QƏZƏNFƏR

ə. 1) aslan, şir; 2) m. qəhrəman, igid, cəsur.

QƏZƏLNƏVİS
QƏZƏNFƏRANƏ
OBASTAN VİKİ
Qəzənfər
Qəzənfər — Kişi adı. "Qəzənfər" ərəb dilinə məxsus bir söz olub, mənası aslan, şir, igid, şücaətli şəxs mənalarını verməkdədir. Şərq xalqları arasında bu söz İmam Əlinin (ə) mübarək ləqəblərindən biri kimi məşhurdur. Qəzənfər Xalıqov — Azərbaycan SSR Xalq Rəssamı (12.10.1973) Qəzənfər Talib — Qəzənfər Vəliyev — Qəzənfər Musabəyov — SSRİ, ZSFSR və Azərbaycan SSR-nin dövlət xadimi. Qəzənfər Əliyev Qəzənfər Əliyev (şərqşünas) — filologiya elmləri doktoru, professor. Qəzənfər Əliyev (dəmiryolçu) — Sosialist Əməyi Qəhrəmanı (1980). Digər Qəzənfər (Abaran) — Abaran rayonunda kənd.
Qəzənfər (Abaran)
Qəzənfər — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. Rayon mərkəzindən 10 km cənubda, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Araqats qoyulmuşdur. Ermənilər kəndə 1828-29 - cu illərdə Türkiyənin Alaşkert, Muş, Sasun vilayətlərindən köçürülmüşdür.
Qəzənfər Abbasov
Qəzənfər Nəcəfqulu oğlu Abbasov — Azərbaycan xanəndəsi və Azərbaycan Respublikasının əməkdar müəllimi.
Qəzənfər Abdullayev
Qəzənfər Aloyev
Qəzənfər Ağayev
Qəzənfər Ağayev (hərbçi) (d. 1996) — Vətən Müharibəsi Qəhrəmanı. Qəzənfər Ağayev (dövlət xadimi) (d. 1961) — Astara Rayon İcra Hakimiyyətinin başçısı.
Qəzənfər Bağırlı
Qəzənfər Kərim oğlu Bağırlı — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Bağırlıya "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Qəzənfər Cəfərli
Qəzənfər Musa oğlu Cəfərli (25 may 1920, Gəncə – bilinmir) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1959). Qəzənfər Musa oğlu Cəfərli 1920-ci ildə Gəncədə bağban ailəsində anadan olmuşdur. Elə həmin il atası vəfat etmiş və o, müəllimlik edən qardaşının himayəsində qalmışdır. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Qəzənfər Cəfərli Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1941-ci ildə oranı bitirmişdir. Təhsil aldığı illərdə Bakı məktəblərində müəllim vəzifəsində də işləmişdir. Texnika elmləri namizədi elmi dərəcəsini, dosent elmi adını almışdır. Böyük Vətən müharibəsi başlanan zaman Qəzənfər Cəfərli Sovet Ordusu sıralarına qatılmış, zenit-topçu hərbi məktəbini bitirərək vzvod komandiri və batareya komandiri kimi Volxov, Leninqrad, Birinci Ukrayna cəbhələrində, Polşa, Çexoslovakiya, Macarıstan və başqa ölkələrdə vuruşmuşdur. Sovet Ordusu sıralarında o, əvvəlcə Kommunist Partiyası üzvlüyünə namizəd, 1943-cü ilin aprelindən isə partiyanın üzvü olmuşdur. Elə həmin illərdə batareyanın partiya təşkilatçısı, polk partiya bürosunun üzvü seçilmişdir. Müharibədən sonra Qəzənfər Cəfərli ordu sıralarından tərxis olunaraq ÜİK(b)P Mərkəzi Komitəsi yanında partiya nəzarəti komissiyasının Azərbaycan SSR üzrə müvəkkil köməkçisi, sonra isə məsul nəzarətçi vəzifəsində işləmişdir.
Qəzənfər Dərbəndi
Qəzənfər Dərbəndi — Şirvanşah şahzadəsi, I İbrahimin üçüncü oğlu və Bakı valisi. 1398-ci ildə doğulmuşdur. Çalağan döyüşündə həbs olunduqdan sonra Şirvana qaytarılmışdır. I Xəlilullahın hakimiyyəti dövründə Bakı valisi olmuş, onun Qaraqoyunlularla müharibəsi dövründə isə Şirvanı onun adından idarə etmişdir. Bədrəddin Şirvaninin məlumatına görə o, Bakıda 1428-ci ildə bir bürc və çeşmə, 1431-ci ildə başqa bir bürc və 1438-ci ildə hamam tikdirmişdi. Həmin bürclərdən biri, ehtimal ki, indiki Elmlər Akademiyası Rəyasət Heyətinin binasına bitişən bürcdür.
Qəzənfər Kazımov
Qəzənfər Şirin oğlu Kazımov (3 mart 1937, Soltanlı, Cəbrayıl rayonu) — ədəbiyyatşünas, dilçi, professor. Qəzənfər Kazımov 3 mart 1937-ci ildə Azərbaycan SSR Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Atası Allahverdiyev Şirin Kazım oğlu məktəb direktorluğundan müharibəyə getmiş və 1943-cü ildə cəbhədə həlak olmuşdur. Anası Verdiyeva Xeyrənsə Fərhad qızı uzun müddət (1960-cı ilə qədər) kolxozda işləmişdir; 12 yanvar 2003-cü ildə vəfat etmişdir. Q. Ş. Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. İki il – 1960–1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji Universitetin aspiranturasına daxil olmuşdur. O, 1967-ci ildə "Ə. Haqverdiyevin dramaturgiya dili" adlı namizədlik, 1988-ci ildə "Azərbaycan sovet satirik nəsrinin dili.1920–1940-cı illər" (komizmin dil vasitə və üsulları problemi)adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Q. Ş. Kazımov Pedaqoji Universitetdə müəllim (1965–1971), dosent (1972–1988), professor (1989–1998) vəzifələrində işləmişdir. 1989–1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət Pedaqoji Universitetdə müdafiə şurasının sədr müavini (1990–1994), sonralar Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (1996–1999) olmuşdur.
Qəzənfər Mehdiyev
Qəzənfər Hüseyn oğlu Mehdiyev (1910, Xankəndi, Şuşa qəzası – 1982, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru. Qəzənfər Hüseyn oğlu 1910-cu ildə Xankəndi şəhərində anadan olmuşdu.1918-ci ildən 1921-ci ilədək Kosalar kəndində qolçomaq Murtuzanın muzduru olmuşdu. 1921–1925-ci illərdə ibtidai təhsil aldıqdan sonra, 1925-ci ildən 1929-cu ilədək Şuşa pedaqoji texnikumunda oxumuşdu. Texnikumu bitirərək, 1929–1931-ci ildə Quba rayonundakı 1-ci Nügədi kəndi orta məktəbinin direktoru, 1931–1932-ci ildə Kirovabadın (Gəncənin) Sərkər kənd onillik məktəbində pedaqoq kimi çalışmışdı. 1932-ci ildə Moskva Dövlət Pedaqoji İnstitutunun pedaqoji fakültəsinə qəbul olunmuş, 1936-cı ildə ali təhsil diplomu ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının sərəncamına göndərilmişdi. 1936-cı ildən 1938-ci ilədək Bakı şəhərindəki 20-ci məktəbdə pedaqoq, sonra isə Xalq Maarif Komissarlığında təlimatçı işləmişdi. 1938-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1941-ci ilədək burada təhsil almışdı. Aspiranturanı bitirdikdən sonra Azərbaycan SSR Maarif Nazirliyinin sərəncamına göndərilmişdi. Nazirliyin sərəncamı ilə Şuşa Dövlət Müəllimlər İnstitutuna göndərilmiş, institutda dekan vəzifəsində və müəllim işləmişdi. Tarix fakültəsinin bağlanması ilə əlaqədar Maarif Nazirliyinin qərarı ilə Kirovabad Dövlət Müəllimlər İnstitutunun tədris-elmi işlər üzrə direktor müavini təyin olunmuşdu.
Qəzənfər Musabəyov
Qəzənfər Mahmud oğlu Musabəyov (14 (26) iyul 1888, Pirəbədil, Quba qəzası – 9 fevral 1938, Moskva) — SSRİ, ZSFSR və Azərbaycan SSR-də yüksək dövlət vəzifələri tutmuş dövlət xadimi. Repressiya qurbanı. 1911-ci ildə Bakı gimnaziyasını,1919-cu ildə Kiyev Universitetinin tibb fakültəsini bitirib. Qəzənfər Musabəyov dövründə kommunizmin qələbə çalacağına inanan şəxslərdən olubdur. 1929–1931-ci illərdə Azərbaycan SSR MİK RH-nin sədri (indiki parlamentin sədri) vəzifəsində çalışmışdır, lakin bütün ömrünü sovet rejiminin bərqərar olmasına, möhkəmlənməsinə həsr etmiş, bu şəxs məhz həmin rejim tərəfindən xalq düşməni elan edilmişdir. Q. Musabəyova qarşı irəli sürülən ittihamları boynuna götürməsi üçün məruz qaldığı saysız-hesabsız işgəncələr nəticəsində artıq özünü idarə edə bilmirmiş. Kamerasının qapısının hər dəfə açıldığını görəndə qaçıb çarpayısının altında gizlənirmiş. Qəzənfər Musabəyov barəsində həqiqətlər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivindədir. Burada onun üç cilddən ibarət istintaq materialları saxlanılır. Bəzi məqamları aşağıdakı kimidir.
Qəzənfər Mütəllimov
Qəzənfər Məmmədov
Qəzənfər Cəfər oğlu Məmmədov (1905, Bakı – 1973) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1941–1945, 1946–1950). Qəzənfər Cəfər oğlu Məmmədov 1905-ci ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Məktəbdə təhsil aldığı illərdə müxtəlif emalatxanalarda şagid olmuş, 1927-ci ilədək istehsalat müəssisələrində işləyərək fəhlə fakültəsində təhsilini davam etdirmişdir. O, 1928-ci ildən 1930-cu ilədək komsomol işində çalışmış, 1928-ci ildən ÜİK(b)P üzvlüyünə namizəd, 1931-ci ildən isə partiyanın üzvü olmuşdur. Qəzənfər Məmmədov 1941-ci ilədək 12 il ərzində mətbuat orqanlarında çalışmışdır. O, əvvəlcə Azərbaycan LKGİ və BK orqanı olan "Gənc işçi" qəzetinin məsul katibi vəzifəsində işləmiş, sonra məsul redaktorun müavini, 1933-cü ildə isə bu qəzetin məsul redaktoru seçilmişdir. Mətbuatda işləməklə bərabər Azərbaycan Dövlət Universitetində də təhsil almışdır. Bir müddət sonra isə Azərbaycan K(b)P MK və BK-nın orqanı olan "Kommunist" qəzeti redaksiyasına işə göndərilmiş, burada partiya şöbəsinin müdiri, məsul katib, məsul redaktor müavini və məsul redaktor vəzifələrində işləmişdir. 1941-ci ilin mart ayında Qəzənfər Məmmədov Azərbaycan K(b)P Mərkəzi Komitəsində işə keçirilmiş, 1945-ci ilədək Mərkəzi Komitənin təbliğat-təşviqat üzrə katibi olmuşdur. 1945-ci ilin fevral ayında o, ÜİK(b)P MK yanında Ali Partiya Məktəbində oxumağa göndərilmiş, 1946-cı ildə təhsildən qayıtdıqdan sonra Azərbaycan K(b)P MK-nın kadrlar üzrə katibi seçilmişdir.
Qəzənfər Nağıyev
Nağıyev Qəzənfər Piri oğlu (13 avqust 1915 – 11 aprel 1991, Naxçıvan) – sovet aqronomu, əmək qabaqcılı. Sosialist Əməyi Qəhrəmanı (1948). 1915-ci il avqust ayının 13-də İrəvan quberinyasının Naxçıvan qəzasının Sust kəndində (hazırda Azərbaycan Respublikasının Naxçıvan MR-nın Babək rayonunda inzibati ərazi vahidi) anadan olub. 1932-ci ildə Naxçıvan rayonunun "26 Bakı komissarı" kolxozunda sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamışdı. Eyni zamanda avtobaza müdiri və kərpic zavodunda direktor müavini işləmişdir. 1948-ci ildə yüksək əmək göstəricilərinə nail olmuşdur. 1948-ci il 17 avqust tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1963-cü ildən kooperativ malları ticarətində tədarükçü işləmişdir. 1991-ci il aprel ayının 11-də vəfat edib.
Qəzənfər Paşayev
Qəzənfər Paşayev (27 avqust 1937, Düz Qırıqlı, Tovuz rayonu) — Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan ədəbiyyatşünası, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. Filologiya elmləri doktoru və professordur. Qəzənfər Məhəmməd oğlu Paşayev 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində doğulub. 1962-ci ildə Bakıda Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini, kafedra müdiri işləyib. 1990-cı ildən isə M. Rəsulzadə adına Bakı Dövlət Universitetində xarici dillər kafedrasının dosenti və kafedra müdiri işləməyə başlayıb. İraq Türkman folkloru mövzusunda doktorluq dissertasiyası müdafiə edib. "Kərkük bayatıları" (1968), "Arzu-Qənbər dastanı"(1972), "İraq kərkük atalar sözləri"(1978), "İraq kərkük bayatıları" (1984), "Kərkük tapmacaları"(1984), "Kərkük folklor antologiyası" (1987), "Nəsiminin İraq divanı"(1987), "İraq Türkmən folkloru" (1982), və b. kitabları nəşr edilmişdir.
Qəzənfər Talib
Qəzənfər Vəliyev
Qəzənfər Xalıqov
Qəzənfər Ələkbər oğlu Xalıqov (16 dekabr 1898, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 1 mart 1981, Bakı) — Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biri, Azərbaycan SSR xalq rəssamı (1973). Qəzənfər Xalıqov 16 dekabr 1898-ci ildə Bakı yaxınlığındakı Qobu qəsəbəsində anadan olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumundan məzun olmuşdur. 1929–1930-cu illərdə "Molla Nəsrəddin", 1953–1958-ci illərdə "Kirpi" jurnallarında, "Gənc işçi" qəzetində karikaturaçı rəssam kimi fəaliyyət göstərmişdir. 1934-cü ildə Firdovsinin 1000 illik yubileyi sərgisi üçün "Firdovsinin dəfni" əsərini yaratmışdır. 1940-cı ildə Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı "Nizaminin portreti" əsərini ərsəyə gətirərək şairin portretini yaratmış ilk rəssam olur. "Leyli və Məcnun", "Əsli və Kərəm" kimi tamaşaların səhnə və geyim tərtibatını vermişdir. O, bir sıra plakat, teatr eskizləri, qrafik silsilələrin ("Neft") müəllifidir. Q. Xalıqov 1 mart 1981-ci ildə Bakıda vəfat etmişdir. Abşeron rayonunun Qobu qəsəbəsində Qəzənfər Xalıqovun şərəfinə orta məktəb və küçə adlandırılmışdır.
Qəzənfər Ağayev (hərbçi)
Qəzənfər Mahmud oğlu Ağayev (13 oktyabr 1996, Təklə, Cəlilabad rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı. Qəzənfər Ağayev 13 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Təklə kəndində doğulub. 2013-cü ildə Zərifə Əliyeva adına Cəlilabad rayon 7 saylı orta məktəbi bitirib. Elə həmin il Ali Hərbi Akademiyaya daxil olmuş, 2017-ci ildə akademiyanı bitirib. 2017-ci ildən N saylı hərbi hissədə xidmət edir. Ailəlidir, 1 qızı var. Qızı İkinci Qarabağ müharibəsindən 4 gün öncə dünyaya gəlib. Azərbaycan Ordusunun baş leytenantı olan Qəzənfər Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ yüksəyliyinin azadlığı uğrunda, Suqovuşanın azadlığı və Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Ağayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Ağayev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qəzənfər Özcan
Qəzənfər Özcan, (türk. Saim Gazanfer Özcan; 27 yanvar 1931, İstanbul – 17 fevral 2009, İstanbul) — türk kino və teatr aktyoru. Qəzənfər Özcan 1931-ci il yanvarın 27-də İstanbulda anadan olmuşdur. 1952 İngiliz Kemal Lawrence'a Karşı 1953 Çeto Salak Milyoner 1954 Fındıkçı Gelin 1954 Aramızda Yaşıyamazsın 1954 Şimal Yıldızı 1958 Allı Yemeni 1959 Sevdalı Gelin 1959 Garipler Sokağı 1961 Biz İnsan Değil miyiz 1961 İki Damla Gözyaşı 1961 Utanmaz Adam 1961 Naciyem 1961 Minnoş 1961 Yedi Günlük Aşk 1961 Külkedisi 1962 Damat Beyefendi 1962 Şaka Yapma 1963 Avare Şoför 1970 Vur Patlasın Çal Oynasın 1971 Çılgın Yenge 1975 Televizyon Çocuğu 1975 Ah Nerede Vah Nerede 1975 Dam Üstüne Çul Serer 1975 Tamam mı Devam Mı 1977 Gülünüz Güldürünüz 1992 Burnumu Keser misiniz? 2000 Komser Şekspir 2005 Keloğlan Kara Prens'e Karşı 2007 Beyaz Melek 1985 Bu nasıl iş?
Qəzənfər Əkbərov
Əkbərov Qəzənfər Qulam oğlu (4 aprel 1917, Cəhri – 3 avqust 1944, Mazovets voyevodluğu) — Sovet İttifaqı Qəhrəmanı. 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir. 1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Qəzənfər Əliyev
Qəzənfər Əliyev (şərqşünas) — filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkmənistanın Dövlət Mükafatı laureatı.
Qəzənfər Əlizadə
Qəzənfər Mədət oğlu Əlizadə (1910 – 1994) — Azərbaycan memarı, memarlıq doktoru, professor, Azərbaycan SSR əməkdar inşaatçısı. Memarlıq doktoru, professor Qəzənfər Əlizadə 1910-cu ildə anadan olub. O, 1958-ci ildə Azərbaycan Dövlət Milli Dram Teatrının binasını, 1960-cı ildə isə "Azərbaycanfilm" kinostudiyasının əsas binası inşa etmişdir. Bir sıra yaşayış evlərinin memarıdır. Qəzənfər Əlizadə 1994-cü ildə vəfat etmişdir.
Qəzənfər bəy Musabəyov
Qəzənfər Mahmud oğlu Musabəyov (14 (26) iyul 1888, Pirəbədil, Quba qəzası – 9 fevral 1938, Moskva) — SSRİ, ZSFSR və Azərbaycan SSR-də yüksək dövlət vəzifələri tutmuş dövlət xadimi. Repressiya qurbanı. 1911-ci ildə Bakı gimnaziyasını,1919-cu ildə Kiyev Universitetinin tibb fakültəsini bitirib. Qəzənfər Musabəyov dövründə kommunizmin qələbə çalacağına inanan şəxslərdən olubdur. 1929–1931-ci illərdə Azərbaycan SSR MİK RH-nin sədri (indiki parlamentin sədri) vəzifəsində çalışmışdır, lakin bütün ömrünü sovet rejiminin bərqərar olmasına, möhkəmlənməsinə həsr etmiş, bu şəxs məhz həmin rejim tərəfindən xalq düşməni elan edilmişdir. Q. Musabəyova qarşı irəli sürülən ittihamları boynuna götürməsi üçün məruz qaldığı saysız-hesabsız işgəncələr nəticəsində artıq özünü idarə edə bilmirmiş. Kamerasının qapısının hər dəfə açıldığını görəndə qaçıb çarpayısının altında gizlənirmiş. Qəzənfər Musabəyov barəsində həqiqətlər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivindədir. Burada onun üç cilddən ibarət istintaq materialları saxlanılır. Bəzi məqamları aşağıdakı kimidir.
Fazil Qəzənfəroğlu
Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınmışdır; 15 oktyabr 1965, Naxçıvan) — III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı. == Həyatı == 19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 5-ci sinfə qədər 7 saylı orta məktəbdə, sonra 10 saylı orta məktəbdə oxuyub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub. 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub.
Qurban Qəzənfərli
Qışlaq-i Qəzənfər-i Bala (Biləsuvar)
Qışlaq-i Qəzənfər-i Bala (fars. قشلاق غضنفربالا‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (7 ailə).
Qəzənfər Ağayev (Vətən Müharibəsi Qəhrəmanı)
Qəzənfər Mahmud oğlu Ağayev (13 oktyabr 1996, Təklə, Cəlilabad rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı. Qəzənfər Ağayev 13 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Təklə kəndində doğulub. 2013-cü ildə Zərifə Əliyeva adına Cəlilabad rayon 7 saylı orta məktəbi bitirib. Elə həmin il Ali Hərbi Akademiyaya daxil olmuş, 2017-ci ildə akademiyanı bitirib. 2017-ci ildən N saylı hərbi hissədə xidmət edir. Ailəlidir, 1 qızı var. Qızı İkinci Qarabağ müharibəsindən 4 gün öncə dünyaya gəlib. Azərbaycan Ordusunun baş leytenantı olan Qəzənfər Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ yüksəyliyinin azadlığı uğrunda, Suqovuşanın azadlığı və Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Ağayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Ağayev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qəzənfər Ağayev (dövlət xadimi)
Qəzənfər Ağayev (tam adı: Qəzənfər Arif oğlu Ağayev; 2 noyabr 1961, Naxçıvan) — azərbaycanlı dövlət xadimi; Yardımlı rayonunun İcra Hakimiyyətinin Başçısı (2006), Masallı rayonunun İcra Hakimiyyətinin Başçısı (2006–2012), Astara rayonunun İcra Hakimiyyətinin Başçısı (2012—). Qəzənfər Ağayev 1961-ci il noyabr ayının 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Qəzənfər Ağayev Azərbaycan Texnologiya Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almışdır. Qəzənfər Ağayev 1984–1986-cı illərdə Naxçıvan şəhərində inşaat trestində, 1987–1990-cı illərdə isə Naxçıvan Şərab Emalı Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1994–2000-ci illərdə "Xal-xal" Kommersiya Firmasının rəhbəri olan Qəzənfər Ağayev, 2000–2005-ci illərdə Vergilər Nazirliyində bir sıra rəhbər vəzifələrdə çalışmışdır. Qəzənfər Ağayev 2005-ci ildən 2006-cı ilə qədər Yardımlı rayonunun icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 24 mart 2006-cı il tarixli Sərəncamı ilə Qəzənfər Ağayev Yardımlı rayonunun icra başçısı vəzifəsinə təyin edilib. O, 30 sentyabr 2006-cı il tarixli Sərəncama əsasən isə tutduğu vəzifədən azad edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 30 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Qəzənfər Ağayev Masallı rayonunun icra başçısı vəzifəsinə təyin edilib. O, 14 aprel 2012-ci il tarixli Sərəncama əsasən isə tutduğu vəzifədən azad edilib.

Digər lüğətlərdə