1. Bir-birini qucaqlamaq, bir-birinə sarılmaq, bir-birini bağrına basmaq; qol-boyun olmaq. İki qardaş bir-birini görüncə qucaqlaşdılar.
– İllər ayrısıyam, gəl qucaqlaşaq; Sevdiyim, şikayət zamanı deyil.
Məscidin içində bunlar qucaqlaşdılar və başladılar ağlamağa.
[Tapdıq:] Bəs elə isə gəl ağuşuma, qucaqlaşalım.
2. məc. Qovuşmaq, bitişmək, birləşmək.
Yenə də xırdaca ağ buludların ay işığı ilə qucaqlaşan kölgələri … Xəzərin dərin hovuzunda çimmək üçün enir.
Getgedə hava daha da qaranlıqlaşırdı, sanki yerlə göy qucaqlaşırdı.