RƏMZANƏ
RƏMZİYƏ
OBASTAN VİKİ
Cəfər Rəmzi
Cəfər Rəmzi (tam adı: Cəfər Balaəmi oğlu İsmayılzadə; 9 aprel 1905, Mərdəkan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 11 sentyabr 1996, Bakı, Azərbaycan) — Azərbaycan şairi, ədəbiyyatşünas, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1968), Əmək veteranı (1977), Elm veteranı (1988). == Həyatı == Cəfər Rəmzi 1905-ci il aprelin 9-da Bakının Mərdəkan kəndində, əkinçi ailəsinı doğulmuşdur. Burada dördsinifli məktəbdə ibtidai təhsil almış (1913–1917), sonra bir müddət əkinçiliklə məşğul olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Mərdəkan gənclər özəyinin kitabxanasında işləmişdir (1920–1922). Bakı Darülmüəllimində (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsilini davam etdirmişdir (1922–1927). APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir (1929–1932). Bundan sonra uzun illər Bakı, Quba və Qazax orta məktəblərində müəllimlik etmişdir. APİ-nin Tarix fakültəsində qiyabi təhsil almış (1941–1942), Azərbaycan EA Şərqşünaslıq İnstitunun İran filologiyası şöbəsində işləmişdir (1958–1990). 1968-ci ildə "Yəğma Cəndaqinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 15 yaşından başlamış, şeirlərini "Sufi" təxəllüsü ilə yazıb-yaratmışdır (1954-cü ildən).
Murat Rəmzi
Murat Rəmzi (tatar. Морат Рәмзи; 10 oktyabr 1854 — 2 aprel 1934) — Rusiya müsəlmanlarının elm və din xadimi, dini lider, tarixçi, çar Rusiyasında yaşayan türklərin tarixinə həsr olunmuş iki cildlik “Talfik əl-ahbar” əsərinin müəllifi. II Ümumrusiya Müsəlmanları Qurultayının nümayəndəsi. Murat Rəmzi 10 oktyabr 1854-cü ildə (digər mənbələrə görə, 25 dekabr 1855-ci ildə) Orenburq vilayətinin Menzelinsky rayonunun (indiki Tatarıstan Respublikasının Sarmanovski rayonunun Almetyevo kəndi) Almetmullino kəndində anadan olmuşdur. Əslən Bayar qəbiləsindən olan bir başqırddır. Mənbələrə görə, ata Batırşax başqırd əkinçisi idi. Ana Fəxri-Cihan Nurkey kəndinin başqırdlarından gəlmiş və Rizaəddin bin Fəxrəddinin uzaq qohumu idi. Murat doqquz yaşında ərəb qrammatikasını yaxşı bilirdi, on bir yaşında kalam öyrənməyə başladı. Əmisi Muratın valideynlərinə uşağı Şiqabutdin Mərdjani mədrəsəsinə, Kazana oxumağa göndərməsini tövsiyə etdi. Şeyx Rəmzini daha çox Volqa bölgəsindəki, Uraldakı və Qərbi Sibirdəki türklərinin və islamın tarixi idi.
Nizami Rəmzi
Nizami Rəmzi (tam adı: Nizami Rza oğlu Baxşıyev; 20 dekabr 1947, Bakı – 19 yanvar 1997, Bakı) — Azərbaycan meyxanaçısı və şairi. Nizami Rəmzi meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olmuşdur. O, 1990-cı illərdə televiziyada meyxananı ilk dəfə "Dalğa" verilişində səsləndirib. O, həm də meyxana janrında ilk video klip çəkdirmiş, ilk dəfə qadın müğənnilərlə musiqisi və sözləri özünə aid olan duetləri ifa etmişdir. Meyxananın caz ilə sintezini də Nizami Rəmzi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə lentə almış, Azərbaycanın xalq artisti Bilal Əliyev Nizami Rəmzi ilə birgə "Torpaqdan pay olmaz" adlı caz-meyxana oxumuş və bununla da caz-meyxana janrının təməlini qoymuşdu. Nizami Rəmzi 1947-ci il dekabrın 20-də Bakının Yasamal rayonunun Sovetski məhəlləsindən anadan olub. Ailədə dörd qardaş, bir bacı olublar. O, Bakıdakı 176, 158, və 159 saylı məktəblərdə orta təhsil almışdır. Atası Rza erkən vəfat etdikindən, o anası Böyükxanıma kömək etmək üçün, təhsilini yarımçıq qoyub, əmək fəaliyyətinə süd maşınında sürücü kimi başlamışdır. Sürücü işləməsinə baxmyaraq, o, bəzən axşamlar, boş vaxtlarında, toyda və məclislərdə öz bibisi oğlu və bir ayağı şikəst olmuş meyxanaçı Ağasəlim ilə meyxana deyirdi.
Nurtən Rəmzi
Nurtən Rəmzi (türk. Nurten Remzi)— Bolqarıstanda yaşayan türk şairi, yazıçısı, jurnalisti və ictimai xadimi Nurtən Rəmzi Hamit 8 iyun 1964-cü ildə Bolqarıstanın Şumnu (Şumen) şəhərində anadan olmuşdur. Atatası Rəmzi Mehmet Şaban bəy Osmanlı kökənli, anası Əzizə xanım tatar türklərindəndir. O, bəzi qaynaqlarda həyat yoldaşının soyadı ilə Hamit kimi tanınmaqdadır. İbtidai və orta təhsilini doğulduğu şəhərdə almış, liseyi Köstəndildə bitirmişdir. Daha sonra Rusçuk (Ruse) Məktəbəqədər Təhsil İnstitutunda oxumuşdur (1983–1985). 1989-cu ilin yayında Bolqarıstanda türklərin sıxışdırılması səbəbindən məcburi köçə məruz qalmış və İsveçə sığınmışdır. Bolqarıstanda totalitar rejimin çökməsindən sonra, 1990-cı ildə geriyə dönmüş və eyni məktəbdə vəzifəsini davam etdirmişdir. "Haqq və Özgürlük Hərəkatı"nın dəstəkçilərindən olmuşdur. Yeni yaradılan Şumnu Universitetinin Türkologiya bölməsinə yazılmış və qiyabi şəkildə təhsil almışdır.
Rəmzi Novruzov
Rəmzi Yüzbaşov
Yüzbaşov Rəmzi Möhsün oğlu — coğrafiya elmləri namizədi, Azərbaycanın toponomikasının, xüsusilə coğrafi obyektlərin adlarının mənşəyinin öyrənilməsində gərgin əmək sərf edən alim. Rəmzi Yüzbaşov 5 may 1906-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Kiçik yaşlarında atası və anası öldüyündən, xalasının himayəsində böyümüşdür. 1913-cü ildə rus-tatar məktəbinə daxil olmuş, məktəbi 1917-ci ildə bitirmişdi. Həmin il Şamaxı realnı məktəbinə qəbul olunmuşdur. O, 1919-cu ildə Bakıya köçüb, Bakıda Birinci realnı məktəbində təşkil edilmiş milli (3-cü) sinfə daxil olmuş və Sovet vaxtı 1924-cü ildə ikinci dərəcəli məktəbi bitirmişdi. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinə daxil olub, 1931-ci ildə Ali Pedaqoji İnstitutu (1930-cu ildə universitet ayrı-ayrı institutlara ayrılmışdı) bitirdikdən sonra, qısa müddət Gədəbəydə məktəb müdiri vəzifəsində, 1931-1933-cü illərdə Azərbaycan SSR Maarif Komissarlığında təlimatçı, 1933-1938-ci illərdə Bakıda Xalq Maarif Komissarlığında inspektor vəzifəsində, daha sonra isə məktəbdə müəllim vəzifəsində çalışmışdır. Eyni zamanda 1935-1936-cı illərdə Azərbaycan Şura Ensiklopediyası idarəsində elmi işçi vəzifəsində də işləmişdir. 1938-ci ildə Akademiyanın Azərbaycan filialının fiziki-coğrafiya ixtisası üzrə aspiranturasına daxil olaraq oranı 1941-ci ildə bitirmişdi. Dissertasiya müdafiəsinə bir-iki ay qalmış Böyük Vətən müharibəsi başlamış və 1941-1945-ci illərdə o, Böyük Vətən müharibəsində iştirak etmişdir.
Rəmzi Əsgərov
Rəmzi Nafi
Rəmzi Nafi və ya Rəmzi Nafi Rəşid Ağa (kürd. ڕەمزی نافیع ڕەشید ئاغا/Remzî Nafî' Reşîd Axa; 1917 – 1949) — İraq siyasi xadimi, kürd milliyətçisi. O, 1943-cü ildə, İkinci Dünya müharibəsi zamanı İraqda Britaniya mandatını sarsıtmaq daşıyan uğursuz əməliyyatda Almaniya hərbi kəşfiyyatı "Abver ilə əməkdaşlıq etmişdir. Britaniya işğalına qarşı üsyanı qızışdırmaq müqabilində Rəmzi Nfiyə Adolf Hitlerdən muxtar kürd milli dövlətinin qurulmasında kömək vəd edilmişdi. Rəmzi Nəfinin nasional-sosialist ideologiyasının nümayəndəsi olub-olmaması və ya nasist rejimi ilə əməkdaşlığının Kürdüstanın müstəqilliyi məsələsində sırf fürsətçi xarakter daşımağı ilə bağlı müzakirələr davam edir. Uğursuz "Mamont" əməliyyatında əsas rol oynadığına görə Rəmzi müasir kürd tarixində bəziləri tərəfindən hörmət edilən, digərləri tərəfindən isə tənqid edilən son dərəcə qütbləşdirici bir fiqur olaraq qalır. Ramzi Nafi', der große Märtyrer, den die Stadt Hawler opferte. Mas'ud Mohamad 1985. Werner Brockdorff: Geheimkommandos des Zweiten Weltkrieges. Wels 1967, ISBN 3-88102-059-4.
Apostol inam rəmzi
Apostol inam rəmzi — ənənəvi olaraq 12 apostola aid inam rəmzi. Müasir formasını 8 əsrdə aldı. Roma-katolik praktikasında bu inam rəmzi gündəlik ibadətində oxunur. Protestant kilsələrində bazar günü ibadətində dövri olaraq işlədilmiş, lüteranlar və anqlikanlar onu müntəzəm surətdə səhər və axşam dualarında oxuyurlar. Pravoslav kilsələrində onun əvəzinə Nikeya inam rəmzi işlədilir.
Cəfər Rəmzi İsmayılzadə
Cəfər Rəmzi (tam adı: Cəfər Balaəmi oğlu İsmayılzadə; 9 aprel 1905, Mərdəkan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 11 sentyabr 1996, Bakı, Azərbaycan) — Azərbaycan şairi, ədəbiyyatşünas, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1968), Əmək veteranı (1977), Elm veteranı (1988). == Həyatı == Cəfər Rəmzi 1905-ci il aprelin 9-da Bakının Mərdəkan kəndində, əkinçi ailəsinı doğulmuşdur. Burada dördsinifli məktəbdə ibtidai təhsil almış (1913–1917), sonra bir müddət əkinçiliklə məşğul olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Mərdəkan gənclər özəyinin kitabxanasında işləmişdir (1920–1922). Bakı Darülmüəllimində (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsilini davam etdirmişdir (1922–1927). APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir (1929–1932). Bundan sonra uzun illər Bakı, Quba və Qazax orta məktəblərində müəllimlik etmişdir. APİ-nin Tarix fakültəsində qiyabi təhsil almış (1941–1942), Azərbaycan EA Şərqşünaslıq İnstitunun İran filologiyası şöbəsində işləmişdir (1958–1990). 1968-ci ildə "Yəğma Cəndaqinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 15 yaşından başlamış, şeirlərini "Sufi" təxəllüsü ilə yazıb-yaratmışdır (1954-cü ildən).
Aypara və ulduz rəmzi
Aypara və ulduz — ən qədim din və dövlət rəmzlərindən biridir. Daha çox müsəlman dünyasında yayılmışdır. == Türk-müsəlman simvolikasında aypara-ulduz == Deməli, bu rəmz həmişə müqəddəs sayılıb, sadəcə, zaman keçdikcə məzmununu dəyişərək İslamın da simvoluna çevrilmişdir. Bu proses türk xalqlarının X əsrdən başlayaraq İslamı qəbul edib, müsəlman dünyasında siyasi liderliyi öz üzərinə götürdüyündən sonra baş vermişdir. İlkin İslamda bütün müsəlmanlar tərəfindən qəbul edilmiş bir simvol olmamışdır, lakin XI əsrdən başlayaraq, xristian-müsəlman qarşıdurması şiddətlənmişdir və xristianlar bu qarşıdurmada xaç simvollarından geniş istifadə edirdilər. İspaniyada Rekonkista və Xaçlı yürüşləri zamanı xristianlar üzərində xaçın təsviri olan bayraqlardan, qalxanlardan, dəbilqələrdən istifadə edərək savaşlar aparmışdırlar. Buna qarşı İslam ideyasını əks etdirən bir rəmzin tətbiq edilməsinin zərurəti yaranmışdır. Bu rəmzi də müsəlman dünyasında liderliyi ələ keçirən türklər gətirdilər. Xaçlılara qarşı mərdliklə vuruşan müsəlman türklər öz qədim simvolu olan aypara və ulduzdan istifadə etmişdirlər və bu andan o İslamın rəmzinə çevrilmişdir. Gələcəkdə isə aypara və ulduz rəmzi Osmanlı imperiyasının simvolu olmuşdur.
Rəmziyyə Veysəlova
Rəmziyyə Osman qızı Veysəlova (11 fevral 1914, Bakı – 22 avqust 1993, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1958). Rəmziyyə Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda anadan olmuş Acar qızı idi. 1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideynləri öldürülmüş, evləri isə müsadirə edilmişdi. Bundan sonra onun bütün qohumları Qazaxıstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirərmişdir. Daha sonra böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirmişdir. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonraki taleyi barədə məlumat yoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Burada sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır.
Rəmziyə Tarsinova
Rəmziyə Tarsinova (krımtat. ; 9 dekabr 1926, Simferopol – 7 aprel 2021, Krım) — Sovet tacik, krım tatar və ukraynalı rəqqas, xoreoqraf. Qaytarma ansamblının bədii rəhbəri (1992–2016). Tacikistan SSR xalq artisti (1983). Ukraynanın əməkdar artisti (2020). 9 dekabr 1926-cı ildə Simferopolda anadan olmuşdur. Atası rəqqas və xoreoqraf Useyn Bakkal (1897–1973), anası pianoçu Zore İsmayılova, bacıları Pakizə, Tamilla və Ruşena. Beş yaşında rəqs etməyə başlayır. V. Xarçenkonun rəhbərliyi altında Simferopoldakı uşaq rəqs studiyasında təhsil alır. Simferopol Balet Studiyasını bitirir.

Digər lüğətlərdə