QRUP

is. [ alm. ]
1. Bir yerdə, bir-birinə yaxın olan bir neçə adam, heyvan, şey və s.; dəstə. Bir qrup adam.
// Bir neçə adamın qrafik təsviri, yaxud birgə fotoşəkli. Qrup ilə şəkil çəkdirmək.
2. Siyasi görüşləri, məqsədləri, peşələri və s. bir olan adamlar birləşməsi (dəstəsi). İctimai qruplar. Ədəbi qruplar. Təbliğatçılar qrupu. Desant qrupu.
3. Elmi təsnifatda: ümumi sistemin hissəsi, qismi, şöbəsi. Elmlər qrupu. Bitki maddələri qrupu.
4. Birgə məşğələ üçün birləşmiş bir neçə adamdan ibarət dəstə. İngilis dilini öyrənənlər qrupu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QRUP qrup bax 1, dəstə I 1; 2. dərəcə 1
  • QRUP dəstə
QROSSMEYSTERLİK
QRUPBAZ

Digər lüğətlərdə