QULDURLUQ

is. Soyğunçuluq, yaxud öldürmək məqsədi ilə silahlı basqın; çapovulçuluq, yol kəsmə.
Heydər bəy, rahat durotur, quldurluq etmə, yol kəsmə, oğurluğa getmə! M.F.Axundzadə.
[Soltan:] Balam, mən saqqalımın bu ağ vaxtında necə sizə izin verim ki, gedib quldurluq edəsiniz? C.Məmmədquluzadə.
[Gülpəri:] …Əmiraslan məni qovub, özü də qaçaq dəstəsinə qoşuldu.
Bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı. S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QULDURLUQ çapqınçılıq — soyğunçuluq
  • QULDURLUQ quldurluq bax soyğunçuluq

Antonimlər (əks mənalı sözlər)

  • QULDURLUQ QULDURLUQ – RƏHMLİLİK Balam, mən saqqalımın bu ağ vaxtında necə sizə izin verim ki, gedib quldurluq edəsiniz (C
QULDURÇULUQ
QULĞULA
OBASTAN VİKİ
Quldurluq
Banditizm və ya quldurluq — cinayət hüququnda dövlətin və cəmiyyətin əsaslarına qarşı ən böyük təhlükə yaradan cinayətlərdən biri. Dövlətlərin çoxunda banditizm ağır cinayət kimi xarakterizə olunur, bəzilərində isə buna yaxın anlayışlar vardır.

Digər lüğətlərdə