PROTEKTORÁT

[ lat. ] Güclü dövlətin zəif dövləti özünə tabe etmə formalarından biri (belə bir şəraitdə tabe ölkə öz dövlət quruluşunu saxlasa da, əslində müstəqilliyini tamamilə itirmiş olur).
PROTEİ́N
PROTESTANT
OBASTAN VİKİ
Protektorat
Protektorat (latınca protector — himayədar) — dövlətlərarası münasibətlərin forması, hansında ki bir dövlət digər dövlətin müdafiəsi altında (ilk növbədə hərbi cəhətdən) yerləşir. Qorunan dövlətə də həmçinin protektorat deyilir. Protektoratı həyata keçirən dövlət protektor adlanır. Qorunan ölkənin suverenliyi qismən protektora buraxılır, Qorunan dövlət xarici siyasi işlərdə tam müstəqil olmur, lakin daxili işlərdə, demək olar ki tam müstəqil qalır (xüsusilə idarə forması və hakimiyyətdə olan sülalə əvvəl olduğu kimi qalır). Protektorat vassal dövləti və oyuncaq dövləti ilə ümumi cəhətləri var, amma onlardan fərqlənir. Protektorat nümunələri: Osmanlı İmperiyasının XVI–XIX əsrlərdə:protektoratları: Krım xanlığı, Əlcəzair, Tripolitaniya; 1786–1801-ci illərdə Kartli-Kaxeti çarlığı Rusiya protektoratı sayılmağa başladı; Böyük Moğolların Hindistanı 1803–1858-də Böyük Britaniyanın protektoratı oldu; Qazax xanlığının Kiçik juzu Rusiya İmperiyasının protektoratı hesab edilirdiBəhreyn, Beçuanalend (indiki Botsvana), Ədən, Uqanda və s. Britaniya protektoratı olmuşdular.Bəhreyn, Beçuanlend (indiki Botsvana), Ədən, Uqanda və s. Britaniya protektoratları idilər. Birinci Dünya müharibəsindən sonra protektoratın Millətlər İttifaqının mandat ərazisi adlı xüsusi növü yarandı. 1939–1945-ci illərdə Üçüncü Reyxdən asıllı olan Bohemiya və Moraviya protektoratlığı de-fakto statusuna baxmayaraq, klassik kukla dövləti idi.
Albaniyada italyan protektoratı
Albaniyada italyan protektoratı — Birinci Dünya müharibəsi zamanı İtaliya krallığı tərəfindən tətbiq edilmiş protektorat. İtaliya rəhbərliyi altında Albaniyanın hüquqi müstəqilliyi təmin olunsun deyə tətbiq edilmişdir. Protektorat 1917-ci il iyunun 23-dən 1920-ci ilin yayına qədər mövcud idi. == Tarixi == İtaliya krallığı 1914-cü ilin dekabrında Vlyora limanını işğal etdi, lakin 1915-ci ilin sonu 1916-cı ilin əvvəlində baş verən Avstriya-Macarıstan müdaxiləsindən sonra və 27 fevral 1916-cı ildə Durres şəhərini itirdikdən sonra, alman qoşunları oranı tərk eləmək məcburiyyətində qaldı. 1916-ci ilin may ayında İtaliyanın general Settimio Pyaçentini komandanlığı altında olan 100 000-lik XVI-cı korpusu qayıtdı və 1916-ci ilin payızında Cənubi Albaniya regionunu zəbt etdi, eyni zamanda fransız ordusu 29 noyabr 1916-cı ildə Korça və onun ətrafını tutmuşdur. Əsasən Balkan cəbhəsinin inkişaf etməsi ilə, İtaliya (Girokastrada) və Fransa qüvvələri (Korçada) Antantanın razılığı ilə 1916-cı ilin payızında keçmiş Şimali Epir Muxtar Respublikasınln (oraya yunan azlığı nəzarət edirdi) ərazisinə daxil oldular. Fransa hakimiyyəti 10 dekabr 1916-cı ildə Korça Muxtar alban respublikasını protokol üzrə elan etdi. Həmin protokola əsasən, Korça, Bilişt, Kolyonya, Opar və Gora ərazilərində muxtar vilayətləri yaranır. 12 dekabr 1916-cı ildə İtaliya öz səfiri vasitəsilə izahat üçün müraciət etdi, çünki Korça Muxtar alban respublikasının yaradılması London müqaviləsinin şərtlərini pozurdu. Avstriya-Macarıstan Fransanın Korça ilə bağlı presedentini Albaniyanın protektorantlıq altında müstəqilliyinin elan edilməsinin əsaslandırılması üçün istifadə etdi, bu hadisə 3 yanvar 1917-ci ildə Şkoderdə baş verdi.
Albaniyada İtaliya protektoratı

Bohemiya və Moraviya protektoratlığı
Bohemiya və Moraviya protektoratlığı (alm. Protektorat Böhmen und Mähren‎; çex. Protektorát Čechy a Morava) — 15 mart 1939-cu ildə Almaniyanın Çexoslovakiyanı işğal etməsindən sonra 16 mart 1939-cu ildə yaradılmış Nasist Almaniyası protektoratı. Bundan əvvəl, 1938-ci ilin sentyabrında Münhen sazişinin imzalanmasından sonra Nasist Almaniyası Çexiyanın Sudet vilayətini öz tərkibinə daxil etmişdir. Protektoratın əhalisi əsasən etnik çexlər, Sudetin əhalisi isə etnik almanlar idi. 14 mart 1939-cu ildə müstəqil Slovakiya respublikasının yaradılmasından və ertəsi gün Çex dövlətinin qalıqlarını Almaniyanın işğalından sonra Adolf Hitler 16 mart 1939-cu ildə Praqa qalasında protektorat qurduğunu elan etdi. == Tarixi == 10 oktyabr 1938-ci ildə Münhen sazişinə əsasən, əsasən etnik almanların yaşadığı Çexoslovakiyanın Sudet vilayəti Nasist Almaniyası tərəfindən ilhaq edildi. Bundan beş ay sonra, Slovakiya özünün müstəqilliyini elan etdi, Hitler Çexoslovakiya prezidenti Emil Qahunu Berlinə çağırdı və onu Çexiyanın alman işğalını qəbul etməyə dəvət etdi. 15 mart 1939-cu ildə Hitlerin fərdi fərmanı ilə Bohemiya və Moraviya Almaniyanın protektoratı elan edildi. Protektoratın icra hakimiyyətinin başçısı Fürer tərəfindən təyin olunmuş Reyxsprotektor (alman: Reichsprotektor) idi.
Saar Protektoratı
Saar Protektoratı (Almanca: Protectorat de Sarre) — Nasist Almaniyasından İkinci Dünya Müharibəsində məğlub olduqdan sonra ayrılan qısamüddətli protektorat. Dördüncü Fransa Respublikası tərəfindən idarə edilmişdir. 1957-ci ildə Qərbi Almaniyaya birləşdirildikdən sonra ən kiçik Almaniya regionuna çevrilmişdir (Bremen, Berlin və Hamburq şəhər dövlətləri istisna olmaqla). Adı Saar çayından götürülmüşdür. Saar çayı və onun qolları ətrafında səpələnmiş ərazi etnik almanların yaşadığı minerallarla zəngin, iqtisadi cəhətdən əhəmiyyətli və sənayeləşmiş bir regiondur. Rur bölgəsindən və Yuxarı Sileziya kömür bölgəsindən sonra, 1900-cü illərdə Almaniya İmperiyasının üçüncü ən vacib kömür, dəmir və polad sənayesinə malik olub və sənaye inqilabından sonra Almaniyanın əhəmiyyətli nəqliyyat mərkəzlərindən biridir. 1920-1935-ci illər arasında Birinci Dünya Müharibəsinin nəticələrindən biri olaraq Millətlər Liqasının mandatı altında olan bölgə İkinci dünya müharibəsinin sonuna doğru strateji əhəmiyyətinə görə müttəfiqlər tərəfindən bombalanmışdı. Bu gün bu bölgə coğrafi cəhətdən Saarland əyalətindədir (1 yanvar 1957-ci ildə Qərbi Almaniya ilə birləşdirilmişdir). 1951-ci ilə qədər bölgədəki müttəfiqlər tərəfindən sənayeləşmə siyasəti tətbiq edildi və 1947-ci ildə Fransanın himayəsinə verildi. Soyuq müharibə dövründə daha güclü bir Qərbi Almaniya üçün yenidən sənayeləşmə prosesi başladılmış və 1957-ci ildə fransızlar bölgənin idarəsini Qərbi Almaniyaya təhvil vermişdirlər.
Bohemiya və Moraviya protektoratı
Bohemiya və Moraviya protektoratlığı (alm. Protektorat Böhmen und Mähren‎; çex. Protektorát Čechy a Morava) — 15 mart 1939-cu ildə Almaniyanın Çexoslovakiyanı işğal etməsindən sonra 16 mart 1939-cu ildə yaradılmış Nasist Almaniyası protektoratı. Bundan əvvəl, 1938-ci ilin sentyabrında Münhen sazişinin imzalanmasından sonra Nasist Almaniyası Çexiyanın Sudet vilayətini öz tərkibinə daxil etmişdir. Protektoratın əhalisi əsasən etnik çexlər, Sudetin əhalisi isə etnik almanlar idi. 14 mart 1939-cu ildə müstəqil Slovakiya respublikasının yaradılmasından və ertəsi gün Çex dövlətinin qalıqlarını Almaniyanın işğalından sonra Adolf Hitler 16 mart 1939-cu ildə Praqa qalasında protektorat qurduğunu elan etdi. == Tarixi == 10 oktyabr 1938-ci ildə Münhen sazişinə əsasən, əsasən etnik almanların yaşadığı Çexoslovakiyanın Sudet vilayəti Nasist Almaniyası tərəfindən ilhaq edildi. Bundan beş ay sonra, Slovakiya özünün müstəqilliyini elan etdi, Hitler Çexoslovakiya prezidenti Emil Qahunu Berlinə çağırdı və onu Çexiyanın alman işğalını qəbul etməyə dəvət etdi. 15 mart 1939-cu ildə Hitlerin fərdi fərmanı ilə Bohemiya və Moraviya Almaniyanın protektoratı elan edildi. Protektoratın icra hakimiyyətinin başçısı Fürer tərəfindən təyin olunmuş Reyxsprotektor (alman: Reichsprotektor) idi.
Rusiya imperiyasının protektoratı altında olan erməni muxtariyyəti layihəsi
Rusiyanın tərkibində erməni muxtariyyəti (erm. Հայոց թագավորություն, rus. Армянская автономия в составе России) — Rusiya imperiyasının protektoratı altında Erməni muxtar çarlığının yaradılması haqqında layihə. Bu, erməni mənşəli nüfuzlu Rusiya subyektləri tərəfindən hazırlanmış və 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı imperator I Nikolaya təqdim edilmişdir. I Nikolay müharibədə qalib gəldikdən sonra Rusiyaya yeni birləşdirilmiş ərazilərin təşkilati-ərazi bölgüsü və idarəetmə sistemi planı hazırlanan dövrdə bu təklifi rədd etmişdir. Buna baxmayaraq, o, ermənilərin bəzi istəklərini təmin etmiş və Rusiya imperiyasının tərkibində Erməni vilayətinin yaradılmasını təsdiqləmişdir. Bu vilayət 1840-cı ilə qədər mövcud olmuşdur. == Zəmin == Cənubi Qafqazın Rusiya tərəfindən zəbt edilməsindən xeyli əvvəl erməni siyasi və mənəvi liderləri "torpaqlarını İran və Osmanlı hökmranlığından azad etmək" xahişləri ilə Rusiyaya dəfələrlə müraciət etmişdilər.. II Yekaterinanın Rusiya taxtına gəlməsi ilə erməni–Rusiya münasibətlərində xeyli canlanma baş vermiş, erməni və gürcü dünyəvi və mənəvi liderləri yenidən Rusiyadan himayəçilik planları ilə Rusiya rəhbərliyinə üz tutmağa başlamışdılar. İri erməni tacirləri, habelə 1760-cı və 1766-cı illərdə katolikozlar V Akop və I Simeon Rusiyanın protektoratlığı təklifləri ilə imperatriçaya müraciət etmişdilər.
Annam (Fransa protektoratı)
Annam (tı-nom: 安南) və ya Çunqki (中圻) — Fransanın Cənub-Şərqi Asiyada protektoratı və müstəmləkəsi. Mərkəzi Vyetnamdakı Daynam imperiyasının ərazisini əhatə edirdi. Protektorat qurulmazdan əvvəl Annam adı Qərbdə bütövlükdə Vyetnamı ifadə etmək üçün istifadə olunurdu, vyetlər annamlılar adlandırılırdı. Annam protektoratı 1887-ci ildə Fransa Hind-Çininin bir hissəsi olmuşdu. Bura həmçinin, Vyetnamın digər iki regionu – cənubda Koxinxina və şimalda Tonkin daxil idi. Regionda ikili Fransa və Vyetnam administrasiyası sistemi var idi. Nquyen sülaləsinin hökuməti hələ də Annam və Tonkini Daynam imperiyası kimi idarə edirdi, imperator isə Hyuedə yaşayırdı. 1948-ci ildə protektorat Vyetnamın Müvəqqəti Mərkəzi Hökumətinə birləşdirilmişdi, lakin bu, növbəti il yeni qurulan Vyetnam Dövləti ilə əvəz olunmuşdu. 1949-cu ildə Yelisey sazişlərini imzaladıqdan sonra Fransa 1950-ci ildə Baoday və Vyetnam Dövlətinin hökumətinə suverenliyin verilməsi haqqında müqavilə rəsmi imzalanana qədər qanuni olaraq buradakı protektoratını qorumuşdu. Region 1954-cü il Cenevrə Konfransına əsasən kommunist Şimali Vyetnam və antikommunist Cənubi Vyetnam arasında bölünmüşdü.

Digər lüğətlərdə

алоги́чность беспри́месный грамм дворя́нски доказа́телен дю́кер залака́ть зама́сленный земли́ца меси́ть перема́чивание прика́чивать ро́потный упа́лзывание контро́ллер ку́ча мала! напрока́зничать необъекти́вный потёмочки суходо́льный Chinese boxes faceted задать лохматить трусы