska" jurnalının da redaktor vəzifəsində çalışır. 1984-cü ildən etibarən sərbəst rəssam kimi də işləyir. O Zaqrebdə Xorvat Yazıçıları Cəmiyyətinə və Xorvatiyanın Müstəqil Rəssamlar Respublika Assosiasiyasına üzv olur. Uzun müddət həmin qurumların rəhbər orqanlarının üzvü olur. O gündəlik və dövrü mətbuatda nəsr əsərləri, şeirlər, dram əsərləri, tənqidi mətnlər dərc etdirib radio və televiziyada çıxışlar edir.
Boloniya prosesi
Bolonya prosesi — 1990-ci illərin sonunda Avropa universitetlərinin bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində təşəbbüs başlanılır. Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri daxil olmaqla ümumi 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Bolonya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Bolonya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 48 ölkəni əhatə edir. Prosesin əsas məqsədinin, Avropa Ali Təhsil Məkanının yaradılmasının, 2010-cu ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdu və məkan yaradıldı. Bolonya prosesinin həyata keçirilməsində bir çox azərbaycan ali məktəbləri iştirak edir. "Bolonya prosesi" adı altında başlayan fəaliyyətlərin tarixi 1988-ci ildən başlayır. Həmin ilin sentyabrında Avropanın ən qədim universitetlərindən biri olan Bolonya Universitetinin (İtaliya) təsis olunmasının 900 illik yubileyində "Magna Carta Universitatum" hazırlanıb. Bir il sonra Sarbonna Universitetinin yaradılmasının 800 illik yubileyində "Sarbonna Bəyannaməsi" qəbul olunub və 19 iyun 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri "Bolonya Bəyannaməsi"ni imzalayıb.
Bolonya prosesi
Bolonya prosesi — 1990-ci illərin sonunda Avropa universitetlərinin bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində təşəbbüs başlanılır. Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri daxil olmaqla ümumi 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Bolonya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Bolonya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 48 ölkəni əhatə edir. Prosesin əsas məqsədinin, Avropa Ali Təhsil Məkanının yaradılmasının, 2010-cu ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdu və məkan yaradıldı. Bolonya prosesinin həyata keçirilməsində bir çox azərbaycan ali məktəbləri iştirak edir. "Bolonya prosesi" adı altında başlayan fəaliyyətlərin tarixi 1988-ci ildən başlayır. Həmin ilin sentyabrında Avropanın ən qədim universitetlərindən biri olan Bolonya Universitetinin (İtaliya) təsis olunmasının 900 illik yubileyində "Magna Carta Universitatum" hazırlanıb. Bir il sonra Sarbonna Universitetinin yaradılmasının 800 illik yubileyində "Sarbonna Bəyannaməsi" qəbul olunub və 19 iyun 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri "Bolonya Bəyannaməsi"ni imzalayıb.
Cinayət prosesi
Cinayət prosesi — cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusu. Hər bir dövlətin qanunvericiliyində cinayət prosesinin tənzimlənməsi fərqlənsə də, əsasən, ittihamın irəli sürülməsi ilə başlayır və cavabdeh barədə ittiham və ya bəraət hökmünün verilməsi ilə başa çatır.
Coğrafi proses
Coğrafi proses təbii və ya təbii-antropogen səbəblərin təsiri altında ərazinin landşaft xassələrinin tədricən, lakin bəzən kəskin dəyişməsi. Dəyişkənlik fiziki-coğrafi ola bilər və ya iqtisadi və sosial coğrafi hadisələrə toxuna bilər. Coğrafi proses təsərrüfat və cəmiyyətin həyatı üçün pozitiv və neqativ ola bilər. Ora həmişə bir sıra geosistemlərdə, iyerarxiyanın aşağı səviyyələrində baş verən dəyişikliklər daxil olur, böyük ərazilərdə inkişaf etdikdə isə bütün təbii sistemlərə təsir göstərə bilər. Coğrafi prosesin gedişində həm dağıdıcı dəyişikliklər, həm də bərpaedici suksessiyalar baş verir, belə ki, Coğrafi proses bir-birinə zidd olan qarşılıqlı təsir transformasiyası, özününizamlayıcı və özünübərpaedici təbii sistemlər kimi təzahür olunur.
Denudasion proses
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.
Denudasiya prosesi
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.
Dil prosessoru
Dil prosessoru (ing. language processor) – spesifik dildə yazılmış komandaları mənimsəmək və onları maşın koduna çevirmək üçün hazırlanmış qurğu və ya proqram. Əgər komandalar translyasiya olunduqca bir-birinin ardınca yerinə yetirilirsə, onda verilmiş dil prosessoru interpretasiya tiplidir, yox əgər proqram bütövlükdə translyasiya olunub, sonra yerinə yetirilirsə, belə dil prosessoru translyatordur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ekzogen proseslər
Ekzogen proseslər — Yer səthində və litosferin üst hissəsində günəş enerjisi, ağırlıq qüvvəsi və orqanizmlərin fəaliyyəti nəticəsində yaranan qüvvələrin təsiri ilə gedən proseslərdir. Ekzogen proseslərə süxurların aşınması, aşınma məhsullarının ağırlıq qüvvəsi, axar su, buzlaq və küləyin fəaliyyəti ilə yerdəyişməsi, çökmə süxurların və bəzi faydalı qazıntı yataqlarının əmələ gəlməsi daxildir. Azərbaycanda duz, maqnitli qum yataqları bu yolla əmələ gəlmişdir.
Endogen proseslər
Endogen proseslər "Hipogen" proseslər olaraq da bilinən, daxili mənşəli proseslərdir. Başqa sözlə, bunlar yer qabığından əmələ gələn və buna görə də endogen adlandırılan proseslərdir. Bu proseslər planet daxilində baş verir və Yerə xas olan və xarici təsirlərdən az təsirlənən qüvvələr tərəfindən idarə olunur. Bu proseslər zəlzələ, qitələrin, okean vadilərinin və dağ zirvələrinin yüksəlməsi və inkişafı, vulkanik aktivliyin yaranması, əvvəlcədən mövcud olan süxurların metamorfizmi, yer qabığının deformasiyası və yer dəyişdirməsi kimi hadisələrə və daha çoxuna səbəb olur. Bu proseslərin yaratdığı geomorfik xüsusiyyətlər ekzogen proseslərin işləmə mərhələsini təmin edir. Mənşəyini endogen bir prosesə borclu olan bütün xüsusiyyətlər ekzogen proseslər tərəfindən daim dəyişdirilir. Endogen proseslərə əsasən qabığın istilik enerjisi səbəb olur. Bu istilik enerjisi radioaktiv elementlərin çürüməsindən və cazibə fərqliliyindən qaynaqlanır. Ən vacib endogen proseslərdən bəziləri bunlardır: Dalğaların hərəkətindən qaynaqlanan və yerin səth təbəqələrindən ötürülən, zəif bir titrəmədən binaları silkələməyə və yerdəki çatlar yaratmağa qadir olan vəhşi bir hərəkətə qədər ötürülən bir enerji növüdür. Yer qabığının tektonik hərəkəti müxtəlif formalara malikdir və böyük mürəkkəbliyi ilə xarakterizə olunur.
Eol prosesləri
Eol prosesləri - küləyin fəaliyyətilə əlaqədar olan relyefəmələgəlmə prosesləri. Buraya həm eol denudasiyası (deflyasiya, karroziya) və həm də akkumulyasiya daxildir. Bütün zonaların quru və mötədil rütubətli əyalətlərində baş verir. Eol prosesləri nəticəsində eol relyef formaları və eol çöküntüləri əmələ gəlir. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Flüvioqlyasial proseslər
Geoloji proseslər
Geoloji proseslər — Yerin daxilində və yer qabığında strukturların, yer səthi relyefin dəyişilməsinə, süxurların və mineralların parçalanmasına, onların əmələ gəlməsinə, yatım şəraitinin dəyişilməsinə səbəb olan proseslər.
Heydər Əliyev və Qafqazda Sülh Prosesi (kitab)
Heydər Əliyev və Qafqazda Sülh Prosesi kitabı — İradə Hüseynovanın Azərbaycan xalqının ümummilli lideri, milli dövlətçiliyimizin memarı Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətində önəmli yer tutan bir problemin —Şərqlə Qərb, Şimalla Cənub arasında geosiyasi və geostrateji mövqeyi ilə seçilən, dünyanın unikal bölgəsi olan Qafqazda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində apardığı siyasətin, həyata keçirdiyi tədbirlərin, müəllifi olduğu "Qafqaz evi" sülh strategiyasının sistemli elmi təhlilinə və dəyərləndirilməsinə, nəhayət "Vətəndə sülh, regionda sülh" siyasətinin müasir mərhələdə uğurla davam və inkişaf etdirilməsi mərhələlərinə həsr olunmuş kitabı. Qafqazşünaslıqda və vətən tarixşünaslığında ilk təcrübə sayılan "Heydər Əliyev və Qafqazda sülh prosesi" kitabı ümummilli liderin zəngin siyasi və dövlətçilik fəaliyyətinin kompleks araşdırılması istiqamətində apardığı tədqiqatların davamı və ayrılmaz tərkib hissəsi kimi elmi və təsris ictimaiyyətinə təqdim olunub. Monoqrafik xarakterli bu dərslikdə qoyulan problem geopolitika, politologiya, regionşünaslıq və beynəlxalq münasibətlər müstəvisində araşdırılaraq təhlil edilən, regionda sabitliyin, əmin-amanlığın təmin olunması, əslində hazırda bütün dünyanı narahat edən sülh mədəniyyətinin bərqərar olması zərurətindən irəli gəlir. Bu gün sürətlə qloballaşan, iqtisadi fırtınalar məngənəsindən qurtulmaq üçün çıxış yolu arayan narahat dünyamızın münaqişələrlə dolu, bəşəriyyətin qədim və unikal məskənlərindən birində — Qafqazda sülhün bərqərar olması Şərq-Qərb sivilizasiyalarının inteqrasiya proseslərində müstəsna əhəmiyyət kəsb edir. "Heydər Əliyev və Qafqazda sülh prosesi" kitabının başlıca əhəmiyyəti ümummilli liderimiz Heydər Əliyevin bölgədə sülhün, əmin-amanlığın təmin olunması, Qafqaz xalqlarının və dövlətlərinin inteqrasiyası yolundakı çoxşaxəli, titanik fəaliyyətinin,zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinə və elmi cəhətdən araşdırılmasına yaxından kömək edir. Müəllif "Heydər Əliyev və Qafqazda sülh prosesi" adlı kitabında Əliyevşünaslığa yeni bir əsər ərmağan edir. Dərsliyin məqsədi keçmiş SSRİ imperiyasının Qafqaz xalqlarına qarşı həyata keçirdiyi repressiv tədbirlərə Heydər Əliyevin münasibəti və mövqeyinin, Qafqazda mövcud olan konfliktlərin ədalətli həlli üçün tərəflər arasında dialoqun yaranması istiqamətində, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində, Qafqazda sülh və əməkdaşlığın, "Ümumi Qafqaz evi" ideyasının inkişafında, tarixi Böyük İpək Yolunun bərpasında, Qafqazda milli-mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin fəaliyyəti və rolunun öyrənilməsindən ibarətdir. "Heydər Əliyev və Qafqazda sülh prosesi" kitabı SSRİ-nin dağılması ərəfəsində Qafqazda ictimai-siyasi vəziyyət, etnik proseslərdə baş verən dəyişikliklər, Qafqaz xalqlarının suverenlik meyillərinin güclənməsi və Moskvanın məsələyə aqressiv münasibəti, Qafqazda suveren dövlətlərin yaranması, Cənubi Qafqaz dövlətlərinin Müstəqil Dövlətlər Birliyi ilə münasibətləri, eləcə də bu problemlərlə əlaqədar olan digər mühüm ictimai-siyasi, iqtisadi və mədəni hadisələr də öz əksini tapmışdır. "Heydər Əliyevə həsr olunmuş kitabların elektron versiyaları" (PDF) (az.). https://files.preslib.az.
Ingiltərə Parlamentində qanunvericilik prosesi
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının monarxı - Böyük Britaniyanın dövlət başçısı. Monarx dövlət başçısı olaraq icra hakimiyyətinə malik deyildir. Hökumət Britaniyanın 2 partiyalı sistemi hesabina parlamentə də xeyli dərəcədə təsir edir. Monarx millətin birliyinin və dövlətin varisliyinin simvoludur. O, cəmiyyətdə sabitliyin təminatçısıdır. Monarxın ənənə və konstitusiya adətləri ilə müəyyən olunmuş, bəzən məhkəmə presedentləri ilə müəyyən olunmuş, bəzən presedentləri ilə təsbit edilmiş və parlamentin iradəsindən asılı olaraq olmayan müstəsna hüquqları var. O, qanunları imzalayır və veto hüquqlarına malikdir (1707-ci ildən istifadə etmir). O, paralament iclaslarına xüsusi dəvətlə gələ bilər. O, parlamentin illik sessiyasını nitq söyləyərək açır. Monarx baş nazirin hazırladığı nitqi oxuduğundan heç nə dəyişə bilməz.
Kokslaşma prosesi
Kokslaşma prosesi – ağır xammalın bərk koksa və daha aşağı temperaturda qaynayan məhsullara çevrilməsi prosesidir.Bu məhsular neft emalının digər proseləri üçün (qiymətli mühərrik yanacaqları almaq üçün) xammal kimi yararlıdır. Kimya nöqteyi- nəzərdən kokslaşma reaksiyalarına dərin termiki krekinq prosesi kimi baxılır və onun son məhsullarından biri koksdur ki, o da əsasən karbondan ibarətdir. Əslində əmələ gələn koks müəyyən miqdar uçucu madələrə və yüksək tempetraturda qaynayan karbohidrogenlərə malik olur. Uçucu maddələri kənarlaşdırmaq üçün koks 980-dan 13250C-ə qədər temperaturda közərdilir. Kokslaşma,- əsasən katalitik krekinq üçün xammal komo yararlı qazoyl almaq üçün istifadə olunur. Bu, prosesdəki katalizatorun kokslaşma surətinin azalmasına şərait yaratdı və krekinq qurğusunun istehsal gücünü artırdı. Əlavə üstünlük, istifadə edilən katalitik krekinq xammalında metalların miqdarının az olması idi. Son illərdə kokslaşma ilə həmçinin psevdosıxılmış şəraitdə katalitik krekinqin və katalizatordan təmizlənmiş katalitik krekinq qalıqlarının da emalı həyata keçirilir. Kokslaşma nəticəsində keyfiyyətli iynəvari koksla yanaşı, hidrikrekinq prosesi üçün də xammal alınır. Ləngidilmiş kokslaşma qurğularında, həmçinin daş kömür qətranı da emal olunur.
Kriogen proses
Kriogen proses - torpağın mənfi dərəcəyə qədər soyuması, donması və donunun açılması vaxtı baş verən fiziki, fiziki-kimyəvi və bioloji proseslərin məcmusu. Torpağın çat verməsi Torpaq donarkən torpaq kütləsinin qarışması və torpaq nəmliyinin miqrasiyası Çınqıl və daş qırıntılarının torpaq kütləsindən çıxarılıb onun səthində paylanması və strukturu-oliqonal törəmələrin çoxkünclü daşlar, tor və s.-nin formalaşması Şaxta - don qabarmaları və s.
Kükürdləşmə prosesi
Kükürdləşmə prosesi - bu proses mahiyyətcə əsasən üzvi sulfidlərin alınması ilə nəticələndiyindən onu sulfidləşmə də adlandırmaq olar. Kükürdləşdirici (sulfidləşdirici) agentlər olaraq əksər hallarda sərbəst kükürd S8, S2Cl2-, SCl2-, Na2S, SH qrupu saxlayan birləşmələr (RSH, H2S, SH−CH2−COOH və ya efirləri və s-lər) götürülür. Kükürdləşmə prosesi boyaq maddələrinin, kükürd saxlayan heterotsikillərin alınmasında, neftin kükürdləşdirilməsində, aşqarların sintezində, bitum xammalın hazırlanmasında istifadə edilir. Sulfid kükürdünün intensiv oksigen (udmaq) tutmaq qabiliyyəti, oksidləşmə və yeyilməyə qarşı xassələrə malik olması və bu proseslərin kükürdün molekuldakı mövqeyi və miqdarından asılılığı, tiazin, tiazol kimi heterotsikillərdə (boyaların rəng çalarlarına təsiri) doymamış karbohidrogenlərlə aromatik həlqələrlə törəmələrinin alınması hələ də öyrənilməsi və tədqiqi vacib olan məsələlərdəndir. Təsadüfi deyil ki, kükürdlə zəngin olan neftdən alınan yağ və yanacaq istismar dövründə oksidləşməyə daha dözümlü olub, müəyyən stabillik göstərir. Kükürdləşmə: sərbəst kükürdlə aparılarsa (kükürdün ərimə temperatur 1190C-dir).Bu tsiklin heterolitik qırılması elektrofi +δ -δ təsirlə gedən reaksiya olduğundan katalizatorun tətbiqinə ehtiyac yaranır. Belə kükürdləşmə yüksək temperaturlu katalizatorun aktivliyindən asılı olaraq 150-1900C-də gedən prosesdir; özünün də ekzotermik olmasını nəzərə almaq lazımdır. Bu zaman H2S-in ayrılması labüddür və inert qazla onun sistemdən çıxarılması və uducularla tutulması vacibdir. Əsasən aktiv hidrogeni olan maddələrlə (aromatik aminlərlə, alkilfenollarla və s.) sulfidlər və disulfidlərin sintezi üçün istifadə edilir. İkiqat rabitəli karbohidrogenlərə isə H2S ayırmadan da paralel sulfidlər verə bilir.
Meymun prosesi
Meymun prosesi olaraq daha yaxşı tanınan Tennessi və Con Tomas Skops işi(ing. monkey trial) və ya Meymun məhkəməsi 1925–1926-cı illərdə Daytondakı Tennessi Cinayət Məhkəməsində eyni şəhərdəki bir məktəb müəllimi Batlerin anti-Darvinist hərəkətini pozmaqda ittiham edilən Con Skops (1900–1970) üzərində baş vermiş bir məhkəmə Bundan bir qədər əvvəl, Tennessi ştatında fermer və xristian fundamentalist Con Batlerin təqdimatı ilə Batler Aktı— Tennessinin maliyyələşdirdiyi hər hansı bir təhsil müəssisəsində tədrisi qadağan edilən bir qanun "İncilin bizə öyrətdiyi və bunun əvəzinə insanın aşağı qaydada olan heyvanlardan gəldiyini öyrətdiyi İlahi İnsanın yaranma tarixini rədd edən hər hansı bir nəzəriyyə"qəbul edildi. Günahkar şəxsi 100 dollardan 500 dollara qədər cərimə gözləyirdi. Proses, eyni zamanda, Müqəddəs Kitabın hər cümləsinin hərfi oxunmasını israr edən fundamentalistlər və elmin teistik təkamüldə elmin dinə uyğun olduğuna inanan modernistlər arasında Amerika xristianları arasında ayrılığı ortaya qoydu. Tennessi fermeri və Ümumdünya Xristian Əsasları Assosiasiyasının rəhbəri olan Dövlət nümayəndəsi Con Batler əyalət qanunverici orqanlarına anti-təkamül qanunlarının qəbul edilməsini dəstəklədi. Batler Aktı 25 mart 1925-ci ildə Tennessidə qəbul edilməsinə müvəffəq oldu. Daha sonra Batler, "Təkamül haqqında heç bir şey bilmədim … Sənədlərdə oğlan və qızların məktəbdən evə gələrək atalarına və analarına Müqəddəs Kitabın cəfəngiyat olduğunu söylədiklərini oxuyardım." Tennessi qubernatoru Austin Peay, kənd qanunvericiləri arasında dəstək qazanmaq üçün qanunu imzaladı, amma qanunun nə tətbiq ediləcəyinə nə də Tennessi məktəblərində təhsil almağa müdaxilə edəcəyinə inanırdı. William Bryan, Peaya qanun layihəsi üçün həvəslə təşəkkür etdi: "Dövlətin xristian valideynləri, övladlarını sübut edilməmiş bir fərziyyənin zəhərli təsirlərindən xilas etdiyinizə görə təşəkkür borcunuz var. Buna cavab olaraq, Amerika Vətəndaş Azadlıqları Birliyi Tennessi liseyi elm müəllimi Con Skopsin Qanunun pozulmasına görə mühakimə olunmasına razılıq verdiyi bir sınaq işini maliyyələşdirdi. Daimi biologiya müəllimi əvəz edən sahələr 5 may 1925-ci ildə Corc William Hunterin "Mülki Biologiya: Təkamül, irqi və eugenika nəzəriyyəsini izah edən Problemlərdə (1914) təqdim olunmuş bir dərslikdən təkamülü öyrətməklə ittiham edildi.
Mülki prosessual hüquq
Mülki prosessual hüquq – mülki işlər üzrə ədalət mühakiməsi həyata keçirilməsi ilə əlaqədar məhkəmə ilə tərəflərin və prosesin digər iştirakçıları arasında yaranan, mülki prosessual hüquq münasibətlərini və mülki işə məhkəmə baxışı zamanı həyata keçirilən prosessual hərəkətləri nizamlayan hüquq normalarının sistemi və hüquq sahəsidir. Mülki prosessual hüququn nizamasalma predmeti – mülki prosesdir. Mülki prosesə məhkəmə ilə mülki işin digər subyektləri arasında prosessual və hüquqi münasibətlər kimi baxılması o deməkdir k, mülki prosessual hüququn predmeti yalnız məhkəmə icraatı ilə məhdudlaşdırılıb. Hüquqi nizamasalma metodu – hüquq sahəsinin nizamasalma predmeti olan ictimai münasibətlərin müəyyən növünə onun təsirinin üsullarıdır. Metod hüquqi nizamasalmanın predmeti ilə müəyyən olunur. Məhz ictimai münasibətlərin konkret məzmunu hüquqi təsir üsullarını müəyyən edir. Bu müddəanı konkretləşdirib mülki prosessual hüququn metoduna aşağıdakı kimi anlayış vermək olar: Mülki prosessual hüququn metodu dedikdə, mülki və digər hüquqi işlərə məhkəmələr tərəfindən baxılması və həll edilməsi ilə əlaqədar yaranan münasibətlərə mülki prosessual hüquq normalarının təsir üsulları və vasitələri başa düşülür. Mülki prosessual hüququn həmin sahənin tənzim etdiyi münasibətlərə təsir üsulu və vasitəsi olan metodu – imperativ – dispozitiv metoddur ki, bu da özünü hüquq münasibətləri subyektlərinin tərkibində və hüquqi xüsusiyyətində, hüquq və vəzifələrində və s. göstərir. Mülki prosessual hüququn sistemini iki hissəyə bölmək olar: ümumi hissə; xüsusi hissə.
Məhkəmə prosesi (roman)
Məhkəmə (alm. Der Prozess‎) — Frans Kafkanın yazdığı, ancaq tamamlaya bilmədiyi yarımçıq qalmış roman. Roman Kafkanın ölümündən sonra çap olunmuşdur. Bu roman müəllifin həyatında baş verən vacib hadisələr dövründə meydana gəlmişdir (1914–1915-ci illər). 1914-cü ilin iyulunda o Felise Bauer ilə nişanlanır. Bu vaxtda Birinci dünya müharibəsi başlayır. Həmin ilin payızından başlayaraq ailəsindən ayrı otaqda yaşamağa başlayır. Roman üzərində iş onun protaqonisti Yozefin ölümü ilə başa çatır. Məhkəmə prosesi Kafkanın orijinal əsərlərindəndir. Bu kitab Kafkaya XX əsrin ikinci yarısında teatr və kinoda hökm sürən postmodernizmdə böyük ad qazandırır.

Digər lüğətlərdə