QARINAĞRISI

is. dan.
1. Bəhanə, üzr, yalandan şıltaq, umacaq. Onun qarınağrısı var, qoy sözünü desin.
2. Əziyyət, əzab.
[Kosaoğlu:] A bala, camaatın halalca haqqını niyə qarınağrısı ilə verirsən? İ.Şıxlı.

□ Qarınağrısı olmaq – təngə gətirmək, əziyyət vermək.
◊ Qarınağrısına salmaq – qorxutmaq, hədələmək (söz və işlə).
Uşaqlar, mən bu gecə Səlim bəyin mənzilinə gedəcəyəm, gərək onu qarınağrısına salam. Qaçaq Nəbi”.

QARINAFƏTİR
QARINALTI

Digər lüğətlərdə