RƏSSAM

is. [ ər. ] Təsviri incəsənət sahəsində yaradıcı işçi; rəsm çəkən sənətkar. Mənzərə rəssamı.
– Rəssamın fırçası yorulmadan işlərdi. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RƏSSAM RƏSSAM Qoca rəssam addımlayır səndələyərək; Gəlir asfalt döşəməli bir meydan üstə (S.Vurğun); NAQQAŞ Məcmuəmizin naqqaşı səni görən kimi gözəl surətin
RƏSMLİ
RƏSSAMLIQ
OBASTAN VİKİ
Elnur Mahmudov (rəssam)
Elnur Mahmudov (7 dekabr 1977) — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü (2005). == Həyatı == Elnur Mahmudov 1977-ci ilin 7 dekabr tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1998-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirir. == Fəaliyyəti == Uşaq yaşlarından bir çox fərdi sərgilərini təşkil etmişdir. Bununla yanaşı xarici ölkələrdə sərgiləri olmuşdur: Türkiyə (İstanbul,2000), İran (2005), Rusiya (Moskva, 2012), Böyük Britaniya (London, 2013). Bir çox beynəlxalq sərgilərin və simpoziumların iştirakçısıdır. Əsərləri natürmort və portret janrlarındadır. == Maraqlı fakt == Azərbaycanlı rəssam Elnur Mahmudov əfsanəvi futbol ulduzu Maradonaya onun şəklini çəkərək sürpriz etmişdir.
Elçin Baxşaliyev (rəssam)
Elçin Baxşəliyev (rəssam)
Elçin Məmmədov (rəssam)
Elçin Mehdi oğlu Məmmədov — Azərbaycan teatr rəssamı və aktyor. Elçin Məmmədbağır oğlu Məmmədov — Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini (2020-ci ildən).
Emin Quliyev (rəssam)
Emin Quliyev (1961, Bakı) — azərbaycanlı rəssam, SSRİ Rəssamlar İttifaqının üzvü. == Həyatı == 1961-ci ildə Bakıda dünyaya gəlib. Səkkizinci sinifədək 6 nömrəli orta məktəbdə oxuyub. Emin Quliyev 1980-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1986-cı ildə Gürcüstanda Tbilisi İncəsənət Dövlət Akademiyasını bitirmişdir.1991–1993-cü illərdə SSRİ İncəsənət Akademiyasında təhsilini -davam etdirmişdir. 1991-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilmişdir. Rəssam ailəsində boya-başa çatmışdır. Erkən yaşlarından rəsmlə məşğul olmağa başlamışdır. Peşəkar heykəltaraş olmaqla yanaşı, incəsənətin digər sahələrinə də biganə yanaşmamış, qrafika, rəssamlıq sənəti ilə də məşğul olmuşdur. == Yaradıcılığı == Emin Quliyevin əsərləri 1982-ci ildə Bakıda "Gənc rəssamlar" sərgisi, 1990-cı ildə "Payız" sərgisi, 1991-ci ildə Bakıda 20 Yanvar hadisələrinə həsr olunmuş sərgi, 1995-ci ildə Azərbaycan rəssamlarının milli sərgisində nümayiş etdirilmişdir.2006-cı ildə Bakı şəhərində fərdi sərgisi keçirilmişdir. 1987-ci ildə SSRİ Heykəltəraşlıq Diplom Sərgiləri İttifaqının mükafatını, 1997-ci ildə Beynəlxalq Sərgi Olimpiadasının IV və V mükafatlarını qazanmışdır.
Faiq Ağayev (rəssam)
Faiq Əliseyid oğlu Ağayev (25 aprel 1943, Bakı) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). == Həyatı == Faiq Ağayev 25 aprel 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, ilk təhsilini Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində almışdır. Daha sonra 1964–1970-ci illərdə İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunda təhsilini davam etdirmişdir. 1972-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilmişdir. Faiq Ağayev 1974–1982-ci illərdə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində, 1982–1996-cı illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləmişdir. 1996-cı ildən etibarən Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetində pedaqoji fakültənin rəsm bölümündə işləyir. Həmin vaxtdan Bursada yaşayır. == Yaradıcılığı == Faiq Ağayev 1972–1974-cü illərdə xalq rəssamı Mikayıl Abdullayevin başçılığı altında SSRİ Rəssamlar İttifaqının yaradıcılıq emalatxanasında işləmişdir. O, bu illər ərzində "Balıqçının ailəsi", "Balıqçı qadınlar", "Tor təmiri" kimi əsərləri yaratmışdır.
Fyodor Reşetnikov (rəssam)
Fyodor Pavloviç Reşetnikov (rus. Фёдор Павлович Решетников) — sovet rəssamı, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1953), SSRİ xalq rəssamı (1974). == Həyatı == Fyodor Pavloviç Reşetnikov 28 iyul 1906-cı ildə Sursko-Litov kəndində (indiki Dnepropetrovsk vilayəti, Ukrayna) anadan olmuşdur. 1929—1934-cü illərdə Moskva Təsviri Sənət İnstitutunda oxumuşdur. Məişət səhnələrinin (əsasən uşaqlara həsr edilmiş), tarixi-inqilabi və batal mövzularda əsərlərin, portret, satirik kompozisiyanın və s. müəllifidir . 1945-ci ildən Sov.İKP üzvüdür. Fyodor Reşetnikov 13 dekabr 1988-ci ildə vəfat etmiş, Moskvada Vaqankov qəbiristanlığında dəfn olunmuşdur. == Əsərləri == "Tətilə gəlib" (1948); "Sülh uğrunda" (1950); "Yenə də iki" (1952); "Abstraksionizmin sirləri" triptixi (1960); "Vyetnamlı ana" (tempera, 1968); "Mən Yeri eşidirəm! — Sovet İttifaqı Qəhrəmanı E.Krengelin portreti" (1981).
Hafiz Məmmədov (rəssam)
Hafiz Məmməd oğlu Məmmədov (1921, Sabunçu, Bakı qəzası – 1995, Bakı) — rəssam; əməkdar incəsənət xadimi. == Həyatı və fəaliyyəti == Hafiz Məmmədov 1921-ci ildə Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. O, 1941-ci ildə Bakı Rəssamlıq Akademiyasını bitirmiş, məzunu olduğu məktəbdə müəllimlik fəaliyyətinə başlamışdır. Onun "Kəşfiyyatda" adlı ilk əsəri ilk dəfə 1941-ci ildə respublika sərgisində nümayiş olunmuşdur. Hafiz Məmmədov İkinci dünya müharibəsində iştirak etmiş, Stalinqraddan Berlinədək şərəfli döyüş yolu keçmişdir. O, 1946–1952 illərdə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunda təhsil almışdır. Hafiz Məmmədov pedaqoji fəaliyyətlə məşğul olmuş, davamçılarını yetirmişdir. Hafiz Məmmədov respublika və beynəlxalq səviyyəli sərgilərdə iştirak etmişdir. O, 1959–1973 illər ərzində Misir, Sudan, Livan, İraq, Suriya, Mərakeş, Əlcəzair, Tunis, Macarıstan, Rumıniya və digər ölkələrdə keçirilən sərgilərdə Azərbaycan incəsənətini layiqincə təmsil etmişdir. Hafiz Məmmədovun vəfatından sonra ilk sərgisi 1996-cı ildə keçirilmişdir.
Hüseyn Axundov (rəssam)
Hüseyn Məmməd oğlu Axundov (28 aprel 1921, Balaxanı, Bakı qəzası – 6 fevral 2015, Moskva) — Rusiya və Azərbaycan rəssamlıq və kino sənətinin nümayəndəsidir. == Həyatı == İkinci Dünya müharibəsi veteranı, rəssam Hüseyn Məmməd oğlu Axundov 28 aprel 1921-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olub. 7 yaşında olanda bacısı onu rəssamlıq məktəbinə yazdırıb. Kiçik Hüseyn Axundov Mikayıl Abdullayev, Ağa Mirzəzadə, Oqtay Sadıqzadə, Abdul Xaliq kimi korifeylər yetişdirilən bir mühitdə onlarla yanaşı təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1939-cu ildə Leninqrad incəsənət insititutunun kinorejissorluq fakültəsinə daxil olub. İmtahan zamanı çəkdiyi şəkil imtahan komissiyasının üzvlərinin diqqətini cəlb edib və onlar bu gənci görmək istəyiblər. İmtanah komissiyasını heyrətləndirən azərbaycanlı gəncin o zaman cəmi 18 yaşı vardı. Hüseyn Axundov 1941-ci ildə İkinci Dünya müharibəsi başlayanda cəbhəyə yollanıb. Bir çox döyüşlərdə iştirak edib, iki dəfə ağır yaralanıb. Taleyinin, qismətinin mükafatıymış kimi, onu yaralı olduğu zaman müalicə üçün doğma Bakısındakı hospitallardan birinə göndəriblər.
Hüseyn Əliyev (rəssam)
Hüseyn Əlirza oğlu Əliyev (22 aprel 1911, Comardlı, Zəngəzur qəzası – 21 may 1991, Bakı) — fırça ustası, Azərbaycan xalq rəssamı (1982). Bakı Rəssamlıq Texnikumunu bitirmiş (1932), Leninqrad Rəssamlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda oxumuşdur (1932–1935). Yaradıcılığında portret və mənzərələr mühüm yer tutur. 1922–1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur. == Həyatı == Əliyev Hüseyn Əlirza oğlu 1911-ci il aprelin 22-də Comərdli kəndində Kərbəlayı Cəfər oğlu Əlirzanın və Narıngül xanımın ailəsində dünyaya göz açmışdır. Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub. Bakıda Rəssamlıq Texnikumunda oxumuşdur (1927–1932). 1922–1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur. Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932–1935) təqaüdə çıxanadək "Xalq qəzeti"nin ("Kommunist") bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib (1935-ci il oktyabr ayının 4-dən). Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur.
Kamal Əhmədov (rəssam)
Kamal Əhməd oğlu Əhmədov (28 fevral 1940, Bakı – 29 noyabr 1994, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992). == Həyatı == Kamal Əhmədov 1940-cı ildə fevralın 28-də Bakıda, İçərişəhərdə anadan olmuşdur. İnşaatçı-mühəndis olan atasının işi ilə əlaqədar Qarabağa – Ağdama köçürlər. Atası Kamalı Əhmədovu ona yaxşı təhsil verəcək, istedadını inkişaf etdirə biləcək peşəkar pedaqoqların çalışdığı uşaq evinə verilməsini təkidlə xahiş edir. Uşaq evi kollektivinin Səməd Vurğunla görüşündə Ə. Kamalın onun şeirlərini ifadəli, şövqlə söyləməsi şairin diqqətini cəlb etmişdir. O, məktəbli ikən rəsm dərnəyinə gedir, 1964-cü ildə isə akademik təhsil sistemini inkar edən ifrat fərdiyyətçi, üsyankar xasiyyəti ilə ad çıxarmış bu gənc Ə. Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirir. Onun müəllimlərindən biri Moskvada rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəngkar Vəcihə Səmədova idi. Rəngkarlıqda realist ənənələrinin, akademik normaların prinsipial tərəfdarı olmasına baxmayaraq, Vəcihə xanım Kamalın işlərini çox bəyənir və ona kömək etməyə çalışır. Sovet rəhbərlərinin portretlərini çəkmək istəmədiyi üçün gənc rəssam təhsilini böyük çətinliklə başa vurur. === Ailəsi === Bir müddət sonra rəssamın anası yatalaq xəstəliyindən vəfat edir, bundan yarım il sonra isə atası da dünyadan köçür.
Kamil Əliyev (rəssam)
Kamil Müseyib oğlu Əliyev (22 oktyabr 1921, İrəvan – 1 mart 2005, Bakı) — Azərbaycan xalçaçı-rəssamı, professor, Azərbaycan SSR xalq rəssamı (1982). == Həyatı == Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, Ermənistan SSRin mərkəzi İrəvan şəhərində anadan olmuşdur. Anası Xanım, atası Müseyib kişi olub. 1936-cı ilin sentyabr ayında anası onu, Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparır. Məktəbə qəbul edilən Kamil Əliyev 3 il burada dekorasiya şöbəsində təhsil alır və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır. Kamil Əliyev Böyük Vətən müharibəsində iştirak etmiş, döyüş rəşadətinə görə 22 orden və medalla təltif edilmişdir. Kamil Əliyev Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam — müəllifi kimi özünü təsdiqlədi. Bədii sənət üzrə fəxri fərmanın, respublikanın tətbiqi incəsənət ustası adının (1960) ilk sahibi olmuşdur. Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi dərəcəsi verilib. Kamil Əliyev 1 mart 2005-ci ildə vəfat etmişdir.
Mirzə Əli (rəssam)
Mirzə Əli (təq. 1510, Təbriz – ən geci 1576) — illüminator, rəssam. Mirzə Əli 1510-cu ildə Təbrizdə doğulub. 1576-cı ildə vəfat edib. Welch, S. C. Persian Paintings: Five Royal Safavid Manuscripts of the Sixteenth Century. N-Y. 1976 Dickson M.B./Welch S.C. The Houghton Shahnameh. vol. 1—2, Cambridge, Mass. 1981.
Məhəmməd Əliyev (rəssam)
Məhəmməd Əliyev (Azərbaycan Respublikası) — azərbaycanlı rəssam. Məhəmməd Əliyev 1986-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. 1990-cı ilin qanlı yanvar günlərində "Ruhların səsi" adlı tablosu baş verənlərə etiraz əlaməti olaraq Bakı metrosundan asılıb. 1991-ci ildə Sankt-Peterburq Dövlət Muzeyi onun "Sevgililər" adlı rəsm əsərini yüksək qiymətə alıb. Əsərləri o, Türkiyəyə köçərək, burada yaşamağa başladıqdan sonra daha böyük marağa səbəb olub. Ən qısa zamanda onun rəsmləri ABŞ, İngiltərə, Avstriya, Almaniya və Fransada sərgilənib, öz modernist üslubu ilə müəllifinə şöhrət gətirməyə başlayıb. O, həm rəssam, həm heykəltaraş, həm keramikaçı, həm də qrafikdir. Türkiyədə yaşamağa başladıqdan sonra Azərbaycanda yalnız bir dəfə — 2007-ci ilin payızında sərgisi açılıb.. Həmin vaxt Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda təşkil edilən nümayişdə rəssamın 60-dək əsəri təqdim olunub.
Məmmədyar Cəfərov (rəssam)
Məmmədyar Cəfərov (rəssam)- (tam.adı-Məmmədyar Zəkəriyyə oğlu Cəfərov 08 sentyabr 1946-cı ildə Azərbaycan Respublikası Lənkəran şəhərində anadan olub).Azərbaycan Respublikası Fəxri mədəniyyət işçisi döş nişanı. Məmmədyar Cəfərov 08 sentyabr 1946-cı ildə Azərbaycan Respublikası Lənkəran şəhərində anadan olub.1964-cü ildə Baki Medeni-Maarif texnikomuna daxil olmusdur ve təhsilini dayandirib,herbi xidmetə getmisdir.Hərbi xidmeti bitirdikden sonra təhsilini davam etdirib ve 1970 ci ilde orani bitirdikdən sonra Moskva Mədəniyyət İnstitutuna daxil olur. Ailəlidir. 2 övladı, 4 nəvəsi var. 1970-ci ilden 1973 cu ile qədər Hüseyn Ərəblinski adına Lənkəran Xalq teatrında rəssam isləmisdir.1973-cü ilden Nəcəf bəy Vəzirov adına Lənkəran Dovlət Dram Teatrnin qrulus hissə müdiri, sonradan 2016- ci ile qədər Baş rəssam işlemisdir.Bu muddət ərzində yuzdən cox əsərlərdə qruluşçu rəssam kimi işləmişdir.Əsərlərdən Üzeyir Hacibəyovun olanlardan,keçənlərdən,Cəlil Məmmədquluzadənin Ölülər əsəri Azərbaycan Dövlət Televiziyasinin qızıl fondunda saxlanilir. Rəsm əsərləri Türkiyə,Almaniya, ABS, Özbəkistan, Moldova, Rusiya, Iran və s. ölkələrin rəsm sərgilərində nümayiş etdirilir. Dovlət sərgilərində Moskva Vednxa burunc medal, Moskva Monej diplom, Zaqafqaziya rəssamları sərgisində fəxri fərman diplomlarla təltif edilmişdir.
Namiq Məmmədov (rəssam)
Namiq Zahid oğlu Məmmədov (23 dekabr 1957, Kirovabad) — Azərbaycanın əməkdar rəssamı (2018), Azərbaycan Rəssamlar İttifaqının üzvü, peşəkar rəssam, dosent, “Humay” mükafatı laureatı. Namiq Zahid oğlu Məmmədov 1957-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. 1988-ci ildə Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq İnstitutunun Rəngkarlıq şöbəsini bitirib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2001-2006, 2010-2013-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Rəngkarlıq” kafedrasının müdiri vəzifəsində işləmişdir, dosentdir. Hələ yaradıcılığa başladığı ilk illərdən novatorluğa meyl göstərən rəssam bütün yaradıcılığı boyu öz ideyalarına sadiq qalmışdır. 2003-cü ildə silsilə rəngkarlıq əsərlərinə görə “Humay” mükafatı laureatı olmuşdur. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. N.Z.Məmmədov 1983-cü ildən keçirilən regional və beynəlxalq sərgilərin iştirakçısıdır.
Rəssam
Rəssam (ərəb. رسام‎) — təsviri incəsənət sahəsində yaradıcı işçi. Bizi əhatə edən ətraf aləmin gözəlliyi şair və yazıçını, bəstəkarı və rəssamı yaratmağa ruhlandırır. Ətrafda baş verən hadisələri və varlıqları təsvir etmək üçün yaxşı müşahidəçi olmaq lazımdır. Müşahidəçi — ətrafa tamaşa edən insana deyilir. Rəssam — müşahidə edən, sirli, sehrli təsvirlər yaradan bir insandır. Təsviri incəsənət əsərlərini yaradan rəssam müxtəlif materiallardan istifadə edir. Akvarel — incə, şəffaf boyadır. Bu boya ilə i - Quaşın şəffaflığı yoxdur, qatıdır. İş zamanı boyadan çox, sudan isə az istifadə olunur.
Pamfil (rəssam)
Pamfil (q.yun. Πάμφιλος; lat. Pamphilus; e.ə. 390 – e. ə. IV əsr, Pella[d], Makedoniya və Frakiya) — Qədim Yunanıstan rəssamı. Pamfil Amfipolisdən idi. O, müəllimi Evpomp ilə birlikdə qədim yunan sənətinin gələcək inkişafına güclü təsir göstərmiş sikion rəssamlıq məktəbinin banisi olmuşdur. Rəvayətə görə, Pamfilin bədii nəzəriyyələri elmi prinsiplərə əsaslanırdı. Pamfilin şagirdləri Melantiya adlanır.
Rəssam Ərjəngi
Mir Abbas Təbrizi — rəssam, xalı dizayneri. Atası Mir Seyid İbrahimdə rəssam idi və rəssamlığı Tiflisdə öyrənmişdi. Rəssam Ərjəngi Təbrizdə dünyaya gəlib. Nəsəbi Ağa Mirək Təbriziyə yetişir. O, rəssamlığı Rusiyada öyrənmişdir.
Rəssam Ərəbzadə
Seyid Əbülfəth Zeydi Lətifi (1914, Təbriz) — İran xalı dizayneri. Təbrizdə dünyaya gəlib.Atası Hüseyn Zeydi Lətifidə rəssam və xalı dizayneri idi, Hicazın Zeydi Ərəblərindən olmaqına görə Seyid Ərəb adıyla məşhur idi onlar üç nəsl öncə Təbrizə köçmüşlər.
Əməkdar rəssam
Əməkdar rəssam — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan Respublikasında incəsənət sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad.
Şahqulu (rəssam)
Şahqulu (Osmanlı türkcəsi:شاه قولی; v. 1556) — Səfəvi imperiyasında fəaliyyət göstərmiş, daha sonradan Osmanlı imperiyasına aparılmış məşhur rəssamlardan biri. O, Osmanlı imperiyasında hakim rəssamlıq cərəyanlarından biri olan saz üslubunun formalaşmasında aparıcı rol oynamışdır. Çin və ya İslam mənbələrindən əldə edilən mifik varlıqların iri ölçülü çiçəklərdən və tüklü yarpaqlardan ibarət ovsunlu meşədə hərəkət etdiyi saz üslubu Ağqoyunlu və Səfəvi saraylarındakı incəsənət sahəsi ilə paralel şəkildə təşkil edilmişdir. Şahqulunun özü də burada Ağa Mirək (Şah Təhmasibin məşhur rəssamı Ağ Mirək deyildir) adlı müəllimdən bu sahə üzrə dərs almışdır. Səfəvi sülaləsindən olan Sam Mirzə Səfəvinin bildirdiyinə görə, Şahqulu Qum şəhərindən gəlmişdir. Şahqulunun adı Osmanlı arxivlərində də vardır. Arxiv sənədlərində onun 1515-ci ilin aprel ayının 12-də Təbrizdən Amasyaya sürgün edilən rəssam və digər incəsənət xadimlərinin içərisində adı keçir. Belə ki, Çaldıran döyüşündən sonra Təbriz ələ keçirilmiş və buradakı Səfəvi sarayına məxsus bir çox incəsənət xadimi İstanbula aparılmışdı. Şahqulunun bilinən imzalı ən köhnə əsəri Səfəvi dönəminə aid Bəhram mirzə Albomunda görülən əjdaha rəsmidir.
Pietro Diana (rəssam)
Pietro Diana (28 Dekabr 1931 – 12 Oktyabr 2016) — İtaliyalı çapçı, oymaçı və dizayner. Diana həm də "avtomatlaşdırılmanın" yaradıcısı hesab edilir. Giorgio Auneddu, Pietro Diana: incisioni, disegni, automates (opere recenti 1975-1991), Torino, Tuttagrafica, 1991 Pietro Diana.
Rafael Əsədov (rəssam)
Rafael Hüseyn oğlu Əsədov (19 iyul 1944, Masallı) — kino və televizya rəssamı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2001). 19 iyul 1944-cü ildə Masallı şəhərində anadan olub 1961–1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb. 1969–1977-ci illərdə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsndə təhsil alıb. 1968-ci ildən AzTV-də əmək fəaliyyətinə başlamışdır. 40 ildən artıq müddətdə baş rəssam vəzifəsini daşımaqla Televiziyanın qızıl fondunda saxlanılan onlarla televiziya tamaşaları və filmlərinin quruluşçu rəssamı olmuşdur. 1997-ci ildə "Topal Teymur", "Ac həriflər", "Nigarançılıq"televiziya tamaşalarının bədii həllinə görə rejissor Ramiz Mirzəyev və operator Eldar Məmmədovla birlikdə "Humay" mükafatına layiq görülmüşdür. 2012–2015-ci illərdə "SPACE" telekanalında baş rəssam çalışıb. 2017-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri Sənət Kafedrasında müəllim vəzifəsində çalışır. 1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2013-cü ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.
Rafiq Mehdiyev (rəssam)
Rafiq Mahmud oğlu Mehdiyev (10 iyun 1933, Şahbuz, Naxçıvan MSSR – 28 noyabr 2009, Bakı) — Azərbaycan xalq rəssamı (qrafik), professor, Azərbaycan Rəssamlıq İttifaqının qrafika bölməsinin sədri, prezident təqaüdçüsü. Rafiq Mehdiyev 1933-cü ildə iyunun 10-da Naxçıvan MR Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, Ə. Əzimzadə adına rəssamlıq texnikumunu(1948–1953), Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsini (1953–1958) bitirmişdir. Əmək fəaliyyətini Ə.Əzimzadə adına rəssamlıq texnikumunda müəllim ( 1962), sonra M.Əliyev adına A D İ İ-da dekan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim vəzifəsində çalışmışdır. Onun yaradıcılığında dəzgah qrafikası mühüm yer tutur. Rafiq Mehdiyevin “Axşam” və “Səhər” (1970-ci illər) adlı ofortlarında lirik kənd mənzərəsi əks olunur. Onun linoqravüra texnikasında yaratdığı əsərlər maraq doğurur. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə rus yazıçısı N.Poqodinin “Silahlı adam”, eləcə də M.İbrahimovun “Gələcək gün” romanına çəkdiyi linoqravüralar nümayiş etdirilib. Rafiq Mehdiyev monotipiya texnikasında bir sıra əsərlər də yaradıb. Onların içərisində “Kənd”, “Uşaqlar”, “Qadın uşaqla birlikdə”, “Bazarda”, “Bir cərgə”, “Son gün”, “Güllələnmə”, “Bir cərgə”, “Yağışdan sonra” tablolarının adlarını qeyd etmək olar.
Ferrara rəssamlıq məktəbi
Ferrara rəssamlıq məktəbi - 1264 −1597-ci illər arasında Ferrara Hersoqluğunda hökmdarlıq etmiş d'Este hersoqlarının sarayında işləyən çalışmış bir qrup İntibah rəssamına verilən ümumi addır. Bu məktəb, Mantenyanın (Paduya və Mantuya) güclü rəsm və xətt perspektivinin, eləcə də Pyero della Françeskanın (Bolonya) zəngin havalı və parlaq boyalarının təsirinə düşmüşdü. Bunlardan başqa şimal regionlarının rəssamları da Ferrara məktəbinə öz təsirlərini göstərmişdilər. Məktəbin Mantuya, Venesiya, Bolonya, Milan, Florensiya rəssamlarının nailiyyətlərini sintezləşdirən çiçəklənmə dövrü XV–XVI əsrlərə təsadüf edir. Ferrara məktəbinin ən sıx əlaqlələri Bolonya məktəbi arasında idi. == Tarix == Öz xüsusi, dolğun alleqoriyaları ilə Ferrara məktəbinin yaranması, yaşayış yerlərini qeyri-adi alleqorik məzmunlu rəsmlər və freskalarla bəzəməyi sevən Ferrara markizi Leonello d'Este və oğlu Borso d'Estenin hakimiyyəti dövründə baş tutmuşdu. Bizə məlum olan ilk belə sifariş, Belfore sarayının studiolosu üçün yaradılmış muzaları təsvir edən 9 alleqorik rəsmdən ibarət tsikl olmuşdu. Bu tsikl 1447-ci ildə Sienalı Ancelo Makkanyino tərəfindən yaradılmağa başlanmış və Ferrara məktəbinin bütün əhəmiyyətli xüsusiyyətlərini tam əks etdirməyi bacarmış Kozimo Tura tərəfindən tamamlanmışdı. Daha qəliz ikonaqrafiyanı isə Palazzo Skifanoyyadakı Borso d'Estenin Kozimo Tura, Françesko Kossa və Erkole dei Robertidən aldığı və özündə 12 ay süjetinə mürəkkəb alleqorik-astroloji ansamblı təsvir edən freskalarda görə bilərik. Bundan başqa, Tura Borso hersoqunun möhtəşəm bağ sarayının kapellası üzərində də işləmişdi.
Holland rəssamlığının qızıl dövrü
Holland rəssamlığının qızıl dövrü Hollandiya tarixində təxminən XVII əsri əhatə edən bir dövr Hollandiyanın müstəqilliyi uğrunda Səksənillik müharibənin (1568-1648) sonrakı hissəsi zamanı və ondan sonrakı illər Holland Qızıl dövrünün rəssamlığıdır. Yeni Hollandiya Respublikası Avropanın ən firavan ölkəsi idi və Avropa ticarətinə, elminə və incəsənətinə liderlik edirdi. Yeni dövləti təşkil edən şimal Hollandiya əyalətləri cənubdakı Flandriya şəhərlərindən daha az əhəmiyyətli sənətkarlıq mərkəzləri idi. Müharibə zamanı baş verən sarsıntılar və əhalinin genişmiqyaslı köçürülməsi, köhnə monarxist və katolik mədəniyyət ənənələri ilə kəskin ziddiyət, Hollandiya sənətkarlığının özünü demək olar ki, tamamilə yenidən kəşf etməli olması demək idi ki, bu işdə çox uğurlu oldu. Dini mövzular üzrə rəsm əsərləri çox kəskin şəkildə azaldı, əvəzində bütün növ dünyəvi mövzular üzrə böyük bir yeni bazar meydana gəldi. Holland rəssamlığının qızıl dövrü Barokko rəssamlığının ümumi Avropa dövrünə daxil edilsə də və tez-tez onun bir çox xüsusiyyətlərini göstərsə də, əksəriyyətində qonşu Flandriya da daxil olmaqla bir çox barokko əsərinə xas olan idealizasiya və əzəmət sevgisi yoxdur. Dövrün ən yaxşı tanınan əsərləri də daxil olmaqla əksər əsərlər Erkən holland rəssamlığından miras qalmış müfəssəl realizm ənənələrini əks etdirir. Dövrün səciyyəvi xüsusiyyəti fərqli rəsm janrlarının çoxalmasıdır , rəssamların əksəriyyətinin işlərinin əsas hissəsini bunlardan birindədir. Bu ixtisaslaşmanın tam inkişafı 1620-ci illərin sonlarından daha aydın görünür və o vaxtdan 1672-ci il Fransa istilasına qədər olan dövr Qızıl dövr rəsminin əsasını təşkil edir. Rəssamlar karyeralarının əsas hissəsini yalnız portretlər, müxtəlif məişət səhnələri, mənzərələr, dəniz mənzərələri və gəmilər və ya natürmortlar və çox vaxt bu kateqoriyalar daxilində müəyyən bir alt növ çəkməyə sərf edirdilər.
Janr rəssamlığı
Janr rəssamlığı (ing. Genre Painting) — rəssamların, xüsusən də gündəlik həyatda müəyyən bir sahə və ya bir janr mövzusundakı rəsmləri. Bu janrın sənətçiləri bazar yerlərindən, interyerlərdən, meyxanalardan, partiyalardan və küçələrdən insan mənzərələrini təsvir etdilər. Rəssamın sözlərinə görə, rəsmlər real, xəyali və ya romantik ola bilər. == Tarixi == Janr rəssamlığı nümunələri vermiş ən vacib rəssamlardan biri də həyatı haqqında kiçik təfərrüatları bilinən Flamand rəssamı Pieter Bruegeldir (1525–1569). Ernst Hans Gombrich, Bruegel'in bir vətəndaş olduğunu iddia etdi, çünki kəndlər və kəndlilər mövzusunda hazırcavab əsərlər hazırladı. Bunun səbəbi, sənətkarın çağında cahil ölkə insanlarını əyləncə vasitəsi olaraq görmək ənənə olması idi. Gombrichin fikrincə, Bruegelin kəndlilərə baxışı Şekspirin fikirlərinə çox bənzəyirdi. Bruegel kənd həyatını və orada yaşayan insanları açıq şəkildə izah edə bildi, beləliklə şən, lakin ağlasığmaz rəsmləri ilə onu izləyən Flamand rəssamları üçün yeni bir yer açdı. XVII əsrdə dini islahatı həyata keçirən Hollandiya böyük rifaha qovuşdu.
Kapriççio (rəssamlıq)
Kapriççio (ital. capriccio — naz) — XVII-XVIII əsrlərdə məşhur olan mənzərə rəsm janrı. Bu janrın şəkillərində rəssamlar memarlıq fantaziyaların göstərirdilər, əsasən qədim qondarma binaların xarabalıqlığı.
Marina (rəssamlıq)
Marinistika (ital. marina - su) - dəniz görünüşü, dəniz döyüş səhnəsin və ya digər dənizdə hadisələri təsvir edən incəsənət janrı. == Rəssamlar == İvan Ayvazovski - erməni əsilli rus marinist.
Miniatür rəssamlığı
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi qədimdir. XIII əsrin əvvəllərində Əbd ül-Mömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa əlyazmasına çəkdiyi miniatürlər (Topqapı muzeyi, İstanbul) yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır. XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatiir sonoti sıirətlə inkişal etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcıhğın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qudrətli mərkəzinə çevrilmişdi. XIV əsrin əvvəllərində Təbrizin Rəşidiyyə akademiya şəhərciyinin kitabxanasında yerli xəttat və rəssamlarla yanaşı Şərqi Türkistan, Orta Asiya və b. Şərq ölkələrindən toplanmış sənətkarlar fəaliyyət göstərir, dini, tarixi, elmi və poetik əsərlərin bədii əlyazma nüsxələrini hazırlayır, onları miniatürlərlə bəzəyirdilər. Bu dövr əlyazmalarrından Bəhtişunun “Mənafi əl-heyvan” əsərinə (1297-1298; Morqan kitabxanası, Nyu-York), Rəşidəddinin “Cami ət-təvarix” (1306-cı il nüsxəsi, Edinburq universiteti, Şotlandiya; 1314-cü il nüsxəsi, Kral Asiya Cəmiyyəti, London; 1318-ci il nüsxəsi, Topqapı muzeyi, İstanbul) əsərinin məlum nüsxələrinə çəkilmiş miniatürləri göstərmək olar. “Cami ət-təvarix” əlyazmalarının müxləlif rəssamlar tərəfindən çəkilmiş illüstrasiyaları Azərbaycan miniatür sənətinin inkişafında xüsusi mərhələ təşkil edir. XIV əsrin ortalarında Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340-1350 illərə aid edilən “ Böyük Təbriz Şahnaməsi”, yaxud “ Demott Şahnaməsi” adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır.
Moğol rəssamlığı
Moğol rəssamlığı, Moğol miniatürü və ya Moğol məktəbi — orta əsr hind boyakarlığının əsas məktəblərindən biri. Böyük Moğol imperiyasının sarayında inkişaf etmişdir. Moğol miniatür məktəbi Azərbaycan, İran, Mərkəzi Asiya miniatürlərinin təsiri ilə, həmçinin Avropa boyakarlığı və qrafikasından faydalanmaqla yerli ənənələr əsasında formalaşmışdır. Moğol miniatür məktəbinin erkən inkişaf mərhələsi Təbrizdən Hindistana dəvət olunmuş Azərbaycan rəssamı Mir Seyid Əli və Şirazlı Əbd əs-Səmədin yaradıcılığı ilə bağlıdır. Onların rəhbərliyi ilə XVI əsrin ikinci yarısında Hindistanda böyük rəssamlar qrupu fəaliyyət göstərirdi. Moğol miniatür məktəbinə məxsus əsərlərdə çoxfiqurlu kompozisiyalar, hadisələrlə şərti dekorativ mənzərə fonunda verilmişdir. XVII əsrin birinci yarısında Moğol miniatür məktəbi ilə portret miniatürləri əsas janr idi. XVII əsrin ikinci yarısında animalistik janr inkişaf etmişdir. XVIII əsrin miniatürlərində realist əlamətlər yoxa çıxmış, təsvirlə quruluq və qeyri-həyatilik üstün yer tutur. Hindistanın şimal rayonlarının və Dəkkənin miniatür rəssamları Moğol miniatür məktəbinin ənənələrini mənimsəmişdir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi - Naxçıvan Muxtar Respublikasında rəssamları birləşdirən yaradıcılıq qurumu Hələ 1970-ci ildə muxtar respublikada kifayət qədər ittifaq üzvü olan rəssamın mövcudluğu onların yerli təşkilatda birləşmələrinə zəruri şərait yaratmışdı. Həmin ilin sonunda muxtar respublika rəssamları bu məsələ ilə əlaqədar Azərbaycan Rəssamlar İttifaqının sədrinə müraciət etmiş, Rəssamlar İttifaqının İdarə Heyəti bu təşəbbüsə tərəfdar çıxaraq məsələni respublika rəhbərliyinə və SSRİ Rəssamlar İttifaqına çatdırmışdır. 1971-ci ilin iyun ayında Naxçıvan Rəssamlar Təşkilatının yaradılmasına hazırlıq işlərinin tamamlanması barədə hökumət strukturlarına və Rəssamlar İttifaqına göstəriş verən ümummilli liderimiz yeni təşkilatın sədri vəzifəsinə bu məsələnin əsas təşəbbüskarı olan və hələ özünün Naxçıvanda işlədiyi illərdən istedadlı gənc teatr rəssamı kimi tanıdığı Məmməd Qasımovun namizədliyini tövsiyə etmişdir. Beləliklə, 1971-ci il iyul ayının 5-də, Bakıda Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin və ictimaiyyət nümayəndələrinin Naxçıvan rəssamları ilə birlikdə təsis yığıncağı keçirilmişdir. Təşkilatın sədri vəzifəsinə SSRİ Rəssamlar İttifaqının üzvü, muxtar respublikanın əməkdar incəsənət xadimi Məmməd Qasımovun namizədliyi irəli sürülmüş və hesablayıcı komissiya seçilmişdir. Komissiyanın tərkibi Naxçıvan rəssamlarından (Şəmil Mustafayev (sədr), Rəcəb Rəcəbov, Məmmədəli İsmayılov) ibarət olmuşdur. Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının səmərəli fəaliyyəti nəticəsində qısa müddət ərzində təşkilatın idarəsi və sərgi salonu üçün yer müəyyənləşdirilmiş, muxtar respublika rəssamlarının birgə sərgisi keçirilmiş, onların kataloqu hazırlanmış, həvəskar-gənc rəssamların ixtisas təhsillərinə diqqət artırılmış, Azərbaycan Rəssamlar İttifaqı Fondunun Naxçıvanda nümayəndəliyinin yaradılması barədə məsələ qaldırılmış, ittifaq üzvləri olan yerli rəssamların SSRİ-nin müxtəlif şəhərlərinə yaradıcılıq ezamiyyətlərinə göndərilməsi işinə başlanılmışdır. Sonrakı illərdə Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının sədri vəzifəsində muxtar respublikanın tanınmış rəssamları – Abuzər Qardaşbəyov, Mircəlil Seyidov, Babək Abazərli fəaliyyət göstərmişlər. 2000-ci ildə Naxçıvan Muxtar Respublikası Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü və qayğısı ilə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı yeni əsasnaməsi olan müstəqil bir yaradıcılıq qurumuna – Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə çevrilmişdir. Birliyin sədri vəzifəsinə Azərbaycan Respublikasının əməkdar rəssamı Hüseynqulu Əliyev (sonralar xalq rəssamı) seçilmişdir.
Oqtay Əliyev (rəssam-dizayner)

Digər lüğətlərdə