1. Bütöv bir şeyin ayrı-ayrı parçası; hissə. Məhsulun bir qismi toplanmışdır. Mətnin bir qismi yığılmışdır. İşin çox qismi görülmüşdür.
– Günlərimin bir qismini də Kərim baba ilə keçirirdim.
Çocuqların bir qismi oynayır, bir qismi dənizdə çimirdi.
2. Növ, cür.
[Şah:] Aya sizin rəyinizə görə mən nə qisim tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm?
Məlum şeydir ki, burada İsmayıl bəyin cavabı iki qisim ola bilərdi: ya hə, ya yox…
Bir qisim adamlar da Səttarzadənin müsamirəsinə iş üçün gələnlərdir.