SALLANMAQ

f.
1. Üzüaşağı sallaq vəziyyətdə asılmaq.
Stolun üstündəki göy mahud örtük yanlardan xeyli aşağı sallanmışdı. M.Hüseyn.
Qarmaqdan çoxlu qiymətli şeylər sallanırdı. Mir Cəlal.

2. məc. Nazla, əda ilə yerimək.
Geyinib sallanan gözəllər çoxdu; Tərlan kimi süzmək ona yaraşır. Koroğlu”.
Yarım sallanıban gələndə bizə; Düşübən əl-ayağından öpəydim. M.P.Vaqif.

□ Sallanıb getmək (keçmək) – üz tutub getmək.
Həkim başmağının dalını daşa vurub taqqıldada-taqqıldada … bazaraşağı sallanıb getdi. Çəmənzəminli.
Dedim öldür məni, sallanıb keçdi; Süzgün baxışları qəlbimi deşdi. H.Cavid.

3. məc. Sallanan, enən kimi görünmək.
Göydən qara, zəhmli buludlar sallanmışdı. Çəmənzəminli.
Gün əyilmiş, kölgələr sallanmışdı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SALLANMAQ asılmaq — sarılmaq — əyilmək
SALLANMA
SALLAŞMA

Digər lüğətlərdə