Qulam Kərim oğlu Bağırov (1904-1986)— SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor.
Qulam Bağırov | |
---|---|
Qulam Kərim oğlu Bağırov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Mərənd mahalı, Dizə kəndi, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Fəaliyyəti | dilçi |
1904-cü ildə Mərənd mahalının Dizə kəndində anadan olub. Bakıda Ali Pedaqoji İnstitutun və Lenin adına Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin məzunu olub. 1935-ci ildə Q.Bağırov "Türk dilində ismin hallarının sintaktik rolu" mövzusunda dissertasiya müdafiə etmiş və ona filologiya elmləri namizədi elmi dərəcəsi verilmişdir. 1986-cı ildə Bakı şəhərində vəfat etmişdir.[1]
Qulam Bağırov XX əsrin 20-ci illərinin sonunda Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, pedaqoqların təsnifatının yüksəldilməsi İnstitutunda, dil üzrə predmet komissiyanın sədri olduğu Kommunist ali təhsil müəssisəndə, nəzəri qrammatika kursunu tədris etdiyi Ali Pedaqoji İnstitutda elmi və pedaqoji fəaliyyətə cəlb olunur. Q.Bağırov ibtidai və orta məktəblər üçün stabil dərsliklərin hazırlanması üzrə komissiyanın sədri vəzifəsində işləyərək komissiyanın digər üzvləri- İ.Həsənov, A.Şərifov, Ə.Babazadə, X.S.Xocayev, A.Tağızadə ilə birlikdə böyük işlər görür. Pedaqoji və ictimai baxımdan hədən artıq məşğul olmasına baxmayaraq Q.Bağırov SSRİ EA-nın Azərbaycan filialında elmi fəaliyyətə də vaxt ayıra bilir. Burada dil bölməsinin rəhbəri (1933-1935-ci illər) və EA-nın Azərbaycan filialının Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini (1935-1937-ci illər) vəzifəsində çalışır. 1935-ci ildən başlayıb 1956-cı ildə başa çatan məşəqqətli repressiya illərindən sonra Bakıda elmi fəaliyyətinin ikini mərhələsinə başlayır. Mirzə Fətəli Axundov adına Azərbaycan Xarici Dillər Pedaqoji İnstitutunda işləməyə başlayır. 1956-cı ildən 1967-ci ilə qədər Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edir, ömrününü son illərində məhz həmin kafedranın professoru olur. 1966-cı ildə alim "Azərbaycan dilində feillərin leksik-semantik inkişafı" mövzusunda doktorluq dissertasiyanı müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini və professor elmi adına layiq görülür. Q.Bağırov zəngin irs qoyub getmişdir.[1]
1937-ci il alim üçün faciəli keçmişdir. Onu Azərbaycan dili, orfoqrfiyası, terminalogiyası və lüğəti sahəsindəki "zərərli" fəaliyyətinə, "xalq düşmənləri" elan edilən şəxslərə (Ruhulla Axundov, Bəkir Çobanzadə, Vəli Xuluflu, Əli Nazim, Hənəfi Zeynallı və digərlərinə) birbaşa, yaxud dolayı yolla kömək göstərməsinə görə işdən azad edirlər. Tezliklə Q.Bağırov həbs edilərək islah əmək düşərgəsində həbs cəzasına məhkum edilir. Möcüzə nəticəsində sağ qalaraq 1947-ci ildə sağ-salamat vətənə qayıdır. Ona Bakıda yaşamağa icazə vermədilər. Q.Bağırov Laçın rayonunda səhiyyə şöbəsində katib (1947-1948-ci illərdə) işləməyə məcbur olur. Müharibə sonrası ikinci repressiya dalğıasına məruz qalaraq Qazaxıstanın Cambul vilayətinə aparılır. Qazaxıstan məktəblərində rus dili və ədəbiyyatı müəllimi işləyir. 1956-cı ildə bəraət alaraq Bakıya qayıdır.[1]