Kəhər at səkərək qonşu evin həyətində göründü və bir göz qırpımında … Cəmilin qarşısında dayandı.
Çayın o tayındakı düzəngahda kəhər ürkə səkməyə başladı.
// Bu qaydada uçmaq, yaxud yerimək.
Uçuşur durnalar, səkir teyhular; Namərd adam qalibliyin arzular.
Qayalarda kəklik səkir; Bulud qalxır, yağış tökür.
// Məc. mənada. [Püstəbanu bəyim:] Zalım oğlunun gərdəni bir qarışdır.
Yerişinə bax!… Səkir…
Səkdi gəlin, süzdü gəlin, bir də məclisin ortasında duruxub, əlləri ilə üzünü qapadı, gəlin hönkürürdü.
◊ Quş da səkə bilməz (səkməsin) – cürət edib yanından ötə bilməz.
– Bir quş da səkməsin onun yanından! – Baş üstə yatmaram gecəni bir an.
[Ataş Mirzə Cəmilə:] Nə qədər ki Ataş sağdır, Qönçənin həndəvərinə quş da səkə bilməz.
Quş səkməz (səkməyən) yer – qorxulu, uçurum, insan ayağı dəyməyən yer haqqında.
[Sübhanverdizadənin] yolu dibsiz dərələrin yaxası ilə bitişən dağların sıldırım döşü, quş səkməyən yeri ilə gedir.
[Qəhrəman:] On il bundan əvvəl quşlar belə qorxusundan səkə bilmədiyi meşələr indi necə azaddır.