QE

“Q” hərfinin və bu hərflə işarə olunan səsin adı.
QAZSOĞANI
QEYB
OBASTAN VİKİ
"Qeyrət" nəşriyyatı
"RSFSR-in qeyri-qaratorpaq zonası simasının dəyişdirilməsinə görə" medalı
"RSFSR-in qeyri-qaratorpaq zonası simasının dəyişdirilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 30 sentyabr 1977-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
ABŞ Patent və Marka qeyd olmaz üçün büro
ABŞ Patent və Əmtəə Nişanıları İdarəsi (ing. United States Patent and Trademark Office) — ABŞ Ticarət Nazirliyin agentliki, hansı ixtiraçılara və şirkətlərə patent verir öz məhsullara və ixtiralara, həmçinin ticarət nişanları və əqli mülkiyyət qeyd edir.
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937–1941), professor Şıxbala Əliyev (1941–1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943–1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949–1967), akademik İzzət Oruczadə (1967–1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971–1983) rəhbərlik etmiş, 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmişdir. 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı.
Adaptiv neyro-qeyri səlis çıxarış sistemi
Adaptiv neyro qeyri-səlis çıxarış sistemi (ing. Adaptive neuro fuzzy inference system)— Takagi Sugeno qeyri-səlis çıxarış sisteminə əsaslanan süni neyron şəbəkənin növlərindən biri. Bu üsul 1990-cı illərin əvvəllərində inkişaf etdirilib. Həm neyron şəbəkələr, həm də qeyri-səlis məntiqin prinsiplərini özündə birləşdirəndən sonra, bu sistem vahid quruluşda hər ikisinin üstünlüklərini almaq üçün potensiala malik oldu. Onun çıxarış sistemi yaxın qeyri-xətti funksiyalar üçün öyrənmə qabiliyyətinə malik olan qeyri-səlis ƏGƏR-ONDA qaydalarının (İF-THEN) məcmusuna uyğundur. Deməli, ANFİS universal qiymət təyin edən sayılır. ANFIS-in daha səmərəli və optimal şəkildə istifadəsi üçün, genetik alqoritm vasitəsilə əldə olunan parametrləri istifadə etmək olar.
Adi və qeyri-adi Səttar Bəhlulzadə (film, 2014)
Adi və qeyri-adi Səttar Bəhlulzadə qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Elnurə Kazımova tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adi və qeyri-adi həyat və yaradıcılığını əks etdirir. Filmdə Səttar rolunda Bəxtiyar Məmmədov çəkilmişdir. == Məzmun == Film Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adi və qeyri-adi həyat və yaradıcılığını əks etdirir. Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri dünyanın bir sıra ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır. Film rəssamın ölümünün 40 illiyinə həsr edilmişdir. == Filmin üzərində işləyənlər == Ssenarist: Möhbəddin Səməd Rejissor: Elnurə Kazımova Operator: Adil Abbasov == Rolda == Bəxtiyar Məmmədov — Səttar Bəhlulzadə == İstinadlar == == Mənbə == Allahverdiyev, E. “Adi və qeyri-adi Səttar Bəhlulzadə”: [AzTV-nin görkəmli rəssama həst etdiyi eyniadlı film haqqında] //Ekran-efir.- 2014.- 7 mart.- S.4.
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. Sonralar İnstituta SSRİ EA Azərbaycan filialının professoru Məmmədəmin Əfəndi (1937–1941), professor Şıxbala Əliyev (1941–1943), Azərbaycan EA-nın müxbir üzvü Şamxal Məmmədov (1943–1949), Azərbaycan EA-nın müxbir üzvü Heydər Əfəndiyev (1949–1967), akademik İzzət Oruczadə (1967–1971), Azərbaycan EA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov (1971–1983) rəhbərlik etmiş, 1983–1985-ci illərdə Azərbaycan EA-nın müxbür üzvü Telman Qurbanov direktor vəzifəsini icra etmişdir. 1985-ci ildən 2002-ci ilə qədər İnstitutun direktoru akademik Ramiz Rizayev olmuşdur. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı.
Alabama nəqliyyat vasitəsi qeydiyyat nişanları
Alabama ştatında 1911-ci ildən ştat avtomagistrallarında istismar edilən motorlu nəqliyyat vasitələri üçün nəqliyyat vasitəsi qeydiyyat nişanları istifadəsinə başlanılmışdır. Bəzi Alabama bələdiyyələri həmin tarixə qədər atlı nəqliyyat vasitələri, eləcədə motorlu vasitələr üçün öz nömrə nişanlarından istifadə edirdilər ki, bunun da mövcüd olan ən qədim nümunəsi Bessemer şəhəri tərəfindən iki atlı arabaya verilən 1 nömrəli bürünc nişandır. Məlum olan ilk avtomobil nömrə nişanı isə Birminqem şəhəri tərəfindən 1906-ci ildə 1904-cü il istehsalı olan 6 slindirli Ford markalı avtomobilə verilmişdir. 1911-ci ildə çıxan qaydaya əsasən ştat tərəfindən verilən nişanın ölçüsü eni 4.5 dyüm, uzunluğu isə 12 dyümə qədər olmalı, sol hissədə şaquli olaraq "ALA" hərfləri qeyd edilməli, yarım dyüm ştrixə malik 3 dyüm ölçülü rəqəmdən istifadə olunmalı idi. 1 nömrəli nişan Montqomeridə fəaliyyət göstərən Lik Dəfn Mərasimi Evinə təsis edilmişdi. 1916-cı ildə çini lövhə əvəzinə metal lövhə istifadə edilməyə başladı. 1917-ci ildən başlayaraq nişanın verilmə ili qeyd edildi və 1919-cu ildə isə nişanın ölçüsü 6 x 15 dyümə qaldırıldı. 9122-ci ildə nişanlara çəki sinfi kodları əlavə edildi və 1928-ci ildə nişanların istehsalı Kilbi Cəzaçəkmə Müəssisəsinə verildi. 1942-ci ildə hər qraflıq üçün kodlardan istifadə edilməyə başlanıldı. 1,2 və 3 kodları ən çox əhalisi olan Cefferson, Mobil və Montqomeri qraflıqlarına, digər kodlar isə əlifba sırası ilə digərlərinə verildi.
Aladar Qereviç
Aladar Qereviç (mac. Aladár Gerevich; 16 mart 1910 – 14 may 1991, Budapeşt) — "bütün dövlərin ən yaxşı qılıncoynadanı" kimi tanınan macar qılıncoynadan. Altı olimpiya oyununda sablya üzrə qızıl medal almışdır. == Həyatı == Aladar Qereviç eyni yarışmanı altı dəfə qazanan yeganə idmançıdır. Müharibə onsuz bəlkə də yarışlarda göstərdiyi ən təsirli nəticəsinə mane ola bilmədi, 1932 və 1960-cı illərdə qızıl medallar qazandı. Bu yarışların arasında 28 il fərq olmasına baxmayaraq o, yarışlarda uğur qazanmağa davam edirdi. Bu ilk və son olimpiya oyunları arasında olan ən uzun müddət idi. Bu rekord 2012-ci ildə Yeni Zellandiyalı idmançı Mark Todd tərəfindən yenidən təkrarlandı. Qereviçin həyat yoldaşı Erna Boqen, oğlu Pal Qereviç və qayınatası Albert Boqen də olimpiya oyunlarında qılıncoynatma üzrə medallar qazanmışdılar. 1960-cı ildə Romada keçirilən olimpiya oyunlarında iştirak etmək üçün seçim mərhələlərində Macarıstanın Olimpiya komitəsi Qereviçə yarışlara qoşulmaq üçün yaşlı olduğunu bildirdi.
Albaniya Respublikası avtomobil dövlət qeydiyyat nişanı
Albaniya Respublikası avtomobil dövlət qeydiyyat nişanı — nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Albaniya Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikllarda, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhə. == Format == 2011-ci ilin fevral ayının 16-dan bu günə qədər, İtaliya və Fransanın istifadə etdiyi avtomobil nömrə nişanı formatına bənzər bir dizayn istifadə edilir. Nişanlar solda ağ hərflərlə AL yazılmış və iki başlı qartal fiquru olan mavi bir lentlə başlayır. İki hərfli kod, təhlükəsizlik holoqramı, üç rəqəm və iki hərfli kod ilə davam edir, son olaraq sağ tərəfdə mavi xətt üzərində qeydiyyat ili ilə vilayət kodu yazılmışdır. Yazı tipi 2002-ci ildən etibarən dəyişdirilərək daha emfatik hala gətirilmişdir. Tənqidçilər cüt başlı qartalın və AL hərflərinin, rənglərindən ötəri Albaniyanı təmsil etmədiyini iddia edirlər. == Tarixi == === 1958-1993 === Kommunist rejimi dövründə yük maşınlarındakı avtomobil nömrə nişanları, vilayət adının ilk hərfləri, sonra is beş rəqəm olaraq (Məsələn: BR • 14825) istifadə edilmişdir. Bu avtomobil nömrə nişanı qaydası, 1991-ci ildə iki nömrə, iki hərfli vilayət kodu, üç nömrə (Məsələn: 22 • KO • 4283 ) olaraq dəyişdirilmişdir. Rəsmi avtomobillər isə kommunizmi təmsil edən qırmızı bir ulduzla birlikdə, ağ rəngli çərçivənin içərisində qara rənglə verilmiş bölgənin ilk hərflərini və nömrəsi var idi. 1993-ci ildə kommunist rejimin bitməsi ilə birlikdə format yenilənmişdir.
Aleksandr Qertsen
Aleksandr İvanoviç Herzen (rus. Алекса́ндр Ива́нович Ге́рцен; 25 mart (6 aprel) 1812, Moskva – 9 (21) yanvar 1870[…], Paris, Fransa) — rus ədibi, filosof və inqilabçı-demokrat. == Aforizm və hikmətli sözləri == Bərabərlik olmadan əsl nikah ola bilməz, ərini maraqlandırmayan, onun fikirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir, dayədir. Elm-həqiqətin inkişaf etdiyi canlı orqanizmdir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab vasitəsilə biz həqiqətlər və rəzalərlər mülkünə daxil oluruq. Kitaba hörmət etmək, bu təfəkkür məbədinə daxil olmaq lazımdır. Tələsik evlənənin əzabı uzun sürər. Yalnız illərin sınağından çıxmış hisslər müqəddəsdir.
Arif Qeybiyev
Arif İsmayıl oğlu Qeybiyev (6 iyun 1997, Səncərədi, Astara rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Kros qaçışı üzrə üçqat Azərbaycan Çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Arif Qeybiyev 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində anadan olub. 2002-ci ildə E. Ağayev adına Səncərədi kənd tam orta məktəbinə daxil olmuşdur. 2012–2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb. === Şəxsi həyatı === Ailəli idi, Gülnur adında 1 qız övladı yadigar qaldı. == Karyerası == Arif Qeybiyev orta məktəb dövründə idmanın atletika növü ilə məşğul olub. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Bundan başqa atletika üzrə 50-dən çox diplomu var, onlardan 30-u birincilik üzrədir. 2015 Avropa Oyunlarının iştirakçısı olub. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alovqoruyanların müşayəti ilə keçirilən məşəl yürüşündə Arif Qeybiyev də iştirak etmişdir.
Azimutal qeyri-uyğunluq
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (əvvəlki: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin (bundan sonra – layihələr) mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yerinə yaradılmışdır. == Haqqında == 19 aprel 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. == Nizamnamə == Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, agentlikdə uçot və hesabat, agentliyin ləğvi və yenidən təşkili təsdiq edilmişdir. == Xarici keçidlər == "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. İstifadə tarixi: 27 yanvar 2022.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısı
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısıdır. Siyahıda ən qədim abidələr Füzuli və Xocavənd rayonları ərazisində yerləşən, Quruçay mədəniyyəti dövrünə aid Azıx və Tağlar mağaralarıdır. Siyahıdakı abidələrdən biri UNESCO-nun Ümumdünya irsi siyahısına siyahısına salınmışdır. Siyahıda qeyd edilmiş abidələrin dördü mədəniyyət, memarlıq və tarix qoruqlarıdır. == Siyahı == == İstinadlar == == Ədəbiyyat == М. Гусейнов, А. К. Джафаров - Палеолит Азербайджана, Элм, 1986 М. Гусейнов – Древний палеолит Азербайджана, Баку, Элм, 1985 Azərbaycan arxeologiyası, altı cilddə, I cild, Bakı Arxivləşdirilib 2012-10-28 at the Wayback Machine Baxşəliyev, Vəli. Azərbaycan arxeologiyası, I cild. Bakı: Azərbaycan Мilli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti. 2006.
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı. Siyahıda ən qədim abidələr Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədi və Şabran rayonu ərazisindəki Çıraqqaladır. Siyahıdakı abidələrdən on ikisi UNESCO-nun Ümumdünya irsi siyahısına, on altısı isə ehtiyat (namizəd) siyahısına salınmış abidələrdir. Siyahıda qeyd edilmiş abidələrin doqquzu mədəniyyət, memarlıq və tarix qoruqlarıdır. == Siyahı == == İstinadlar == == Ədəbiyyat == Ашурбейли С. Б. История города Баку. Период средневековья. — Б.: Азернешр, 1992. — 408 с. — ISBN 5-552-00479-5. Бретаницкий Л. С. Зодчество Азербайджана XII–XV вв.
Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli arxeoloji abidələrin siyahısı
== Siyahı ==
Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısı
== Siyahı ==
Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli arxeoloji abidələrin siyahısı
== Siyahı ==
Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısı
== Siyahı ==
Azərbaycanda qeyri-dindarlıq
Azərbaycanda qeyri-dindarlıq müxtəlif sorğu və anketlərə görə müzakirəyə açıqdır. İslam dininin şiə məzhəbi Azərbaycanda əsas üstünlük təşkil etməsinə baxmayaraq, ölkədə dini ibadətlə məşğul olan insanların sayı çox azdır. Rəsmi ölkə siyahıyaalınmasında ateistlər və aqnostiklər sayılmadığı üçün Azərbaycandakı ateistlərin və aqnostiklərin sayını ölçmək çətindir. == Araşdırma və statistika == "Caucasus Research Resource Centers"-in 2010-cu ildə təxminən 2 min nəfər insanla apardığı araşdırmada iştirak edənlərin 28 faizi bildirmişdi ki, din onların həyatında çox mühüm yerə malikdir. İki il sonra bu araşdırma 1800 nəfər insanla yenidən həyata keçirilmiş, bu insanların 33 faizi din onların həyatında çox mühüm yerə malik olduğunu bildirmişdir. Bundan başqa, müsahibə götürülənlərin 44 faizi dinin onlar üçün "kifayət qədər vacib olduğunu" bildirmişdir. Yerdə qalan 23 faiz isə dinin onların həyatında nisbətən vacib və ya ümumiyyətlə əhəmiyyətsiz olduğunu demişdilər. Müsahibə götürülən insanların 77 faizinin dinin onların həyatı üçün həyati əhəmiyyətli və ya vacib olmasını bildirməsinə baxmayaraq, onların yalnız 2 faizi gündəlik dini ibadətləri yerinə yetirən şəxslər idi. Onların 3 faizində bu həftədə bir dəfə və ya çox, 20 faizi bəzən oruc tutur və təxminən yarısı heç vaxt buna əməl etmir. Yeni bir Gallup anketinə görə, Azərbaycan əhalisinin böyük hissəsini müsəlmanların təşkil etdiyi ölkələr arasında qeyri-dindarlığın ən çox üstünlük təşkil etdiyi ölkələrdən biridir və sorğuda iştirak edən insanların təxminən 53%-ü dinin həyatındakı əhəmiyyətini çox az və ya heç olmadığını bildirir.
Azərbaycanda qeyri-ənənəvi yanar faydalı qazıntılar
Azərbaycanda qeyri-ənənəvi yanar faydalı qazıntılar — Azərbaycanda xeyli sayda qeyri-ənənəvi yanacaq faydalı qazıntılar mövcuddur (təbii bitum, yanar şistlər, daş və qonur kömür). Bunlardan ən mühümləri böyük ehtiyata malik olan təbii bitum və yanar şistlərdir. == Təbii bitumlar == Abşeron yarımadasında, Qobustanda və Aşağı Kür rayonlarında 50-dən çox təbii bitum yataqları və təzahürləri mövcuddur. Bitum yığımları müxtəlif yaşlı çöküntülərdə (Eosen-Alt Pliosen) toplanmışdır. Onlar mikroelementlərlə (Mg,Ni,Cu,Mo,Zn və s.) zəngindir. Respublikada təbii bitumun ehtiyatları 2 milyon tondan artıqdır. Təkcə Abşerondakı Qırmaki yatağında 50 milyon ton bitumlu qum-ağır neft ehtiyatı vardır. Bəzi bitum təzahürləri palçıq vulkanları (Ayrantökən, Qırlıq, Axtarma-Paşalı, Şorbulaq, Xıdırzindi və s.) ilə əlaqədardır. Abşeron yarımadasında qədim neft yataqları ərazilərində (Balaxanı, Binəqədi, Lökbatan və s.) neft hopmuş torpaq sahələri vardır. Hesablamalara görə, təqribən 10 mədə sahəsindəki həmin torpaqlardan 63 milyon ton neft emal etmək mümkündür.
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatına daxildir:
Azərbaycanın qeyri-maddi mədəni irs siyahısı
Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 23 nümunə daxildir. Bunlardan 19-ı "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na, 2-i isə (Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə) "Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısı"na daxil edilmişdir. "Ən Yaxşı Mühafizə Praktikalarının Reyestri"nə Azərbaycandan heç bir nümunə daxil edilməyib. Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına əlavə edilən ilk nümunə olan Azərbaycan muğamı 2008-ci ildə siyahıya daxil edilib. Qeyri-maddi mədəni irs konsepsiyası UNESKO-nun 2003-cü ildə Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş və 2006-cı ildə qüvvəyə minən "Qeyri-maddi mədəni irsin qorunması haqqında" konvensiya ilə tənzimlənir. Yeni irs elementlərinin UNESKO-nun qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi konvensiya ilə yaradılmış Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə tərəfindən müəyyən edilir. UNESCO tərəfindən qeyri-maddi mədəni irslərə bayramlar, festivallar, tamaşalar, şifahi ənənələr, musiqi və əl işlərinin hazırlanması daxil edilir. Azərbaycandan seçilmiş UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri "Avropa və Şimali Amerika" kateqoriyasında götürülür. Azərbaycanın irs nümunələrindən 11-i sırf özünə məxsus, 12-i isə çoxmillətlidir. Çoxmillətli irs nümunələrinin paylaşıldığı ölkələr Qərbi, Mərkəzi və Cənubi Asiyadandır.

Digər lüğətlərdə