QAH-QAH

zərf Qəhqəhə ilə, bərkdən.
Əl-ələ çalanda, qah-qah güləndə; Əyləşib qalanda, pünhan olanda; Deyib danışdığı yadıma düşdü. Aşıq Hüseyn.
Qah-qah gülüş getdi; Asdım dəstəyi; Nəfəsimi dərməmiş, dring-dring yenə zəng oldu. R.Rza.

// is. Qəhqəhə.
□ Qah-qah etmək (çəkmək) – bərkdən qəhqəhə ilə gülmək (çox vaxt “qah-qah çəkib gülmək” şəklində işlənir). [İskəndər:] Allahın iti də mənim sözümə baxmır, nə qədər elədim, içəri girmədi.
Xa… xa… xa… (qahqah çəkib gülür). C.Məmmədquluzadə.
Gördük vədlərdən təkcə söz qalıb; Zülm qah-qah çəkir, haqsa hönkürür. B.Vahabzadə.

QAĞLA
QAHAL

Digər lüğətlərdə