SALLANA-SALLANA

zərf
1. Əzilə-əzilə, nazlana-nazlana, nazla.
Sallana-sallana gedən Salatın! Gəl belə sallanma, göz dəyər sənə. Qurbani.
Qərq olsun yaşıla, ala gəlsin; Naz ilə sallana-sallana gəlsin. Q.Zakir.
Sallana-sallana gedən Salatın; O sərxoş yerişin yola yaraşır. Aşıq Ələsgər.

2. Yırğalana-yırğalana, yan basa-basa.
Maşın uzaqlaşır, karvan sallana-sallana hərəkət edib gedirdi. M.İbrahimov.

SALLAMAQ
SALLANIŞ

Digər lüğətlərdə