SIRIMAQ

f.
1. Arasına (içinə) yun, pambıq qoyulmuş mitili və s.-ni iri tikiş ataraq tikmək. Yorğança sırımaq. Döşək sırımaq.
[Gülcahan:] Vay, yorğanı sırıyanda yaddan çıxıb [qayçı] içində qalıbdır. T.Ş.Simurq.
…Əlində təzə yorğan sırıyan arvad ərinə müraciət elədi. Ə.Abasov.

2. məc. dan. Zorla və ya aldatma yolu ilə qəbul etdirmək, almağa məcbur etmək.
[Ələsgər:] Bir vədə var idi, arşını beş şahıya satdığın çiti Hacıya iki abbasıya sırıyırdın. Ə.Haqverdiyev.
[Mirzə Cəlil:] Əsgər bəy yüz gədənin artığı baldızını mənə sırımaq istəyir. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SIRIMAQ sırımaq bax tikmək 2
  • SIRIMAQ yeritmək — soxuşdurmaq
  • SIRIMAQ tikmək

Omonimlər

  • SIRIMAQ SIRIMAQ I f. Tikmək. Pəri nənə nəvəsinə təzə bir yorğan sırıdı. SIRIMAQ II f. Vermək. Ona görə də zornan səni mənə sırıdı (M

Etimologiya

  • SIRIMAQ Yorğanı sırıyırlar, sırımaq “sarımaq” (bərkitmək) sözü ilə qohumdur. Bir şeyi bir adama sırıyırıq. Bu da bərkitmək (ilişdirmək) deməkdir
SIRIMA
SIRINMA

Digər lüğətlərdə