QULAQYOLDAŞI
QULDUR
OBASTAN VİKİ
Qafur Qulam
Qafur Qulam (27 aprel (10 may) 1903, Daşkənd, Sırdərya vilayəti, Rusiya imperiyası – 10 iyul 1966, Daşkənd) — Özbəkistan şairi, akademik. Qafur Qulam 1903-cü il mayın 10-da Daşkənddə kasıb, amma ziyalı bir ailədə doğulmuşdur. Dayısı Mirzə Abdulla "Mirzə" təxəllüsü ilə tacik dilində şeirlər yazardı. Atası Qulam ağa da savadlı şəxs idi. O, ana dilindən başqa tacik dilini də gözəl bilirdi. Ağır kənd həyatı, böyük bir ailəni dolandırmaq üçün ağır zəhmətlərə qatlaşan Qulam ağa 44 yaşında dünyasını dəyişmiş, beş uşağı yetim qalmışdı. Onda Qafurun 9 yaşı, ailənin körpəsi isə 6 aylıq idi. Qafur Qulamın anası da özbəkcə, tacikcə yazıb-oxumağı bacarır, el ədəbiyyatını gözəl bilirdi. Poeziyasevərlər (ata-anası və dayısı) arasında böyüyən Qafur Qulam özbək və fars-tacik klassiklərinə kiçik yaşlarından maraq göstərməyə başlamışdı. O, sonralar yazırdı: "mən öz mütaliəmə, biliklər əldə etdiyimə görə əvvəlcə atama, sonra isə anama borcluyam." O, ilk təhsilini mədrəsədə almış, mütaliə ilə biliyini zənginləşdirmişdir.
Qulam Axundov
Qulam Bağır oğlu Axundov Şəfiqə Axundovanın atası Qulam Axundov Şəkidə anadan olub. Qulam Axundov Bağır oğlu dövrünün tanınmış ziyalısı və dövlət işçisi olub. Belə ki, 1917-1920-ci illərdə Şəki qəzasının 1-ci katibi vəzifəsində çalışıb. Şəki şəhərində adına küçə var.
Qulam Babai
Qulam Əli oğlu Babai – (1921–2000) xalça ustası, bərpaçı-rəssam. 1921-ci ildə Təbrizdə dünyaya gəlib. Artıq 8 yaşından atası onu usta yanına xalça toxumağı öyrənməyə gətirir. Babai erkən yaşlarında toxuculuq sənətinə yiyələnir. Sonrakı siyasi fəaliyyəti onun 1948-ci ildə Təbrizdən Sovet İttifaqına mühacirətinə səbəb olur. 1960-cı ildə Q. Babai daimi yaşayış məskəni kimi Bakıya köçmüş və elə həmin ildən də xalça fabrikində əmək fəaliyyətinə başlamışdır. 2000-ci ildə vəfat etmişdir. 1963-cü ildən etibarən o fərdi yaradıcılığa başlamış və dövlət sifarişləri üzərində çalışmışdır. Toxuduğu xalçalar hazırda şəxsi kolleksiyalarda, Azərbaycan, Almaniya, Türkiyə və keçmiş SSRİ muzeylərində mühafizə edilir. Bu işlərin sırasında "Kosmonavtlar", "N. Nərimanov", "C. Cabbarlı", "Gerb", Nizami Gəncəvinin "Leyli və Məcnun" və s.
Qulam Bağırov
Qulam Kərim oğlu Bağırov (1904-1986)— SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor. 1904-cü ildə Mərənd mahalının Dizə kəndində anadan olub. Bakıda Ali Pedaqoji İnstitutun və Lenin adına Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin məzunu olub. 1935-ci ildə Q.Bağırov "Türk dilində ismin hallarının sintaktik rolu" mövzusunda dissertasiya müdafiə etmiş və ona filologiya elmləri namizədi elmi dərəcəsi verilmişdir. 1986-cı ildə Bakı şəhərində vəfat etmişdir. Qulam Bağırov XX əsrin 20-ci illərinin sonunda Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, pedaqoqların təsnifatının yüksəldilməsi İnstitutunda, dil üzrə predmet komissiyanın sədri olduğu Kommunist ali təhsil müəssisəndə, nəzəri qrammatika kursunu tədris etdiyi Ali Pedaqoji İnstitutda elmi və pedaqoji fəaliyyətə cəlb olunur. Q.Bağırov ibtidai və orta məktəblər üçün stabil dərsliklərin hazırlanması üzrə komissiyanın sədri vəzifəsində işləyərək komissiyanın digər üzvləri- İ.Həsənov, A.Şərifov, Ə.Babazadə, X.S.Xocayev, A.Tağızadə ilə birlikdə böyük işlər görür. Pedaqoji və ictimai baxımdan hədən artıq məşğul olmasına baxmayaraq Q.Bağırov SSRİ EA-nın Azərbaycan filialında elmi fəaliyyətə də vaxt ayıra bilir. Burada dil bölməsinin rəhbəri (1933-1935-ci illər) və EA-nın Azərbaycan filialının Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini (1935-1937-ci illər) vəzifəsində çalışır. 1935-ci ildən başlayıb 1956-cı ildə başa çatan məşəqqətli repressiya illərindən sonra Bakıda elmi fəaliyyətinin ikini mərhələsinə başlayır.
Qulam Məmmədli
Qulam (Qulaməli) Məmməd oğlu Məmmədli (25 mart 1897, Təbriz – 18 noyabr 1994, Bakı) — azərbaycanlı publisist, teatrşünas, salnaməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR əmakdar mədəniyyət işçisi (1977), Azərbaycan SSR əmakdar jurnalisti (1984) Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1972), əmək veteranı (1976), İttifaq əhəmiyyətli təqaüdçü (1987), M.F.Axundov adına ədəbi mükafat laureatı (1989). Qulam Məmmədli 1897-ci il martın 25-də Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra Bakı teatr texnikumunda oxumuşdur (1924–1926). Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlamışdır (1910–1914). Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləmişdir (1913–1919). Türküstan cəbhəsi Birinci Ordunun siyasi şöbəsi nəzdində olan mətbəədə mürəttib, müsəlman teatr truppasında aktyor (1920–1921), Dövlət mətbəəsində mürəttib (1921–1923) olmuşdur. 1923-cü ilin iyun ayında Bakıya köçüb "III İnternasional" mətbəəsində mürəttib, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kəndli qəzeti"ndə redaktor müavini, "Azərbaycan kolxozçusu" qəzetinin redaktoru, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Yeni yol" qəzetinin redaktoru, "III İnternasional" mətbəəsinin sex müdiri, "Kommunist" qəzeti redaksiyasında kütləvi şöbə müdiri, respublika radio komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olmuşdur (1929–1941). İkinci Dünya müharibəsi dövrü səfərbərliyə alınmışdır: Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycanca buraxılan "Vətən yolunda" qəzeti redaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan "Vətən yolunda" qəzeti redaksiyasında müdir (1941–1946) vəzifələrində işləmişdir. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kirpi" satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışmışdır.
Qulam Qədirov
Qulam Yəhya
Qulam Yəhya oğlu Danişian (1906, Sərab, Şərqi Azərbaycan ostanı – 2006, Bakı) — General-mayor. Danişian Qulam Yəhya oğlu 1906-ci ildə Sərab mahalının Əskərabad (Əsgəvar) kəndində yoxsul kəndli ailəsində anadan olmuşdu. Qulam Yəhya Sarab və Miyanada kəndli hərəkatının bilavasitə iştirakçısı olmuş, Hezbe Tudeyi İranın Sarab, sonra isə Miyana təşkilatına başçılıq etmiş, 1945-ci ilin Sentyabr ayında yenicə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulmuş, Firqənin I qurultayında iştirak etmiş, Mərkəzi Təftiş Komissiyonunun üzvlüyünə seçilmiz, Miyanada başlanan hərəkata rəhbərlik etmiş və hərəkatın qələbəsinə nail olmuşdur. Miyana fədailəri 21 Azərə doğru gedən yolun ilk qalibləri kimi milli azadlıq hərəkatı tarixində öz layiqli yerini tutmuşlar. Qulam Yəhya 21 Azər hərəkatının rəhbərlərindən biri kimi S.C.Pişəvərinin göstərişi ilə Təbrizə gəlmiş, Təbriz jandarm idarəsinin götürülməsində əsas rol oynamışdır. Qulam Yəhya milli hökumət təşkil edildikdən sonra xalq qoşunları nazirinin müavini seçilmiş, Zəncan fədailərinin rəhbərliyi S.C.Pişəvəri tərəfindən ona tapşırılmışdır. Qulam Yəhya Zəncan cəbhəsinin başçısı olduğu dövrdə Mürtəzəvi, Həsən Nə􀁝əri və Hidayət Hatəmi ilə birlikdə Zülfüqari silahlı bandasını zərərsizləşdirmiş və Azərbaycan ərazisinə soxulmaq istəyən digər silahlı dəstələrin qarşısını almışdır. Zəncan fədailəri Azərbaycana durmdan hücum edən silahlı bandaların qarşısını almaqla yanaşı, Azərbaycan Milli hökumətinə qarşı vuruşan mülkədarların torpaqlarını pulsuz olaraq, kəndlilərə paylamışlar. Azərbaycan Milli hökumətinin bir illik fəaliyyəti Azərbaycanda siyasi sakitliyin yaranması, Azərbaycan dilinin rəsmi dövlət dilinə çevrilməsi prosesində Azərbaycan fədailəri, o cümlədən Zəncan fədailəri əsas rol oynamışlar. Qulam Yəhya S.C.Pişəvərinin silahdaşlarından biri idi.
Qulam Çəm
Qulam Çəm (az-əbcəd. غولام‌چَم‎, fars. غلام‌چم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 79 nəfər yaşayır (30 ailə).
Qulam İsgəndərov
Qulam Məşədi Kazım oğlu İsgəndərov (10 sentyabr 1901, Şamaxı – 5 aprel 1975, Bakı) — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). "Arşın mal alan operettası" — Vəli rolunda "Leyli və Məcnun operası" — Məcnunun atası rolunda "Koroğlu operası" — Təlxək rolunda "Sevil operası" — Balakişi rolunda "Durna operettası" — Dursun rolunda "Şah İsmayıl operası" — Şah Rəmmal rolunda "Şahsənəm operası" — Aşıq Həsən rolunda "Əsli ve Kərəm operası" — Şah rolunda Qulam Kazım oğlu İsgəndərov 10 sentyabr 1901-ci ildə Şamaxının Sarıtorpaq məhəlləsində anadan olmuşdur. Onun atası Məşədi Kazım bütün Şirvanda tanınmış xanəndə idi. O, keçən əsrin əvvələrində Bakıda verilən Şərq konsertlərində (1902)-də iştirak etmişdir.1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Məşədi Kazım ailəsini götürüb Bakıya köçür. O, uzun ömür sürməyib.1914-cü ildə dünyasını dəyişmişdir. Qulam İsgəndərov 1920-ci ilə qədər dayısı Məhəmmədin himayəsində yaşayib. Məhəmməd kişinin Sabunçuda Sallaqxanası varmış. Qulam da orada dayısına kömək eləyirmiş. 1920-ci ildə Azərbaycanda Sovet hökuməti qurulanda Məhəmməd kişini də tuturlar, onun iki oğlunun taleyi sonralar naməlum qalır. Qulam İsgəndərovun oğlu Abdulla müəllimin söylədiyinə görə, atasını Opera teatrına bəstəkar Müslüm Maqomayev gətirib.
Qulam Əzimli
Qulam Əzimli — Azərbaycanda elmi psixologiyanın inkişafında böyük xidmətləri olan elm xadimi Professor Q.E.Əzimli 1931-ci ildə İmişli rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. O, 1954-cü ildə indiki BDU-nun filologiya fakultəsinin məntiq-psixologiya şöbəsini bitirmişdir. 1954-cü ildən 1955-ci ilə kimi, İmişli rayonun 1 saylı orta məktəbində müəllim, 1955-ci ildən 1962-ci ilin avqust ayına kimi İmişli rayonunda komsomol, partiya və hökumət orqanlarında rəhbər vəzifələrdə işləmişdir. Q.E.Əzimli 1970-ci ildə psixologiya ixtisası üzrə nəmizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. 1990-cı ildə professor elmi adına layiq görülmüşdür. 1987-ci ildən 1992-ci ilə kimi ADPU-nun yaş və pedaqoji psixologiya kafedrasının müdiri, 1991-ci ildən 1997-ci ilə kimi pedaqoi fakültənin (qiyabi şöbə üzrə) dekanı vəzifəsində işləmişdir. O, 75-dən çox dərs vəsaiti, proqram, jurnal məqalələri və tezislərin müəllifi, 12-dən artıq monoqrafiya, kitab, kitabça və proqramların elmi redaktoru olmuşdur. Onun elmi yaradıcılığı təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da görkəmli psixoloqların diqqətini cəlb etmişdir. Q.E.Əzimli keçmiş SSRİ məkanında (Moskva, Tbilisi, Yerevan və s.) keçirilən qurultay, konfrans və simpoziumlardakı məruzələri ilə respublikamızı layiqincə təmsil etmişdir. 20 ildən artıq bir vaxtda folklor materiallarında və klassik irsimizdə milli etnik hissləri tədqiq etmiş, nəzəri və praktik əhəmiyyətli nəticələr əldə etmişdir.
Mirzə Qulam Əhməd
Mirzə Qulam Əhməd Qadiyani (13 fevral 1835 – 26 may 1908) — hind din xadimi, Əhmədiyyə məzhəbinin banisi. Özünü mücəddid ("imanı yeniləşdirən adam"), xristianlara vəd edilmiş Məsih və müsəlmanlara Qiyamət gününün yaxınlaşdığını xəbər verməli olan Mehdi elan etmişdir. Bir müddət sonra Allahdan vəhy aldığını iddia edən Mirzə Qulam İsa Məsihin qüvvəsinin daşıyıcısı olması ideyalarını xristianlıqdan və hind inanclarından almışdır. Həmçinin, özünü Krişnanın təcəssümü adlandırmışdır. Mirzə Qulam 23 mart 1889-cu ildə Əhmədiyyə (Əhmədiyyə hərəkatı) məzhəbinin əsasını qoymuşdur. Bu hərəkatın əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Mirzə Qulam urdu, ərəb və fars dillərində dini, teoloji mövzulara həsr olunmuş səksənə yaxın kitabın müəllifidir. Həmçinin, İslamda cihadın mənasız və lazımsız olduğunu elan etmişdir. Mirzə Qulam ilk mərhələdə ənənəvi İslamın müddəalarına qarşı çıxış etmirdi. Lakin sonralar, Kəşmirdə İsa peyğəmbərin məzarını tapdığını iddia etmişdir.
Qulam Hüseyn Kazımbəyov
Qulamhüseyn bəy Rəhmətulla bəy oğlu Kazımbəyov (1889, Hasıllı, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 29 mart 1972, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və Müsavat və bitərəflər fraksiyasının üzvü. 1889-cu ildə Hasıllı kəndində doğulub, sonradan ailəsi ilə birlikdə Qalabazarına köçərək Təzə Alvadı kəndində məskunlaşıb. O, Peterburqda təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmış və uzun müddət ədliyyə orqanlarında mirzə, vəkil, pristav köməkçisi və digər vəzifələrdə çalışıb. Bu vəzifələri icra edərkən o Lənkəranda, Salyanda, Bakıda yaşamışdır. Qulamhüseyn bəy Bakıda İosif Stalinin məhkəməsi zamanı məhkəmənin tərcüməçisi olmuşdur.[mənbə göstərin] Gəncə üsyanından sonra təqiblərdən qaçmaq üçün Qulamhüseyin bəy bir müddət ailəsi ilə birlikdə İranda yaşayır. Bir qədər sonra isə Azərbaycana qayıdıraq Qubada məskunlaşır. Daha sonra isə Bakıya qayıdır və müxtəlif təşkilatlarda hüquqşünas və vəkil kimi çalışır. Lakin, 1937-ci il repressiyası dövründə müsavatçı olduğu üçün izlənilir və həbs edilir. 1937-ci ildə gecə yarısı xəfiyyələr onu aparırlar. Bu zaman o, yalnız "Üzeyir bəyə çatdırın ki, məni apardılar." cümləsini deyə bilir.
Qulam Mirzə Şərifzadə
Qulamrza Mirzə Əbdülrəsul oğlu Şərifzadə (1884, Şamaxı -1942, İstanbul) — Azərbaycan Dövlət teatrının direktoru (1919—1920), aktyor, rejissor Abbasmirzə Şərifzadənin böyük qardaşı. Qulam Mirzə Şərifzadə 1884-cü il də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub. Onun atası Mirzə Rəsul dünyagörüşlü bir insan olub. Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib Bakıya köçürlər. Aktyor, rejissor Abbas Mirzə Şərifzadənin böyük qardaşıdır. 1911-ci ildə yaradılmış “Müsavat” partiyasının banilərindən biri də Qulamrza Şərifzadə olub. Abbasmirzə Şərifzadə böyük qardaşı Qulamrza Şərifzadənin yanında ticarət işlərdə məşğulluğa başlayıb, həm də onunla teatr tamaşalarına gedib. Abbasqulu Kazımzadə ilə birlikdə Bakıda kitab mağazası var idi. Birinci dünya savaşı zamanı Azərbaycandan Türkiyəyə qardaş yardımı edilərkən Qulamrza Şərifzadə xüsusi ilə fəallıq edib.
Qulam Murtaza Syed
Qulam Murtaza Syed (17 yanvar 1904 – 25 aprel 1995, Kəraçi) — Q.M.Syed məşhur hind siyasətçisidir. Siyasi fəaliyyətinə 16 yaşında başlayıb və doğma şəhərində 17 mart, 1920-ci il tarixində Xilafət Konfransı təşkil edib. O, 1948-ci ildə Pakistanın yaranmasından sonra o əvvəlcə siyasi məhbus olub. O, 26 aprel, 1995-ci il tarixində Karaçidə ev dustağı olduğu vaxt vəfat edib. Sayed 17 yanvar, 1904-cü il tarixində Sədət Sindin ailəsində Sann şəhərində anadan olmuşdur. Sayed atası Sayed Məhəmməd Şah Kazmi ailə münaqişəsinə görə 1 noyabr 1905-ci il tarixində öldürüləndə körpə idi. Atası Sayedin ölümündən sonra ailədə kişi cinsindən olan olan yeganə övlad idi, buna görə də 1906-cı ildə Birtaniya hakimiyyəti onun ailə mülkünü himayəsi altına almış və onun ailəsinə məhkəmədə aylıq təqaüd təyin edilmişdi. O, 6 yaşında ibtidai məktəbə qəbul olunmuş və 1915-ci ildə Sinddə 5 illik ibtidai təhsilini başa vurmuşdur. Onun ailəsinin ağsaqqalları onu ailə münaqişəsindən qorumaq üçün evdə təhsil alması qərarına gəlmişdilər. Ən azından ona görə ki, o ailəsinin yeganə kişi üzvü idi.
Qulam Mustafa Jatoi
Qulam Mustafa Jatoi (14 avqust 1931 – 20 noyabr 2009, London) — Pakistan İslam Respublikasının 12-ci baş naziri. Həmçinin xələfi Nəvaz Şərifdə 12-ci prezident sayılır.
Qulam Rza Ağazadə
Qulamrza Ağazadə (fars. غلامرضا آقازاده‎; 15 mart 1949, Xoy, Qərbi Azərbaycan ostanı) — İran siyasətçisi, İran Nüvə Enerjisi Təşkilatının rəisi. Qulamrza Ağazadə 15 mart 1949-cu ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olub.Tehran universitetinin riyaziyyat fakültəsini bitirib. Qulamrza Ağazadə 1979-cu ildən sonra Tehranda dərc olunan "İslam respublikası" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qulamrza Ağazadə 1985-1997-ci illərdə İranın neft naziri işləyib.
Qulam İshaq Xan
Qulam İshaq Xan (20 yanvar 1915-27 oktyabr 2006)—Pakistanın prezidenti. O, Pişəvər Universitetini bitirmişdi. 1947-ci ildə dövlət işində məmuriyyətə başlamışdı. 1990-cı ildə hərbçilər tərəfindən dəstəklənən Qulam İshaq Xan, seçkilərin yenidən keçirilməsi tələbi ilə hökuməti devirdi.
Mirzə Qulam Əhməd Qadiyani
Mirzə Qulam Əhməd Qadiyani (13 fevral 1835 – 26 may 1908) — hind din xadimi, Əhmədiyyə məzhəbinin banisi. Özünü mücəddid ("imanı yeniləşdirən adam"), xristianlara vəd edilmiş Məsih və müsəlmanlara Qiyamət gününün yaxınlaşdığını xəbər verməli olan Mehdi elan etmişdir. Bir müddət sonra Allahdan vəhy aldığını iddia edən Mirzə Qulam İsa Məsihin qüvvəsinin daşıyıcısı olması ideyalarını xristianlıqdan və hind inanclarından almışdır. Həmçinin, özünü Krişnanın təcəssümü adlandırmışdır. Mirzə Qulam 23 mart 1889-cu ildə Əhmədiyyə (Əhmədiyyə hərəkatı) məzhəbinin əsasını qoymuşdur. Bu hərəkatın əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Mirzə Qulam urdu, ərəb və fars dillərində dini, teoloji mövzulara həsr olunmuş səksənə yaxın kitabın müəllifidir. Həmçinin, İslamda cihadın mənasız və lazımsız olduğunu elan etmişdir. Mirzə Qulam ilk mərhələdə ənənəvi İslamın müddəalarına qarşı çıxış etmirdi. Lakin sonralar, Kəşmirdə İsa peyğəmbərin məzarını tapdığını iddia etmişdir.
Məşədi Qulam qiraət öyrənir (pyes)
Məşədi Qulam qiraət öyrənir — "Məşədi Qulam qiraət öyrənir" pyesi 1971-ci ildə Kamran Məmmədov tərəfindən Azərbaycan Dövlət nəşriyyaıtnda nəşr edilən "Seçilmiş əsərlər"i kitabına daxil edilmişdir. Əbdürrəhim bəy Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir" əsərini 1927-ci ildə qələmə alıb. Bir pərdə iki şəkildən ibarət olan əsər yazıçının Sovet dövründə qələmə aldığı ilk komediya kimi tanınır. Əsərdə cahil və sadəlövh obraz olan Məşədi Qulamın başına gələn hadisələr təsvir olunur. Həyat yoldaşına xəyanət edən Məşədi Qulam Quran öyrənmək adı ilə Nataşanın evinə gedir və qadın tərəfindən sərxoş edilir. Sərxoş olduğu üçün Nataşa onun bütün pullarını ələ keçirir. Sonra Məşədi Qulamın həyat yoldaşı və oğlu həmin yerdən onu götürürlər. Əsər komediya janrında olduğu üçün bütün dövrlərdə insanların diqqətini cəlb edir.
Qulam
Qulam (ərəb. غلام‎) — ərəbcə qulluqçu, köməkçi, oğlan və ya gənc mənalarını daşıyan söz. Cənnətdəki gənc qulluqçuları təsvir etmək üçün istifadə olunur. Sözün cəm forması olan "qılman" məqaləsində təsvir olunduğu kimi Abbasilər, Osmanlılar, Səfəvilər və daha az dərəcədə Moğol imperiyalarında qul əsgərlərinə istinad etmək üçün də istifadə olunur. Qulam Yəhya — General-mayor. Qulam Qədirov — Qarabağ müharibəsi döyüşçüsü, şəhid. Qulam İsgəndərov — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Qulam Babai – xalça ustası, bərpaçı-rəssam.
Qulam (ad)
Qulam (ərəb. غلام‎) — ərəbcə qulluqçu, köməkçi, oğlan və ya gənc mənalarını daşıyan söz. Cənnətdəki gənc qulluqçuları təsvir etmək üçün istifadə olunur. Sözün cəm forması olan "qılman" məqaləsində təsvir olunduğu kimi Abbasilər, Osmanlılar, Səfəvilər və daha az dərəcədə Moğol imperiyalarında qul əsgərlərinə istinad etmək üçün də istifadə olunur. Qulam Yəhya — General-mayor. Qulam Qədirov — Qarabağ müharibəsi döyüşçüsü, şəhid. Qulam İsgəndərov — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Qulam Babai – xalça ustası, bərpaçı-rəssam.
Evlilərin kitabı (Yusif Qulami)
Evlilərin kitabı — Yusif Qulaminin sosioloji-əxlaqi əsəri. == Məzmun == Qadın-kişi məsələləri üzrə mütəxəssis və psixoloq Dr. Yusif Qulaminin 14 illik araşdırma, rəy sorğusu və konsultasiya nəticəsində yazdığı bu kitab əksər evlilərin qarşılaşdığı, lakin həya hissinin və ya məlumat azlığının bu barədə kiminləsə danışmaq icazəsi vermədiyi məsələləri əhatə edir. Kitabda qadınlarda cinsi istəksizlik probleminin psixoloji amilləri və onun müalicəsi, ər-arvad arasındakı cinsi məsələlərə münasibətdə yanlış təsəvvürlərin araşdırılması, seksual həzzin düzgün təmin edilməsi yolları və s. kimi məsələlərə aydınlıq gətirilir.
Fərman Qulamov
Fərman Qulamov (4 fevral 1945, Astara – 23 dekabr 2016) - Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam (2016). == Həyatı == 1945-ci ildə Astara şəhərində anadan olub. 1967-ci ildə Ə. Əimzadə adına rəssamlıq məktəbini bitirib.1976-cı ildə isə Tiflis şəhərində təhsil alıb. 1986-cı ildə Xəzərətrafı respublikaların Biennalı sərgisində III mükafata layiq görülmüşdür. 1993–1994-cü illərdə Bakı, Fulendorf və Moskva şəhərlərində fərdi sərgiləri keçirilmişdi. 1994-cü ildə "Humay" mükafatı ilə təltif olunan rəssam dəzgah boyakarlığı ilə məşğul olur. Əsərləri Fransa, Almaniya, Polşa, Finlandiya, Türkiyə, İran, Əlcəzairdə nümayiş etdirilib, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın "Bu gün" (orqalit) və "Günaydın" (orqalit) əsərləri nümayiş etdirilir. 1945-ci ildə Azərbaycanda, Astara şəhərində anadan olmuşdur. 1967-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.
Hidayət Qulamov
Hidayət Qulamov (8 may 1950, Kəndoba, Ağsu rayonu – 30 noyabr 2017) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1950-ci il mayın 8-də Ağsu rayonunun Kəndoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 2001-ci il yanvarın 7-də 51 saylı Ağsu-Kürdəmir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Qadın kişi münasibətləri (Yusif Qulami)
Qadın kişi münasibətləri — Yusif Qulaminin qadın-kişi münasibətlərindən bəhs edən psixoloji-əxlaqi əsəri. Qadın-kişi mövzuları üzrə mütəxəssis psixoloq və bu sahə üzrə bir çox dəyərli araşdırmaların müəllifi olan Yusif Qulaminin bu kitabında elmi və psixoloji aspektdən qadın-kişi münasibətləri təhlil olunur. Belə ki, kitabda cinsi meyil və cinsi əxlaq nəzəriyyələri, sevgi, ailə münasibətləri, evlilikdən sonra yaranan problemlər və onun səbəbləri, cəmiyyətin fəsada sürüklənməsinin əsas səbəblərindən olan açıq-saçıq geyim mövzuları araşdırılır, örtünmə və bu məsələlər haqqında geniş psixoloji təhlillər aparılır, bir çox yeni fikirlər irəli sürülür.
Qulamhüseyn Beqdeli
Qulamhüseyn Fətulla xan oğlu Begdili (15 mart 1919, Duraqlı (Xudabəndə), Zəncan ostanı – 1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor. Qulamhüseyn Begdili 1919-cu ildə Tehran şəhərində anadan olub. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir. Demokratik hərəkatın süqutundan sonra 1946-cı ildən ailəlikcə siyasi mühacir kimi Şimali Azərbaycanda yaşamışdır. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olmuşdur. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kobmaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir.
Qulamhüseyn Cahanşahi
Qulamhüseyn Mirzə Şəfi oğlu Cahanşahi (1920–2005)—Hüquqşünas. Qulamhüseyn Mirzə Şəfi oğlu 1920-ci ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini orta məktəbdə almışdı. Sonra Tehran universitetini bitirmişdi. Əvvəlcə hüquq, sonra iqtisad təhsili almışdı. Fransada, Paris universitetində iqtisad doktorluğu elmi dərəcəsinə yiyələnmişdi. İrana dönəndən sonra Ali məhkəmədə vəkil kimi çalışmışdı. Hüseyn Əlanın baş nazirliyi dönəmində (12 mart 1951–30 aprel 1951) doktor Səccadi maliyə naziri təyin olunmuşdu. O da doktor Qulamhüseyn Cahanşahini ofisinə müdir vəzifəsinə dəvət etdi. Qulamhüseyn Cahanşahi Tehrandan İran Milli Məclisinə nümayəndə seçilmişdi.

Digər lüğətlərdə