SÖNMƏK

f.
1. Keçmək (yanan şey). Ocaq söndü. Lampa söndü.
– …Ocağın alovu sönüb tamam olurdu. A.Divanbəyoğlu.
[Pəncərə] şairin pəncərəsi idi ki, yalnız sübhə yaxın ağ vərəqlərin rəngi sarıya çalanda onun çırağı sönərdi. Ə.Məmmədxanlı.

2. Qaralmaq, işığı kəsilmək.
Daş əriyər, günəş sönər; Çıxmaz o gün yaddaşımdan. R.Rza.
Səhər ovuna gecikməmək üçün hələ ulduzlar sönməmiş evdən çıxdıq. M.Rzaquluzadə.

3. məc. Sakitləşmək, azalmaq, zəifləmək.
Ər-arvad ixtilafı nəinki sönmür, daha da alovlanırdı. Mir Cəlal.

4. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: şam kimi sönmək, ümidi sönmək, ocağı sönmək və s.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÖNMƏK SÖNMƏK (yanan şey haqqında) Balağanın qəlyanı sönsə də onu təzədən alışdırmadı.. (H.Abbaszadə); XAMUŞ OLMAQ (kl
  • SÖNMƏK yatmaq — zəifləmək
  • SÖNMƏK keçmək — qaralmaq

Omonimlər

  • SÖNMƏK SÖNMƏK I f. Keçmək. İşıqlar qəflətən söndü. SÖNMƏK II f. Ölmək. Göylərin altında bir günəş sönür (S.Vurğun)

Antonimlər (əks mənalı sözlər)

  • SÖNMƏK SÖNMƏK – PARLAMAQ Son günləri yaşar dinc; Qəlbində sönmüş sevinc (A.Şaiq); Şəkli görcək qızın gözləri sevincdən parladı (S
SÖNMƏ
SÖNÜK

Digər lüğətlərdə