QIZLIQ

is.
1. Qadın cinsinin ərə gedincəyə qədər olan halı, qız olma dövrü.
Qızlıq dövrü qadın həyatının ən mühüm dövrüdür. M.S.Ordubadi.
[Məsmə:] İndi öz otağıma daşındıqda, ta qızlığımdan xəyalımda nəqşəsini çəkdiyim otağı hazırlamağa başladım. S.Hüseyn.
Tükəzban xalanın qızlığından bir azarı vardı ki, indiyəcən başından çıxmamışdı. B.Talıblı.

2. Bəkarət.
3. Biri tərəfindən övladlığa götürülmüş qız uşağı, yaxud ana ardınca bir kişinin evinə gətirilən qız uşağı.
[Səkinə xanım:] Ümidim budur ki, məni qızlığa qəbul edib, mənim bu dar günümdə köməyini məndən əsirgəməyəsən. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QIZLIQ qızlıq bax bəkarət
QIZLARQUŞU
QIZMA₁
OBASTAN VİKİ
Qızlıq pərdəsi
Qızlıq pərdəsi y (lat. hymen) — uşaqlıq yolu dəliyini örtən, genez cəhətcə Müller qabarcığının qalığı sayılan və adətən aypara şəklində olan (lat. hymen semilunaris) bir pərdə. Onun nazik sərbəst kənarı uşaqlıq yolu dəliyini əhatə edir, digər kənarı uşaqlıq yolunun dal divarına bitişir. Uşaqlıq yolu dəliyi (lat. stium vaginae) 1,5 smdiametrli dəliyə bənzəyir. Normal vəziyyətdə qızlıq pərdəsi büküşlər əmələ gətirərək uşaqlıq yolu dəliyini örtür. Bəzən uşaqlıq yolu dəliyi qızlıq pərdəsinin ortasında olur və bir həlqəyə bənzəyir. Bu növ qızlıq pərdəsi lat. hymen aularis adlanır.
Qızlıq soyadı
Qızlıq soyadı — qadınlarda soyadın evlənmədən əvvəl ailəsindən qalmasına deyilir. Bir qadın evlənmədən əvvəl ailəsindən aldığı soyadı daşıyır. Evləndikdən sonra isə evləndiyi kişinin ailəsindən daşıdığı yeni soyadı alır. Köhnə soyada "qızlıq soyad" deyilir. Bəzi ölkələrdə isə qadınlar, istədiyi soyadı daşıyabilir.

Digər lüğətlərdə

завыша́ть загло́хлый ку́бок на осно́ве ничего́хоньки покача́ть прежа́рко растра́тить ту́ки надура́читься отвя́зывание полюбо́вница попасть как кур во́ щи произноси́тельный believability consummation fairy godfather give off isinglass mermaiden sepaloid two-gun water engine надежда случайность