QƏDD

is. [ ər. ]
1. Boy, boy-buxun, qamət.
Qəddin ki, sərvi-xuraman ilən bərabərdir. Qövsi.
Zorbadır hərçənd ki, qəddin sənin; Yox mənə tay olmağa həddin sənin. M.Ə.Sabir.

2. Bel.
□ Qəddi bükülmək (əyilmək) – beli bükülmək.
Ala gözlüm, səndən ayrı düşəli; Qədd əyilib, bel bükülüb, huş gedib. Aşıq Ələsgər.

Qəddi bükülmüş (əyilmiş) – beli bükülmüş.
Qəddi bükülmüş bu qocanın nəmli nəzəri … dalğaları sürətlə yararaq gedən bir gəmiyə dikilmişdi. M.Hüseyn.
Nazimə xalanın saçı ağarmış, qəddi əyilmiş, səsi də … alçalmışdı. Mir Cəlal.

Qəddini bükmək (əymək)1) belini əymək, əyilmək.
Müfəttiş əlini döşünə qoyaraq uzun qəddini əydi. S.Rəhimov;

2) məc. bədbəxt etmək, belini qırmaq, sarsıtmaq.
Ey ərənlər, sındırıblar belimi; Möhnət yükü qəddim əyər, ağlaram. M.V.Vidadi;

3) məc. əyilmək, tabe olmaq, alçalmaq.
Qəddini düzəltmək1) belini düzəltmək, ayağa qalxmaq.
Qaçay qəddini düzəldib, yan-yörəsinə baxdı: ətrafda kimsə görünmürdü. İ.Məlikzadə;

2) məc. zülm və əsarətdən qurtarmaq.
Qəddini kaman etmək – bax qəddini bükmək 2-ci mənada.
Yəqin fəraqın edər qəddimi kəman, getmə! X.Natəvan.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏDD qədd bax 1. boy I; 2. bel II 1
  • QƏDD bel
QƏCƏRƏLİ
QƏDD-QAMƏT

Digər lüğətlərdə