SINAMAQ

f. Yoxlamaq, təcrübədən, sınaqdan keçirmək.
[Əhməd:] Qızım, mənim nə oğlum var, nə də qızım, səni sınayırdım, xatircəm ol, Qəribini tapıb sənə yetirərəm. Aşıq Qərib”.
[Elxan yoldaşlarına:] Qardaşlar, taleyimizi sınayaq. C.Cabbarlı.
[Əsgər:] Mən də qəsdən demədim ki, qoy axıra kimi qızı sınayım. Ü.Hacıbəyov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SINAMAQ sınamaq bax yoxlamaq 4
  • SINAMAQ yoxlamaq
SINAMA
SINANILMA

Digər lüğətlərdə