QARIN VERMƏK

ortadan əyilmək, ortası aşağıya sallanmaq; uçmaq, qopmaq və ya tökülmək üzrə olmaq; ~ qarın sallamaq.

QARIN SALLAMAQ
QARINAĞRISINA DÜŞMƏK
OBASTAN VİKİ
Qarın
Abdomen — bədənin üçüncü qismidir. Yetişkin dövrdəayaqlardan məhrum olan bu hissənin, thoraks ilə qarşılaşdırılarsa olduqca bəsid bir quruluşa sahib olduğu görünər. Əsas olaraq 12-ci segmentdən yaranmasına baxmayaraq bu segmentlər ancaq Protura'nın embriyon dövrlərində görünə bilər. Embriyonik olaraq 11-ci segment (sadəcə Collembola dəstəsi embriyolojik olaraq, 9-cu segment və bir telsona sahibdir) və Solo kisəsi ilə ganglionu olmadığı üçün seqment olaraq qəbul edilməyən "Telson" dan meydana gəlmişdir. Bəzi formalarda məsələn, yetkin Collembolada (alti seqment) olduğu kimi seqment sayında böyük azalmalar vardır. Milçəklərdə olduğu kimi böcək qruplarının çoxunda abdomenin son seqmentləri istirahət halında özündən əvvəlki seqment içinə çəkilə bilən cütləşmə organlarina çevrilmişdir. Qayda olaraq dişi eseysel açıqlığı 8-ci seqmentdə ya da onun arxasında olub erkəklərdə 9-cu segmentden çölə açılır. Bu iki seqmentdə Genital seqment, bundan əvvəlki segmentlərə Pregenital, sonrakı seqmentlər də Postgenital seqmentlər deyilir. Seqmentlərin quruluşu: Yetkin böcəkdə tipik abdomen seqmenti: 1 — Tergum və ya bel təbəqə, 2 — Sternum və ya ventral təbəqə, 3 — Tergum və sternumu birləşdirən lateral membran qisimləri, 4 — Ümumiyyətlə lateral membranlar üzərində və hər iki tərəfdə iştirak edən stigma qisimlərində əmələ gəlir. Bunlar iki qrup olaraq müzakirə oluna bilər: l.
Kəskin qarın
Kəskin qarın termini altında səbəbi bəlli olmayan kəskin şiddətli və ya kəskin təkrarlanan, qayıdan qarın ağrıları nəzərdə tutulur. Kəskin qarın zamanı təcili diaqnostikaya və çox vaxt cərrahi əməliyyata ehtiyac duyulur . == Səbəblər == Kəskin qarına aşağıdakılar səbəb ola bilər: Kəskin xolesistit Kəskin pankreatit Kəskin appendisit Bağırsaq keçməməzliyi - (lat. ileus) Kəskin peritonit Mədə və onikibarmaq bağırsaq xoralarının perforasiyaları (deşilməsi) Bağırsaq divertikulitlərinin perforasiyaları Öd kisəsi divarının perforasiyası Mezenterial infarkt (müsariqə arteriyalarının trombozları nəticəsində meydana çıxan bağırsaq nekrozu). Böyrək sancıları Qarın aortası anevrizması Partlamış ektopik hamiləlik metabolik xəstəlik (şəkərli diabet sonucunda laktasidoz) == Simptomlar == Kəskin qarının əsas kliniki bəlirtiləri aşağıdakılardır: şiddətli qəfləti və ya daimi yerli yaxud yayılan qarın ağrıları peritoneal əlamətlər (əzələ gərilməsi - qarın divarının hissəvi və ya tam gərginliyi taxta qarın — Şotkin-Blyumberq simptomu) bağırsaq peristaltikasının pozulması (köpmə, ürək bulanması, qusma) qan dövranının pozulması, şok (dəri örtüklərinin avazıması,rəngin solğunlaşması, yapışqan tər, gözlərin çuxura düşməsi,tezləşmiş zəif nəbz, arterial təzyiqin düşməsi) defekasiya(nəcisin ifrazı) aktının olmaması ümumi vəziyyətin pozulması. === Ağrılar və anatomik bağlılığı === Ağrılar xasiyyətcə 3 cür olur: Tutmaşəkilli visseral ağrılar küt, dərin, diffuz (yayqın), çox vaxt tutmaşəkilli (intensivliyinə görə artan-azalan) olur, xəstə dəqiq yerini söyləyə bilmir. Visseral ağrılar boşluqlu orqanın şişib gərilməsi, əzələ yığılmaları (spazmaları), bağırsağın ağrıverici hiperperistaltikası və yaxud orqan kapsulunun qəfləti gərilməsi sonucunda meydana gəlir, məsələn: sidik axarı sancısı, öd kisəsi sancısı, qara ciyər kapsulunun gərilməsi. qəfləti güclü ağrılar hansısa boşluq orqanının dəlinməsi və ya qarın aortası anevrizmasının əlaməti ola bilər. Sürəkli somatik ağrılar kəskin, yandırıcı olur, xəstə dəqiq yerini deyə bilir. İltihab (örnəyin appendisit), zədə və ya orqanın emboliyası (damar tıxanması) nəticəsində əmələ gəlir və peritondan, mezenterdən mezokolondan yaxud peritonarxası sahədən qaynaqlanır.
Qarın aortası
Qarın aortası – lat. aorta abdominalis enən aortanın qarın boşluğunda olan hissəsidir; döş aortasının ardını təşkil edərək onurğanın ön səthilə aşağı doğru gedir və IV bel fəqərəsi bərabərliyində sağ və sol birər ic şsxə – sağ və sol ümumi qalça arteriyasını lat. aa. iliaceae communes dextra et sinistra verərək birdən-birə nazikləşib orta oma arteriyasına (lat. a. sacralis mediana) keçir. Qarın aortasının ümumi qalça arteriyalarına bölünən yerinə aorta haçalanması – lat. bifurcatio aortae deyilir. Bu haçalanmanın əmələ gətirdiyi bucaq kişilərdə 60° və qadınlarda 68-70° bərabərdir. Prof.
Qarın kötüyü
Çölyak kötüyü (lat. truncus coeliacus) yaxud qarın kötüyü — (yunanca koila sözündən götürülmüş mənası qarınboşluğu deməkdir) məməli heyvanlarda qarın aortasından ayrılan üç tək arteriyalardan birincisi olub xüsusən insanda XII döş və ya I bel fəqərəsi, diafraqmanın aorta dəliyi — lat. hiatus aorticus səviyyəsindən, qarın aortasının ön səthindən başlanğıc götürərək qarın boşluğuna daxil olur. Qarın kötüyü 1–2 santimetrdir. Bu damar başlayan kimi üç şaxəyə bölünür, (lat. aa. gastrica sinistraç hepatica communie et lienalis) ona görə buna qabaqlar üçayaq (lat. tripus coeliacus Halleri) deyilirdi. lat. A. gastrica sinistra — mədənin sol arteriyası — yuxarı və sol tərəfə mədəningirəcəyinə doğru gedir, sonra onun ikinci əyriliyi ilə sağa qayıdır mədənin ön və dal divarlarına şaxələnir.
Sitat vermək hüququ
Sitat vermək hüququ (ing. Right to quote) — müəllif hüquqları ilə qorunan materialdan icazəsiz müəyyən məhdudiyyətlər daxilində sitat gətirmək hüququnu ifadə edir. Bu hüquq əsasən ədalətli istifadə (ing. fair use) və ya ədalətli rəftar (ing. fair dealing) prinsipləri çərçivəsində tətbiq olunur. Sitat vermək hüququ, elmi, tədqiqat və ya tənqidi əsərlərdə mənbə materiallarından sitat gətirməyə imkan verir, eyni zamanda orijinal müəllifin hüquqlarını qorumaq üçün bəzi qaydalara əməl edilməsini tələb edir. == Əsas xüsusiyyətləri == Sitat vermək hüququ müəllif hüquqları ilə qorunan materialın kiçik hissələrinin istifadə olunmasına icazə verir. Məqalələrdə, kitablar və ya tədqiqat işlərində mənbələrin dəqiq şəkildə göstərilməsini təmin etmək məqsədi daşıyır. Sitatın ölçüsü və miqyası, istifadə olunan mətnin məqsədinə uyğun olmalıdır və əsərin əsas məzmununu kopyalamaq məqsədini daşımamalıdır. Sitat vermək hüququndan istifadə edərkən, istifadə olunan mətnin orijinal müəllifi və mənbə dəqiq şəkildə göstərilməlidir.
Qarın əsirliyində (film, 2012)
Ağın içinə (ing. Into the White) — 2012-ci ildə Petter Næss tərəfindən müharibə janrında çəkilmiş film. Filmin ssenarisi Ole Meldgaard, Dave Mango və Petter Næss tərəfindən yazılmışdır. Filmin baş rollarında Rupert Qrint, Florian Lukas kimi aktyorlar iştirak ediblər. Filmdə baş verən hadisələr real həyatdan götürülmüşdür. İkinci dünya müharibəsi zamanı 1940-cı ilin 27 aprel tarixində Luftvaffe pilotu Hornst Şkops idarə etdiyi Heinkel He 111 tipli bombardımançı təyyarəsi ilə Norveçin daxili bölgələrindən olan Qrontil yaxınlarında vurulur. Alman təyyarəsi, ingilis pilotun idarə etdiyi Blackburn Skua markalı təyyarə tərəfindən vulur. Alman təyyarəsində olan dörd pilotdan bir nəfəri həlak olsa da, digər üç nəfər yaxınlıqda yerləşən ovçu komasına sıxınır. Vurulmuş ingilis təyyarəsinin iki pilotuda almanların qaldığı ovçu komasını tapır və buraya gəlirlər. Alman əsgərlər ilk öncə ingilisləri ovçu komasına qəbul etməsələrdə, sonradan onların komanının kiçik bir bölməsində yaşamalarına icazə verirlər.
Yapon yanğın qarın tritonu
Yapon yanğın qarın tritonu (lat. Cynops pyrrhogaster) — Şərqiasiya tritonları cinsinə aid triton növü. Heyvalar hətta 14 sm qədər uzunluğa malik ola bilirlər. Bel və böyür nahiyələri şokolad rəngində olur. Erkəklərdə qarın nahiyəsi alovlu qırmızı, dişilərdə alovlu narıncı rəngdə olur. Yaponiyanın endemik canlısıdır. Təbii şəraitdə bu əsasən Şikoku, Honşu və Kyuşu adalarında yayılmışlar. Su həyatı sürsələrdə, quruya çıxırlar. Əsasən qurtdlar, puplar, cücülər və digər onurğasızlarla qidalanır. Suda uzun zaman qalmaq xüsusiyyəti bu növü akvarium şəraitində saxlamağa imkan verir.

Digər lüğətlərdə