QİYAS

QİYAS1

ə. 1) tutuşdurma, müqayisə; 2) bənzətmə, oxşatma; 3) ölçü, ölçmə; 4) müqayisənin nəticəsi.

QİYAS2

ə. kömək, yardım.

QİYAMƏT
QİYASƏDDİN
OBASTAN VİKİ
Qiyas
Qiyas — Bir şeyi başqa bir şeyə bənzədərək və ya onunla müqayisə edərək hökm vermə, mühakimə yeritmə. Sinni məzhəblərində bu məsələ təzadlı olduğu halda şiəlikdə xüsusi göstəriş olmadıqda, bu cür hökm vermək haramdır.
Qiyas (ad)
Qiyas — ad. Qiyas bəy Şıxlinski — Azərbaycan Xalq Cümhuriyyətinin pristavı Qiyas Sadıqov — Azərbaycan Xalq Partiyasının sabiq sədr əvəzi Mirzə Qiyas bəy — Böyük Moğol imperiyasının baş vəziri. Qiyas xan Şahsevən — Şahsevən elinə mənsub olan Cavad xanlığının qurucusu, ilk xanı, sərkərdə. Qiyas Məcidov — Ləzgi yazıçı və dramaturqu. Qiyas Quliyev — Azərbaycan alimi, biologia elmləri doktoru. Təxəllüs Əyyub Qiyas — nasir, tərcüməçi, dramaturq, şair Digər Qiyas — Bir şeyi başqa bir şeyə bənzədərək və ya onunla müqayisə edərək hökm vermə, mühakimə yeritmə. Xoca Qiyas (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Qiyas Hüseynov
Qiyas Məcidov
Qiyas Məcidov (22 mart 1911, Axtı, Dağıstan vilayəti, Rusiya imperiyası – 1974, Mahaçqala) — Ləzgi yazıçı və dramaturqu. Dağıstan Muxtar Sovet Sosialist Respublikası Xalq yazıçısı. 1957-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü.. Qiyas Məcidov 22 mart 1911-ci ildə Axtı (indiki Dağıstanın Axtın rayonu) kəndində əməkçi miqrant ailəsində anadan olmuşdur. Kənd məktəbində təhsil almış, 1927-ci ildə komsomola daxil olmuşdur. 1929-cu ildə doqquzuncu sinfi bitirİR, sonra altı aylıq kurs keçir və ibtidai sinif müəllimi ixtisasına yiyələnir . Azərbaycan SSR Şirvan bölgəsinə işləməyə göndərilir. Sonra bir ildən çox müəllim işlədiyi Dağıstanın Gürah kəndinə gedir. 1929–1931-ci illərdə Qiyas Məcidov Mahaçqala Sənaye Texnikumunda təhsil alır. Məzun olduqdan sonra rus və ana dilləri haqqında biliklərini artırmaq üçün tərcüməçi Əlibey Fətahovun tələbəsi olaraq Daqkniqoizdatda işə düzəlir.
Qiyas Sadıqov
Qiyas Böyükağa oğlu Sadıqov (27 mart 1960, Sabirabad) — Azərbaycan Xalq Partiyasının sabiq sədr əvəzi, Azərbaycan Respublikası Prezidentinin sabiq İşlər müdiri. Qiyas Sadıqov 27 mart 1960-cı il tarixində Sabirabad şəhərində anadan olmuşdur. 1976-cı ildə M. Ə. Sabir adına Sabirabad şəhər orta məktəbini bitirmişdir. Qiyas Sadıqov ali təhsilini Azərbaycan Politexnik İnstitutunda almış, oradan 1976-cı ildə məzun olmuşdur. Daha sonra ordu sıralarında zabit olaraq fəaliyyət göstərib. 1985–1992-ci illərdə Sabirabad Mexaniki Təmir Zavodunda usta və Həmkərlar Təşkilatında sədr kimi fəaliyyət göstərmişdir. Ailəlidir, bir övladı var. Qiyas Sadıqov siyasi fəaliyyətə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq başlamışdır. O, 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Salyan Rayon Şöbəsinin təsisçilərindən biri olaraq Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilmişdir. Qiyas Sadıqov 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini vəzifəsinə, 1993-cü ildə isə müdiri vəzifəsinə təyin olunmuşdur.
Dərə Qiyas (Bicar)
Dərə Qiyas (fars. دارغياث‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 256 nəfər yaşayır (66 ailə). Əhalisini kürdlər təşkil edir.
Mirzə Qiyas bəy
Qiyasəddin Məhəmməd, Mirzə Qiyas bəy (XVI əsr, Qəzvin – 1622) — Böyük Moğol imperiyasının baş vəziri. I Şah Təhmasib Səfəvinin (1524–1576) sadiq rəiyyətlərininn arasında Mirzə Qiyas bəy adlı bir şəxs vardı. Onun atası dövlət idarələrində məmur kimi çalışırdı. Buna görə də ailə ac deyildi. Şah vəfat edəndən sonra onun övladları arasında taxt-tac uğrunda mübarizə başlayır. Hökumətdə boşluq yaranır. Əhalinin vəziyyəti ağırlaşır. Hökumətdən aylarla maaş ala bilməyən məmurların güzəranı çətinləşir. Bu kimi çətinliklərin zərbəsi Mirzə Qiyas bəyin ailəsinə də dəyir. O, son qəpik-quruşlarını toplayıb hamilə arvadı Əsmət xanımı da götürüb Hindistana gedən karvana qoşulur.
Qiyas bəy Şıxlinski
Şıxlinski Qiyas bəy Cahandar ağa oğlu — Azərbaycan Xalq Cümhuriyyətinin pristavı, Gəncə, və Şəki üsyanının iştirakçısı, siyasi mühacir. Şıxlinski Qiyas bəy Cahandar ağa oğlu 1895-ci ildə Qazax qəzasının İkinci Şıxlı kəndində dünyaya gəlmişdir. Kənddə ibtidai məktəbi bitirdikdən sonra Qori Seminariyasına daxil olmuş, lakin ikinci kursda məktəbdən xaric olunmuşdur. Sonarkı illərdə quberniya idarələrində müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə şəhərində ştab-kapitan rütbəsində pristav işləmişdir. Sonradan Ərəş qəzasının rəisi , Yevlaxın Qarxunlu kəndindən olan Əşrəf bəy Tağıyevin köməkçisi vəzifəsində xidmət göstərmişdir. 1920-ci ildə Gəncədə qalxan May üsyanının iştirakçısı olmuş, üsyan yatırıldıqdan sonra xeyli müddət hakimiyyət orqanlarından gizlənmişdir. Baş Siyasi İdarənin (BSİ) rəhbərlərindən olan Mircəfər Bağırovla şəxsi əlaqələri və dostluğu səbəbindən əvvəlcə qəza milis dəstəsinin komandiri, sonra isə Qazax qəza milis idarəsinin rəisi təyin edilmişdir. Zaqatala qəzasında üsyançı dəstə ilə toqquşma zamanı Qiyas bəy dostu və rəisi Bağırovu labüd ölümdən xilas etdikdən sonra aralarındakı etimad daha da möhkəmlənmişdir. Qiyas bəyin kişi sözünə inanaraq, bir çox qaçaq dəstələrinin başçıları silahı yerə qoymağa və dinc həyata qayıtmağa razılaşmışlar.
Qiyas xan Şahsevən
Qiyas xan Şahsevən — Şahsevən elinə mənsub olan Cavad xanlığının qurucusu, ilk xanı, sərkərdə. Cavad xanlığı nisbətən kiçik idi. Xanlıq qərbdə Qarabağ və Qaradağ xanlığı, şimalda Şamaxı xanlığı, cənubda Talış xanlığı, şərqdə isə Salyan sultanlığı ilə əhatə olunmuşdu. Xanlığın əsası şahsevən tayfasına dayanırdı. Xanlığın əsasını da bu tayfanın bir üzvü Qiyas xan Şahsevən qoymuşdu. Bu xanın həyatı ilə bağlı məlumatımız yoxdur. Lakin Rusiyanın Arxiv İdarəsindən əldə etdiyimiz 14 nömrəli raporta əsasən deyə bilərik ki, onun Pəricahan adlı xanımından 2 oğlu olmuşdur: Tale Həsən xan və İbrahim xan. Azərbaycan xanlarının siyahısı Mustafazadə Tofiq. Cavad xanlığının əsası necə qoyuldu?. Bakı: "Kür".
Qiyas əd-Din məscidi
Şah Abbas məscidi və ya Qarğabazar məscidi — Qarabağın qədim məscidlərindən biri. Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Tarixi abidə kimi qorunur. Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır.El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin (Qiyas əd-Din məscidi) məscidi kimi öz əksini tapmışdır. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb hicri təqvimi ilə 1095". Bu da miladi tarixi ilə 1683–84-cü ilə uyğundur. Məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb h. t.
Xəlifə Qiyas
Xəlifə Qiyas — Yardımlı rayonunun Perimbel kəndinin ərazisində yerləşən ziyarətgah, soyu günümüzə qədər davam etməkdədir. Şiələrinin 4-cü imamı Zeynülabidin nədidəsi Xəlifə Qiyas (az-ərb:Ğiyasəddin) 4 oğlu, ailəsi və qardaşı Xəlifə Kamal(ərb:Kamaləddin) ilə VIII-ci əsrdə Perimbel kəndində məskunlaşmış və günümüzə qədər nəsili 4 oğlunun adı ilə bağlı (Şavrux tayfası, Ağaməmməd tayfası, Məmmədrəhim tayfası, Xəlifə Məmməd tayfası) olan 4 tayfadan davam etdirmişdir. Tarixi sənədlərə görə kəndin əvvəlki adları Pirinbel, Xəlfəli və Seyyidlər kəndi kimi də adlanmışdır. Perimbel- "Pirin qənşəri", "Pirin məkanı mənasında" – "Pirin beli" mənasındadı. Xəlifə Kamal gənc yaşda şəhid olmuş onun övladı olmamışdır, məzarları Perimbel kəndində ziyarətgahdır. Hələ də Perimbel kəndinin əksər əhalisi Xəlifə Qiyasın 4 oğlunun nəsilindən gəldiklərini iddia edirlər. Hz Məhəmməd İslam peyğəmbəri Hz Fatimə binti Məhəmməd Hz Əli ibn Əbu Talib, Şiələrin 1-ci İmamı Hz Hüseyn ibn Əli, Şiələrin 3-cü İmamı Hz Zeynülabidin ibn Hüseyn, Şiələrin 4-cü İmamı Əl Hüseynul Əsğər ibn Zeynül-Abidin Übeydullahil Ə'rəc ibn Əl Hüseynul Əsğər Əliyül Abid (künyə:Əliyül Saleh) ibn Übeydullahil Ə'rəc Übəydullah Sani ibn Əliyül Abid Saleh ibn Übəydullah Sani Ğiysəddin (az:Xəlifə Qiyas) ibn Saleh Şavruq ibn Ğiysəddin (az:Xəlifə Qiyas) Əlvənd Kamal Əlvənd Şavruq Saleh Yarməmməd Miryəhya Мüstəqil Bağır oğlu Ağayev — Azərbaycan filosofu; AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri namizədi.
Əyyub Qiyas
Əyyub Qiyas (Qi Or El) (Tam adı: Əyyub Qiyas oğlu Abasov; 14 dekabr 1968, Lənkəran, Azərbaycan SSR) — nasir, tərcüməçi, dramaturq, şair, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2019-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü. Əyyub Qiyas 1968-ci il 14 dekabr tarixində Lənkəran şəhərində anadan olub. Ailəlikcə Sumqayıt şəhərinə köçdüklərindən orta təhsilini 1986-cı ildə burada başa vurub. 1986–1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsində təhsilini davam etdirib. 1992–1994-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kursunda Yuri Nikolayeviç Arabovun sinfində qiyabi təhsil alıb. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi asipranturasında təhsilini davam etdirib. "Azərbaycan televiziya tamaşaları" mövzusunda tədqiqat üzərində çalışır. 1988–1990-cı illərdə Sumqayıtda kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru, 1990–1991-cı illərdə "Cığırdaş" gənclik mərkəzi yaradıcı gənclərin teatr birliyinin direktoru, 1991–1992-ci illərdə "168 saat" qəzetinin baş redaktorunun müavini, 1992–1993-cü illərdə "Xəzər" jurnalının redaktoru olub. 1993–1997-ci illərdə Azərbmətbuatyayımı İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən "Ziya" mətbuat yayımı agentliyində direktor vəzifəsində çalışıb. 1997–2012-ci illərdə Sumqayıtdakı "İnter-Press" mətbuat ticarət şirkətinin təsisçisi və icraçı direktoru olub.
Qiyas Məmmədov
Məmmədov Qiyas İsmayıl oğlu (1 may 1916, Potu, Göyçay qəzası – 14 iyun 1966, Termez) — fəaliyyəti Mərkəzi Asiya ölkələrində səhiyyə sisteminin inkişafına yönəlmiş həkim və səhiyyə təşkilatçısı, Özbəkistan SSR-nin əməkdar həkimi. Qiyas Məmmədov 1916-cı il mayın 1-də Göyçay rayonunun Potu kəndində anadan olub.
Qiyas İbrahim
Xoca Qiyas (Miyanə)
Xoca Qiyas (fars. خواجه غیاث‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 564 nəfər yaşayır (135 ailə).
Ağa Mirək Mirzə Qiyas
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur. Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var.
Qiyas əd-Din Mənsur Dəştəki
Qiyas əd-Din Mənsur Dəştəki (1462 və ya 1461, Şiraz – 1542) – İran filosofu. Gənc yaşlarında Cəlaləddin Dəvvani ilə apardığı elmi münazirələr şəxsiyyətinin formalaşmasına ciddi təsir göstərmişdir Mənsur Dəştəki Şah İsmayılın dövründə Marağa rəsədxanasının təmiri işlərinə cəlb olunmuş, I Təhmasibin dövründə isə sarayda sədr vəzifəsində (1530-32) fəaliyyət göstərmişdir. Mənsur Dəştəkinin görüşləri Şiraz fəlsəfə məktəbinin formalaşmasında mühüm rol oynamış, Molla Sədranın fəlsəfi sistemi üçün zəmin yaratmışdır. Tənasüx (reinkarnasiya) və can haqqında özünəməxsus fikirləri ilə seçilmişdir. İbn Sina və Sührəvərdiyə şərhlər yazmışdır. Fəlsəfə, məntiq, kəlam, eləcə də astronomiya, tibb və riyaziyyata dair bir sıra əsərin müəllifidir.
Hacı Qiyasəddin ağa Dizaği
Hacı Qiyasəddin ağa Dizaği - Qarabağ bəylərindən, qurucu, xeyriyyəçi == Həyatı == Hacı Qiyasəddin ağa 1633-cü ildə Dizaq mahalının Qarğabazarı kəndində dünyaya gəlmişdi. Kəndlərinin kədxudası olmuşdu. Qurucu və xeyrxah adam olub. O, hicri-qəməri 1095-ci (miladi 1683/84) ildə doğma kəndlərində məscid tikdirmişdi. Həmin məbəd Hacı Qiyasəddin məscidi adlanır. Tarixi abidə kimi qorunur. Hacı Qiyasəddin ağanın Məhəmməd ağa adlı oğlu vardı.
Hacı Qiyasəddin məscidi
Şah Abbas məscidi və ya Qarğabazar məscidi — Qarabağın qədim məscidlərindən biri. Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Tarixi abidə kimi qorunur. == Tarixi == Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır.El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin (Qiyas əd-Din məscidi) məscidi kimi öz əksini tapmışdır. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb hicri təqvimi ilə 1095". Bu da miladi tarixi ilə 1683–84-cü ilə uyğundur. Məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb h. t.
III Qiyasəddin Keyxosrov
III Qiyasəddin Keyxosrov- Rum Səlcuq sultanı, IV Qılınc Arslan şahın oğlu == Taxta çıxması == III QiyasəddinKeyxosrov, IV Qılınc Arslanın Gümaç xatunla olan evliliyindən dünyaya gəlmiş oğlu idi. Atası monqollar tərəfindən qətlə yetirildikdən sonra hələ uşaq yaşlarda Səlcuq taxtına oturmuşdur. Onun hakimiyyətə gəlməsi ilə bağlı tarixi mənbələrdə kifayət qədər məlumat yoxdur. İbn Bibiyə görə, o , taxta çıxarkən ,2 yaşında olmuşdur. Başqa bir mənbədə isə 6 yaşında olduğu bildirilir. Buna baxmayaraq , yaşca kiçik olduğundan , hakimiyyəti onun adından Pərvanə Muiniddin idarə etmişdir. == Daxili siyasəti == Pərvanə Muinəddinin idarəsi altındakı III Qiyasəddin Keyxosrovun hakimiyyətinin ilk illəri sükut içində keçmişdir. Bu sükunət 1277-ci ilə- Pərvanənin ölümünə qədər davam etmiş, onun ölümü ilə ölkədə hakimiyyət Monqolların əsarəti altına keçmişdir. III Qiyasəddin Keyxosrovun uşaq olması onun dövlət işlərində iştirakına maneə törədən ən əsas amil idi. O, Monqolların və Pərvanə Muinəddinin getdikcə artan gücü qarşısında geri planda qalaraq sadəcə ad olaraq var olmuşdur.
II Qiyasəddin Keyxosrov
II Qiyasəddin Keyxosrov (bilinmir və ya 1221 – 1246, Antalya) — 1237–1246-cı illər ərzində Anadolu Səlcuq Sultanlığı hökmdarı. == Həyatı == 1221-ci ildə anadan olmuşdur.[mənbə göstərin] Əlaəddin Keyqubadın oğludur. Anası Hunat Xatundur. Hələ 7 yaşında Ərzincan məliki təyin olunmuş və atabəyi Mübarizəddin Ərtoquşla birgə buraya göndərilmişdir. Vəzifəyə təyin olduğu ilk illərdə Trabzon ətrafını ələ keçirmişdir. Keyxosrov hələ atası sağ ikən Gürcü şəhzadəsi Tamar ilə nişanlanmış,daha sonra 1238-ci ildə isə evlənmişdir. Bu evlilikdən II Əlaəddin Keyqubad dünyaya gəlmişdir. Tamar bütün Anadoluda Gürcü Xatun adı ilə tanınırdı. O öz həyat yoldaşına olan məhəbbətini göstərmək üçün şah Tamarın adına pullar buraxdırmış, bu pulların bir üzündə şir (özü) digər üzündə isə günəş (Tamar) simvollarını rəsm etdirmişdir. == Hakimiyyətinin ilk illəri == Əlaəddin Keyqubad vəfatından əvvəl kiçik oğlu Qılınc Arslanı vəliəhd təyin etsə də, atasının ölümündən sonra Qiyassəddin Keyxosrov Sadəddin Köpək və bir qrup əmirə arxalanaraq hakimiyyəti öz əlinə almışdır.
II Qiyasəddin Məsud
II Qiyasəddin Məsud (Ərəb əlifbası ilə: غياث الدين مسعود بن كيكاوس‎, (Qiyas əl-Din Məsud bin Keykavus)) Rum Səlcuqlu dövləti sultanı və II İzzəddin Keykavusun oğludur. Rum Səlcuqlu dövlətinin monqolların təsiri altında hökm sürdüyü bu dönəmdə dörd dəfə taxta çıxmış, hər səfərində qardaşının oğlu olan III Əlaəddin Keyqubad onu taxtdan salmışdır. == Həmçinin bax == Rum Səlcuqlu dövləti == Xarici keçidlər == Türkiye Selçuklu Sultanı II. Gıyaseddin Mesud Hakkında Bazı Görüşler Son Selçuklu Sultanı 2.
I Qiyasəddin Keyxosrov
I Qiyasəddin Keyxosrov (XII əsr – 1211) — Rum Sultanlığının sultanı. == Hakimiyyəti == === Birinci hakimiyyəti dövrü === II Qılınc Arslan 1186-da ölkəsini 11 oğlu arasında böldü. Qardaşlar arasında vəliəhtlik mübarizəsi Qılınc Arslan həyatta olarkən başladı. Ölkənin ona aid olduğunu müdafiə edən Qütbəddin Məlikşah hakimiyyət uğrundakı mübarizədə ən güclü rəqib idi. Lakin saray əyanları onu hakimiyyətə layiq görmürdülər. Məlikşah Konyanı tutub özünü sultan elan etsə də II Qılınc Arslan onun yanından qaçıb əvvəl Kayseridəki Sultan şahın, sonra digər oğullarının yanına getdi və sonda ən kiçik oğlu I Qiyasəddin Keyxosrovu vəliəht elan etdi. Hakimiyyətə can atan Qiyasəddin I Keyxosrov Konyanı ələ keçirərək atasının yerində sultan oldu. O, 4 il hakimiyyətini sürdü. Qardaşlar arasında hakimiyyət uğrunda mübarizə şiddətləndi. Qiyasəddin qardaşı Süleymana qarşı mübarizə aparmaqla bərabər Bizans imperatoru III Aleksisi məğlub edərək Qərbə doğru irəliləyə bildi.
Mədinə Qiyasbəyli
Mədinə Qiyasbəyli (aprel 1889, Yuxarı Salahlı, Qazax qəzası – 1938, Bakı) — Azərbaycan maarif xadimi, pedaqoq, məktəbdar, jurnalist, tərcüməçi. Azərbaycanda bir neçə məktəbin əsasını qoyub və onlara rəhbərlik edib. "Şərq qadını" jurnalının yaradıcılarından biri. Əksinqilabi Müsavat təşkilatının üzvü ittihamı ilə XDİK tərəfindən həbs olunub. Qısa dövr ərzində 12 dəfə dindirilib. Bütün əmlakı müsadirə olunub. Özü isə 1937-ci il sentyabrın 28-də güllələnib. Mədinə Vəkilova 1889-cu il sentyabr ayında Qazax qəzasının Salahlı kəndində anadan olub. Tiflisdə "Müqəddəs Nina" pedaqoji məktəbində təhsil alıb. 1904-cü ildə buradakı təhsilini bitirdikdən sonra gimnaziyada birillik əlavə kursa daxil olub.
Mədinə xanım Qiyasbəyli
Mədinə Qiyasbəyli (aprel 1889, Yuxarı Salahlı, Qazax qəzası – 1938, Bakı) — Azərbaycan maarif xadimi, pedaqoq, məktəbdar, jurnalist, tərcüməçi. Azərbaycanda bir neçə məktəbin əsasını qoyub və onlara rəhbərlik edib. "Şərq qadını" jurnalının yaradıcılarından biri. Əksinqilabi Müsavat təşkilatının üzvü ittihamı ilə XDİK tərəfindən həbs olunub. Qısa dövr ərzində 12 dəfə dindirilib. Bütün əmlakı müsadirə olunub. Özü isə 1937-ci il sentyabrın 28-də güllələnib. Mədinə Vəkilova 1889-cu il sentyabr ayında Qazax qəzasının Salahlı kəndində anadan olub. Tiflisdə "Müqəddəs Nina" pedaqoji məktəbində təhsil alıb. 1904-cü ildə buradakı təhsilini bitirdikdən sonra gimnaziyada birillik əlavə kursa daxil olub.
Qiyasi (Şot)
Qiyasi (fars. قياسي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 256 nəfər yaşayır (47 ailə).
Qiyasiyə (Sultaniyə)
Qiyasiyə (fars. قياسيه‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 273 nəfər yaşayır (69 ailə).
Qiyaskəndi (Xudabəndə)
Qiyaskəndi (fars. قياسكندي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 418 nəfər yaşayır (78 ailə).
Qiyaslı
Qiyaslı — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Cəfər Qiyaslı — Ssenari müəllifi. Kino məsləhətçisi. Filmlərdə iştirak edən. Kəndlər Qiyaslı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Qiyaslı (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qiyaslı (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Qiyaslı (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Qiyaslı (Ağdam)
Qiyaslı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qiyaslı kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Qiyaslı bir oymaq kimi 1727-ci ilə aid Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri adlı mənbədə Otuziki elinin (tayfasının) oymaqları arsında adı çəkilərək yaşadığı yerləri göstərilir. Mənbəyə görə, Otuzikilər tayfasının Qiyaslı oymağı Həsir adlı yerdə qışılayır, Kotan və Kələki adlı çayların kənarında əkinçiliklə məşğul olur, yataqları Müşkəbad kimi tanınan Qarabaldır çayının kənarında və Dərdan kəndində olan yaylaqları Mağavuz, Kuhistan yeri, Çağlı, Alagöl, Ərdaş və binək kəndi tərəfdədir. XVIII əsrin əvvəllərində Qiyaslı kəndi yox, Qiyaslı oymağı var idi və bu oymaq köçərilərdən ibarət olmaqla yanaşı, yaylaq və qışlaqlarda yaşamını keçirir, əkinlərini isə aran Qarabağda edirdilər. Digər mötəbər bir sənəd - Gürcüstan əyalətinin baş qubernatoru Yermolovun əmri ilə faktiki dövlət müşaviri Mogilyov və polkovnik Yermolov tərəfindən 1823 -cü il üçün tərtib edilmiş "Qarabağ əyalətinin təsviri" adlı sənəd Qarabağ əyalətinin vergi reyestri idi. Bu sənədə görə, Qiyaslı köçü 27 tüstüdən (yəni ailə) ibarət idi. Onlardan vergi ödəməyənlər maaf Yüzbaşı Bəylər – 1 tüstü, onun dayısı – 1 tüstü, bağban – 1 tüstü, rəncbərlər – 2 tüstü, bərbər və çavuş 2 tüstü, kasıblar 6 tüstüdən ibarət idi. Qiyaslıdan olan ailələr bir zamanlar Şuşa qalasında yaşayan və bir qoluda Şəkidə yaşayan Allahverdi ailəsinin soyundan idi. Əlimizdə olan müfəssəl xəritələrdən ən qədimi 1817-ci ildə əlahəzrət imperatorun baş qərargahının hərbi topoqrafik depoda qravirovka etdirdiyi xəritə və 1837 ci illərə aid general mayor Baron fon Xovenin tərtib etdiyi Qafqaz vilayətinin xəritəsidir.
Qiyaslı (Ağsu)
Qiyaslı — Azərbaycan Respublikasının Ağsu rayonunun Çaparlı kənd inzibati ərazi dairəsində kənd.
Qiyaslı (Qubadlı)
Qiyaslı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Tatar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Xocahan kənd Sovetindən Qiyaslı kəndi Tatar kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Yaşayış məntəqəsi Babək rayonunun Nehrəm kəndindən gəlib əvvəlcə Altmca Qiyaslı kəndində məskunlaşmış, sonralar isə bir hissəsi ayrılaraq indiki yerə köçüb yurd salmış qiyaslı nəsli tərəfindən bina edildiyi üçün belə adlandırılmışdır. Kəndə bəzən onu Altınca Qiyaslı, yaxud da Narlı Qiyaslı adlanan yaşayış məntəqəsindən (indiki Altınca) fərqləndirmək üçün Aşağı Qiyaslı da deyirlər. Kənd dağətəyi ərazidə, Zəngilan rayonuna çox yaxın bir yerdə yerləşir.

Digər lüğətlərdə