QRADONAÇALNİK

[ rus. градоначальник] 1917-ci il inqilabından qabaqkı Rusiyada xüsusi əhəmiyyəti olan şəhərlərdə qubernator hüququnda olan polis rəisi.
[Umudbəyov] …Nikolay vaxtında nər-nər nərildəyirdi və qradonaçalnik Martınova küçədə elə bir şapalaq vurdu ki, səsi düz Peterburqa getdi. C.Məmmədquluzadə.

QÖVŞƏ
QRAF
OBASTAN VİKİ
Qradonaçalnik
Qradonaçalnik (rus. Градоначальник) — XIX əsrdə və XX əsrin əvvəllərində Rusiya imperiyasında qubernator hüquqlarına malik olan məmur. Onlar quberniya bölgüsündən asılı olmayaraq, əhəmiyyəti və ya coğrafi mövqeyinə görə öz inzibati vahidinə malik qradonaçalstvoya (bitişik ərazisi olan şəhərə) nəzarət edirdi. Bu şəhərlər Sankt-Peterburq, Moskva, Odessa, Sevastopol, Kyaxta, Feodosiya, İzmail, Dərbənd, Rostov-na-Donu, Dalnıy, Bakı, Taqanroq, Yalta, Kerç-Yeni Qala və Nikolayev idi. Qradonaçalnik ya şəxsən imperator tərəfindən, ya da Daxili İşlər Nazirliyinin təqdimatı ilə təyin edilirdi. Qubernatorlara tabe olan şəhərlərlə müqayisədə qradonaçalniki şəhərin özünüidarəsinə (şəhər polisi idarəsi, ticarət, poçt, gəmiçilik və ictimai, təhkimçi və liman binalarına nəzarət) tam hüquqlardan istifadə edirdi. Qradonaçalnik paytaxtda təsərrüfat sərəncamları ilə bağlı işlərə baxarkən xüsusi şəhər işlərinə və vilayət inzibati komitəsinə rəhbərlik edirdi. 1917-ci il Fevral inqilabı qradonaçalnik vəzifəsini ləğv etmiş və onu Müvəqqəti Hökumətin komissarları ilə əvəz etmişdir. Градоначальник // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).

Digər lüğətlərdə