QOVURMAÇI

is. köhn. Ümumiyyətlə, ət və xüsusilə içalat (qoyun içalatı) bişirib satan adam.
[Övrət:] Qardaş, bihəyalıq edirəm, bağışla, on il bundan əqdəm məni bir qovurmaçıya ərə verdilər. N.Vəzirov.

// sif. Qovurmaçılıqla məşğul olan.
Atası qovurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məktəbə getmək vaxtıdır; mənim sənətim də bir elə sənət deyil ki, aparım, bu yazığa da öyrədim”. Ə.Haqverdiyev.

QOVURMABOZBAŞ
QOVURMAÇILIQ

Digər lüğətlərdə