PÖHRƏLİK is. Çoxlu cavan ağaclar bitmiş yer, çoxlu cavan ağac olan sahə. Pöhrəliyi tarla üçün təmizləmək. – Qaçaq Nəbi ağ çadırı söküb, ağac-uğacına qədər pöhrəlikdə gizlətmişdi. S.Rəhimov. Rayon mərkəzindən çıxıb sola burulanda pöhrəliyin ortası ilə dolayı yol uzanırdı. Ə.Vəliyev.