sif. və
zərf [
ər. ]
1. Rədd edilməsi mümkün olmayan, etiraza yol verməyən; pozulmaz, möhkəm. Qəti əmr. Qəti tapşırıq. Qəti qərar.
– Sarxan xırıltılı səsi ilə kinli və qəti dedi: – Qoy öldürsünlər… M.Hüseyn.
Sübhanverdizadə qəti bir ahəng və pıçıltı ilə: “Belə, ancaq belə!” – dedi. S.Rəhimov.
2. Son, axırıncı, həlledici. Qəti cavab. Onunla qəti danışmaq lazımdır.
– Hüsaməddin Qətibənin sözlərinə qəti cavab vermədi. M.S.Ordubadi.
Burlaxatun son qəti dəqiqələrin gəldiyini hiss edib, … vəsfəgəlməz iztirablar çəkirdi. M.Rzaquluzadə.
3. Tam yəqinliklə, tamamilə, möhkəm surətdə. Qəti demək olar.
// Tərəddüdsüz, sarsılmaz, möhkəm.
[Barxudar] əlində paket iri və qəti addımlarla qutuya yaxınlaşanların ayaq səslərini eşidirdi. Mir Cəlal.
4. Ən təsirli, ən şiddətli, ən kəskin, ən güclü. Qəti tədbir görmək.