SÖYLƏMƏK

f. Demək.
Nə söyləyirsən? – [Sultan bəy:] Qızım, sənin istədiyin, kimdir? Söylə görək. Ü.Hacıbəyov.
Zeynal yavaşca addımlarla Mehribana yaxınlaşdı. Bir söz deyəcəkdi.
Söyləməyə üzü gəlmirdi. S.Hüseyn.

// Anlatmaq, bildirmək, xəbər vermək. Əhvalatı olduğu kimi söylədi.
Bunu sizə kim söylədi? – Badi-səba, söylə mənim yarıma; Gözəllər çıxıbdı seyrana, gəlsin. Q.Zakir.
Molla Fərzəli əsnəyə-əsnəyə bir kağız parçasını dizi üzərinə alaraq: – Həmşəri nə yazılacaq? Söylə! – dedi. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÖYLƏMƏK 1. SÖYLƏMƏK [Mərdan] ..öz-özünə mahnı söyləyir, gülümsəyir, bir yerdə otura bilməyib otağa dolaşır, arabir güzgünün önündə durub, özünə tamaşa edirdi
  • SÖYLƏMƏK danışmaq — demək

Etimologiya

  • SÖYLƏMƏK Söz kəlməsi ilə kökdaşdır. Söymək sözü də söylə və söz kəlmələri ilə qo­humdur. Söz söyləmək və söz demək ifadələri sinonimdir
SÖYLƏMƏ
SÖYLƏNMƏ

Digər lüğətlərdə

воссла́вить гидроло́гия кипе́ть натя́нутый пота́тчица трёхгри́венный широкодо́нный безогля́дность всплошну́ю вы́текший вы́шагать маляри́я мени́сковый обоюдоо́стрый покрови́тельствовать продержа́ться сакрамента́льно самоду́рка смягча́ться спекуляти́вный фуфайка climbout core tool warpath кляча