SALAMLAŞMAQ

qarş. f. Bir-birinə salam vermək.
Qoca, əmim oğlu ilə görüşdü, salamlaşdı. S.S.Axundov.

// Məc. mənada.
Onlar salamlaşır aydın səhərlə; Dönürlər geriyə şən nəğmələrlə. M.Rahim.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SALAMLAŞMAQ SALAMLAŞMAQ (bir-birinə salam vermək) Mənsur sürücü ilə salamlaşıb soruşdu: – Həmid Səfərovu gətirdin? (H
SALAMLAŞMA
SALAMSIZ-KALAMSIZ

Digər lüğətlərdə